“Avropa gəncləri bir çox sahələrdə
Azərbaycan gəncliyindən nümunə götürə
bilər”
Fərhad Vəliyev: “Azərbaycanın
hər sahədə nömrə bir olduğunu bütün
dünyaya sübut eləmək həvəsi ilə
addımlayıram”
Azərbaycan gənci
harada yaşamağından asılı olmayaraq daimi mənəvi
inkişafı üçün
çalışır. Müsahibimiz Fərhad
Vəliyev də belə gənclərimizdəndir. Qeyd edək ki, F. Vəliyev
2012-ci ildə Litvada yaradılan
Baltikyanı Azərbaycanlı Gənclər
Assosiasiyasının sədridir. Budan başqa Baltikyanı Azərbaycanlıların
Şurasının təsisçilərindəndir. O, eyni zamanda Dünya
Azərbaycanlı Gənclər Birliyinin Litva təmsilçisidir.
- Özünüzü oxucularımıza təqdim edin.
-1989-cu ildə Belçikanın Çarleroi şəhərində anadan olmuşam. Bir yaşında Bakıya ailəmlə dönmüşəm. Bakıda Yasamal rayonuda 175 nömrəli məktəbin 5-ci sinfinədək orta təhsilimi natamam bitirib, daha sonra 10 yaşından Belçika Krallığında orta təhsilimi davam etdirmişəm. 2005-ci ildə Charleroi biznes məktəbini (business school) bitirmişəm. Valideynlərimlə Belçikada yaşayırıq. Ailənin tək övladıyam.
2006-cı ilin iyulunda İordaniya Universitetinin ərəb və ingilis dillərində İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin bakalavr üzrə məzunu olmuşam. 2008-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Yasamal Telefon Qovşağında İnternet xidməti şöbəsinin rəis müavini vəzifəsində çalışmışam. Rabitə sahəsində bir sıra təltiflərim olub. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Daha sonra bir çox dövlət strukturlarında dövlət qulluğu vəzifələrində çalışmışam. 4 ildən çox iş təcrübəm var. Ümumdünya ikinci beynəlxalq "İKT telekomunikasiya" sahəsi üzrə konkursunun qalibiyəm.
2009-cu ildə indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Təhsil şöbəsindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almağa layiq görüldüm. 2010-cu illər ərəfəsində Azərbaycan Respublikasına "praktikaya" ezam olundum və rabitə sahəsi üzrə təcrübə keçdim. Rabitə və yüksək texnologiyaları naziri, akademik Əli Abbasovun əmri ilə Litvanın Kaunas Texnoloji Universitetinə təcrübəyə göndərildim. Bu dövr ərzində Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslara qatıldım.
2011-ci ildə Şimali
Kaliforniya Universitetinin
(University of Northern California) İnsan resursları fakültəsini
fərqlənmə diplomu
ilə bitirdim. Budan əlavə
Rabitə texnoloqu ixtisası üzrə bakalavr diplomuna layiq görülmüşəm.
2011-ci ildə təhsilimi
bitirdikdən sonra, cənab nazir Əli Abbasovun 723-cü əmr protokoluna əsasən Litvanın
Kaunas şəhərində təhsilə göndərilmişəm.
Litvanın, Kaunas şəhərində fəal
gənclər təşkilatı
yaradılmasında böyük
rolum olub. Azərbaycanı xaricdə təmsil etməklə hələ gənc vaxtlarından məşğul oluram.
Azərbaycan vətəndaşıyam.
Azərbaycan Respublikasının fəal diasporçusuyam.
- Xaricdəki azərbaycanlı gənclərin
Vətənlə bağlılığı
hansı səviyyədədir?
- Baltikyanı Azərbaycanlı
Gənclər Assosiasiyasının
sədri olaraq qeyd etməliyəm ki, hər il Litva, Latviya, eləcə də Estoniyaya gələn tələbələrimizin
sayı günü-gündən
artmaqdadır. Mən 2010-cu ildə Kaunas şəhərinə
gəldikdə, əvvəllər
ümumi şəhərdə
on azərbaycanlı tələbə
olardısa, hazırda
təkcə təhsil
aldığım universitetdə
18 nəfər azərbaycanlı
tələbə bakalavr
pilləsində təhsil
alır. Ümumiyyətlə,
Litvada azərbaycanlı
tələbələrin sayı
bu il
artıq 130 nəfərdən
çoxdur. Litvanın ümumi 12 universitetindən
6-sı Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə əməkdaşlıq
edir. Litvada azərbaycanlı tələbələrimiz çox
aktivdirlər və mehribandırlar.
Azərbaycan milli irslərinin tarixini, həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması üçün görülən
işlər məhz gənclərimiz tərəfindən
bu gün çox mühüm rol oynayır. Əgər əvvəl
dünyada Azərbaycan
gənclər təşkilatlarımız
hər 3 ölkədən
bir qonşu ölkədə fəaliyyət
göstərirdisə, indi
hər bir ölkədə, hətta
bir ölkədə çoxlu sayda gənclər təşkilatlarımız
öz fəallığı
ilə seçilir.
