“Mədəniyyət” kanalının məqsədi Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır”

 

Müsahibimiz Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundovdur:

 

- Nadir müəllim, “Mədəniyyət” kanalının cəmiyyətimizə olan təsiri və bu kanalın başqa kanallardan fərqləndirən xüsusiyyətini nədə

görürsünüz?

- Bildiyiniz kimi 2011-ci ildə Prezident “Mədəniyyət” kanalının açılması ilə əlaqədar sərəncam verib. Biz cənab Prezidentə minnətdarıq ki, bu fikri irəli sürdü. TeleviziyaRadio Şurasının əməkdaşlarına təşəkkür edirik ki, bu işi bizə həvalə etdilər. Sözsüz ki, “Mədəniyyət” kanalının yaranması üçün böyük kadr potensialı lazım idi. Bir çox mədəniyyət işçiləri öz fikirlərini bildirirdilər. Ancaq hər şeyin əsasında video görüntü var. Bu video görüntülərdən Azərbaycan Televiziyası 1956-cı ildən başlayaraq bu günə qədər arxiv yaradıb. Bu arxivin sahibiana televiziya olan Azərbaycan Televiziyasıdır. Azərbaycan Televiziyası yaranan bütün televiziyalar üçün bir akademiyadır. Hazırda hər hansı bir telekanalda çalışan işçilərin 50-60 faizi Azərbaycan Televiziyasının yetirmələridir. Bizi ayrı telekanallarla müqayisə etmək istəməzdim, amma deməliyəm. Çünki burada dövlətçilik, mənəviyyat, tarix, etnoqrafiya, Azərbaycan ədəbi dilinin keşiyində duran insanlar var. Mən çox şadam ki, bu televiziyada işə başladım. 1969-cu ildən bu günə qədər də burada çalışıram. Mən fəxr edirəm ki, Azərbaycan Televiziyasında çalışıram. Yadımdadır ki, 2006-cı ildə bizim yubileyimiz keçirildi. Orada “Hər şey bizdən başladı” adında bir arakəsmə var idi. Bu həqiqətən çox gözəl bir ideya idi. Sözsüz ki, bizbir yerdə dayanmamalıyıq. Bizim Arif Alışanov kimi gözəl rəhbərimiz var. O, özü də buranın yetirməsidir.

Bundan başqa ana televiziyamızın nəzdində “İdman” kanalı da fəaliyyət göstərir. Bilirsiniz ki, “İdman” kanalı “Mədəniyyət” kanalından əvvəl açılıb. Bu sahəyə də Prezident xüsusi diqqət ayırdı. Əlbəttə ki, xalqımız yeraltı və yerüstü sərvətlərə malikdir. Ancaq dövləti dünyada iki şey tanıtdırır. Biri idmanı, birimusiqisidir. Dünya üzrə idmanmusiqi ümumbəşəri sahədir. Çünki bu iki sahənin təqdimata ehtiyacı yoxdur.

“Mədəniyyət” kanalının xüsusiyyətindən danışsaq, bir çox nüanslara toxuna bilərik. Mənim anamın 92 yaşı var, efir məkanında yalnız ana televiziyamızı izləyir. Azərbaycan Televiziyasında “Xəbərlər” informasiya proqramını və gün ərzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında efirə gedən bütün verilişləri izləyir və izlədiyindən həzz alır. Çünki “Mədəniyyət” kanalı nəinki Azərbaycanın mədəniyyətini, həm də dünya tarixinidünya xalqlarının dilini, mədəniyyətini təqdim edir. Orada bilirsiniz ki, siyasət yoxdur. Məsələn, evdar xanım istədiyi vaxt efiri “Mədəniyyət” kanalına çevirən zaman hansısa maraq doğuran verilişi izləyə bilər. Çünki bu kanalı izləmək üçün proqrama nəzər yetirmək lazım deyil. Bir-birindən gözəl verilişlər və rəngarəng musiqili proqramlar efir məkanının əsas prioritetlərindən biridir.

“Mədəniyyət” kanalının fəaliyyətə başlamasının əsas məqsədi isə Azərbaycan mədəniyyətini təqdim etmək, dünyaya tanıtmaqdır.

Bu gün özəl kanallarımızın heç birində istiqamətləndirici və maarifləndirici verilişlər yoxdur. Ancaq bütün bunların toplusu “Mədəniyyət” kanalındadır. Gün ərzində zamana uyğun cəmiyyətə maarifləndirici töhfələr bəxş edir.

