Məktəbəqədər təhsil
uşaqların mənəvi inkişafında önəmli mərhələdir
Azərbaycanda uşaqların mənəvi inkişafı ilə bağlı məktəbəqədər təhsil mərhələsi barədə bildirmək yerinə düşərdi. Qeyd etmək lazımdır ki, ölkə təhsilinin aktual problemlərindən biri də məktəbəqədər təhsil sahəsində nəzərə çarpır. Bu baxımdan layihə çərçivəsində bu sahə ilə bağlı bir sıra məqamlara nəzər salmağı lazım bildik.
Məktəbəqədər təhsil anlayışı bizdə birinci növbədə bağçalarla bağlı işlədilir. Bağça isə təəssüf ki, bizdə məktəbdən ayrı, təhsil sistemindən təcrid olunmuş, sadəcə dayəçilik elementi kimi anlaşılır. Belə bir stereotip formalaşıb ki, məktəbəqədər qurum və təhsil, assosiasiya ilə bağça eyniləşdirilir. Həmçinin belə bir münasibət forması mövcuddur ki, bağça mərhələsi o qədər də vacib deyil. Son on ildə bağçalara diqqətsizlik nəticəsində onlar daha bərbad vəziyyətə düşüb. Bağçaların özəlləşdirilməsi proqramı isə ilk vaxtlarda çox böyük ziyana səbəb oldu. Bununla məktəbəqədər təhsil tamamilə tənəzzülə uğradı. Yəni bağçaların özəlləşdirilməsi demək olar ki, Azərbaycanda məktəbəqədər təhsilin sonunu çatdırdı. Bu məsələdə problemlər hələ də tam aradan qalxmayıb.
Müşahidələr və ekspertlərin rəyi göstərir ki, məktəbəqədər təhsildə özəlləşdirmə prosesi lazımi şəkildə getməyib və effekt verməyib. Bununla bağlı köhnə sistem dağılmaq üzrədir, yeni islahatlar isə hələ də ləng və səmərəsiz aparılır. Bu sahədə özəlləşdirmə yenə də bahalı və seçilmiş xidmət kimi xarakterizə edilir və effektli deyil. Əslində özəl sektor nə qədər təhsil xidmətlərini öz öhdəsinə götürürsə, dövlətdə də o qədər boşalan resurslar qalır və onlar da dövlət tərəfindən maliyyələşdirilən müəssisələrə verilə bilər. Amma bu səviyyəyə hələ gəlib çatmamışıq. Məktəbəqədər təhsil dövlət tərəfindən icbari status almayıb. Bununla bağlı hazırlıq tələbləri yoxdur. Burada çox mübahisəli məsələ yaranır. Əslində hazırda dünya praktikasında məktəbəqədər təhsillə ibtidai təhsil pilləsi bir-birindən ayrılmır. Bizdə isə məktəbəqədər təhsil erkən yaş qrupu kimi götürülür. Uşaqların mənəvi inkişafı baxımından bu məqama da ciddi diqqət yetirilməlidir. Belə ki, ekspertlərin fikrincə, əslində 3 yaşından 10 yaşına qədər olan təhsil bağça və ibtidai pillələrinə bölünməmiş, bütöv bir təhsil xidməti kimi reallaşmalıdır. Digər bir məqam kimi burada dövlət və özəl təhsil müəyyənləşdirilməlidir. Burada indi çox dəqiq bölgü var: özü-özünü maliyyələşdirən və əsasən müştərilərin ödədikləri xidmət haqlarından maliyyələşən özəl müəssisələr və dövlət tərəfindən maliyyələşənlər. Bu məsələdə əsas olan nədir? Nə qədər uşaqlar, keyfiyyətli, yaxşı, evinə yaxın və onu qane edən təhsil alsa, bir o qədər yaxşıdır. Burada özəl və ya dövlət məktəbi olmasının fərqi yoxdur. Burada kasıb ailələrin uşaqlarının təhsil hüquqları, imkanları çatmadıqlarına, ödənişli təhsilə gedə bilmədiyinə görə pozulmamalıdır. Onların dövlət məktəbində də keyfiyyətli təhsil almaları təmin edilməlidir.
