Sağlamlıq imkanları məhdud olanlar üçün xüsusi idman obyektləri
inşa ediləcək
Gənc nəslin fiziki-mənəvi inkişafı, ehtiyat qüvvələr hazırlanması məqsədilə şəhər və rayonlarda Olimpiya hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulub
Bədən tərbiyəsi və
idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə
edən Milli Strategiya
idmanın insanlar üçün
nə dərəcədə faydalı olması barədə geniş təbliğat işlərinin
aparılmasını, onlarda bədən
tərbiyəsi və idmanla məşğulluğa
həvəs və marağın yaradılmasını
qarşıya məqsəd qoyur. Layihə
çərçivəsində təqdim etdiyimiz
yazıda Milli Strategiyanın gənc nəslin
fiziki-mənəvi inkişafında oynadığı rolu təhlil edəcəyik. Qeyd edək ki, Milli
Strategiya bir sıra prinsipləri nəzərdə tutur. Strategiyanın elmilik prinsipi bədən tərbiyəsi
və idmanın inkişaf etdirilməsində
cəmiyyətin ümumi
inkişafının obyektiv
qanunlarından və bədən tərbiyəsi
hərəkatının spesifik
qanunauyğunluqlarından istifadə
edir.
Elmilik prinsipi bədən tərbiyəsi
və idman hərəkatının təşkili
və idarə edilməsinin elmi əsaslarla aparılmasına
xidmət edir. Bu prinsipin əsas vəzifəsi problemlərin
çoxsaylı həlli
yolları içərisində
ən səmərəli
və məqsədəuyğun
olanını aşkar
edib təcrübədə
tətbiqi istiqamətlərini
müəyyənləşdirməkdir.
Bu, bədən tərbiyəsi
və idmanda daha az vaxt, qüvvə və vəsait sərf etməklə daha yüksək nəticələr əldə
edilməsinə imkan yaradacaq.
Bərabərlik prinsipi - ölkədə
fiziki, əqli və maddi imkanlarından,
eləcə də aid
olduqları idarə mənsubiyyətindən asılı
olmayaraq əhalinin bütün sosial təbəqələri və
yaş qruplarına öz bilik və
bacarıqlarını reallaşdıra
bilmələrinə,həyatlarına
müsbət təsir
göstərəcək sahələrdə,
o cümlədən təhsil
və sağlamlıqlarında
hərtərəfli uğurlu
inkişafa nail olmaları
üçün eyni səviyyəli şərait
və imkanlar yaradılmasını nəzərdə
tutur.
Bərabərlik prinsipi bədən tərbiyəsi və idman hərəkatında iştirak edən bütün vətəndaşların
və qurumların bu sahədəki maraqlarını eyni dərəcədə nəzərə
alaraq, onlara potensial imkanlarını nümayiş etdirə bilmələrinə xidmət
edir.
Optimallıq prinsipi - bədən
tərbiyəsi və
idmanın inkişafının
kütləviliyini və
yüksək dərəcəli
idmançıların hazırlanması
məsələlərinin həllində
daha səmərəli
yolların axtarılmasını,
bədən tərbiyəsi
və idmanın inkişafına ayrılmış
maliyyə vəsaitindən,
idman qurğuları və avadanlıqlarından
kadr potensialından, eləcə də digər mövcud imkanlardan bacarıqla, səmərəli istifadə
edilməsinə xidmət
edir.
Mərhələlik prinsipi -Milli Strategiyanın qarşısında
duran əsas məqsəd və vəzifələrin müəyyən
edilmiş mərhələlər
üzrə həyata keçirilməsini nəzərdə
tutur. Bu mərhələlər
hər biri 4 ildən ibarət olan 2 Olimpiya dövrünü əhatə
edir. Hər bir mərhələdə
Milli Strategiyanın müəyyən edilmiş
istiqamətləri üzrə
ölkədə bədən
tərbiyəsi və
idmanın inkişafının
planlaşdırılmış səviyyədə reallaşdırılmasının
təmin edilməsi məqsədilə xüsusi
dövlət proqramları
fəaliyyət göstərir.
