“İsveçrəlilər Xocalı şəhidləri üçün ağladılar”

 

Qasım Nəsirov: “Bizim tədbirlər isveçrəlilərə təsir etdiyi üçün qəbul edilir

 

Avropada diasporumuzun ən az yaşadığı ölkələrdən biri İsveçrədir. Amma Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin bu ölkədə keçirdiyi tədbirlər hər zaman yerli xalq tərəfindən böyük maraqla qarşılanır. Çünki bu tədbirlər fərqli, tam isveçrəlilərin düşüncəsinə, adət-ənənəsinə uyğun şəkildə edilir. Nəzər çatdıraq adı çəkilən mərkəzin sədri Qasım Nəsirovdur. 1967-ci ildə Naxçıvan şəhərində doğulan həmvətənimiz Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. RusiyaGürcüstanda neft sənayesi sahəsində çalışıb. 2001-ci ildən İsveçrədə yaşayır. Hazırda İsveçrənin Dövlət Miqrasiya İdarəsində müfəttiş vəzifəsində çalışır.

-Vətənə gəlişiniz nə ilə bağlıdır?

- Miqrasiya idarəsində işlər həddindən artıq çoxdur. Çünki Yaxın Şərqdəki hadisələrdən sonra İsveçrəyə çoxlu insan pənah gətirir. Belə olduqda da bizim işimiz çox olur. Ona görə də 13 il idi ki, Vətənə gəlmək imkanı tapa bilmirdim. İndi Vətənə gəlmək üçün iki həftəlik vaxt tapa bilmişəm.

-Ümumiyyətlə, Vətənlə əlaqələriniz hansı formadadır?

- Mənim anam, qardaşım, ümumiyyətlə, bütün qohumlarım burda yaşayır. Vətənə gəlib doğmalarımı gördüyümə görə çox sevinirəm.

-Bəs, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz varmı?

- Əlaqələrimiz çox yaxşıdır. Bizim birgə bir neçə layihəmiz olub. Bakıya gəldiyim zaman da birinci növbədə komitəyə gedib əməkdaşlarla görüşdüm. Məni çox yaxşı da qarşıladılar. Çalışırıq ki, əlaqələrimizi daha da inkişaf etdirək.

-İsveçrə dünyanın ən varlı ölkələrindən biridir. Maraqlıdır, belə bir ölkənin nümayəndələri Azərbaycan haqqında nə düşünürlər?

- İsveçrə neytral, demokratiyanın ən yüksək səviyyəsi olan ölkədir. Burada Azərbaycanı neft ixrac edən varlı bir ölkə kimi tanıyırlar. Amma bəzən Qərb mediasında verilən qərəzli yazılar onlarda Azərbaycan haqqında xoş olmayan fikir yaradır. Lakin biz bu düşüncəni dəyişmək üçün əlimizdən gələni edirik.

-Ermənilərə qarşı xristian tərəfkeşliyi İsveçrədə də hiss olunurmu?

- Belə dini yaxınlıq məsələsi hər yerdə var. Xristian tərəfkeşliyi birinci növbədə gəlir ortaya. Məsələn, iki ölkə haqda danışdığın zaman biri əgər xristian ölkəsinin nümayəndəsidirsə, o dəqiqə onun haqlı olduğunu deyirlər. Ermənilər 100 ildən artıqdır ki, İsveçrədə məskunlaşıblar. Artıq, özlərini soyqırımına uğramış xalq kimi isveçrəlilərə inandırıblar.

- Siz öz təbliğati işinizdə hansı yeni formalardan istifadə edirsiniz?

-2012-ci ildə biz Xocalı tədbiri ilə bağlı parlament binasının qarşısında bir stend qurduq. O zaman əvvəlcədən sifariş etdirdiyimiz 613 ədəd qara şarın üzərində ingilis dilində rəngdə “Xocalı 25-26 fevral 1992- Genosid” yazılmışdı. Bu şarlar oradan keçən insanlara paylanıldı. Həmin gün saat 2-də 613 ədəd şar səmaya buraxıldı. Bu, çox böyük və təsiredici aksiya idi. Bütün şəhər əhalisi durub bu şarların uçmasına baxırdı. Əlbəttə ki, maraq oyanırdı ki, niyə görə bu şarlar səmaya buraxılır. Bizonlara Xocalı hadisələri haqda məlumatlar verirdik.

