“Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi musiqi mədəniyyətimizin yüksək səviyyədə təbliğatçısıdır”

 

Alla Bayramova: “Fəaliyyətimizi müasir dövrün metodlarından istifadə etməklə inkişaf etdirməliyik”

 

Müsahibimiz Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır:

 

- Alla xanım, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi haqqında ətraflı məlumat verməyinizi istəyirik.

- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R. Behbudov 7 ünvanına köçürüldü.

Muzeyimizin 3 filialı fəaliyyət göstərir. 1987-ci ildən Xalq çalğı alətləri Daimi Sərgisi, 1994-cü ildən Niyazinin mənzil-muzeyi və Vaqif Mustafazadənin ev-muzeyi fəaliyyətə başlayıb.

Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Mədəniyyət Nazirliyinin sərəncamına əsasən muzeyin nəzdində 1996-cı ildən Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansamblda 15 nəfər musiqiçi fəaliyyət göstərir. Ansamblın yaradıcısı mərhum sənətkar, Xalq artisti, professor Məcnun Kərimov olub. Qeyd edim ki, Qədim Musiqi Alətləri Ansamblı həm respublikamızda, həm də xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir.

Muzeyimizdə 70 nəfər əməkdaş çalışır. Sevindirici haldır ki, onlardan 6 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülüb. 4 əməkdaşımızın elmi dərəcəsi var.

-Muzeyin əsas fəaliyyəti nədən ibarətdir?

- Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğidir. Muzeyin yarandığı dövrdən başlayaraq, burada profilə uyğun eksponatlar toplanıb. Eksponatlar muzey əməkdaşları tərəfindən yığılaraq, müxtəlif şəxslər və təşkilatların muzeyə hədiyyələri şəklində Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsait hesabına toplanılır.

Muzeyin fondunda 50 mindən çox eksponat var. Bunlar Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri olan qrammafonlar, patefonlar, qrammafon valları sairdir.

Muzey eksponatlarının hamısı Azərbaycanın musiqi tarixinə həsr olunmuş müəyyən mövzulara aid olan xronoloji ardıcıllığa riayət edən daimi sərgidə toplanıb. Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmalar kolleksiyalarından ibarətdir. Qeyd edim ki, kolleksiyamızda 265 ədəd musiqi aləti var. Onlardan 201-i milli, 65-i xarici musiqi alətləridir. Bu illər ərzində muzeyə 800-ə yaxın şəxsi arxiv verilib. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır. Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir.

Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən öyrənilməsinə araşdırılmasına imkan yaradır.

Muzeyimiz mütəmadi olaraq elmi işlə məşğul olur, elmi konfranslarda iştirak edir. Nəzərinizə təkcə son iki ildə görülən işləri çatdırmaq istərdim.

16-17 dekabr 2010-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət Turizm Nazirliyi TÜRKSOY-un təşkilatçılığı iləTürk xalqlarının musiqi alətləribeynəlxalq simpoziumu keçirildi.

MənNizami Gəncəvi musiqimövzusu ilə İtaliyanın Kyaravalle şəhərində keçirilən Ədəbiyyat Muzeyləri Beynəlxalq Komitəsinin konfransında (26-28 sentyabr 2011-ci il), Londonda keçirilənMərkəzi Asiyanın musiqi coğrafiyalarıadlı konfransda (15-19 may 2012-ci il) “Nizami yaradıcılığı Mərkəzi Asiyanın musiqi mədəniyyətinin öyrənilməsində mənbə kimimövzusunda çıxış etdim.

9-19 mart 2013-cü il tarixində Bakı şəhərindəMuğam Aləmi” III Beynəlxalq Muğam Festivalı keçirildi.

III BeynəlxalqMuğam Aləmielmi simpoziumunun 14 mart 2013-cü il tarixli işində mənMilli musiqi alətləri: mətn ikonaqrafiyanın düzgün oxunuşu haqqındamövzusunda, muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı Təranə Əliyeva isəAzərbaycan muğam ifaçılıq sənətində qanun alətiadlı məruzələr ilə çıxış etdik.

2008-ci ildən Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət Turizm Nazirliyinin maddi dəstəyi ilə muzeydə KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin proqramı çərçivəsində fondların kompüterləşdirilməsi işi aparılır. Hal-hazırda da bu muzeydə davam etdirilir.

-Alla xanım, sizin Niyazinin mənzil-muzeyinin yaradılmasında xüsusi rolunuz var. Həmin muzey haqqında deyə bilərsiniz?

- Niyazinin həyat yoldaşı Həcər xanımın vəfatından sonra Niyazinin mənzil muzeyinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi təşkil olunması barədə Mədəniyyət Nazirliyi tərəfindən əmr verildi. Biz yalnız 1991-ci ilin fevral ayından işə başlaya bildik. Çünki mənzilin açarını çətinliklə əldə etdik. Ekspozisiyanı yaratmaq üzrə gərgin başlandı. Təkcə bu mənzildə qalan eksponatlarla yox, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından olan materiallar əsasında ekspozisiya yaradıldı 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı oldu. Artıq 20 ildir ki, Niyazinin mənzil-muzeyinin qapıları tamaşaçılara açıqdır. Muzey müxtəlif işlər görür, ekskursiyalar aparır, tədbirlər keçirir, elmi-tədqiqat işləri araşdırmalar aparır.

Niyazinin çoxcəhətli yaradıcılığı Azərbaycan musiqi tarixində böyük iz qoyub. Biz bununla əlaqədar axtarış-tədqiqat işimizi davam etdiririk. Düşünürəm ki, bizi xoş sürprizlər gözləyir. Muzeyimiz hər zaman axtarışdadır.

