Excelsior Hotel Baku” - ən yüksək standartlara cavab verən hotelçilik turizminin bariz nümunəsi
Azərbaycanda turizm sahəsi son illərdə çox sürətli inkişaf xətti götürüb. O cümlədən,
hotelçilik turizmi baxımından Bakı və ümumiyyətlə,
ölkəmiz dünyanın
turizm mərkəzləri
ilə rəqabət etməyə qabildir. “Excelsior Hotel Baku” hoteli isə Azərbaycanda hotelçilik turizminin inkişafının və
dünyanın ən yüksək standartlarına
cavab verməsinin bariz nümunəsidir.
“Excelsior Hotel Baku” hoteli bütün üstünlüklərindən
əlavə, daim yeniliklər etməklə,
müştərilərini daha
çox sevindirir və yeni müştərilər
cəlb edir. Bu baxımdan hotel istər münasib qiymətlərinə,
istər xoş sürprizlərinə, istərsə
də əyləncə
və komfortuna görə həqiqətən
də seçilir.
Hoteldə və onun
“Aura” Sağlamlıq Mərkəzində
istirahətimiz və idmanla məşğul olduğumuz zaman biz bir daha buna
əmin olduq. Qeyd etdik ki, çoxlu
yeniliklər tətbiq
olunmağa başlayıb.
Bu sahədə əsas
yeniliklərdən biri
bu il
toyların və sair yadda qalan
tədbirlərin keçirilməsi
üçün xüsusi
şərait yaradılması
və dəyişikliklər
edilməsidir. Bunun üçün
toy zalına, mebelinə,
səs-işıq və
sair avadanlıqlara
modern dəyişikliklər edilib, yeni dizayn
verilib. Bu baxımdan biz toy və banketlərin keçirilməsində
digər hotellərdən
daha üstün xidmətlər verilir.
Hotellərin banket və
toy qiymətləri çox
yüksəkdir. Amma sözügedən
hotel qiymətlərin münasibliyi
baxımından da xeyli üstündür.
Demək
olar ki, bu baxımdan şadlıq evləri ilə rəqabətdədir.
Hoteldə keçirilən banket və toy eyni qiymətə və daha möhtəşəmdir.
Həmçinin hotelin açıq
hovuz ətrafı da toy üçün uyğun olan münasib bir yerdir. Paytaxtın Heydər Əliyev prospekti 2 ünvanında
2008-ci ildə istifadəyə
verilən 5+ ulduzlu
“Excelsior Hotel Baku”nun turizm
sektorunun inkişafında
özünəməxsus yeri
var. Hər şeydən
öncə bildirək
ki, Bakının işgüzar mərkəzinin
yaxınlığında yerləşən
“Excelsior Hotel Baku”dan biznes,
ticarət və əyləncə mərkəzlərinə
asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 10 dəqiqəlik
məsafədədir. Hotelin
müasir tələblərə
cavab verən və peşəkar sürücülərin idarə
etdiyi avtomobilləri vasitəsilə müştərilər
Bakı Dəmiryol Vağzalına 5 (3 km), Fəvvarələr
Meydanına 15 (4 km), Prezident
Administrasiyasına 7 dəqiqəyə
(5 km) çatdırıla bilərlər.
Bununla yanaşı, müştərilər
həmin avtomobilləri
saatlıq icarə üçün də istifadə edə bilərlər. Ümumiyyətlə,
“Excelsior”un avtomobil xidməti qonaqlara Bakı Beynəlxalq Hava Limanına və oradan, həmçinin Bakı şəhəri daxilində rahat nəqliyyat təklif edir.
Ənənəni, yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla
özündə birləşdirən
“Excelsior Hotel Baku” klassik memarlıqla
müasir dizayn elementlərinin vəhdətini
təcəssüm etdirir. O, özünəməxsus
atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi bir otelidir. “Excelsior”un
Satış və marketinq üzrə direktoru Damla Çuhadaroğlu Bayık
bizə hotelin üstünlükləri barəsində
məlumat verərkən
biz bird aha buradakı komfortun,
əsrarəngizliyin və
rəngarəngliyin şahidi
olduq. Əslində bu barəəd
məlumata ehtiyac yoxdur. Təkcə hotelə baş
çəkmək kifayətdir
ki, onun füsunkar gözəlliyinə
və əlverişli
bir turizm mərkəzi olduğuna şahid olasan. Qeyd edək ki, 5 mərtəbəli “Excelsior”da yüksək zövqlə dekorasiya edilmiş ümumilikdə
61 gözəl nömrə
və dəbdəbəli
süit var. Bunlardan
45-i “Heritage”, yəni standart
(41 m2), 9-u “Duke” (24 m2) nömrələrdir.