Mərhələlik prinsipi, eyni
zamanda 4 illik dövlət proqramlarının
müəyyən edilmiş
mərhələlər üzrə
icrasını nəzərdə
tutur. Millilik prinsipi - ölkədə
bədən tərbiyəsi
və idman hərəkatının təşkili
və inkişafında
azərbaycan xalqının
milli tarixinə, mentalitetinə, adət və ənənələrinə,
maraq və arzularına istinad edir. Ölkədə yaşayan digər
millətlərin nümayəndələri
ilə birlikdə, azərbaycanlı gənclərin
daha çox sayda yüksək səviyyəli idmançı
və mütəxəssis
kimi hazırlanması,
onların beynəlxalq
idman aləmində uğurlar qazana bilməsi millilik prinsipinin əsas məqsədidir. Bu prinsip həmçinin azərbaycan xalqının,
uşaq və gənclərin sağlam və fiziki cəhətdən güclü
olmasına xidmət edir.
Yeni idman-sağlamlıq mərkəzləri
gənclərin
fiziki-mənəvi inkişafına
müsbət təsir
edəcək
Dövlət büdcəsindən ayrılmış
maliyyə vəsaitlərindən
kapital qoyuluşu və digər təşkilatların gəlirlərindən
bu məqsədə ayrılmış vəsaitlər
hesabına icmalarda, xüsusən yaşayış
yerlərində idman-sağlamlıq
mərkəzlərinin, qurğularının
və bu yönümlü obyektlərin
tikintisi, təchizatı
və vətəndaşların
istifadəsinə verilməsi
nəzərdə tutulur. Belə mərkəzlər
gənc nəslin sağlam böyüməsinə,
fiziki-mənəvi inkişafına,
bədən tərbiyəsi
və idmana cəlb olunmasına müsbət təsir edəcək.
Eyni zamanda yerlərdə bədən
tərbiyəsi və
idmanın inkişafının
təşkili və idarə olunması məqsədilə bələdiyyələrdə,
mənzil istismar və icma mənşəli
təşkilatlarda bədən
tərbiyəsi-sağlamlıq və idman işləri
üzrə xüsusi ştatların, mövcud idman təşkilatlarının
filiallarının (yerli
idarələrinin) və
digər yeni strukturların yaradılması
planlaşdırılır. Bədən tərbiyəsi
və idmanın inkişafında əhalinin
kütləvi surətdə
fiziki hərəkətlərlə
məşğulluğa cəlb
olunmasında yüksək
səviyyəli idmançıların
hazırlanmasında təbliğatın
rolu və yeri böyük əhəmiyyət kəsb
edir. Bununla əlaqədar olaraq
ölkədə bədən
tərbiyəsi və
idmanın təbliği
üzrə işlərin
daha geniş və effektiv formada təşkili və həyata keçirilməsi nəzərdə
tutulur. Artıq bu istiqamətdə xeyli iş görülüb.
Bu sahədə yüksək
nailiyyət əldə
olunması ölkədə
ixtisaslaşdırılmış təlim idman bazalarının sayının
artırılması, mövcud
bazaların müasir tələblər səviyyəsinə
çatdırılması, müxtəlif idman növləri ilə məşğulluğa imkanı
olan idman qurğularının inşası,
respublika səviyyəli
Olimpiya mərkəzlərinin,
regional idman təmayüllü
internat məktəblərinin,
ixtisaslaşdırılmış idman məktəblərinin,
siniflərinin, peşəkar
idman klublarının,
yeni respublika miqyaslı idman təşkilatlarının, milli
antidopinq nəzarət
sisteminin yaradılması,
eləcə də digər bu təyinatlı
tədbirlərin planlaşdırılması
və həyata keçirilməsi tələb
olunur. Milli Strategiyanın həyata
keçirilməsinin təmin
edilməsi kütləvi
bədən tərbiyəsi
və yüksək nailiyyətli idmanın elmi-metodiki bazasının,
infrastrukturun yaradılmasını,
kadr hazırlığı
məsələlərinin həllini
tələb edir.
