“Dünya ictimaiyyətinin
diqqətini akademik çalışmalarla
çəkə bilərik”
Orxan Qafarlı:
“Türkiyəyə qarşı “soyqırımı”
iddiası təzyiq alətinə çevrilib”
Ermənilər dünyanı saxta soyqırımına inandırmağa çalışırlar. Ermənilərin bu yalan siyasətinə qarşı güclü, faktlara əsaslanan addımların atılmasına ehtiyac var. Bu gün dünyanın diqqətini azərbaycanlı-türk soyqırımına cəlb etmək lazımdır. Türkiyənin Bilgesam Strateji Araşdırmalar Mərkəzinin Avrasiya bölgəsi üzrə eksperti Orxan Qafarlı qəzetimizə müsahibəsində bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
- Ermənilər
dünyanı qondarma soyqırımına
nə dərəcədə inandıra bilib?
- Erməni diasporunun həm dövlətlər arasında, eyni zamanda ictimai anlamda geniş propoqanda aparatları var. Məsələn, Fransada erməni soyqırımını anladan filmlər çəkilməkdədir. İnsanlara incəsənət və elmi məqalələrlə bu məsələni çatdırmaqdadırlar. Bir də ki, ermənilərin diaspor kimliyi bu məsələnin dünyaya çatdırılması üzərində qurulub.
- Bu
məsələnin siyasiləşməsində əsas amil nədir?
- Qondarma erməni soyqırımının siyasiləşməsi uzun illər erməni diasporunun fəaliyyəti nəticəsində mümkün ola bilib. Bilirsiniz, bu məsələdə böyük dövlətlərin də maraqları var. Türkiyəyə qarşı “soyqırımı” iddiası bir çox dövlətlərə bir təzyiq instrumentinə çevrilib. Fransa, ABŞ kimi dövlətlər bu instrumentdən məharətli şəkildə istifadə edərək Türkiyəyə istədikləri şəkildə təzyiq edə bilirlər. Erməni diasporu dünya güclərinin maraqlarını anlayaraq hərəkət etməkdədir. Öz maraqları çərçivəsində onlar da Türkiyə maraqları üçün təzyiqin instrumentinə çevrilib. Buna görə erməni iddiaları dünyada effektiv şəkildə təbliğ edilməkdədir.
- Bunun
yalan olduğunu sübut etmək üçün
hansı addımlar atılmalıdır?
- Dünyaya bu
işlərin yalan olduğunu
çatdırmaq üçün geniş anlamda fəaliyyət
lazımdır. Azərbaycan və Türkiyə
diasporlarının fəaliyyətinin birləşdirilməsi
və incəsənətdən tutmuş
siyasətə qədər mesajların
çatdırılmasına nail olmaq lazımdır. Mən çox
istərdim ki, Türkiyə və Azərbaycan
kimi dövlətlər dünya
tarixçilərinə bunun yalan olduğunu göstərmək
üçün onları Osmanlı arxivlərinə
dəvət etsinlər. Burs (təqaüd-F.H.)
proqramları açsınlar. Bu, dünyaya öz keçmişimizi doğru
şəkildə çatdırmaq üçün
çox faydalı olar.
Dünya ictimaiyyətinin diqqətini bu kimi akademik
çalışmalara çəkə bilərik.
Fuad Hüseynzadə
Palitra.-2014.-25 aprel.-S.6.