“Gənclər üçün Azərbaycanda yaradılan şəraitin heç 10 faizi Ermənistanda yaradılmayıb”

 

Murad İlyasov: “Gənclər siyasəti nəticəsində hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etməsi üçün kifayət qədər resursları var”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Ukraynada ali təhsilini davam etdirən İlyasov Muraddır. Murad Vətəndən kənarda olsa da ölkədə gedən bütün ictimai-siyasi prosesləri və iqtisadi layihələri yaxından izləyir. Bu aktiv gəncimiz həmçinin, Ukraynada Azərbaycanla bağlı müxtəlif istiqamətlərdə təbliğatlar aparır, soydaşlarımızın keçirdiyi tədbirlərə qoşulur. Murad İlyasovla olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, İlyasov Murad Mirsaleh oğlu 1988-ci ildə Şəki şəhərində anadan olmuşam. Təhsilimə ilk olaraq 1994-cü ildə Şəki şəhər 12 saylı orta məktəbdə başlamışam. Burada 9 il təhsil aldıqdan, el dili ilə desək - oxuduqdan sonra 2003-cü ildə ailəmlə birgə Ukraynanın Krivoy Roq şəhərinə gəldik. Orta təhsilimi burada, fərqli dil və mədəniyyətin olduğu ölkədə davam etdirdim. Əlbəttə, ilk zamanlarda bir qədər çətin oldu. Amma sonradan hər şeyə alışdım. 2005-ci ildə orta məktəbi bitirdimUkrayna Təhsil Nazirliyi tərəfindən fəxri fərmana da layiq görüldüm. Bundan başqa bir il peşə məktəbində də oxumuşam. Buranı qurtardıqdan sonra Vətənə borcumu vermək üçün Azərbaycana qayıtdım. 2011-ci ildə Krivoy Roq Dövlət Universitetinə qəbul oldum. İlk bir il ərzində müəllimlərin və tələbələrin hörmətini qazana bilmişəm.

- Orta təhsili bu ölkədə aldığınız üçün yəqin ki, Ukrayna dilini yaxşı bilərsiniz. Bu da sizin üçün əlavə üstünlük sayıla bilər. Azərbaycanı, adət-ənənələrimizi necə, təbliğ edirsinizmi?

- Bəli, haqlısınız. Hər bir əcnəbi tələbənin oxuduğu ölkədə yerli dili bilməsi onun üçün əlavə imkanlar açır. Oxuduğum illər ərzində Azərbaycanı tanıtdırmağa çalışmışam. Hər dəfə konfranslarda iştirak etmək şansını qazanaraq təqdimat şəklində Azərbaycanın adət-ənənəsini, dili, tarixi, təbiəti, milləti haqqında uyğun formada məlumatları iştirakçılara çatdıra bilmişəm. Başqa ölkədə yaşamağıma və başqa millətin, mədəniyyətin içərisində böyüməyimə baxmayaraq, mən həmişə qürur duymuşam ki, azərbaycanlıyam. Elə buna görə də fəxrlə Azərbaycanı bu yerli millətə və digər əcnəbilərə yaxından tanıtdırıram.

-Ukraynadan baxanda Azərbaycanın hazırkı durumunu necə xarakterizə edərdiniz? Bir gənc kimi yaradılan şəraitlərdən razısınızmı?

-Azərbaycanın hazırkı durumu bir çox ölkələr üçün qibtə ediləcək dərəcədə yaxşıdır. Mən ölkəmizdə baş verən hər bir siyasi, eləcə də iqtisadi prosesi yaxından izləyirəm. Son illərdə Azərbaycanda gənclər üçün yaradılan şərait qənaətbəxş olsa da, təəssüflər olsun ki, gənclər üçün yaradılan bəzi imkanlar bəzi hallarda yalnız paytaxt üçün məhdudlaşır. Amma regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrasından sonra bölgələrdə olan gənclər üçünyeni imkanlar açılıb. Artıq, gənclərin çoxu Bakıya deyil, bölgələrdə olan yeni turizm obyektləri, sənaye və digər dövlət obyektlərinə üz tutur, axınlar edirlər. Onların oradakı fəaliyyəti isə bir çox hallarda gözdən uzaqda qalır. Təəssüf ki, hələ də gənclərimizin təhsildən sonra bölgələrə axın etməməsi problemi bir sıra hallarda qalır. Gənclərimizin paytaxtda qalmasının bir neçə səbəbi var. Təhsilini bitirən gənclər daha səmərəli tapma imkanının paytaxtda çox olmasını düşünür. Əslində isə son illərdə regionlarda da bu sahədə ciddi dəyişikliklər olubbir çox gəncimiz artıq perspektivli işi elə böyüdüyü rayonda tapa bilər. Görünür, uzun illərin formalaşdırdığı tendensiyanın nəticəsidir ki, bu gün bölgələrdə savadlı hüquqşünas, iqtisadçı gənc tapmaq bir qədər çətin məsələyə çevrilib. Bölgələrin intellektual resursunun paytaxta axması yeni sosio-mədəni problemlər də yaradıb. Əslində isə hər şey yaxşılığa doğru gedir və yaxın gələcəkdə belə bir tendensiya demək olar ki, qalmayacaq. Regionların inkişafı ilə bağlı xüsusi dövlət proqramları varonlar uğurla icra olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında dediyiniz məqamlara da toxundu və görülən işlərin uğurla davam etdiriləcəyini bəyan etdi. Ölkə başçısının belə əmin bəyanat verməsi, görülmüş işlərin uğurlu olmasından xəbər verdi. O, konfransı giriş nitqi ilə açanda bildirdi: "İkinci Dövlət Proqramı bir ay bundan əvvəl başa çatdı. Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır. Əslində, biz hər il bu proqramların icrasını müzakirə edirik. Hər il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər verilir". Yəni, bütün bunlar onu göstərir ki, Prezident hər il regionların inkişafını xüsusi nəzarətdə saxlayır və dövlət proqramının icrasını yaxından izləyir.