Maestronun arxivi üzərində aparılarkən, Niyazinin əvvəllər adı heç bir yerdə çəkilməyən, bəstəkarın 1929-1950-ci illərdə yazdığı bir sıra piano əsərlərinin not əlyazmaları aşkar edilib. XX əsrin birinci yarısında gənc Azərbaycan bəstəkarlarının piano əsərləri ilə tanışlıq faktı çox maraqlıdır. Bu, Niyazinin çoxşaxəli istedadının yeni cəhətlərini açıb göstərir. Niyazinin piano pyeslərinin not əlyazmaları üzərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi elmi aparıb, redaktə edib nəşr etdirib.

Niyazinin piano üçün pyeslərini ilk dəfə olaraq gözəl pianoçular Ülviyyə Hacıbəyova Rəna Rzayeva ifa ediblər.

Xalq artisti Fərhad Bədəlbəyli tərəfindən muzeyə Niyazinin fortepiano ilə orkestr üçün yazdığı konsertinin III hissəsinin əlyazması, 1972-ci ildə Mikayıl Abdullayevin hazırladığıÇitrabaletinin səhnə eskizləri başqa hədiyyələr təqdim edilib. Bir-iki il bundan əvvəl biz aşkar etdik ki, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının kitabxanasında NiyazininXosrov Şirinbaletinin not əlyazması saxlanılır. Teatrın müdiriyyətinin razılığı ilə bu not əlyazmasının əsli muzeyimizə təqdim edilib.

Tanınmış türk pianoçusu İdil Biret 2013-cü ildə Bakıda olarkən Niyazinin mənzil-muzeyini ziyarət edib. Niyazi ilə bağlı xatirələrini bölüşən pianoçu Türkiyəyə qayıtdıqdan sonra Maestro ilə yaradıcılıq əlaqələrini əks etdirən bəzi materialları, o cümlədən fotoları muzeyə göndərdi.

Biz bundan sonra da qeyri-adi şəxsiyyətin yaradıcılığına aid yeni faktları, materialları əldə etməyə çalışacağıq.

-Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan mədəniyyətinin təbliğçisidir.

- Məlum olduğu kimi, hər bir muzeyin fəaliyyətində təbliğat işi mühüm yer tutur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyədə təbliğçisidir. Muzeyimiz kolleksiyaları təbliğ etmək məqsədilə kitablar nəşr etdirir.

2002-ci ildəAzərbaycan musiqi mədəniyyəti simalardatəqvimi, 2004-cü ildəQadınlar Azərbaycanın musiqi həyatındakitabını, 2005-ci ildəNiyazinin piano üçün pyesləri”, Azərbaycan bəstəkarlarının piano üçün əsərləri, 2010-cu ildə Üzeyir Hacıbəylinin 1932-ci ildə yazdığıLəzgi rəqsiçap olunub. 2011-ci ildə Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin maddi dəstəyi iləQara Qarayev. Həyat yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarındakitabı da nəşr edildi. Bütün bu nəşrlərin elmi redaktorluğunu mən etdim.

Muzeyimizdə həmçinin, elmi-maarif işi aparılır. Muzeydə onun filiallarında mütəmadi olaraq tədbirlər keçirilir sərgilər təşkil edilir. Muzeyin təşkil etdiyi elmi-kütləvi tədbirlər sırasında Klassik Musiqi Həvəskarları Klubunun işini xüsusilə qeyd etmək lazımdır. 2008-ci ildən muzeydə Klassik Musiqi Həvəskarları Klubu fəaliyyətə başlayıb. Əsas məqsəd klubun iştirakçılarını klassik musiqi sahəsində maarifləndirməkdir. Klubun tədbirləri ənənəvi olaraq maestro Niyazinin musiqi ocağı olan onun mənzil-muzeyində keçirilir.

Klassik Musiqi Həvəskarları Klubunun fəaliyyət göstərdiyi vaxtdan bu günə qədər 70-dən çox tədbir keçirilib.

Sevindirici haldır ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə Musiqi Alətləri Dövlət Kolleksiyası yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Musiqi Alətləri Dövlət Kolleksiyasına 9 skripka, 4 violonçel, 2 alt və 11 kaman təqdim edilib. Azərbaycan mədəniyyətini beynəlxalq müsabiqələrdə və tədbirlərdə yüksək səviyyədə təmsil edən istedadlı, gənc musiqiçilər, Xalq artistləri, Prezident təqaüdçüləri xaricdən alınmış ən yaxşı ustaların hazırladığı bu qiymətli skripka, violonçel, alt musiqi alətlərində ifa edirlər.

Bir faktı da qeyd edim ki, Azərbaycanda ilk veb-saytı olan muzey bizim muzeydir. Sayt 3 dildə - Azərbaycan, rusingilis dilində məlumatlarla yenilənir. Bu hal-hazırda sistemli şəkildə davam edir. Saytımızda muzeyin keçirdiyi tədbirlərin anonsları və onlar haqqında məlumatlar verilir.

Muzeyimizin fəaliyyətində sosial şəbəkə olanFacebookda 3 səhifə yaradılıb - Azərbaycan, rusingilis dillərində. Muzeyin keçirdiyi tədbirlərin anonsları və onlar haqqında məlumat verilir. Tədbirlərimiz KİV tərəfindən işıqlandırılır.

-Alla xanım, sonda ürək sözləriniz...

- Muzey direktoru kimi, muzeyin fəaliyyətində musiqi mədəniyyəti tariximizə aid kolleksiyalarımızı daha da zənginləşdirmək, təbliğ etmək, elmi araşdırmalarımızın artırılmasına çalışmalıyıq. Öz fəaliyyətimizi müasir dövrün metodlarından istifadə etməklə inkişaf etdirməliyik.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-22  avqust.-S.13.