İsmayıllıda gənclərin fiziki və mənəvi inkişafı prioritetdir

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi əsas şərtdir. Bununla bağlı yalnız paytaxtda deyil, bölgələrimizdə də davamlı olaraq tədbirlər təşkil olunur. Bu məqsədlə yerlərdə rayon icra hakimiyyətləri tərəfindən müxtəlif tədbirlər reallaşdırılır ki, belə rayonlardan biri də İsmayıllı rayonudur. İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşı Şəhla Qafarova qəzetimizə bildirdi ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı İsmayıllı rayonunda prioritetdir:

 

(əvvəli ötən sayımızda)

 

-Gənclərin maariflənməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Gənclərin mənəvi inkişafında maarifləndirici tədbirlərin mühüm rolu var. Dünya gənclərinin bəlası olan, gəncliyi kökündən sarsıdan “ ölüm” lə mübarizə aparmaq məsuliyyəti hamının üzərinə düşür. Bununla əlaqədar İsmayıllıda da tez-tez maarifləndirici tədbirlər həyata keçirilir. 25 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində 26 iyunNarkomaniyaya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbiri RİH-in Hüquq şöbəsinin müdiri Xətai Abbasov giriş sözü ilə açaraq bildirdi ki, Prezident İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamla təsdiq etdiyiNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın icrası ilə əlaqədar hər bir bölgədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. “Gənclərin Antinarkomaniyaİctimai Birliyinin sədri Qüdrət Kazımov öz çıxışında Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabatı tədbir iştirakçılarının nəzərinə çatdıraraq çalışdığı birliyin narkomanlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi bir sıra tədbirlər haqqında məlumat verdi. Sonra Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının 5-ci mərhələsinə həsr olunmuş film izlənildi. Rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Vahid Məhərrəmov narkomaniyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının fəaliyyət mexanizmi haqqında çıxış etdi. Gənclərə bu pis vərdişdən uzaq durmaq tövsiyə olundu. İştirakçılara bu mövzuda təbliğat işlərini gücləndirmək tapşırıldı.

- Rayon gəncləri müxtəlif yarışlarda fəallıq göstərirlərmi?

- Rayonumuzun gəncləri respublika miqyaslı yarışlarda uğurlu nəticələr əldə edir. Belə ki, 10 iyul 2014-cü il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kiber İdman Federasiyasının Kompüter Oyunları üzrə IX Azərbaycan Milli Çempionatının Ucar şəhərində keçirilən zona mərhələsində İsmayıllı rayonunu təmsil edən 3 nəfər gəncdən ikisi- Mustafazadə Tural Mübariz oğlu FİFA 2014-cü il oyunu üzrə I yerə, Xalıqlı Şaiq Şahin oğlu Super Street Fİghter IV oyunu üzrə II yerə layiq görüldülər.

Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Gənc xilasedici və yanğınsöndürən” yarışının 28 iyun 2014-cü il tarixdə Qəbələ şəhərində keçirilən Respublika Final mərhələsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, təhsil naziri Mikayıl Cabbarovun və gənclər və idman nazirinin müavini İsmayılı İsmayılovun iştirak etdiyi yarışda İsmayıllı rayon komandası II yerə layiq görüldü.

Rayonumuzun gəncləri ölkə tədbirlərində də çox fəal iştirak edirlər. Buna nümunə olaraq 26-27 may tarixlərində Bakı şəhərində Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən və əsas məqsədi gənclərin Azərbaycanın milli-mədəni irsitarixi haqqında məlumatlandırılması, region gəncləri arasında əməkdaşlığın genişləndirilməsi və bölgələrimiz haqqında onların daha zəngin biliklərə sahiblənməsinə yönələn “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi və 28 May - Respublika Günü ilə əlaqədar “Mənim Azərbaycanım” adlı ümumrespublika gənclər festivalında rayonumuzu Gənclər və İdman İdarəsinin əməkdaşı Taleh Məhərrəmov, şəhər 3 saylı tam orta məktəbin müəllimləri Pərvin Mahmudova və Əsli Süleymanzadə təmsil etdilər.

2014-cü il in avqust ayından etibarən İsmayıllı rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” açılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Açıq Əyləncəli Futbol məktəblərinin Azərbaycan üzrə koordinatoru Kərim Ağayev tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova müraciət edilib və həmin müraciətə əsasən rayonumuzdan bir nəfər nümayəndə - Taleh Məhərrəmov 03-06 iyun 2014-cü il tarixlərdə Gürcüstanın Zuqdidi şəhərində “Açıq Əyləncəli Futbol Məktəbləri”-nin rəhbərləri üçün keçirilmiş seminarlarda iştirak edib və öyrəndiyi bilikləri açılacaq məktəbdə gənclərə öyrədəcək.