Hazırda təhsil müəssisələrində
və yaşayış
yerlərində kütləvi
idman infrastrukturunun inkişafına başlanması,təhsil
müəssisələrindəki idman obyektlərinin qeydiyyatdan keçirilməsi,
yeni tikiləcək idman obyektlərinin təhsil müəssisələri
üzrə konkret ünvanlarının müəyyənləşdirilməsi
və inşasına başlanması, bədən
tərbiyəsi və
idmanın geniş təbliğat və təşviqat işlərinin
təşkilinə başlanması,
“böyük idmana” xidmət edən idman qurğuları və bazalarının rekonstruksiyasına və tələblərə uyğun
olaraq yenilərinin inşasına başlanması,
ehtiyat qüvvələrin
hazırlanmasını təmin
edə biləcək ixtisaslaşdırılmış regional Olimpiya hazırlığı
mərkəzlərinin yaradılması
istiqamətində iş
aparılır.
Bədən tərbiyəsi və
idmanla məşğul
olanlar əhalinin 25-30
faizini təşkil edəcək
Qarşıdakı iki il ərzində kütləvi
idman infrastrukturasının
inkişafının başa
çatdırılması, təhsil müəssisələrində
və yaşayış
yerlərində idman obyektlərinin inşası
proqramının davam
etdirilməsi, sağlamlıq
imkanları məhdud olan insanlar üçün
xüsusi idman obyektlərinin inşasına
başlanması, bədən
tərbiyəsi və
idmanın təbliği
və təşviqi üzrə tədbirlərin
təşkili və həyata keçirilməsi,
gənclər arasında
bədən tərbiyəsi
və idmanın inkişafının müasir
standartlar və tələblər səviyyəsinə
uyğun ola bilməsi üçün
işlərin aparılması,
gənc nəslin fiziki-mənəvi inkişafı,
ehtiyat qüvvələr
hazırlanması məqsədilə
şəhər və
rayonlarda müəyyən
edilmiş dayaq idman növləri üzrə Olimpiya hazırlığı mərkəzlərinin
yaradılması işlərinin
davam etdirilməsi, bədən tərbiyəsi
və idmanla məşğul olanların
ümumi sayının
25-30%-ə, qızlar və
qadınlar arasında
isə bu göstəricinin 20-25%-ə çatdırılması
nəzərdə tutulub.
2017-2020-ci
illər ərzində
isə təhsil müəssisələrində idman obyektlərinin inşası proqramının,
yaşayış massivlərində
idman obyektlərinin inşası proqramının
başa çatdırılması,
yeni tikilən yaşayış yerlərində
bu proqramın davam etdirilməsi, sağlamlıq imkanları
məhdud olan insanlar üçün xüsusi idman obyektlərinin inşası
işlərinin davam etdirilməsi, bədən
tərbiyəsi və
idmanın təbliği
və təşviqi üzrə tədbirlərin
təşkilinin davam etdirilməsi, ehtiyat qüvvə hazırlanmasının
təmin edilməsi məqsədilə şəhər
və rayonlarda Olimpiya hazırlığı
mərkəzlərinin yaradılması
işlərinin başa
çatdırılması, gənclər arasında bədən tərbiyəsi
və idmanın müasir standartlar və tələblər səviyyəsində inkişafının
təmin edilməsi, ölkədə bədən
tərbiyəsi və
idmanla məşğul
olanların ümumi sayının 25-30%-ə, qızlar
və qadınlar arasında isəbu göstəricinin 15-20%-ə çatdırılması
planlaşdırılır.
Anar Miriyev
Palitra.-2014.-1 avqust.-S.11.