Süitlərdən 4-ü “Crown” (60 m2), 2-si “Royal” (75 m2), 1-i isə “İmperial” (300 m2)
süitdir. Otel otaqlarının hər birində fərdi iqlim nəzarəti funksiyalı mərkəzi
kondisioner sistemi, sürətli internet, şəhərin
müxtəlif istiqamətlərinə
yönəlmiş ürəkaçan
mənzərə var. Bununla
yanaşı, nömrələrin
axşam təmizliyi,
24 saatlıq otaq, tam konsiyerj xidmətləri, şəxsi seyf, səsli poçt və səsucaldan funksiyalı rəqəmsal
ikixətli telefonlar, kompyuter və faks qoşulmaları, nömrələrə pulsuz
çay-kofe, istirahət
mərkəzləri, geniş
vanna otaqları, yumşaq xalat və otaq ayaqqabıları,
keyfiyyətli vanna ləvazimatları da xidmətə daxildir. Qiymətlərə gəldikdə,
müştərilər bir
gecəlik standart nömrə üçün
130 AZN, “Duke” üçün 111 AZN və 18 faiz Əlavə Dəyər Vergisi ödəməlidirlər.
Süitlərdə gecələmək
üçün isə
“Crown”a 260, “Royal”a 310,
“İmperial”a 3000 AZN və
18 faiz Əlavə Dəyər Vergisi ödəmək tələb
olunur. Bir sözlə, bu
lüks oteldə müştərilərin gözləyə
biləcəyi bütün
elitar komfort nümunələri mövcuddur.
5+ ulduzlu “Excelsior Hotel Baku”da
nömrə götürmək
istəyən müştərilər
dünyanın istənilən
ölkəsindən, sadəcə
internetin imkanlarından
yararlanmaqla otelin 9 dildə fəaliyyət göstərən (www.excelsiorhotelbaku.az) saytına daxil olub istədikləri otağı kirayələyə
bilərlər. Müştərilər saytda otelin bütün
xidmətləri, o cümlədən
hər bir otaq və xidmətlər
barədə də ətraflı məlumat
ala bilərlər.
“Excelsior Hotel Baku” yemək-içməyi,
əyləncəni sevənlər
üçün də
əla və əvəzolunmaz bir mərkəzdir. Bakıda mövcud olan
ən nəfis yemək təcrübələrindən
möhtəşəm bar atmosferinədək
hər şey burada cəmləşib, desək yanılmarıq.
Otelin
“Belvedere Restoranı” paytaxtımızın
ən gözəl yemək məkanı olaraq qonaqlara dünya mətbəxlərindən
eksklüziv təamlar
təqdim edir. Hər gün səhər saat 7:00-dan gecə yarısınadək
işləyən restoranda
açıq bufet tərzi eksklüziv səhər yeməyi, o cümlədən gün ərzində “la carte” menyu
verilir. Bazar günlərinin açıq
bufet brançları
isə hər zaman müştərilər
üçün sürprizlərlə
yadda qalır.
“Belvedere restoranı”nın
yaxınlığında, otelin
sakit və gizli guşəsində, geniş çeşidli ekzotik kokteyllər, seçilmiş Kuba siqarlarının müşayiəti
ilə rahat və zövqlü görüşlərin keçirilə
biləcəyi “L’Atelier
Bar”ı da müştərilərin xidmətindədir.
Gecə gec saatlaradək açıq olan barda oteldə istirahət edənlər müxtəlif xidmətlərdən
yararlana bilərlər.
“Excelsior Hotel Baku”dakı “La
Patisserie” isə şəhərin
ən dadlı və keyfiyyətli qəhvəsini içmək
istəyənlərin əsl
yeridir. Burada həmçinin çay,
şirniyyatlar, suflelər,
tortlar, sendviçlər
və təzə bişirilmiş çörək
və bulkalar da əldə etmək mümkündür.
Bunlarla yanaşı, səhər saat 8:00-dan axşam 22:00-dək açıq
olan və oteldəki “Aura” Sağlamlıq
Mərkəzinin daxilində
yerləşən “Vitality Bar”da
da müştərilərə
çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təklif edilir. Bu cür
sadə yeməklər
təzə sıxılmış
meyvə suları, evdə hazırlanmış
südlü kokteyllər
kimi təzə inqrediyentlər və sağlıqlı alternativlərlə
kombinasiya edilir. Yay mövsümlərində isə
“Hovuzkənarı bar”da
müxtəlif qəlyanaltı
və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər
istirahətlərini öz
istədikləri kimi qura bilərlər.
“Excelsior
Hotel Baku” ciddi iş görüşmələri, beynəlxalq
səviyyəli tədbirlər
üçün də
əla məkandır.
Burada fəaliyyət göstərən
konfrans, iclas zalları və 250 nəfərlik banket zalı müştərilər
üçün hazırdır.
Qeyd edək ki, hotellə
bağlı “www.excelsior.az” saytından da ətraflı məlumat öyrənmək olar.
Bir sözlə,
“Excelsior Hotel Baku” unudulmaz əyləncə
və komfortu sevən, orijinallıq və sürprizlər axtaran müştərilər
üçün əvəzolunmaz
bir məkandır.
İlkin AĞAYEV
Palitra.-2014.-25 aprel.-S.10.