“Musiqi vasitəsilə
uşaq və gənclərin mənəvi
inkişafına yardımçı olmağa
çalışırıq”
Ölkədə həyata
keçirilən siyasət gələcək üçün
fiziki-mənəvi baxımdam sağlam nəsil yetişdirilməsinə
xidmət edir
Layihə çərçivəsində təqdimatımız Bakı şəhər Səbail rayonu ərazisində fəaliyyət gəstərən Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbi ilə bağlıdır. Uşaq musiqi məktəblərinin gənc nəslin mənəvi inkişafında rolu əvəz olunmazdır. Qeyd edək ki, Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbi 7 sentyabr 1955-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin əmri əsasında yaradılıb. 2004-cü ildə Prezidentin “C.Hacıyev xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilib.
Məktəbdə 5 şöbə fəaliyyət
göstərir- fotepiano, xalq
çalğı alətləri, nəzəriyyə, orkestr alətləri və xor
şöbəsi. Məktəbdə fortepiano,
skripka, gitara, vokal, klarnet, truba, saksafon, trombon, fleyta, zərb aləti,
tar, kamança, qanun, nağara, balaban, qarmon, xanəndə,
xor, estrada oxuma üzrə 310 şagird
təhsil alır. Məktəbdə xalq
çalğı alətləri ansamblı, simli
alətlər ansamblı, nəfəs alətləri orkestri, qanunçalanlar, nağaraçalanlar və gitaraçalanlar
ansamblları, xor kollektivi
fəaliyyət göstərir. Məktəbin şagirdləri
bir sıra uğurlara
imza atıblar. Q.Qarayev
adına fortepiano
ifaçılarının Bakı müsabiqəsində İlizarova Kristina 3-cü
yeri tutub, IV Respublika xor müsabiqəsində
məktəbimiz fəxri fərmanla təltif edilib.
Fortepianoda müşayiətlə
keçirilən müsabiqədə 3 fəxri fərman və
1 diplomla təltif edilmişik.
Ülkər Qüdrətli fleyta ilə nəfəs
alətlərinin respublika müsabiqəsində
həvəsləndirici mükafat alıb.
Eyni zamanda V respublika xor müsabiqəsində
laureat olmuşuq. Q.Qarayev adına fortepiano
ifaçılarının Bakı müsabiqəsində Yusifli Gülarə və İlizarova
Kristina diplomla təltif
ediliblər. “Gənc ifaçılar təhlil və ifa edir” adlı respublika müsabiqəsində Ağababayeva
Ceyran laureat olub. Məktəb “Uşaqların musiqi dünyası” adlı I Bakı
festivalında fəxri fərman alıb. Gənc
pianoçuların Q.Qarayev adına I respublika müsabiqəsində Məmmədzadə
Arzu və Abbaslı Nəzrin diplomla təltif ediliblər. Nəfəs alətlərinin
II respublika müsabiqəsində
Əliyev Rəsul (fleyta) diplom,
Bağırov Rauf (fleyta)
və Məmmədov Sabir (klarnet)
laureat olublar. Yəni,
məktəbin kollektivi müntəzəm
olaraq müsabiqələrə
qatılaraq oradan əliboş
qayıtmırlar. “İlin müəllimi”
müsabiqəsinin qalibi arasında da məktəbin təmsilçisi var. Belə ki, Tofiq Əsgərov 2011-ci ildə bu müsabiqədə qalib
olub. Fəaliyyət göstərdiyi illər
ərzində məktəbin təxminən 2250 nəfər məzunu
olub. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, eyni zamanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məktəbə
daim qayğı göstərilir. Məktəbin
qarmon ixtisası üzrə müəllimi
İrzaquliyeva Sonya
Sadıq qızı 2009-cu ildə Əməkdar müəllim
fəxri adına layiq görülüb.