- Ukraynada necə, gənclər üçün bu cür şəraitlər yaradılırmı?

- Öncə onu deyim ki, hazırda Ukrayna məlum səbəblər üzündən çətin duruma düşüb. Burada bəzi iqtisadisosial layihələr də təxirə salınıb. Bu mənada gənclərə olan diqqət də bir qədər azalıb. Mübaliğəsiz deyə bilərəm ki, dövlətimizin gənclər siyasəti digər ölkələrə nümunə olacaq bir səviyyədədir. Bu gün nəinki Ukrayna, bədnam qonşumuz olan, hər addımda bizi izləməyə çalışan, amma çox geridə qalan Ermənistanda gənclər üçün Azərbaycanda yaradılan şəraitin heç 10 faizi yaradılmayıb. Ümumiyyətlə, regionda Azərbaycan yeganə dövlət sayılır ki, gənclər siyasəti bütün sahələrə sirayət edir. Son zamanlar gənc kadrların mühüm və məsuliyyətli dövlət işlərinə çəkilməsi isə təqdirəlayiq haldır. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Gənclər Fondunun yaradılması isə sadəcə olaraq biz gənclər üçün əsl şanslar açıb. Gəncənin 2016-cı ilAvropa Gənclər Paytaxtı” olması isə bütün dünyada olan gənclərimizi sevindirdi. Qısası, kənardan baxanda Azərbaycan gənclərinə həsəd aparmaq olar desəm, yanılmaram! Ukrayna ilə müqayisələr aparsaq, çox fərqlər ortada olar.

-Ümumilikdə Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?

-Azərbaycan gəncliyini birtərəfli qaydada səciyyələndirmək, zənnimcə düzgün olmazdı. Gənclərimiz rəngarəngdir. Paytaxtiri şəhərlərdə gənclərin durumu qaneedici səviyyədə olsa da, regionlar üçün eyni sözü demək olmaz. Bunun üçün çox işlər görülür. Lakin uzun illərdən qalan problem o qədər dərindir ki, bunun üçün çox görülməlidir və buna da hələ çox vaxt lazım olacaq. Ümumən Azərbaycan gəncliyi vətənpərvər, intellektualmüasirdir, desəm yanılmaram. Azərbaycan gəncliyi bu gün on, iyirmi il əvvəlki gəncliyin rastlaşdığı problemlərdən uzaqdır və gənclərimizin inkişafı əvvəlki illərlə müqayisədə daha sürətli şəkildə gedir. Bütün bunlar isə ölkədə yaradılan münbitsağlam şəraitin nəticəsidir. Gənclərimizin özünü təsdiq etməsi, liderlik qabiliyyətini hələ gənc yaşlarından ortaya qoyması üçün ən müxtəlif formada şəraitlər yaradılır. Gənclərin daha çox toplaşdığı, təmsil olunduğu qurumlar isə təhsil ocaqlarıdır. Buradan başlanan siyasət və görülən işlər də göz qabağındadır.

-Konkret olaraq qeyd etdiyiniz sahədən olan hansı siyasəti təqdir edərdiniz?

-Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nı xüsusi qeyd edərdim. Bu addım bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alır. Hər bir Azərbaycan gənci xaricdə təhsil aldığı zaman təhsili ilə yanaşı, dövlətimizi, millətimizi lazımı formada təmsil edir. Son zamanlar bu sahədə ciddi şəkildə aktivlikhiss olunur. Bu gün əminliklə deyə bilərik ki, gənclər siyasəti nəticəsində hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var.

-Gələcək planlarınız barədə də məlumat verərdiniz.

-Gələcək planlar deyəndə ilk olaraq onu deyim ki, təbii ki, Azərbaycana qayıdacağam. Çünki tətillər zamanı belə, Bakı, Vətənim üçün çox darıxıram. Bundan əlavə mənim üçün ən vacib məsələlərdən biri Azərbaycanımıza layiqli övlad olmaq və savadlı kadr kimi yetişib dövlətimizin gələcəkdə daha çox uğurlar qazanması üçün fəaliyyət göstərməkdir. Hər bir xaricdə təhsil alan gəncimizə də məsləhət görərdim ki, onlar təcrübələrini ölkəmizdə keçsinlər, təhsillərini bitirdikdən sonra vətənə qayıdıb bildiklərini gənclərimizə öyrətsinlər. Biznes sahəsi üzrə bitirən yerli biznesə qoşulsun, humanitar fənlər üzrə bitirənlər isə müvafiq sahələrdə çalışıb ölkəyə xeyir versinlər. Düşünürəm ki, əksər hallarda bu, elə belə də olur. Çünki Azərbaycanda gənclərə təkcə təhsil üçün deyil, təhsildən sonrakı fəaliyyət üçünmünbit şərait yaradılır.

 

Tural Tağıyev

Palitra.-2014.-12 avqust.-S.6.