İdmanı həyat tərzinə çevirmək mənəvi və fiziki cəhətdən sağlam nəsil yetişdirmək deməkdir

 

Mənfi vərdişlərin evimizə qədər gəlib çatdığı bir dövrdə formalaşmaqda olan nəsli qorumağın əsas yollarından biri onları idmana istiqamətləndirməkdir

1997-ci ildə Azərbaycanda Olimpiya hərəkatında yeni mərhələnin başlanması ilə ölkəmiz dünyanın idman ailəsinə daxil olub. Bu sahənin sürətli inkişafının təmin edildiyi Azərbaycan artıq beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda gənc nəslin inkişafında idmanın roluna toxunacağıq.

 

Ölkədə yeni idmançı

nəsli yetişib

Qeyd edək ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu dövrün əsas xarakterik xüsusiyyəti ölkədə geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, bu sahənin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həllinə dair daha təsirli tədbirlərin görülməsi idi. İlk növbədə, regionlar da daxil olmaqla bütün ölkə üzrə beynəlxalq standartlara malik yeni, müasir idman qurğuları, Olimpiya İdman kompleksləri inşa edilibbu məqsədə yüksək səviyyədə nail olunub. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarıb. Azərbaycan atletlərinin Atlanta Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu Sidney, Afina, PekinLondonda yüksək nəticələrin qazanılmasına rəvac vermişdir. Beləliklə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olur. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman sahəsində yetərincə nüfuz qazanması ilə nəticələnir. İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Heç şübhəsiz ki, ölkəmiz bu sınaqdan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcək. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər. Bütün bunlar isə qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir. Artıq Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu isə ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyə qibtə edir. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir. İdmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni, onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.

 

Gənclər üçün nümunə

Bu gün idman ölkə həyatında çox mühüm yer tutur. Gənc nəsli idmana yönləndirmək üçün bir sıra işlər həyata keçirilir. Bu məsəldə təbliğatın böyük rol oynadığı hamıya məlumdur. Yada salaq, Namiq Abdullayevin, Fərid Mansurovun qazandığı Olimpiya qızılından sonra yüzlərlə yeniyetmə və gəncimiz güləşlə məşğul olmağa başladı. Daha sonra Elnur Məmmədlinin Pekində qazandığı qızıl medal cüdonun ölkəmizdə daha da populyarlaşmasında böyük rol oynadı. Yeniyetmələr və gənclər üçün Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli kumirə çevrildi. Bu fakt idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbələrin gənclərə nə qədər müsbət təsir etdiyini, onlarda vətənpərvərlik ruhunun, qələbə əzminin daha da artmasında böyük rol oynadığını və onları idmanla məşğul olmağa istiqamətləndirdiyini sübut edir. Artıq gənclərin və yeniyetmələrin yeni kumirləri var. Onlar Londonda ölkəmizə medal qazandıran idmançılardır, xüsusilə Toğrul Əsgərovla Şərif Şərifov. Azərbaycanda elə bir ailə tapmaq mümkün deyil ki, idmançılarımızın Londondakı parlaq çıxışını izləməsin. Qazanılan qələbədən sonra yeniyetmələrin, gənclərin küçələrə axışması, London zəfərini böyük təntənə ilə qeyd etməsi Olimpiya Oyunlarında qazanılan qələbənin əslində nə dərəcədə böyük təsirə malik olduğunu göstərir. Bu baxımdan Toğrulun və Şərifin qazandığı qızıl medallar, eləcə də digər idmançılarımızın uğurları yeni idmançı nəslinin yaranmasına, yeni-yeni yeniyetmələrin idman zalına axın etməsinə səbəb olub. Bu isə dövlət başçısının qarşıya qoyduğu «idmanı həyat tərzinə çevirmək» məqsədinə çatmada həlledici rol oynayır. Digər tərəfdən bu uğurlar yeni idmançı nəslinin yetişməsində böyük rol oynayır. Qələbənin xalqa, onun gənc, yeniyetmə nəslinə müsbət təsiri danılmazdır. Olimpiya Oyunları kimi yarışlarda qazaınılmış tarixi zəfərlər qalib idmançının xalq tərəfindən qəhrəman kimi sevilməsini və qəbul edilməsini təmin edir. Eyni zamanda həmin idmançılar və onların əldə etdiyi qələbələr gənc nəslə müsbət təsir göstərir, onlara qələbə ruhunu, vətənpərvərlik ruhunu aşılayır. Azərbaycan dövləti bu məsələləri nəzərə alaraq idmanın inkişaf etdirilməsi, sağlamgüclü nəsil yetişdirilməsi işini prioritet sahə kimi diqqətdə saxlayır. Çünki bu məsələ dövlətin və xalqın gələcəyi üçün müstəsna dərəcədə əhəmiyyət daşıyır. Mənfi vərdişlərin bizim istəyib-istəməməyimizdən asılı olaraq evimizə qədər gəlib çatdığı bir dövrdə formalaşmaqda olan nəsli qorumağın əsas yollarından biri onları idmana istiqamətləndirməkdir. İdmanı həyat tərzinə çevirmək mənəvi və fiziki cəhətdən sağlam nəsil yetişdirmək deməkdir. Bu gün ölkəmizdə həyata keçirilən idman siyasətində bu məsələlərin hər biri detalına kimi işlənib. Hər bir bölgəmizin Olimpiya İdman Kompleksi ilə təmin edilməsi də bu kontekstdə çox böyük əhəmiyyət kəsb edir. Bu komplekslərdə məşq edən bölgə gəncləri həm sağlam nəsil kimi yetişir, həm də onların arasından Toğrul Əsgərov kimi Olimpiya çempionları çıxır. Unutmaq lazım deyil ki, Toğrul müstəqil Azərbaycanda doğulan, müasir Olimpiya İdman Kompleksində məşq edərək olimpiya çempionu olan idmançımızdır. Bu çempionluq dövlətin idman və gənclər sahəsində, bütövlükdə ölkədə həyata keçirdiyi siyasətin nə qədər doğru olduğunu gün kimi ortaya qoyur. Dövlət başçısı da olimpiyaçılarımızla görüşlərin birində qeyd edib ki, bu gün ölkəmizdə yeni-gənc nəsil yetişir: «Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi deyildir ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir. Bizim Olimpiya çempionumuz Toğrul Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib, püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır. Mən çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir”.

 

Anar Miriyev

Palitra.-2014.-17 aprel.-S.11.