Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ideya və layihələrinə dəstək verilir

 

Azərbaycan dövləti Gürcüstandakı gənclərimizə, onların təhsilinə diqqət və qayğısını heç zaman əsirgəmir. Gürcüstanda Azərbaycan tərəfindən həyata keçirilən sosial layihələr arasında bu ölkədə yaşayan azərbaycanlı uşaq və gənclərin inkişafı xüsusi yer tutur.

Məhz bunun nəticəsidir ki, Gürcüstandakı gənclərin ictimai-siyasi fəallığı artıb. Qeyd edək ki, artıq, Gürcüstanın azərbaycanlı gənclərinin I Qurultayı keçirilib. Qurultay "Gürcüstanlı Azərbaycanlılar Gənclər İttifaqı" təşkilatının Nizamnaməsini təsdiq edib. Bu qurumunun əsas məqsədləri gənclər arasında təhsilin inkişafına, mədəniyyətin qorunmasına və təbliğinə, narkomaniya da daxil olmaqla, gənclər arasında pis vərdişlərin yayılmasının qarşısını almağa, onlara qarşı mübarizə, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirərək, inkişafa xidmət edən işlər görməkdir. Bunun həmçinin azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətində layiqli yer tutmasında böyük rolu var.

 

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq da gündən-günə inkişaf etməkdədir. Ötən ilin oktyabrında Azərbaycanla Gürcüstan arasında "2014-2016-cı illəri əhatə edən tədbirlər planı"na dair memorandumun imzalanması bu işlərə təkan verib. Sənədi Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə idman və gənclər naziri Levan Kipiani imzalayıb. Gürcüstanın Siqnaxi şəhərində baş tutan imzalanma mərasimi iki ölkə gənclərinin beynəlxalq festivalı çərçivəsində baş tutub.

Bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil edilən layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradıb. Sənəd əsasında iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Memorandum imzalandıqdan sonra Azərbaycan və Gürcüstanın gənclər təşkilatlarının nümayəndələri iki ölkənin rəsmilər ilə görüşüb. Görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Memorandumun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yeməklərindən dadıblar. Tədbir hər iki ölkənin yaradıcı gənclərinin konserti ilə sona yetib.

 

Gürcüstandakı azərbaycanlı gənclərin rifahına diqqət

göstərilir

 

Bu ilin 18 iyununda isə Bakıda Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyi yanında Uşaq və Gənclərin İnkişafı Fondu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma, Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyi yanında Uşaq və Gənclərin İnkişafı Fondunun direktoru İrakli Jorjoliani və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev imza atıblar. Anlaşma Memorandumunun məqsədi tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanaraq, yeniyetmə və gənclərin rifahının vacibliyini nəzərdə tutmaqla, onların ahəngdar inkişafını və sosial inteqrasiyasını təmin etmək, vəzifə və məsuliyyətləri müəyyən etmək barədə razılığa gəlməkdir.

Bu imzalanan sənədlərin nəticəsi olaraq 2014-cü ilin 24-29 may ayında gürcü gənclərinin 30 nəfərlik heyəti ölkəmizdə səfərdə olublar. Səfər “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutuİB-nin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “SOCAR-Georgia”, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.

Ekskursiya Gürcüstanın və Azərbaycanın müstəqillik günlərinə (26-28 may) həsr olunub. “Azərbaycan, Gürcüstan gənclərinin gözü ilə” adlı layihə çərçivəsində onlar Azərbaycanın şəhərlərinə və paytaxt Bakıya ekskursiya ediblər. Həmçinin “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında gənclərin yerirolu” adlı konfrans və müzakirələr keçirilib. Ekskursiyada əsasən gürcü gənclər iştirak ediblər. Onlar ictimai həyatda fəallıq göstərən gənclər, jurnalistlər, tələbələr olublar. Bu layihənin əsas məqsədi Gürcüstanda yaşayan gəncləri Azərbaycanla yaxından tanış edərək, tariximizi, mədəniyyətimizi onlara göstərmək olub. Layihədə iştirak edən gənclər Gürcüstana qayıtdıqdan sonra Azərbaycan haqqında təəssüratlarını dostları və tanışları arasında paylaşaraq xalqımızın tarixi, mədəniyyəti, təbiəti haqqında müsbət rəy yaradıblar.

 

“Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarının keçirilməsinə intensiv hazırlıq gedir

 

Növbəti olaraq 1-4 avqustda Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti “Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə çərçivəsində Tbilisidə səfərdə olub. Səfər çərçivəsində media nümayəndələri gürcü rəsmiləri və həmkarları ilə görüşlər keçirib, bir sıra tarixi yerlərdə olublar. Layihə Gürcüstanın Gənclər və İdman Nazirliyi (GİN) yanında Uşaq və Gənclərin İnkişafı Fondunun (UGİF) maliyyə dəstəyi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə həyata keçirilirdi.

