Türk aşıq poeziyasının
aparıcı şəxsiyyəti - Pir Sultan Abdal
İbad Hüseynov: “Özü
torpağı qoyub qaçar”
Orta yüzillərdə
Türkiyədə aşıq
poeziyasının aşıq
poeziyası güclü
inkişafda idi. Aşıq poeziyasının
aparıcı şəxsiyyəti
Pir Sultan Abdal
(1510-1590) Sivasın Banas
kəndində doğulub.
O, bir sənətkar kimi bəktaşi, ələvi təriqətlərində
çox sevilib. Onun həyatı, aşıq ədəbiyyatında mövqeyi
haqqında məlumatlar
azdır. Onun haqqında
məlumatları yaradıcılığından
və ona həsr edilmiş rəvayətlərdən alırıq.
Bu məlumatlara görə onun əsil adı Qoca Heydərdir, gəncliyində çobanlıq
edib. Güney Azərbaycanın Xoy qəsəbəsindən
Sivasa gəliblər.
Onun harada təhsil alması da məlum deyil. Rəvayətə görə,
Yıldız dağının
ətəyində qoyun
otararkən onu yuxu tutur, bir
nurani kişi
əlində tutduğu
piyaləni Heydərə
içirir. Onun əlindən almanı
alarkən nuraninin ovcunda yaşıl xal görür, onun Hacı Bektaş Vəli olduğunu anlayır və əllərindən
öpür. Qoca ona
"Adın Pir Sultan olsun. Adın dörd tərəfə
yayılsın. Sazının üstünə saz, sözünün üstünə
söz olmasın.
Adını mən verdim,
yaşını Tanrı
versin" deyir və qeyb olur.
Heydər bu yuxudan oyana bilmir, axşam
onun evə gəlmədiyini görüb
axtarırlar, ağacın
dibində yatmış,
ağzı köpüklənmiş,
üzündə də
nur görürlər.
Onun pir əlindən piyalə içdiyini bilib saz verirlər.
O, sazı alır, əhvalını onlara başa salır. Bundan sonra söyüd ağacının qarşısındakı
böyük bir daşın üzərində
oturub saz çalarmış.
Şah İsmayıl Xətayi də onun sufi şeirlərini çox sevib. Pir Sultan Abdal öz dövründəki
kəndli üsyanlarına
çoxlu şeirlər
həsr edib. Sultan titulunu ona
Şah İsmayıl verib. Onun Seyid Əli,
Pir Məhəmməd,
Ər Qalib adlı üç oğlu, Sənəm adlı qızı varmış. Pir Məhəmməd
atdan yıxılıb
öldüyü üçün
Pir Sultan bu dərdə dözə bilməyib. Onun Şah Xətaiyə
yaxınlığı, ələvilərin
hərəkatına qoşulması,
Şah Təhmasibi təbliğ etməsi
Sivas valisi Xızır
Paşanın xoşuna
gəlmir, 1588 və ya 1590-cı ildə dar ağacından asılır. "Dar ağacı dibində vəsiyyət", "Katib,
əhvalımı şaha
belə yaz" şeirləri onun inadından dönmədiyini
göstərir.
Onu ilk dəfə
elm aləminə tanıdan
prof. Fuad Köprülü olur. Onun şeirlərindən
8-ni 1920-ci ildə Dərviş
Ruhullah nəşr etdirdiyi kitaba daxil edib, sonra
Besim Atalay 17 şeirini öz kitabında verib. Şairin öz kitabı 105 şeir olmaqla 1929-cu ildə Sadəddin Nüzhət tərəfindən
çap olunub.
O, heca vəznində çoxlu şeirlər yazıb, bu şeirlər ən çox qoşma və gəraylı (səmai) şəklindədir,
ən azı 3 bənd, ən çoxu 12 bənddən ibarətdir. Onun çoxlu deyişmələri
də var.
Türk aşıq poeziyasının
ustad şairi kimi Qaracaoğlan da (1606 -1679) aşıq ədəbiyyatının ən
görkəmli nümayəndələrindəndir. O, 1606-cı ildə
anadan olub, onun 1676 və ya 1679-cu ildə vəfat etməsi haqqında müxtəlif fikirlər söylənilir.
V.V.Radlovun verdiyi məlumata
görə o, Belqradda
anadan olub, adı İsmayıl, sevgilisinin adı İstemi Sultandır.