Məsələn, xalqımız daha çox xalq musiqilərimizə, aşıq musiqisinə diqqət yetirir, qulaq asırlar. Ulu öndər hələ sağlığında Mərkəzi Komitənin I Katibi vəzifəsində çalışdığı zaman belə bir addım atdı və mən onun şahidi oldum. Rayonlarda çalışan katibləri maarifləndirirdi. Hər həftənin cümə günü dövlət işçiləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Niyazinin rəhbərliyi altında Simfonik Orkestrin iştirakı ilə böyük proqram izləyirdilər. Proqramda həm Azərbaycan bəstəkarlarından Ü. Hacıbəylinin, Q. Qarayevin, F. Əmirovun, C. Hacıyevin əsərləri ilə birgə, dünya bəstəkarlarından da Çaykovskinin, Bethovenin, Baxın, Motsartın əsərləri səslənirdi. Bu proqramda dünyəvi musiqi var idi. Təəssüflər olsun ki, H. Əliyev burdan Moskvaya gedəndən sonra bu ənənə pozuldu. Ancaq Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı bu ənənəni tamaşaçılarımız üçün saxlayır. Həftə içində elə gün olmur ki, klassik musiqi səslənməsin.

Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çox böyük maarifçilik işi ilə məşğul olur. Dünyanın bir çox ölkələrində qızı Leyla Əliyeva da çox işlər görür. Bizim Azərbaycan musiqimizin təqdimatı qlobal bir formada-Heydər Əliyev Fondunun fəaliyyətindən başladı. Heydər Əliyev Fondunun fəaliyyəti ilə UNESCO-da ilk konsert baş tutdu. O zaman Azərbaycan musiqisindən məlumatı olmayan UNESCO-da çalışanlar bilmirdilər ki, bu xalq nələr yaradır. Onlar Üzeyir bəyin əsərlərini, dünya klassiklərinin əsərlərini bizim ifaçılarımızın təqdimatında eşidəndə heyrətə gəldilər.

Hər zaman bir fikir yadıma düşür. Bu bizim mütəfəkkirimiz, bəstəkarımız Q. Qarayevin sözləridir: “Avropanın 300 illik keçdiyi musiqi tarixi yolunu, Azərbaycan Respublikası 70 il ərzində keçdi öndə olan musiqiçilər yaratdı”. Musiqimizin banisi olan Üzeyir Hacıbəyli 1908-ci ildə yazdığı Şərqin ilk operası iləLeyli Məcnun” la sanki dünyaya mesaj göndərdi ki, indi dünyaya yeni bir dövlət gəlib, yeni musiqi yaranıb. Agah olun. UNESCO-da bizim musiqimizi eşidəndə dinləyicilər dərhal “Biz sizi niyə bu günə kimi tanımadıq?” deyirdilər. Bu, Mehriban xanımın etdiyi böyük çalışmaların nəticəsidir.

Dünya səhnələrində xalqımın musiqisini eşitdiyim zaman hər dəfə gözlərimdən yaş gəlir. İlk dəfə 1979-cu ildə Səmərqənd şəhərindəŞərq TəranələrifestivalındaQarabağ bülbülləriqrupu Bəhram Mansurovun müşayiəti ilə Çahargah muğamını oxuyub qurtaran zaman zalda əyləşən dinləyicilər 7-10 dəqiqə ayaqüstü alqışladılar. O zaman duyduğum qürur hissindən gözümdən yaş gəldi.

İndi isə muğamdan danışmaq istəyirəm. 2005-ci ildə Heydər Əliyev Fondunda bir yığıncaq keçirildi. Yığıncağa dəvət olunan qonaqlar arasında bizim muğamımızın ağsaqqalları, akademiyanın musiqi şöbəsinin işçiləri, Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqının nümayəndələri var idi. Mən bu yığıncağa dəvət olundum. Söhbət əsnasında Mehriban xanım layihələrindən danışdı dedi ki, biz muğamımızı dünyaya tanıtdırmalıyıq. İlk layihəsi isə Qarabağ xanəndələrinin disklərinin buraxılması oldu. Sözsüz ki, bu böyük bir idi. Çünki mənfur qonşularımız balabandan sonra artıq muğamımızı da özününküləşdirir. Mən sonda söz istədim. Belə gözəl bir tədbirdə iştirak etdiyimə görə xoşbəxtliyimi dilə gətirdim layihəni dəstəklədim. Daha sonra isə fondun dəstəyi ilə muğam müsabiqəsinin keçirilməsi üçün Mehriban xanıma müraciət etdim. O da xeyir-dua verdi. Biz layihə üzərində çalışdıq hazırladıq. Layihə təsdiqləndikdən sonra biz müsabiqəyə başladıq. Əlbəttə ki, muğam müsabiqələri başda Niyazi olmaqla, bizim böyük musiqiçilərimiz bəstəkarlarımız tərəfindən keçirilirdi. Ancaq davamlı olaraq olmamışdı.