Dünyada özəl məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsi modeli də tətbiq olunur. Yəni özəl məktəblərdə dövlətin subsidiyalarına görə xüsusi pulsuz yerlər olur. Amma bizdə dövlət universitetlərində özəlləşdirilmiş qruplar fəaliyyət göstərir. Bu məqamla bağlı bir sıra neqativ faktlar müşahidə edilir ki, onlara konkret halda toxunmağı lazım bilirik.
Məsələn, adını çəkmədiyimiz bir ali məktəbin liseyi kimi fəaliyyət göstərməyə başlayan məktəbdə məktəbəqədər hazırlıq adı altında həftədə iki dəfə olmaqla beş-altı yaşlı uşaqların hazırlığı aparılır. Amma bunu tam və normal məktəbəqədər hazırlıq adlandırmaq olmaz. Çünki həftədə iki dəfə ötəri hazırlıq kifayət etmədiyi kimi, bu hazırlıq zamanı müəllimlər bir sıra xətalara da yol vermiş olurlar. Bununla bağlı konkret faktlara diqqət edək. Belə ki, qabaqcıl orta məktəb və liseylərdən biri kimi qələmə verilən bu məktəbin hazırlıq sinfi müəlliməsinin verdiyi tapşırığa diqqət verək.”O” hərfini uşaqlara öyrətmək üçün müəllimə “özfəaliyyətlə” məşğul olaraq bir şeir tapşırığı verir və orada belə qeyd edilir:
“O” ordudur, oğullar
Vətəni qoruyacaq,
Oğuz
eli düşməni
ORAQLA doğruyacaq...
“Düşməni doğramaq”
məqbul sayıla bilərdi, amma oraqdan - adi məişət
əşyasından qətl
üçün yararlanmağı
aşılamaq nə dərəcədə məqbuldur? Bu, altı yaşlı uşaqların təhtəlşüurunda
məişət zorakılığından
tutmuş, məişətdə
cinayətkarlıq, qətl
üçün yer eləmirmi? İstənilən uşaq psixoloqları
bu barədə qeyd etdiklərimi bölüşə bilər.
Elə bu barədə həmin şeiri əzbərləməli olan
uşağın təəccübü
və bununla bağlı mənə verdiyi sual da
uşaqların beynində
bu haqda artıq indidən təzadın formalaşdığını
büruzə verir.
Bu cür “şeirlər”
əslində çoxdur
və dərhal görünür ki, belə məsələlərə
məktəb rəhbərliyinin
diqqətlə yanaşması,
lazım gələrsə,
məktəb psixoloqlarının
bu işə cəlb edilməsi təmin edilməlidir.
Başqa bir misal. Azərbaycan
bayrağındakı rənglər
müəllimə tərəfindən
uşaqlara belə təlqin edilir: “Göy rəng - hava, qırmızı - od, yaşıl - torpaq deməkdir”. Belə çıxır ki, bayrağımızda dördüncü rəng
də olsaydı, müəllimə onu yəqin ki, Novruz çərşənbələrinə
uyğun olaraq, “su” kimi yozardı...
Yaxud məktəbəqədər
hazırlıq mərhələsində
uşaqlara verilən məntiqi təfəkkürə
aid tapşırıqlar barədə
bildirmək yerinə düşər. Belə ki, həmin
hazırlıq mərhələlərində
olan uşaqlara onlar üçün çox çətin olan məntiqi tapşırıqlar verilir.
Ən acınacaqlısı odur ki, bu tapşırığı
verən müəllimin
özü həmin tapşırıqların öhdəsindən
gələ bilmir.
Dəfələrlə şahidi olmuşuq
ki, valideynlər bu məqamdan çox ciddi gileylənir, şikayət
edirlər. Əlbəttə,
övladlarının təhsilindən
yana narahat
olan valideynlərin bu narazılığı
haqlıdır. Məsələ burasındadır ki, Bakının öncül
məktəblərində belə,
həmin məntiqi tapşırıqlardan baş
çıxarmayan müəllimlərlə
rastlaşmaq olur.
Zatən,
elə bu məsələdən şikayətlənən
valideynlərin uşaqları
da elə Bakı məktəblərində
hazırlığa gedir.