Məktəbin direktoru Məhin Orucova deyir ki,
məktəbin müəllimləri hər il
müxtəlif ixtisaslar üzrə mədəniyyət
işçilərinin ixtisasartırma kurslarına göndərilir:
“Müasir dövrdə insanların şəxsiyyətinin
formalaşmasında estetik tərbiyə və
estetik mədəniyyətin rolu xeyli artıb. Məlumdur
ki, musiqi sənəti
yalnız estetik zövq
aşılamır, həmçinin insanları tərbiyələndirir,
öyrədir, kamilləşdirir. Bu deyilənlər musiqinin cəmiyyətdə, o
cümlədən yetişməkdə olan
gənc nəslin hərtərəfli harmonik
inkişafında, onların musiqi estetik tərbiyəsində nə qədər
böyük rol
oynadığını bir daha sübut edir. Musiqi vasitəsilə
uşaq və gənclərin mənəvi
inkişafına yardımçı olmağa
çalışırıq”. Direktor qeyd edir ki,
fəaliyyət göstərdiyi illər ərzində təxminən
məktəbin 2250 nəfər məzunu olub:
“Məktəb, 2009-cu ildən Salyan rayon Q.Əsgərov adına uşaq
incəsənət məktəbi və Bərdə rayon 4 saylı uşaq incəsənət
məktəbi ilə hamilik işi aparır. Bakı şəhərində
yerləşən musiqi məktəbləri,
C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi, N.Hikmət adına uşaq
kitabxanası , A.Şaiq adına uşaq kitabxanası, 91, 49, 163, 51 nömrəli
orta ümumtəhsil məktəbləri və
157 saylı uşaq bağçası ilə
əməkdaşlıq edirik. Hər tədris ilində müxtəlif səpkili tədbirlər
keçirilir.Tədrisin səviyyəsini yüksəltmək
, düzgün metodiki
iş aparmaq, yeniliklər
tətbiq etmək, yeni iş
metodlarından istifadə etmək məqsədilə məktəbdə
metodiki kabinə yaradılıb. Nəfəs və simli alətlərin
tədrisinə daha ciddi
nəzarət olunur. 2001-2002-ci tədris
ilində nəzəri fənlərin tədrisinin səviyyəsinin
yüksəldilməsi məqsədi ilə ilk
dəfə məktəbdaxili nəzəriyyə olimpiadası
keçirilib, qaliblərin
mükafatlandırılması və şagirdlərin konserti
görkəmli Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun ev muzeyində təşkil
edilib. 2012-ci ildə görkəmli bəstəkar
Cövdət Hacıyevin 95 illik yubileyi ilə əlaqədar məktəbdə
fortepiano ifaçılarının məktəbdaxili
müsabiqəsi keçirilib. Bütün ixtisaslar
üzrə şagirdlərin texniki cəhətdən
inkişaf olunması məqsədi ilə
hər tədris ilinin əvvəlində
"Ev
tapşırığı-etüdlər"
başlığı altında dinləyişlər keçirilir. Musiqi ədəbiyyatı fənni üzrə biliklərinin
mükəmməllişdirilməsi, tədris proqramı
üzrə musiqi materiallarının professional şəkildə mənimsənilməsi
məqsədi ilə musiqi nömrələri
2010-2011-ci tədris ilindən şagirdlərə CD disklər
vasitəsi ilə çatdırılır. 2013-cü ildən
başlayaraq bu proses DVD disklər vasitəsi ilə həyata keçirilir. Məktəbin kollektivi
uşaqların musiqi təhsilinə yiyələnməsi,
onların bədii-estetik zövqünün
formalaşması və Azərbaycanımıza layiq musiqiçilər kimi
yetişməsi yolunda var
qüvvəsi ilə çalışır”. Nazirlər
Kabinetinin müvafiq sərəncamı
ilə təsdiq edilmiş “2009-2013-cü
illər üçün Azərbaycan
Respublikasında Uşaq musiqi
,incəsənət və rəssamlıq məktəblərinin
fəaliyyətinin yaxşılaşdırılması
üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2012/2013-cü tədris
ilindən məktəbdə Xor
şöbəsi açılıb. 2012-2013-cü tədris
ilində yeni açılmış Xor şöbəsinə 20 nəfər şagird qəbul edilib. Məktəbin
qəzalı vəziyyətdə olması ilə əlaqədar
2010-cu ildən Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən əsaslı
təmir və yenidənqurma işləri aparılıb. Məktəbdə
uşaq və gənclərin mənəvi
inkişafında mühüm rol oynayan bir
sıra tədbirlər həyata keçirilir.
Məsələn, 1 İyun -
Uşaqların Beynəlxalq Müdafiəsi günü
münasibəti ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən
Cövdət Hacıyev adına 3 saylı Uşaq
Musiqi məktəbində tədbir keçirilib. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, fiziki-mənəvi baxımdan sağlam böyüməsi istiqamətində
aparılan işlər hər zaman diqqət
mərkəzində saxlanılır. Tədbirdə musiqi məktəbinin direktoru
Məhin Orucova uşaqların beynəlxalq
müdafiəsi və rəhbərlik etdiyi
3 saylı uşaq musiqi
məktəbi ilə bağlı məlumat verib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov deyib ki, hazırda Azərbaycanda
əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir.
Uşaqlar dövlət tərəfindən
hərtərəfli diqqət və qayğı ilə əhatə
olunublar. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda
da insan
haqlarının qorunmasına xüsusi
önəm verilir. Təbii ki, uşaq hüquqları
da insan
haqlarının ən mühüm və
ayrılmaz hissələrindən biridir. Uşaqların
bizim gələcəyimiz və ölkəmizin
gələcəyi olmasını nəzərə alsaq onların müdafiəsinə
hamınıqla qoşulmaq bizim
borcumuzdur. Qeyd olunub ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummillli lider tərəfindən
qoyulub. Uzaqgörən siyasi
liderin yaratdığı və nəsillər
üçün miras
qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin uşaq
hüquqlarının müdafiəsi sahəsində
atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü
işlər bu ənənələrin hələ
uzun illər yaşayıcağına və
Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli
rol oynayacağına zəmanət verir. Bu siyasət gələcək
üçün fiziki-mənəvi
baxımdam sağlam nəsil yetişdirməyə
xidmət edir. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi
olan uşaqlara
yüksək qayğı nümunəsi olmaqla
yanaşı, cəmiyyətin ümumi
potensialının bu gün
də səfərbər olunmasına yönəlib. Bu gün dövlətimiz
hər bir uşağın yüksək
sosial-mənəvi mühitdə böyüməsinə
çalışır. Məqsəd - uşaqların layiqli, firavan
yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin,
təhsilinin, sosial müdafiəsinin, sağlamlığının
yüksək səviyyədə təşkil edilməsidir.
Anar Miriyev
Palitra.-2014.-7 avqust.-S.11.