Aytən Haqverdiyeva: “Hər
tətildə Bakıya gələndə Vətənimizi bir başqa cür görürük”
Xaricdə təhsil
alan gənclərlə bağlı layihəmiz
çərçivəsində növbəti müsahibimiz
Türkiyənin Adnan Menderes
adına Universitetinin Beynəlxalq
münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Aytən Haqverdiyevadır:
-Mən 3 may 1993-cü ildə
Bakıda anadan olmuşam. Orta təhsilimə 158 saylı orta məktəbdə başlamışam.
Çoxdan Türkiyədə
oxumaq istəyim olduğu üçün
ali təhsilimi
orada almağa qərar verdim. Burada imtahana girərək topladığım
bal nəticəsində
Türkiyənin Adnan
Menderes Universitetində Beynəlxalq
münasibətlər ixtisasına
qəbul oldum. Hazırda
3-cü kurs tələbəsiyəm.
İxtisasımla bağlı onu
deyə bilərəm
ki, bizə beynəlxalq münasibətlərdə,
beynəlxalq sistemdə
dövlətlərin bir-birilə,
eləcə də beynəlxalq hökumətlərarası
təşkilatlar və
digər qeyri-dövlət
təşkilatları ilə
münasibətləri öyrədilir.
Sosioloji baxımdan da bizə bilik verir. Bu ixtisas
üzrə biz öz ölkəmiz və basqa ölkələr haqqında biliklər əldə edirik. Bizlərə peşəkar
vərdişlər öyrədir:
danışıqlar aparmaq
vərdişi öz ölkəmizi xaricdə ən gözəl şəkildə təqdim
edə bilməyi öyrədir. Ən önəmlisi odur ki, intellektual maraqlılıq daim yeniliyi öyrənməyə
can atmaq bacarığımızı
ortaya çıxarır.
- Beynəlxalq münasibətlər ixtisasına
adətən oğlanlar
daha çox maraq göstərirlər.
Sizin üçün
bu ixtisası seçmək çətin
deyilmi?
- Mən bu ixtisası
seçmişəm. Ancaq bu
o demək deyil ki, bu ixtisas
üzrə ancaq oğlanlar təhsil ala bilər. Əlbəttə,
qızlar da bu ixtisası seçib, bu ixtisas üzrə elmi biliklərə sahib ola bilər.
Onlardan biri də mənəm.
İstərdim ki, gələcəkdə
ixtisasımı gözəl
şəkildə bitirib
diplomat olub, dövlətimi
başqa dövlətlərdə
təmsil edə bilim. Bu ixtisası
seçməkdə heç
də peşman deyiləm.
- Ümumiyyətlə,
ölkələrimiz arasında
təhsil sistemində
hansı oxşar və fərqli cəhətləri görürsünüz?
- Öncə ölkələrimiz
arasında təhsil sisteminin fərqli cəhətlərindən danışaq.
Məsələn, Türkiyədə orta təhsil müddəti 12 ildir.
Bizdə
isə məlum olduğu kimi, 11 ildir. Yəni burdan belə
bir nəticəyə
gəlmək olar ki, orada verilən
təhsil daha uzun müddətli olduğu üçün
şagirdlər tərəfindən
daha yaxşı mənimsənilir və proqramlar daha geniş imkanlarla verilir. Sözügedən təhsil müddəti
eyni zamanda orta təhsil biliklərinin daha dərindən öyrənilməsinə
səbəb olur.
Yəni
göründüyü kimi,
təhsil sistemi elə orta ümumtəhsil
müəssisələrindən başlayaraq universitet səviyyəsinə qədər
olan dövrdə Türkiyədə təhsil
alan gənclərin
universitetlərə daha
hazırlıqlı və
həqiqi təhsil almalarıyla müşayiət
olunur. Bu təhsil bacarıqlı və uğura can atan gənclərin daha yaxşı formalaşmasında
önəmli rol oynayır. Universitet təhsil-tədrisinə gəlincə,
onu da deyə
bilərəm ki, Türkiyə ali
təhsil sistemi ən müasir standartlara uyğun olaraq təhsildə keyfiyyətə üstünlük
prinsipinə görə
aparılır. Buradan
belə bir nəticəyə gəlmək
olar ki, Türkiyə ali
təhsil sistemi orada təhsil alan istər yerli, istərsə də xarici tələbələr üçün
əla imkanlara sahib təhsil müəssisələrində
həqiqi və keyfiyyətli təhsil almaq imkanlarını hər zaman pozitiv yöndə artırmaqdadır. Eləcə də
Türkiyə inkişaf
etməkdə olan ölkə kimi təhsil sisteminin də ən son texnologiyalarla tədrisdə
innovasiyaların tətbiq
olunması yönündə
də önəmli addımlar atıb. Son illərdə azərbaycanlı
gənclərin xüsusilə
Türkiyədə təhsil
almaq istəmələri
təhsilin həqiqi və keyfiyyətli olmasıyla bilavasitə əlaqədardır. Bundan başqa,
Türkiyədə təhsil
sistemində məqsəd
tələbələrə sadəcə diplom vermək deyil, ən üst səviyyədə onlara bilik verməkdir.
- Orada təshil alan
azərbaycanlı tələbələrlə
əlaqələriniz necədir?
- Ümumiyyətlə, universitetimizdə
çox sayda azərbaycanlı tələbələr
təhsil alır. Demək olar ki, hər
kəs orada bir-birini tanıyır.
Bir yerdə çox vaxt keçirirlər.