Bu isə o deməkdir
ki, dünyada azərbaycanlı gənclərə
məhz xaricdəki diaspor siyasəti işində və Azərbaycanın lobbiçilik
fəaliyyətinə dair
məsələlər müzakirə
panelləri gənclərimiz
üçün yol açılır.
Təqdirəlayiq bir məsələni
də vurğulamalıyam
ki, müvafiq iclaslar keçirilir, qurultaylar qəbul edilir və dünyanın müxtəlif
ölkələrində yaşayan
və fəaliyyət
göstərən azərbaycanlı
gəncləri mərkəz
Bakıdan koordinasiya etmək və onların bir-biri ilə sıx əlaqə saxlaması üçün Dünya Azərbaycanlı Gənclər
Birliyinin nizamnamələr
qəbul edilir, rəhbər orqanlar seçilir. Həmçinin, azərbaycanlı gənclərin yaşadıqları
cəmiyyətə inteqrasiyası
məsələləri, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında
yeni təbliğat üsullarından istifadə
və müasir informasiya texnologiyalarının
tətbiqi, Azərbaycan
gənclərinin lobbi
quruculuğu və digər məsələlər
qurultaylarda geniş müzakirə edilir.
Nəticədə, sadaladığım bu məsələlər Azərbaycan gənclərinin
xaricdəki uğurlu fəaliyyətlərinin qurulmasında
və davamlı fəaliyyətində özünü
göstərir. Bütünlüklə bunları Dünya Azərbaycanlı Gənclər
Birliyinin 2 illik fəaliyyəti kimi çox uğurlu bir nəticələr əldə etdiyinin şahidi oldum. Ümumiyyətlə, Dünya
Azərbaycanlı Gənclər
Birliyinin təsis edilməsi Azərbaycandan kənarda təhsil alan və
ya yaşayan gənclərimizin dövlətinə
qayğıkeşliyinin sabahkı
stimuludur, daha yaxından cəlb edilməklə onların potensialından səmərəli
istifadə olunması
baxımından mühüm
əhəmiyyət daşıyır.
- Bir gənc olaraq
xaricdə Azərbaycanın
təbliği istiqamətində
hansı işlər görürsünüz?
- Bu yaxınlarda "Xocalı
soyqırımını" Litvanın bir neçə şəhərlərində,
paytaxt Vilnüsdə,
eləcə də
Kaunas şəhərinin (Kaunas Technology
University) Azərbaycan tələbələri
və (LSMU) Tibb Universitetinin azərbaycanlı
tələbələri yerli
Litva əhalisinə
"26 fevral 1992-ci" ilin
Xocalı soyqırımı
faciəsi haqqında ətraflı məlumatlar
verərək "Laisves
aleya" kimi mərkəzi küçələrdə
foto sərgi nümayiş edərək,
aksiya keçirdiblər.
Bununla yanaşı, küçə
boyu Xocalı faciəsini özündə
təcəssüm etdirən
və üzərində
ingilis və litva dillərində informasiya olan fotolar nümayiş edilib.
4 il ərzində
İordaniyanın bir sıra şəhərlərində
təşkil olunan mədəniyyət və
incəsənət gecələrinə
qatılırdım və
diaspor fəaliyyəti
ilə yaxından tanış olurdum. Bu baxımdan Azərbaycan
Respublikasının İordaniyadakı
səfiri Elman Araslı
bizə dəstək verirdi. 2007-ci ildə oktyabrın 18-də
öyrəndiyim diaspor
fəaliyyətimi kurs
yoldaşlarımla birlikdə
"Amman 1" televiziyasında canlı yayımda nümayiş etdirdik, Azərbaycanı təbliğ
etdik. Bir sıra dövlət
rəsmilərinin iştirakı
ilə keçirilən
proqramda xarici işlər naziri məni İordaniya Gənclər Nazirliyinin
"Aktiv Gənc"
sertifikatı ilə təltif etdi.
Xaricdə təhsil aldığım
müddətdə Litvada
keçirilən bir çox konfranslara Azərbaycandan iştirakçı
kimi qatılaraq, eləcə də Belçika, İtaliya, Almaniyada Azərbaycanın
milli irslərini, milli rəqs paltarlarını, və Milli bayram gecələrini
nümayiş etmişəm.
Bunların arasında "Avropa Gənclər Forumu" -
European Youth Forum, Beynəlxalq Tələbələrin Sammitinin
üzvü olmuşam. 26-29 aprel
2013-cü ildə Türkiyənin
İstanbul şəhərində,
70-dən çox ölkə
və 300 təşkilat
olan eləcə də 150-dən çox beynəlxalq təmsilçinin
sırasında iştirak
edərək Azərbaycan
bayrağını 3-cü Beynəlxalq Tələblərin
Sammitində təmsil
edərək Qafqazda, Azərbaycanın regionda nömrə bir olduğunu Avropa gənclərinə filmlərlə
nümayiş etmişəm.
- Azərbaycan gənclərinin ictimai-siyasi
aktivliyi hansı səviyyədədir?
