“Çində təbliğata qoyulan qadağa aktivliyimizə təsir edir

 

Natiq Xəlilov: “Ölkəmizi təmsil etməklə yanaşı, Çinin qanunlarına da hörmət edirik

 

Xaricdə təhsil alan gənclərimizin fəaliyyətləri və təhsil ilə bağlı uğurları çox vaxt mətbuatın arxa planında qalır və cəmiyyət də onların gördüyü işlərdən, aktivliklərindən xəbərdar olmur. Bu da təbiidir. Çünki bu gənclər Vətəndən xeyli uzaqlarda olurlar. Belə gənclərdən birinin fəaliyyəti ilə maraqlandıq. Bu, Çində ali təhsilini başa vurmaq üzrə olan Natiq Xəlilovdur. Natiq Xəlilovla olan müsahibəni oxuculara təqdim edirik.

- Təhsillə bağlı işləriniz nə yerdədir?

- Hazırda Çin Xalq Respublikasının Renmin Universitetinin 4-cü kursunda, Hüquqşünaslıq fakültəsində təhsil alıram. Təhsillə bağlı işlərim qaydasındadır və tələbələrin ən ümdə vəzifələrindən sayılan diplom işini bitirmək üzrəyəm.

- Maraqlıdır, diplom işinizin mövzusu nədir?

- Diplom işimin mövzusu xarici vətəndaşların son zamanlar Çində üzləşdiyi viza problemləri ilə bağlıdır. Son zamanlar xarici vətəndaşların Çinə axını çoxaldığından, onlar tərəfindən törədilən cinayətlərin sayı da artıb nəticədə Çin dövləti xarici vətəndaşlara qarşı qanunları sərtləşdirir. Artıq Çində leqal işçi vizası almaqdan ötrü uzun mürəkkəb prosesdən keçməlisən. Bu vəziyyət Çində yaşayan təhsil alan xaricilərin narazılığına səbəb olmuşdu mən qərara gəldim ki, tədqiqat işimi bu mövzuya həsr edim.

- Çində təhsilin çətin olduğunu deyirlər. Bu, belədirmi, yoxsa alışmısınız artıq?

- Çində təhsil başqa ölkələrdən fərqlidir. Ən əsası da ona görə ki, çin dili çox mürəkkəbdir digər dillərdən fərqli olaraq bu dilin əlifbası yoxdur. İmtahanların çoxu yazılı olduğundan müəyyən çətinliklərlə qarşılaşırsan. Çin dilini qədər yaxşı bilsən çinli kimi yazıb-danışmaq demək olar ki, mümkünsüzdür. Fikrimcə, Çində təhsillə bağlı çətinliklər məhz çin dili ilə bağlıdır. Mənə gəldikdə isə artıq 6 ildir ki, burada təhsil alıram demək olar ki, bütün çətinliklərə tam alışmışam.

- Çin son illərdə daha da dinamik sürətlə inkişaf edərək dünya gücünə çevrilib. Necə düşünürsünüz, Azərbaycan belə bir ölkə ilə əlaqələri daha da sıxlaşdırmalıdırmı?

- İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan digər ölkələrdən keçib. Bu səbəbdən Çin Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Çin Xalq Respublikası Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. Çin Azərbaycan respublikaları arasında möhkəm diplomatik mədəni əlaqələr mövcuddur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir. Azərbaycan–Çin münasibətlərini kifayət qədər qənaətbəxş qiymətləndirirəm. İyirmi bir illik diplomatik əlaqələr müddətində Çin Azərbaycan arasında əmtəə dövriyyəsi 800 dəfə artıb. Müstəqilliyin qurulmasının ilk illərində bu ölkələr arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dollar təşkil edirdi. Ötən il isə bu rəqəm 1,2 milyard dollara çatıb. Bu o deməkdir ki, Azərbaycan Çin arasında əmtəə dövriyyəsi 800 dəfə artıb. Bu, bir tərəfdən iqtisadi sahədə yaxşı səviyyəyə çatmağımıza, digər tərəfdən bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar olmasına dəlalət edir. Fikrimcə, gələcəkdə iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün çox uyğun bir zəmin var.

- Bu ölkəyə azərbaycanlı adamları, biznesmenlər daha çox üz tuturlar. Necə düşünürsünüz, Çinə daha çox təhsil ardınca baş vurmağa dəyər, ya biznes maraqları üçün?