Sadəddin Nüshət Ergün
də Qaracaoğlanın
Sultan Süleyman Qanuni
(1520 - 1566) dövründə yaşadığını qeyd
edir. Onun həyatı haqqında
əfsanələr dolaşmaqdadır.
Şair yeniçəri ordusunda xidmət edib. Onun məhəbbət
və qəhrəmanlıq
şeirləri qalıb.
Xalq şeirinin "qoşma"
şəklində şeirlər
yazıb. Deyildiyinə görə, onun 500-dən
artıq şeirinin
322-si qoşmadır. Onun yaradıcılığında
qoşma, varsağı,
səmai daha çoxdur. Varsağı şeir şəklinə
daha çox Qaracaoğlanın yaradıcılığında
rast gəlinir. Onun ustadnamələri də məşhurdur. Şairin yaradıcılığına
didaktika hakimdir. Qaracaoğlan aşıq ənənələrinə uyğun
olaraq sazı və sözü ilə Osmanlı imperiyasının Konya, Kayseri, Mardin,
Karaman, Adana, Diyarbəkir,
Hələb, Misir,
Ankara, Tokat kimi yerlərini kənd və yaylalarına qədər gəzib dolaşıb, hər yerdə öz aşıqlıq və şairlik gücünü
göstərib. O, şeirlərində
adının Hasan, Halil, təxəllüsünün
isə Qaracaoğlan olduğunu qeyd edir. Onun şeirlərində zəmanədən şikayət
motivləri üstünlük
təşkil edir.
Şair-aşıq təbiət vurğunu
olub.
Dastanlar millətin milli qəhrəmanlıq tarixinin
mənzum hekayələridir. Bu qəhrəmanlıq dastanları
millətlərin tarixdən
öncəki dövrlərini
əks etdirir. Son dərəcə hərəkətli və zəngin bir həyat yaşayan türk boylarının müxtəlif dastanlar yaratması təbii bir prosesdir. Miladdan öncə başlayan və yazıya köçürülə bilən
dastanların günümüzə
gəlib çatanları
çox azdır.
XIX əsrdən başlayaraq avropalı türkoloqlar və türkiyəli tədqiqatçılar
bu dastanlardan bəzilərini ağızlardan
toplayaraq yazıya köçürüblər. Dastanlar millətlərin böyük
işlər görmək
üçün özlərini
dərk edib, müxtəlif sosial və tarixi səbəblərlə uzlaşdırdıqları
milli mənliklərinə
dönmələrində, yenidən
böyük millət
olmaq, azadlıq və istiqlaliyyətlərini
qorumaq üçün
ayağa qalxmalarında
özünü bir daha göstərir. Türk ədəbiyyatının XV əsrinin
ən qiymətli xalq ədəbiyyatı məhsulları Osmanlı
dastanlarıdır. Bu dastanlar Osmanlı imperiyasında bir neçə böyük zəfər və qəhrəmanlıq səhifələrinin
xalq arasında oyatdığı təsirin
yaşantıları olub,
xalq ruhunda yazılıb. Bu dastanların əskidən
qeydə alınmış
variantları xalqın
hafizəsində yaşayır,
ən qədim dastan xatirələri ilə birləşərək
təşəkkül tapıb.
Məsələn, Osmanın
röyasından danışan
dastanda rast gəlinən ağac, bulaq, qılınc, ay, yada daşı, üzük və s. türk dastanlarında rast gəlinən milli dastan ünsürləridir.