Layihənin açılışı isə Gürcüstanın GİN-də təşkil edildi. Jurnalistləri qəbul edən nazir Levan Kipiani Gürcüstan-Azərbaycan arasında olan dostluq, qonşuluq əlaqələrindən, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açdı. Azərbaycanı böyük, güclü Qafqaz ölkəsi kimi qəbul etdiklərini deyən nazir, Avropaya inteqrasiyada, iri enerji layihələrində digər vacib mövzularda işbirliyi içində olmağın gürcü tərəfi üçün məmnunluğunu ifadə etdi.

O, bundan əvvəl də “Azərbaycan, Gürcüstan gənclərinin gözü ilə” adlı layihəsinin həyata keçirildiyini xatırladaraq, bu tipli layihələrin önəmini qeyd etdi, bunun iki ölkə gəncləri arasında bağlantıları daha da möhkəmləndirdiyini vurğuladı. Nazir belə təşəbbüslərə hər zaman yer verəcəklərini bildirdi.

L. Kipiani 2015-ci ildə Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarının çox yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirdi: “Azərbaycanda bu Oyunların keçirilməsinə intensiv hazırlıq gedir. Bununla əlaqədar son iki il ərzində Bakıda bir çox infrastruktur layihələri həyata keçirilibtikintinin sürəti məndə xoş təəssürat yaradıb”.

Nazir dedi ki, Gürcüstan gələcəkdə beynəlxalq idman tədbirlərinin hazırlanmasında Azərbaycanın təcrübəsindən mütləq istifadə edəcək.

Kipiani əlavə etdi ki, ilk Avropa Olimpiya Oyunlarında Gürcüstan idmançılarının nümunəvi yığması iştirak edəcək.

L. Kipiani bu yaxınlarda Azərbaycana etdiyi səfərdən danışdı: “İki ölkə arasında gənclərlə idman sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Səfərin əsas məqsədi bu sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etmək idi. Bundan başqa taekvondo idman mərkəzi ilə tanış olduq və “İdeya” kampaniyası çərçivəsində “Yer kürəsi uşaqların gözü ilə” uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirak etdik”.

O, həyata keçirdikləri layihələrdə azərbaycanlı gənclərin aktiv iştirak etdiklərini dedi: “Bizim, qarşıda şahmat, güləş və s. idman növləri üzrə yarışlarımız olacaq. Ümid edirik ki, Gürcüstandakı azərbaycanlı gənclər həmişəki kimi bu yarışlarda fəal olacaqlar”.

 

Gürcüstan-Azərbaycan

gənclərini əhatə edən

layihələr həyata keçiriləcək

Gürcüstanın GUİF sədri İrakli Jorjoliani fondun həyata keçirdiyi layihələrdən söz açaraq, sözügedən layihənin yaranmasından danışdı. Bildirdi ki, fondun elan etdiyi qrant müsabiqəsinə göndərilən layihələrin içərisində “Gürcüstan, Azərbaycan jurnalistlərinin gözü ilə” layihəsi xüsusilə diqqəti özünə çəkib: “Düşünürük ki, layihə öz müsbət bəhrəsini verəcək və Azərbaycan oxucusu dövlətimiz haqqında istədikləri məlumatı əldə edəcək. Gələcəkdə ikitərəfli layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bu il Azərbaycan Prezidenti Yanında Gənclər Fondubizim fond arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən bu tipli layihələr, həmçinin iki ölkə gənclərini əhatə edən digər layihələr də həyata keçiriləcək”.

Fondun departament təmsilçiləri müxtəlif təqdimatlarla çıxış edərək, fəaliyyət istiqamətlərindən, görülən işlərdən, gələcək planlarından danışdılar. Təqdimatlarda fondun Gürcüstandakı azərbaycanlı uşaqlarla bağlı həyata keçirdiyi layihələrə xüsusi önəm verildi.

Görüşdə AMM-in Gənclər şöbəsinin müdiri və layihənin rəhbəri Nərgiz Əliyeva bu layihənin iki dövlətin münasibətlərinin daha da dərinləşməsində və media körpüsünün yaranmasında böyük rolu olduğunu dedi. O, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ideyalarına və layihələrinə dəstək verən nazirliyə və fonda təşəkkürünü çatdırıb. Qeyd etdi ki, hazırkı görüşdə L. Kipianininiştirak etməsi həm Gürcüstanda yaşayan azərbaycanlı gənclərə, həm də azərbaycanlı jurnalistlərə dövlətin verdiyi dəyərin, diqqətin göstəricisidir.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-15 avqust.-S.11.