Onu deyə bilərəm ki, bizim sayımız
orada çoxdur.
Bir yerdə toplaşaraq bir-birimizə yardım, köməklik edirik, dərslərimizdə bir-birimizə
yardımçı oluruq.
Azərbaycanlı tələbə olaraq orada ölkəmizin
tanıdılması istiqamətində
azərbaycanlı tələbələrimizlə
birlikdə iki dəfə Azərbaycan gecəsi keçirmişik.
Bu gecədə Azərbaycanın tanıtımı
olub. Hətta biz azərbaycanlı qızlar olaraq milli şirniyyatlarımızdan
hazırlamışıq və
deyə bilərəm
ki, bu tədbirimiz
çox uğurlu nəticələndi. Bundan başqa
bizim bir neçə dəfə Xocalı faciəsinə
aid tədbirlərimiz olub.
Bundan başqa orada fəaliyyət göstərən
diaspor təşkilatlarımız
tərəfindən təşkil
olunan bir çox tədbirlərdə
də iştirak edirəm. İzmirdə keçirilən Azərbaycan sərgisində
olmuşam. Universitetimizdə keçirilən bir çox tədbirlərə
qatılmışam. Ən önəmlisi
“Zəngin Azərbaycan
uğrunda mübarizə”
İctimai Birliyinin və AZEDER-in təmsilçisiyəm.
Bu təşkilat artıq Türkiyədə
bir ildir fəaliyyət göstərir
və bir çox nailiyyətlər
əldə edib.
-Dövlətimiz
gənclərin xaricdə
təhsil alması üçün imkanlar yaradır. Siz bu gün dövlətin
gənclər siyasəti,
onlara göstərilən
diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Öncə onu deyim ki, son illər
xaricdə təhsil alan gənclərin
sayı artıb. Dövlət
də onlara dəstək göstərir.
Xaricdə təhsillə bağlı
dövlət proqramı
bunun bariz nümunəsidir. İndiki zamanda
dövlətimiz tələbələr
üçün hər
bir imkan yaradır. Bəzi tələbələrimizə maddi yardımla da dəstək verdiklərini deyə bilərik. Azərbaycan
hökuməti xaricdə
oxuyan tələbələrimizə
diqqət və qayğı göstərir
və biz bu qayğını hər zaman hiss edirik.
-Gənclərimiz
xaricdə təhsil almaqla hansı üstünlüklər əldə
edirlər?
- Öncə onu deyə bilərəm ki, xaricdə təhsil almaqla o ölkənin tarixini, mədəniyyətini, dilini,
siyasətini daha yaxşı öyrənirik.
Eyni zamanda ədəbiyyatını,
yazıçılarını, şairlərini tanımaq
şansımız yaranır.
Sonra təhsil sistemində çox şey öyrənmək şansımız
var. İqtisadiyyat üzrə
biliklərimiz artır.
Öz ölkəmizi orada tanıtmaq imkanı olur. Ən önəmlisi - bilikli
kadr olaraq geri dönürük və bunlar Vətənimizə çox
şey qazandırır.
- Gələcəkdə
təhsilinizi davam etdirmək niyyətiniz varmı? Çalışmaq üçün hansı ölkəni seçmək fikrindəsiniz?
Ümumiyyətlə, gələcək planlarınız barədə
nə deyərdiniz?
- Əgər bu ixtisas üzrə davam etmək istəyirəmsə, əlbəttə
ki, təhsilimi də davam etdirmək
niyyətindəyəm. Öncə təhsilimi
gözəl bir şəkildə bitirmək
niyyətindəyəm və
bunun davamı olaraq magistr təhsili almaq istəyirəm. Beynəlxalq münasibətlər
üçün bir neçə xarici dilə sahib olmaq lazımdır və mən bu istiqamət
üzrə özümü
təkmilləşdirməyə çalışıram. İş sahəmdə
Fransada dövlətimi
təmsil etmək istərdim. Planlar əlbəttə ki, çoxdur. Amma ən önəmlisi öz ixtisasım üzrə irəliləməkdir
və gələcəyin
diplomatı olmaqdır.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş zamanlarımda daha çox kitab oxuyuram. İmkan olduğu halda tarixi yerləri gəzirəm. Necə deyərlər,
çox oxuyan deyil, çox gəzən çox bilər. Həqiqətən də onu deyə bilərəm ki, gəzmək insana çox şey öyrədir.
Dostlarımla sıx münasibətdə
oluram. Sosial şəbəkələrdən
istifadə edib məlumatlar əldə edirəm.
- Hazırda yay tətili ilə bağlı Bakıdasınız. Ötən müddətdə
paytaxtda hansı dəyişikliklərin şahidi
olmusunuz?
- Mən demək olar ki, təhsilimlə
bağlı olaraq 3 ildir ki, öz
doğma Vətənimdə
ola bilmirəm.
Hər tətildə Bakıya gəldiyimiz zaman Vətənimizi bir başqa cür görürük. Onu deyə
bilərəm ki, Bakı həqiqətən
günü-gündən gözəlləşir,
inkişaf edir. Öz uğurları və nəticələri ilə
diğər ölkələrdən
geri qalmır. Bu da bizi sevindirir. İnsanlar üçün lazımi şəraitlər,
parklar, istirahət və əyləncə mərkəzləri salınır.
Hətta
Bakımıza kiçik
Nyu-York adını belə verə bilərik. Bakı öz gözəlliyi
ilə fərqlənir.
Nigar Abdullayeva
Palitra.-2014.-19 avqust.-S.6.