Azərbaycanın şairlərinin xatirəsi
Əskişəhərdə anılıb
“Azadlıq aşiqi
üç azərbaycanlı – Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk,
Məmməd Araz” - Əskişəhər
Azərbaycanlılar Dərnəyi və Anadolu
Universitetinin Ədəbiyyat Fakültəsi
Türk dili və
Ədəbiyyatı bölümünün
birgə təşkil etdiyi panel belə adlanırdı. Paneldə ilk olaraq
çıxış edən Lefke Avropa
Universitetinin dosenti Nazim Muradov sadəcə Azərbaycanın
deyil, Türk
Dünyasının önəmli şairlərindən biri Bəxtiyar Vahabzadə haqqında,
xüsusilə onun həyatının geniş ictimaiyyətə bəlli olmayan məqamlarından bəhs edib və şairin sovet dövründə çəkdiyi əziyyətlərə
baxmayaraq, əyilməyən
azadlıq aşiqi, milli
bir şair olduğunu bildirib. Bəxtiyar
Vahabzadənin dövrünün neqativlərini
şeirlərində cəsarətlə əks etdirən,
xalqının müdafiəçisi və hər bir əzilənin dostu olan, öz dilinə, milli mədəniyyətinə bağlı bir şair olduğunu
vurğulayıb. Osmanqazi Universitetinin dosenti,
Dilek Ataizi Azərbaycanın
azadlıq şairi Xəlil Rza Ulutürkün yaşadığı
əzablı həyatını, Azərbaycanın müstəqilliyi
üçün meydanlarda
xalqla ilə çiyin-çiyinə
mücadilə edərək, hər cür
neqativliyə sinə gərdiyini və həbsdə
yatdığını, ancaq yorulmadan, usanmadan
mübarizəsinə davam etdiyini bildirib. Araşdırmalar zamanı şairin
həyat yoldaşı Firəngiz xanımın dəstəyindən
və xatirələrindən bəhs edən Dilek
Ataizi xüsusilə həbsxana illərində
yazılmış bir çox
əsərlərinin ölümündən sonra
məhz Firəngiz xanım tərəfindən çap edildiyini
vurğulayıb. Sonda Məmməd Araz haqqında
çıxış edən Lefke Avropa Universitetinin müəllimi
dosent, doktor Nazim Muradov onun
uzun illər parkinson xəstəliyi
ilə mübarizə apardığını, yeriməyə
və danışmağa əziyyət çəkdiyini şairin öz sözləri
ilə - “Ölə-ölə yazmıram, yaza-yaza
ölürəm” kimi ifadə edib. Məmməd Arazın
sovet rejiminin bütün təzyiqlərinə baxmayaraq, Bütöv Azərbaycan
arzusunu hər zaman dilə
gətirdiyini, Azərbaycanın müstəqilliyindən sonra Qarabağın işğalına çox üzüldüyünü
və pessimist şeirlərində bunu ifadə etdiyi
vurğulanıb. Nazim Muradov müstəqillik aşiqi olan bu şairlərin bir-birindən geri qalmadığını, eyni
duyğu və düşüncələrlə
mübarizə apardığını xüsusi
vurğulayıb. Çıxışlardan sonra
Əskişəhər Azərbaycanlılar Dərnəyinin
üzvləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Məmməd
Arazın şeirlərini səsləndiriblər.
Nigar
Palitra.-2014.-23 aprel.-S.13.