- Baxmayaraq ki, mən uşaqlıq yaşlarımdan Avropada yaşayıram, bir azərbaycanlı olduğumu qürurla hər bir ölkədə büruzə edərək Azərbaycan bayrağını təmsil etmişəm və edəcəyəm. Ona görə yox ki, Azərbaycan bu günlərdə öz vətəndaşlarının başqa ölkələrin siyasətindən tam fərqli olaraq qayğısına qalır və tələbələrə xaricdə təhsil proqramına dəstək olur. Onu da vurğulayım ki, məhz bu gün, Avropanın bir neçə böyük ölkələrini Azərbaycanla müqayisə etdikdə, Azərbaycanda gənclər arasında artım çox dinamik şəkildə baş tutur və ictimai fəaliyyəti artır, eləcə də gənclərin mənəvi və vətənpərvərlik istiqamətində bir çox layihələr baş tutur. Əlbəttə ki, bu siyasət Prezident İlham Əliyevin yalnız təhsilə ayırdığı böyük diqqətin nəticəsi ilə yetmədi, eləcə də gənclərimizə diqqətin hər zaman müşahidəsinin nəticələrinə yaxın keçmişə baxanda 2 il bundan öncə, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun yaranması bir daha sübut etdi ki, Gənclər onun daima diqqət mərkəzindədir. Bunu qəbul olunan xaricdə təhsil haqqında 2007-2015-ci illəri əhatə edən dövlət proqramının 2020-ci ilə kimi uzadılması da sübut edir. Bu siyasətin arxasında isə əslində bir gözlənti durur. Xaricdə yüksək keyfiyyətli təhsil alan azərbaycanlı tələbələr əldə etdikləri bilikləri məhz Vətənə qayıdaraq Azərbaycana tətbiq edib, Azərbaycan təhsilini və digər sahələri inkişaf etdirməlidirlər. Gənclərimiz də bilməlidirlər ki, onlar müstəqil Azərbaycanın gələcəyinin qurulmasında və inkişafında məsuliyyət daşıyırlar.
- Hazırda ictimai-siyasi olaraq hansı aktivlik göstərirsiniz?
-Hal-hazırda Azərbaycanda olduğuma görə Bakıda həyata keçirilən bir çox tədbirlərin iştirakçısı oluram. Lakin imkan daxilində çalışıram bütün dostlar və tələbələr tərəfindən dəvət olunduğum mərasimlərə qatılım. Son qatıldığım və bəyəndiyim tədbir 9 aprel 2014-cü tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondundan fərdi şəxs qismində qazanılmış “Mənim Qarabağım” rəsm sərgisinin açılış mərasimidir.
Eləcə son üzərində işlədiyim layihələrim haqqında diqqətinizə qısa bir təsvir çatdırım. Bir ildən çox hazırladığım layihə artıq yaxında işıq üzü görməlidir. Bu, "Baku 2015- İlk Avropa Oyunlarının Himni" adlı layihədir. Bununla bağlı böyük tədbirlər hazırlanır. Layihə yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
- Azərbaycan gəncinin
mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?
- Gənclərin istənilən perspektivli layihəsinə dövlətimiz dəstək verir. Ulu öndər Heydər Əliyevin dili ilə desək, gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu gün azərbaycanlı gəncin mənəvi biliyi və ruh yüksəkliyinin daha güclü olduğuna, başqa ölkələrin gənclərindən qat-qat yüksək olduğuna əminəm. Avropada gənclərin əxlaqına bələd olduğuma görə, bir misal çəkim. Onlarda qonağa hörmət ingilis salamı ilə başlayar və alman hesabatı ilə bitər. Lakin bizim gənclər isə gözəl Azərbaycan qonaqpərvərliyimizin, milli mentalitet vəziyyətinin nəticəsində, qonaqlara Bakı şəhərini göstərdiyini, hətta lazımı gələrsə, evlərinə belə dəvət etdiklərini görəndə, bir daha Azərbaycan gənci olmağımla qürur hissi keçirirəm. Oralarda bu cür qayğı və xarici vətəndaşlara münasibətin olduğunu çox istərdim. Odur ki, bir çox sahələrdə Azərbaycan gəncliyindən Avropa gəncləri nümunəvi dərs götürə bilər.
- Bir az da gələcək planlarınızdan danışardınız…
- Gələcəkdə Bakıda
yaşamağı çox istərdim. Bir çox işlər ölkənin paytaxtı
ilə bağlı olduğuna görə,
həm də ruhən ən sevimli şəhərim
Bakıya bağlı olduğuma görə,
gələcəkdə dünya
miqyasında olan layihələri
hazırlamaqdan heç bir
dəqiqə belə geriyə çəkilmədən, durmadan işlərə başlayacağam. Azərbaycanın hər sahələrdə
nömrə bir olduğunu
bütün dünyaya
sübut eləmək həvəsi ilə
addımlayıram. Odur ki,
sizlərlə gələcəkdə görüşmək ümidi ilə sağollaşıram, diqqətinizə
görə bir daha təşəkkürümü
bildirirəm.
Fuad Hüseynzadə
Palitra.-2014.-18 aprel.-S.11.