Muğam həqiqətən də həm yaşlı nəslin, həm orta nəslin, həm də gənc nəslin sərvətidir. Bununla da muğamımızda böyük canlanma müşahidə olundu. Bundan sonra muğam müsabiqəsi mütəşəkkil olaraq iki ildən bir keçirilməyə başladı. İndi fəaliyyət göstərən uşaqlar muğam müsabiqəsinin yetirməsidir. Sözsüz ki, zaman hər şeyi öz yoluna qoyur. İnsan yaşa dolduqca səs itir. Ancaq yeni səs lazımdır. Mənim bir sözüm var və həmişə deyirəm. Bilirsiniz muğam müsabiqəsi niyə maraqlıdır? Oxunan muğam həmin muğamdır. Oxunan qəzəl həmin qəzəldir. Çalınan musiqi həmin musiqidir. Ancaq burada fərq yeni səsin təqdimatıdır. Bu bizim üçün yeni muğamdır. Çünki o, öz səsi ilə bizə yeni muğam təqdim edir. Burada biz həm də Heydər Əliyev Fondunun məsləhəti ilə nəinki muğamımızı, həm də milli geyimlərimizi, musiqi alətlərimizi və Füzulidən başlayaraq qəzəllər yazmış böyük şairlərimizin ən gözəl qəzəllərini təqdim etdik. Məsələn, muğam dərsliyində muğamın hər hansı bir şöbəsinin hansı qəzəllə başladığı verilir. Ancaq biz burada təsəvvürü bir az dəyişdik və şöbəni yeni qəzəllərlə oxutdurduq. Bununla da şöbə təzələndi. Sözsüz ki, bizim gözəl müəllimlərimiz var. Biz münsiflər heyətinin üzvləri ilə respublikamızı qarış-qarış gəzib istedadlı uşaqları üzə çıxarırıq. Artıq üç aydır ki, biz axtarışdayıq. Əgər yeni bir səs, yeni bir nəfəs varsa, onu mütləq bizə bildirirlər. Biz də mütəmadi olaraq onlarla əlaqə saxlayıb görüşürük. Yəni biz iki il ərzində görürük. Onu da qeyd etmək istəyirəm ki, 2005-2007-ci ilin iştirakçıları müsabiqə bitdikdən sonra özlərinə yer tapa bilmədilər. Amma bizim sədrimiz Arif müəllimin çox gözəl qərarı ilə biz onlarla 2011-2013-cü ilin iştirakçıları ilə birlikdə bir müqavilə imzaladıq. Bu çox elitar musiqidir. Onun özünün dinləyiciləri var. Bizim gözəl müəllimimiz, Seyid Şuşinskinin tələbəsi Əlibaba müəllim çox gözəl bir təşəbbüs irəli sürdü. O, dedi ki, müsabiqəni bitirən uşaqlara təmənnasız dərs keçib, onlara muğamları öyrədəcək. Sözsüz ki, Seyid Şuşinskinin yaratdığı məktəbin davamçılarından biri də Əlibaba müəllimdir. 84 yaşında olmasına baxmayaraq, uşaqlarla məşğul olur. İnanıram ki, respublikamızda Seyid Şuşinskinin davamçıları olacaq.

Bilirsiniz ki, Azərbaycan Televiziyasında bir neçə kollektiv var. Estrada Simfonik Orkestri, Simfonik Orkestr, Xor kollektivi, Xalq Çalğı Alətləri Orkestri, “Bənövşəuşaq xoru s. Bildiyiniz kimi, bizim Xalq Çalğı Alətləri Orkestrinə uzun illər böyük bəstəkarımız Üzeyir bəyin davamçısı olan Səid Rüstəmov rəhbərlik edib. Hazırda da orkestr onun adını daşıyır Üzeyir bəyin yolunu davam edir. Biz gənc ifaçılarımızın ifasına xalq mahnılarımızı, klassik mahnılarımızı təzədən, yeni səslərlə televiziya tamaşaçılarına çatdırırıq. Bu da xalq tərəfindən çox gözəl qarşılanır. Mən onlara uğurlar arzulayıram. Mən həmişə deyirəm ki, əgər bir uşaq muğam dərsinə gedirsə, deməli o ailədə çox gözəl bir mühit var. Çünki hər kəs buna dözə bilməz. Muğam yaddaşda olan bir şeydir. O, yaddaşla keçir ona istedad lazımdır. Onu da deyim ki, muğam müsabiqəsində iştirak edən uşaqların təxminən yarısından çoxu qaçqın ailələrin uşaqlarıdır. Onlar çətinliklə uşaqlarını gətirib, onların muğam öyrənməyini istəyirlər. Mən bunun dəfələrlə şahidi olmuşam. Bu yüksək səviyyədə olan vətəndaşlıqdır.

-Bir ziyalı olaraq sizin fikrinizcə, “Mədəniyyətkanalı bundan sonrakı dövrdə Azərbaycan cəmiyyətinə hansı töhfələri bəxş edəcək?

- Mədəniyyət bir dəryadır. Bizim çox gözəl layihələrimiz var. Bütün layihələr maarifçilik nöqteyi-nəzərindən tamaşaçılara təqdim olunacaq. Təkcə Azərbaycan deyil, dünya incəsənəti bu layihələrdə öz əksini tapacaq. ÇünkiMədəniyyətkanalının ümdə işi insanları maarifləndirməkdir. İnsanların zövqünü oxşamaq bir mədəniyyətdir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-17 aprel.-S.13.