Keçən il isə aksiyanın formatını dəyişdik. Biz qara mum sifariş etdirdikşam düzəltmək mərasimi keçirdik. İsveçrəlilərə bu mərasim çox doğmadır. Bu qara mumdan oradan keçən insanlar; yaşlılar, yeniyetmələr, uşaqlar başladılar şam düzəltməyə. Məqsədimiz o idi ki, Xocalıda öldürülən uşaqların xatirəsinə 83 ədəd şam düzəldilsin. 2-3 saat ərzində isveçrəlilər bu şamları düzəldərkən biz onlara o uşaqlar, ümumiyyətlə, Xocalı soyqırımı haqda ətraflı məlumat verdik. Sonra eyni vaxtda bu şamların hamısını birdən yandırdılar. Daha sonra mərasim iştirakçıları Xocalıda vəhşicəsinə qətlə yetirilənləri bir dəqiqəlik sükutla andılar. Bu da çox təsirli mərasim idi. Çünki isveçrəlilər özləri üçün etdiklərini bizim üçün etdilər. Bu şamları yandırarkən isveçrəlilərin bir çoxu ağladı. Bu aksiya haqda İsveçrə mediasında yazılar verildi.

Bu il isə tam başqa bir tədbir keçirdik. Belə ki, parlament binasının qarşında stend qoydurdum. Yerli sakinlərin xarici turistlərin Xocalı qətliamı barədə daha asan məlumatlandırılması məqsədiləsual-cavabşəklində vərəqələr payladıq. Sualları doğru cavablandıran şəxslərə üzərindəXocalıya ədalətkampaniyasının internet səhifəsi olan “justiceforkhojaly.org” əks olunan suvenirlər təqdim edildi.

Mən həmişə çalışıram ki, sıradan tədbir etməyim. Məqsədim insanları heyrətləndirməkdir.

-Ümumiyyətlə, gördüyünüz bu işlər hansı effekt verir?

- Birinci növbədə isveçrəlilərdə çox maraq oyandırır. Çünki məni orda çox yaxşı tanıyırlar. İsveçrədə şəxsi tanışlıqlar çox böyük rol oynayır. Yəni bir insanı tanıyırlarsa, onun tədbirlərində çox böyük həvəslə iştirak edirlər. Ona görə bizim aksiyalar çox böyük effekt verir. Bizim tədbirlər onlara təsir etdiyi üçün qəbul edilər. Bizim haqlarımızı artıq, başa düşməyə başlayıblar. Sadəcə küçədəki sadə insanlar deyil, hətta akademik siyasi elita da bunu qəbul etməyə başlayıb.

Biz çalışırıq ki, Azərbaycanı daha da artıq tanıdaq. Bunu da onların düşüncəsinə uyğun şəkildə edirik. Buna görə biz əsasən yerli xalqla işləyirik. Eyni zamanda daxili media ilə əlaqələr qururuq. Mənim evimdə bir otaq tam muzey kimdir. Orada Azərbaycan xalçaları, musiqi alətləri, şəkillər s. var. Otağa girəndə özünü sanki Azərbaycanda hiss edirsən. Evimiz gələn qonaqlara biz orada milli yeməklərimizi təqdim edirik. Bunları görən insan öz xalqını qədər sevirsə, bu qədər zəngin mədəniyyəti olan xalqın nümayəndəsi buradadırsa onlarla danışırsa, onda super inanırlar. Bilirlər ki, mən nəsə danışıramsa, demək haqqım var.

-İsveçrənin rəsmi orqanları ilə necə əməkdaşlıq edirsiz?

- Keçən il mən Xocalı soyqırımı ilə bağlı petisiya hazırlatdırmışdım. Xeyli sayda isveçrəlinin imzaladığı petisiyanı İsveçrə Parlamentinə təqdim etmişdim. Petisiya parlamentin xarici işlər bölümündə baxılıb qəbul olunmuşdu. Cavablarında Azərbaycan xalqına başsağlığı verir Azərbaycan xalqı ilə bərabər üzüldüklərini bildirirdilər. BMT tərəfindən Xocalı faciəsi soyqırımı kimi qəbul edilmədiyi üçün İsveçrə parlamentariləri tərəfindən bu məsələ haqqında çox məlumatları olmadığı üçün bunu soyqırımı olaraq qəbul edə bilmirlər. Ona görə ikinci petisiyamızda onları Azərbaycana dəvət etdik. Bunun da cavabı bu yaxınlarda mənə gəlməlidir. İnanıram ki, İsveçrə parlamentarilərindən ibarət bir heyət Azərbaycana göndərəcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-15 aprel.-S.7.