Bəs, niyə belə bir problem yaranıb? Qəribə
burasındadır ki, həmin məntiqi tapşırıqların çoxu
magistraturaya qəbul imtahanlarına salınan məntiqi təfəkkürə
aid suallarla eyni xarakterdədir. Bu cür tapşırıqları
ciddi izah etmədən, onları sadə, anlaşıqlı
bir dildə anlatmadan, azyaşlı uşaqların onları qavraması çox çətin məsələdir.
Bundan başqa isə həmin məntiqi tapşırıqlarla bağlı
ibtidai sinif müəllimləri çox
ciddi bir şəkildə kurs keçməli, hazırlaşmalıdırlar.
Əgər bu tapşırıqlar
dünya təhsil standartlarına uyğun olaraq azyaşlılara tədris edilirsə, onları imitasiya xatirinə yox, çox ciddi bir şəkildə öyrətmək lazımdır.
Onsuz da ibtidai məktəblərdə
dərs yükünün
çox ağır və çətin olması ciddi müzakirə mövzusudur.
Dübarə, həmin tapşırıqların
balaca məktəblilər
üçün anlaşılmaz
olması, onların üstündən ötülməsi
ibtidai təhsilin nəzərdə tutulmuş
proqrama əsasən reallaşmadığını deməyə əsas verir.
Digər problem ümumiyyətlə, məktəblərdə
qadın müəllimələrin
sayının əksəriyyət
təşkil etməsi,
bununla da məktəb şagirdlərinin
daha çox qadın psixologiyasına uyğun formalaşmasının
fəsadları barəsindədir. Bu barədə çox bildirilir. Yuxarıdakı iki fakt isə həm bu fəsadın əlamətlərini, həm
savadsızlığı, eyni
zamanda da vətənpərvərliklə bağlı düzgün tərbiyələndirməməni açıq qabardır.
Unutmaq lazım deyil ki, əsl vətəndaş
olmanın yolu əsasən orta məktəblərdə düzgün
tədris-tərbiyədən keçir. Bu baxımdan əsgərin hərbi hissədə nə cür davranmasında da komandir heyətindən daha çox orta məktəb təhsilinin, daha doğrusu, bu təhsil prosesini təşkil edənlərin
üzərinə məsuliyyət
düşür.
Başqa bir problem həmin məktəbəqədər hazırlıq pillələrində dərs deyən müəllimlərin repetitor qismində əlavə qruplarla məşğul olması, buna görə də məktəbdəki qanuni hazırlıq qrupunu yaxşı hazırlaşdıra bilməməsidir. Belə ki, çox vaxt həmin uşaqların valideynləri də bu məqamdan xeyli şikayətlənir. Məsələn, artıq bu tədris ilinin sonunun çatmasına baxmayaraq, həmin hazırlıq qrupunun uşaqlarına hələ də hərflərin üçdəbir hissəsi belə keçilməyib. Bu uşaqlara ondan, yaxud iyirmidən yuxarı saymaq belə, öyrədilməyib...
Göründüyü kimi, sözügedən təhsil pilləsi ilə
bağlı xeyli misallar
çəkmək olar. Bütün
bunlar məktəbəqədər təhsilin
çox bərbad vəziyyətdə olduğunu göstərir. Ona görə də bu barədə fikirləşməyə və
lazım gələrsə, ciddi sərmayələr
qoymağa dəyər. Çünki
tədqiqatlar göstərir ki, uşağa erkən yaşından nə qədər
çox sərmayə qoyulursa,
bir o qədər də
o, sosial-siyasi, şəxsi
inkişafda uğur qazanacaq. Bununla bağlı uzunmüddətli tədqiqatlar
aparılıb və belə bir nəticəyə
gəlinib. Bütövlükdə erkən yaşlarından daha yaxşı təhsilə cəlb olunan uşaqlar
karyeralarında daha irəlidə olur və uğurlara imza atır. Buna görə
də ekspertlər hesab edirlər ki, məktəbəqədər təhsili əsas
məcburi pillə kimi təhsil prosesinə
daxil etmək məqsədəuyğun və
vacibdir.
İlkin AĞAYEV
Palitra.-2014.-19 avqust.-S.11.