“İrəli”yə yeni
üzvlüklə bağlı prosedurlar
başlanılıb”
Mirhəsən Seyidov:”Üzvlük
qaydaları tamamilə dəyişdiriləcək, yeni üzvlər
üçün bir sıra yeni fəaliyyətlər nəzərdə
tutulub”
Müsahibimiz “İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidovdur.
- “İrəli” İctimai Birliyinin bugünkü fəaliyyəti haqqında nələr
deyə bilərsiniz?
- Hazırda “İrəli” İctimai Birliyində əsas etibarilə struktur dəyişiklikləri və texniki işlər həyata keçirilir. Bildiyiniz kimi, təşkilat yeni ofisə köçüb. Bu günlərdə ofisin təmir işləri davam edir. Həmçinin artıq təşkilatın katibliyinin formalaşdırılması prosesi təmamilə yekunlaşıb. Buna uyğun olaraq təşkilatda katiblik strukturu yaradılıb.
Digər işlərimizdən isə təşkilat yeni logosunun hazırlanması üçün işə başlayıb. Bu istiqamətdə fəaliyyətlər davam edir. Bununla yanaşı daha bir dəyişiklik təşkilatın saytında olacaq. Onun üzərində də işlər davam etdirilir. Sayt bütünlüklə dəyişir, onun bir sıra yeniliklərlə sentyabr ayına kimi təhvil verilməsi gözlənilir. Eyni zamanda təşkilata yeni üzvlüklə bağlı da prosedurlara artıq başlanılıb, üzvlük qaydaları demək olar ki, tamamilə dəyişdiriləcək. Yeni üzvlər üçün bir sıra yeni fəaliyyətlər də nəzərdə tutulub.
Təşkilatın son iki aylıq fəaliyyətinə həmçinin prioritet olan digər bir məsələ isə beynəlxalq və yerli təşkilatlarla tərəfdaşlıq prosedurudur. Bu istiqamətdə də artıq fəaliyyətə başlanılıb. Həm yerli, həm də beynəlxalq qurumların bir çoxu ilə yeni əlaqələr qurulub, mövcud əlqələrin inkişafı üçün addımlar atılıb.
Bunlarla yanaşı təşkilat
artıq bir neçə sosial kampaniyaya start verib. Əsasən
son həftələrdə cəbhə xəttində
baş verən hadisələrlə əlaqədar
olan sosial kampaniyalara minlərlə gənc qoşulub.
Bildirim ki, bütün bunlar sentyabr ayında başlayacaq böyük layihə və fəaliyyətlərimizin ilkin
başlanğıcıdır. Artıq düşündüyümüz
bir neçə geniş miqyaslı layihələrimiz var ki, hazırda bu layihələrin təşkilati mərhələləri
gerçəkləşdirilir. Sözügedən layihələrin əsas məqsədi gənclərimizin bir çox sahədə xüsusilə siyasi biliklərinin artırılmasında,
qərarqəbuletmə proseslərində
yaxından iştirakını
təmin etmək, onları bu proseslərə cəlb etməkdir.
- “İrəli”nin məqsədi və qərarları Azərbaycan gəncliyinin hansı maraqlarına yönəlir?
- Ümumiyyətlə gəlin,
ilk olaraq günümüzdəki
Azərbaycan gəncliyinin
maraq dairəsinə baxaq. Bu zaman
görmüş olarıq
ki, hazırda gənclərimizin maraq dairəsi olduqca genişdir, istər siyasət, istər elm, istər idman, mədəniyyət və
onlarla bu cür istiqamətlərdə
olan sahələr.
Və ən əsas isə bu gün
Azərbaycan gəncliyi
düzgün inkişaf
yolu və keyfiyyət axtarışındadır.
Biz də “İrəli”
İctimai Birliyi olaraq bütün qərarlarımızı, məqsədlərimizi
və fəaliyyətlətlərimizi
gənclərin həmin
maraq dairələrinə
uyğun olaraq istiqamətləndirmişik. Bu gün “İrəli”
İctimai Birliyinin fəaliyyətinə nəzər
yetirdikdə həm bir-birilə sıx əlaqəli, həm də bir-birindən tamamilə fərqli layihələrin həyata
keçirildiyini şahidi
oluruq. Bütün fəaliyyətlərimizin əsas oxşarlığı
gənclərə axtardıqlarını,
yəni sağlam inkişafa yönəlmiş
keyfiyyəti təqdim
etməkdədir. Buna görə də çox rahat şəkildə deyə bilərəm ki, bu gün “İrəli”
İctimai Birliyinin məqsəd və qərarları Azərbaycan
gəncliyinin sağlam
inkişafına yönəlmiş
bütün maraqlarını
əhatə edir.
- Azərbaycan gəncliyinin perspektivlərini
və prioritetlərini
necə izah edərdiniz?