İsmayıllı gəncləri respublikamızın digər gəncləri ilə də fikir mübadiləsi aparır, yaxından əməkdaşlıq edirlər. 2 avqust 2014-cü il tarixdə rayonumuzla qardaşlaşan Binəqədi rayonunun 45 nəfər gənci İsmayıllıya səfərə gəldi. Gənclərlə birgə Binəqədi YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov və Binəqədi YAP RT-nin aparat rəhbəri Qabil Qafarov gənclərin səfərinə rəhbərlik etdilər. İsmayıllı tərəfindən qonaqları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının I müavini Rövşən Ağayev, Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı YAP RT-nin aparat rəhbəri Anar Nəbiyev, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal gəncləri qarşıladılar. Nümayəndə heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular. Sonra Heydər Əliyev parkında yerləşən Gənclərin Karyera Mərkəzi, Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış oldular. Görüş Heydər Əliyev Mərkəzində davam etdirildi. İsmayıllı gəncləri ilə Binəqədi gəncləri arasında əməkdaşlıq memorandumu imzalandı. Memorandumu İsmayıllı tərəfindən Taleh Salehov, Binəqədi tərəfindən isə Qüdsi Bayramov imzaladı. Sonda nümayəndə heyətləri bir-birinə hədiyyələr təqdim etdilər. Səfərdən razılıq edən Binəqədi gəncləri birgə layihələrin icrası üçün tədbirlər müəyyənləşdirdilər.

-Bugünlərdə qeyd edilən Beynəlxalq Gənclər Günü ilə bağlı rayonda hansı tədbir təşkil olundu?

- Gənclərə həmişə dəyər verilir. 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclərlə birlikdə Heydər Əliyev adına istirahət parkında açıq hava şəraitində toplaşaraq tədbir keçirdi. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı. Son günlərdə erməni silahlılarının atəşkəsi pozaraq yaşayış məntəqələrimizə basqın zamanı həlak olmuş hərbiçilərin və eləcə də ərazi bütövlüyü uğrunda şəhid olmuş gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. T.Salehov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, 12 avqust Beynəlxalq Gənclər Günü eləcə də 2 fevral Azərbaycan gəncləri gününün təsis edilməsi barədə məlumat verib, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, Dövlət Gənclər siyasəti konsepsiyasının qəbul edilməsi kimi mühüm addımların atılmasını Azərbaycan gəncliyinə diqqət və qayğının təzahürü kimi dəyərləndirib, ulu öndərin siyasi varisi İlham Əliyevin də gənclərə böyük önəm verməsi, etimad və qayğı göstərməsini, bunun nəticəsində ölkə gənclərinin beynəlxalq idman yarışlarında, müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil etdiklərini, vurğuladı. Rayon İcra Hakimiyyətinin məsul işçisi Nəsimi Teymurov, fəal gənclər Şövqi Əhmədov, Sübhi Mikayılzadə, Zeynəb Mehdiyeva çıxış edərək 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə rayon gənclərini təbrik etdilər, Azərbaycan gəncliyinə göstərilən yüksək qayğı və etimad, gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlar barədə söhbət açdılar. Rayon İcra Hakimiyyəti rəhbərliyinin, bilavasitə RİH başçısı Mirdaməd Sadıqovun İsmayıllı gənclərini fəal mövqeyə gətirməsini, gəncləri qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər etməsini xüsusi vurğuladılar. Yeniyetmə və gənclərin intellektual inkişafı üçün geniş imkanlar açılmasından razılıqla danışdılar.

- Ümumilikdə, rayonda həyata keçirilən dövlət gənclər siyasətini necə dəyərləndirirsiniz?

- Gənclər təhsildə, intellektual yarışlarda sosial-iqtisadi inkişafda uğurlara çatırlar. İsmayıllı idmançıları beynəlxalq yarışlarda artıq Azərbaycan bayrağının qaldırılmasına layiq nailiyyətlər qazanırlar. 22500 nəfər gəncin yaşadığı bölgədə dövlət gənclər siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Onların təhsilinin keyfiyyətinin artırılması, müasir informasiya texnologiyalarına yiyələnməsi, ümummilli liderimiz Heydər Əliyevin irsini dərindən öyrənməsi, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə şərait yaradılması üçün ardıcıl və sistemli aparılır. Müxtəlif layihələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar gənclərlə məsləhətləşmənin aparılması, onlar üçün yerlərinin yaradılması, təhsilli gənclərin müxtəlif istiqamətli dövlət qulluğuna cəlb edilməsi, rayonun ehtiyac duyduğu ixtisaslara istiqamətləndirilməsi, sağlamlıqlarının təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması üçün rayon icra hakimiyyətinin həyata keçirdiyi düşünülmüş, müasirliyi, forma və məzmun zənginliyi ilə seçilən tədbirlər qaynar gənclik həyatının yaranmasına səbəb olur. İsmayıllı Dövlət HumanitarTexnologiya Kollecinin açılması bu siyasi həyata yeni bir coşqunluq gətirib. Dövlət gənclər və idman siyasəti ona görə rayonda müvəffəqiyyətlə həyata keçirilir ki, hər bir gənc, hər bir rayon sakini onu düşündürən məsələlərlə birgə rayon rəhbərliyinin diqqətindədir. Bir sözlə, İsmayıllı rayonunda dövlət gənclər siyasəti, eləcə də gənclərin fiziki və mənəvi inkişafı istiqamətində tədbirlər bundan sonra prioritet olacaq.

 

Nigar Abdullayeva

Palitra.-2014.-21avqust.-S.11.