“Muğamın sehri: Azərbaycanın
əsrarəngiz musiqisi”
Corc Vaşinqton Universitetində Amerikanın muğam üzrə məşhur mütəxəssisi Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın əsrarəngiz musiqisi” mövzusunda təqdimatı olub.
Tələbə auditoriyası qarşısında çıxış edən musiqiçi Azərbaycan muğamının tədqiqatı ilə bağlı qırx illik təcrübəsindən danışıb. O, musiqinin digər məşhur janrları ilə müqayisədə muğamın incəliklərini diqqətə çatdırıb və onun qeyri-adiliyini vurğulayıb. C.Verbok izah edib ki, muğamın ifası zamanı ifaçı və auditoriya mental cəhətdən qovuşur və xoş ovqat yaranır. Azərbaycan muğamının eksperti bu janrın sosial-ənənəvi xüsusiyyətlərini də qeyd edib. Azərbaycan muğamının kökləri və Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qarabağ bölgəsi haqqında danışan C.Verbok deyib: “Azərbaycanlılar üçün muğamın həm də vətənpərvərlik əhəmiyyəti var”. O, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhəri haqqında məlumat verib.
Sonda musiqiçi bildirib ki, tezliklə onun muğam barəsində fİlmi hazır olacaq və ABŞ-ın bir çox şəhərlərində həmin filmin premyerası keçiriləcək.
Xatırladaq ki, Cefri Verbok hələ
1971-ci ildən Azərbaycan musiqisinə vurulmuş
və bütün ömrünü
Azərbaycan muğamının xaricdə təbliğinə
həsr etmiş nadir
ABŞ musiqiçilərindəndir. O, ABŞ-ın və İsrailin muzeylərində, kolleclərində,
universitetlərində və ictimai mərkəzlərində
yüzlərlə konsert və mühazirə
təşkil edib.
Təhminə
Palitra.-2014.-19 aprel.-S.15.