- Bir gənc və
gənclər təşkilatının
sədri olaraq deyə bilərəm ki, Azərbaycan gəncliyi son 10 ildə sürətli inkişaf edən, maraq dairəsi geniş olan bir gənclikdir.
Bunlar təbii olaraq gənclərimizin perspektivlərini
artırır. Həmçinin bu gün gənclərimizin
prioritetləri artıq
dəyişib. Əgər
bir neçə il bundan
öncə gənclərimiz
tamam başqa məsələləri özlərinə
əsas prioritet kimi nəzərdə tutmuşdularsa, bu gün gənclərimizin əsas prioritet məsələləri düzgün
təhsil almaq, dünyanın hər yerində Azərbaycan adına müxtəlif fəaliyyətlər reallaşdırmaqdır.
Ölkəmizin 20 ildən çoxdur
yaşadığı hadisələrin
dünya ictimaiyyətinə
və dünyaya düzgün şəkildə
çatdırılması məsələsi də gördüyüm qədərilə,
gənclərimizin əsas
prioritetlərinə çevrilib.
Çünki artıq gənclərimiz
daha aydın şəkildə anlayırlar
ki, bu müharibəni
yüksək hərbi
texnologiyalarımız, güclü
ordumuz olsa belə, qan tökmədən, danışıqlar
və ən əsası, Azərbaycan gerçəklərinin dünyaya
düzgün şəkildə
çatdırılması ilə qazanmaq lazımdır.
- Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərdə gənclərin
iştirakını necə
qiymətləndirirsiniz?
- Bu məsələdə mənim
hər zaman diqqət yetirdiyim bir nüans var, bu gün
Azərbaycanda keçirilən,
istər gənclərlə
əlaqədar olsun, istər digər yöndə olan tədbirlər kifayət qədər yüksək səviyyədə keçirilir.
Həmin
tədbirlərin reallaşmasında
ən xırda detaldan tutmuş, ən böyük prosedurlara kimi bütün işi öz vətəndaşlarımız,
azərbaycanlılarımız həyata keçirir.
Təbii
olaraq bu, olduqca sevindirici haldır. Həmçinin gənclərlə bağlı reallaşan tədbirlərdə də
bu özünü göstərir. Hazırda
Azərbaycan bir neçə beynəlxalq layihəyə ev
sahibliyi etməyə hazırlşır. 2015-ci ildə
ev sahibliyi edəcəyimiz Bakı Avropa Oyunları,
2016-cı ildə Gəncə
şəhərinin “Avropa
Gənclər Şəhəri”nə
çevrilməsi, 2017-ci ildə
ev sahibliyi edəcəyimiz 41-ci dünya
Skautlar Konfransı və sair bu
kimi bütün tədbirlərin reallaşmasında
həm işçi heyəti, həm də tədbirlərdə
iştirak edəcək
könüllü gənclərin
gərgin fəaliyyəti
nəticəsində, həmin
tədbirlər problemsiz
və yüksək səviyyədə keçirilir.
Bunlar təbii olaraq bugünkü gənclərimizin
yüksək xarici dil bilgiləri, Azərbaycan tarixini və mədəniyyətini
yaxşı şəkildə
mənimsəməsindən irəli gəlir.
- Sonda gəncliyimizin dövlətçilik
ənənələrinə diqqətini necə səciyyələndirə bilərsiniz?
- Azərbaycan Respublikası
yüksək dövlətçilik
ənənənəsinə sahib, dərin tarixə malik bir ölkədir. Təbii olaraq
biz gənclərin əsas
vətəndaşlıq borcu
məhz bu ənənələrə sahib çıxmaq, həmin ənənələrə sadiq
qalaraq, onları bizdən sonrakı nəsillərə də ötürməkdir. Gəncliyimizin dövlətçilik ənənələrinə
diqqətini onların
fəaliyyətlərinə diqqət yetirəndə görmüş oluruq.
Bildiyiniz
kimi, “İrəli” İctiami Birliyi gənclərə onların
ideya və təkliflərini reallaşdırmaq
üçün geniş
imkanlar yaradır.
Bizə müraciət edən və öz layihələrinin reallaşmasında
yardm istəyən gənclərin bir çoxunun fəaliyyətlərində
də müşahidə
edirik ki, gənclərimiz bu gün dövlətçilik
ənənələrinə yüksək dəyər verir və həyata
keçirmək istədiyi
layihələrin bir çoxu da məhz bu ənənələrin
təbliğinə, onların
dünyaya çatdırılmaısna
yönəldilib. Məhz bu
səbəbdən deyə
bilərəm ki, gənclərimizin dövlətçilik
ənənələrinə diqqəti kifayət qədər yüksək səviyyədədir.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-20 avqust.-S.6.