Bu dövrdə yayılan türk dastanları içərisində "Türk məzarı", "Osman Qazinin röyası", "Biləciyin fəthi", "Rum elinə keçiş", "Satuq Buğra xan" ən məşhurlarıdır. "Türk məzarı" dastanı Kayı xanlı boyunun Anadoluya gəlişini anladır. Dastana və tarixə görə Kayılar Çingiz xan dövründə Xorasandan Anadoluya doğru gəlirlər. Çingiz xanın ölümü ilə onlar ana yurdlarına qayıdırlar. Orada təsvir olunur ki, Süleyman Şah Qazi və onun dəstəsi Rum elində qalmaq istəmədi, onlar Türküstana qayıtdılar. Hələb vilayətinə çatdılar. Caber qalasının önünə gəldilər. Fərat çayını keçmək istədilər. Çayı necə keçək? - deyə Süleyman şahdan soruşdular. Süleyman şah atını çaya vurdu. At sürüşdü, Süleyman şah çaya düşdü. Xəstələndi, öldü. Onu Caber qalasının önündə dəfn etdilər. Bu məzara "Məzar-i türk" deyirlər. Süleyman şah öləndən sonra Kayılar arasında fikir ayrılığı başlandı. Bir qismi Xorasana, bir qismi Suriyaya və Şama, bir qismi isə Ərtuğrul və qardaşı Dundar bəyin başçılığı ilə Anadoluya gəldilər. Onlar yolda başqa qoşunlarla üzləşdilər. Ərtuğrul "Hey igidlər, cəngə tuş gəldik. Qılınc götürün. Arvad kimi keçib getmək igidlik deyil. Qalibə kömək edək, yoxsa məğluba?" - dedi. Məğluba kömək etmək istədilər. Müharibəyə girdilər və qalib gəldilər. Kömək etdikləri ordu Səlcuq sultanı Əlaəddinin ordusu imiş. Buna görə də Səlcuq sultanı kayılara Soğut vilayətini qışlaq, Domaniçi yaylaq olaraq verdi. Türk məzarında uyuyan Səlcuq sultanı Alp Arslanın Anadolunun fəthi üçün göndərdiyi məşhur sərkərdələrindən olan Anadolu türk dövlətinin qurucusu, Kutalmış oğlu Süleyman şahdır.
"Osman Qazinin röyası" da Osmanlı dastanlarının içində əhəmiyyətli yer tutur. Ən əski türk dastanlarından xatirələr daşıyan bu röya bizanslılarla çarpışan Anadolu türkləri arasında dərin sevgi doğurub. Bu röya müxtəlif rəvayətlərdən bütünləşmiş olaraq öz üslub zərifliyi ilə İdrisi-Bitlisi tərəfindən fars dilində qələmə alınıb.
"Osman Qazinin röyası" mənqəbəsində təsvir olunur ki, Osman Qazi Söyüd ətrafındakı bir kənddə yaşayan Ədəbalı adlı bir şeyxin Mal Xatun adlı qızı ilə evlənmək istəyirmiş. Ədəbalı isə 2 il bu evliliyə razı olmamışdı. Osman bir gecə belə bir yuxu görür ki, şeyxin yanında yatıb. Ədəbalının qoynundan bir ay doğub Osmanın qoynuna girir. Bu zaman onun qarnından bir ağac yüksəlməyə başlayır. Ağac gövdəsi ilə bütün dünyanı örtür. Ağac yanındakı bulaqdan hamı istifadə edir. Ağacın yanında Qafqaz, Atlas, Toros və Balkanlar varmış, böyürdən isə Dəclə, Fərat, Nil və Tuna çayları axırmış. Ağacın ətrafında düzlər varmış. Şəhər iki firuzə və iki zümrüd arasında oturulmuş bir almaz kimi idi. Beləcə bir üzüyün qiymətli daşını xatırladırdı. Sultan Osman bu üzüyü taxarkən yuxudan oyanır...
Avropalı tarixçilərin Troyanın yunanlar tərəfindən zəbt olunması hadisəsinə bənzətdikləri bu macəranın bir bənzəri də Səlcuqlar zamanında təsbit edilmiş "Danişməndnamə"də var. Əslində savaşla alınan Biləciyin dastanda hiylə ilə fəth edildiyini göstərən bu rəvayətin Osmanlı dastanlarına "Danişməndnamə"dən keçmə olması da mümkündür. Dastanda göstərilir ki, ilk zamanlar Osman bəylə Biləcik təkfuru dostluq münasibətlərində imiş. Osman bəy yaylağa gedən zaman qiymətli əşyasını Biləcik təkfuruna əmanət edir. Lakin Osman bəyin getdikcə artan qüdrət və səltənətindən qorxuya düşən Biləcik təkfuru toy adı ilə Osmanı dəvət edib əsir götürmək istəyir. Osman bəy hiyləni başa düşür. Biləcik təkfuruna bildirir ki, yaylağa getmək fikrində olduğu üçün toya qiymətli əşyası, qadınları ilə bərabər gələcək. Təkfur Osman bəyi malları və qadınları ilə ələ keçirmək ümidi ilə bu təklifi qəbul edir. Osman bəy 39 türk igidinə qadın libası geyindirərək silahlandırıb toya gəlir. Beləliklə, Osman bəy həm Biləciyi fəth edir, həm də təkfura gəlin olacaq Nilufər Xatunla oğlu Orxanı evləndirir.
Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.-2014.-7
avqust.-S.15.