- Haqlısınız, son dövrlərdə daha çox ölkəmizdən bura ticari maraqlar üçün insanlar üz tuturlar. Bu da təsadüfdən yaranmayıb. Çin nəinki Asiyanın, bütün dünyanın fabrikinə çevrilib. Bu ölkəyə dünyanın hər bir yerindən adamları gəlir, həmçinin Azərbaycandan. Zənnimcə, Çində kifayət qədər biznes imkanları var. Amma bir faktı qeyd edim ki, ölkədə əhalinin sayı çox olduğu üçün burada loru dildə desək, hər cür adama rast gəlmək olur. Xüsusən , biznes sahəsində kifayət qədər kələkbaz var. Ona görə Çinə biznes dalınca gələn həmvətənlərimə tövsiyə edərdim ki, bura gəlməmişdən öncə bu ölkənin qanunları ilə az da olsa tanış olsunlar ki, sonra problemlərlə üzləşməsinlər. Sualınızın əsas məğzinə gəldikdə isə əlbəttə ki, hər iki məqsədlə bu ölkəyə baş vurmağa dəyər.

- Təhsil aldığınız bu ölkə nisbətən qapalılığı ilə seçilir. Bu qapalılıq məhdudiyyətlər təhsil sahəsinə qədər təsir edib?

- Biz azərbaycanlı tələbələr olaraq, xaricdə təhsil aldığımız zaman, eyni zamanda Vətənimizi təmsil etməliyik. Bu, hər bir azərbaycanlı gəncin mənəvi borcudur. Biz çalışırıq aktiv olaq, ölkəmizi layiqincə təmsil edək. Bəli, Çinin siyasi ictimai sistemi Amerikadan Avropa ölkələrindən fərqlidir. Burada diaspor fəaliyyəti ilə təbliğatla məşğul olmaq qadağandır. Bu kimi nüanslar bizim azərbaycanlı gənclərin ictimai fəaliyyətinə təsir edir. Biz isə öz növbəmizdə ölkəmizi təmsil etməklə yanaşı, Çinin qanunlarına da hörmət edirik.

Necə düşünürsünüz, Azərbaycan Çindən daha nələri öyrənməlidir?

- Hazırda Çində demək olar ki, istehsalı olmayan bir əşya, avadanlıq, ləvazimat yoxdur. Son zamanlar ölkəmizdə yeni zavodlar fabriklər tikilsə , fikrimcə, Azərbaycanda bir çox sahədə istehsalatı Çindəki kimi daha da genişləndirmək olar. Bu halda həm vətəndaşlar üçün yeni yerləri açılar, həm iqtisadiyyatımız daha da sürətlə inkişaf etmiş olar. Biz Çindəki kimi çoxşaxəli iqtisadi inkişaf tempini seçməliyik. Artıq bu istiqamətdə bir sıra ciddi addımlar da atmağa başlamışıq.

- Çində ali təhsil almaq istəyən gənclərimiz ilk növbədə nələri bilməlidirlər?

- Çinə gələnlər bilməlidir ki, bura Avropa ya Amerika deyil. Burada təhsil bir az daha mürəkkəbdir. Çinə təhsil almağa gələn gənclər çətinliklərə hazır olmalıdırlar. Çini təhsil üçün seçənlərin bura gəldikləri zaman ingilis dilini bilmələri məsləhətdir. Çünki ilk dərslər ingilis dilində keçirilir. Çin dili üzrə dərsliklərin hamısı ingilis dilindədir. Bura nəhəng bir ölkədir şəhərlər meqapolisdir. Təhsillə yanaşı, adi həyatda da problemlərlə üzləşə bilərlər. Digər məqamlar isə hamımızın bildiyi fərqli mətbəxlə bağlıdır. Çinin mətbəxi bizim mətbəxdən çox fərqlidir. Çinlilər çörəyin əvəzinə düyü yeyirlər, çəngəl-bıçağın yerinə isə çubuqlardan istifadə edirlər. Amma bunlar hamısı ikinci dərəcəli problemlərdir. Bundan başqa onsuz da burada kifayət qədər Şərq Qərb mətbəxini özündə təcəssüm etdirən kafe-restoranlar da var. Hər şey insanın özündən asılıdır. İstək olduğu zaman sadaladığım çətinliklərin hamısının öhdəsindən gəlmək olar.

- Yəqin ki, bir çox xaricdə təhsil alan tələbələrimiz kimi, siz sonda Azərbaycana qayıdıb, gələcək planlarınızı burada quracaqsanız?

- Əlbəttə, bu belə olmalıdır. Vətənin yerini heç , heç bir məkan verməz. Biz azərbaycanlılar isə Vətənə bağlılığımız ilə seçilirik. Bu mənada əksər gənclərimizin sonda ölkəyə qayıdıb bilik bacarıqlarını Azərbaycanda tətbiq etmələri təbiidir. Mən təbii ki, sonda ölkəyə qayıdacağam sözsüz ki, Vətənə alnıaçıq, təhsildə heç bir problemi olmayan biri kimi qayıtmaq istəyirəm.

 

Tural Tağıyev

Palitra.-2014.-23 aprel.-S.6.