“Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimidir

 

Könül Hacızadə: “Küveytlilərin Azərbaycanla bağlı iqtisaditurizm maraqları da var

 

Küveytdə yeganə milli diaspor təşkilatımız olan Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti aktiv fəaliyyət göstər. Cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində Küveyt ictimaiyyətinə Azərbaycan həqiqətləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi soyqırımları barədə ətraflı məlumat verilir. “Vətənsevər”in sədri Könül Hacızadə hazırda ölkəmizdədir. Onunla görüşüb bu haqda daha ətraflı məlumat aldıq. Xatırladaq ki, K.Hacızadə ailə həyatı qurması ilə əlaqədar 12 ildir ki, Küveytdə yaşayır. Həyat yoldaşı Bədi Haşim Əli Küveyt vətəndaşıdır. Amma buna baxmayaraq, Bədi Haşim Əli də diaspor işində Könül xanıma əlindən gələn köməkliyi göstərir.

- Könül xanım, Küveytdə təxminən nə qədər azərbaycanlı yaşayır?

- Mən Küveytə təzə gedən vaxtlarda orada azərbaycanlılar çox az idi. O vaxt Küveytdə heç səfirlik də yox idi. Ancaq 2004-cü ilin sonlarında Küveytdə Azərbaycan səfirliyi açıldı. İndi Allaha şükür, çox da demək olmaz, amma ümumilikdə 100 nəfərə yaxın olar.

- Diaspor təşkilatı yaratmaq hansı zərurətdən meydana çıxdı?

- Hələ Küveytdə diaspor yaranmamışdan əvvəl də biz özfəaliyyət olaraq, həyat yoldaşımla bərabər tədbirlər keçirirdik. Sonra bu işimizi ictimai olaraq daha da aktivləşdirib, müxtəlif tədbirlər təşkil etdik. Beləliklə, Novruz bayramı tədbirlərinin birində bu təşkilatı yaratmaq təşəbbüsü meydana gəldi. Mən daha çox bu işdə fəal olduğuma görə təşkilata sədrlik etmək mənə təklif olundu. Təşkilatın adını isə mən irəli sürdüm və bəyənilərək qəbul olundu. Artıq fəaliyyətimizi Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti olaraq davam etdiririk. Təşkilatın rəsmi təqdimat mərasiminə dövlət nümayəndələri, o cümlədən yerli xalqdan qonaqlar da dəvət edildi. Eyni zamanda Azərbaycanla bağlı fotostendlər quruldufilm nümayiş olundu.

- Təşkilat olaraq indiyə qədər hansı tədbirlər keçirmisiniz?

- Təşkilatdan əlavə biz Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq. Tədbirlərə gəlincə, Küveytdəki Azərbaycan səfirliyi ilə birgə Novruz bayramını, həmçinin 28 May Respublika Gününü qeyd etmişik. Küveytdə Azərbaycan Mədəniyyət Günləri oldu. Bu tədbir eyni zamanda ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə üst-üstə düşdü. Biz bunu çox təmtəraqlı şəkildə qeyd etdik. Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan mədəniyyət günlərində Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi də nümayiş olunmuşdu. Ekspozisiyanın xüsusi guşəsi isə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuşdu. Eyni zamanda tədbirdə Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olundu. Küveytlilərə Azərbaycan Mədəniyyət Günləri o qədər maraqlı oldu ki, onlar yenə də bu tədbirlərin keçirilməsini istəyirlər.

- Küveytlilərə Azərbaycanı necə tanıdırsınız?

- Biz küveytlilərə Azərbaycanın tarixini, mədəniyyətini musiqisinis. tanıdırıq. Biz orada kütləvi informasiya vasitələrində də çıxışlar edirik. Belə ki, Küveytin “Əl şahid” qəzetində müsahibəmiz dərc edilib. Orada həm özümüz, həm Azərbaycanın füsunkar yerləri haqda danışdıq, eləcə də Küveytdə Azərbaycan diasporunun fəaliyyəti haqda da məlumat verdik.

- Bəs, Küveytdəki azərbaycanlı uşaqların dilimizi unutmaması üçün hansı addımlar atırsınız?

- Başqasını deməzdim, amma mənim övladlarımın hər biri iki dil - ərəb və Azərbaycan dilini təmiz bilirlər. Özüonlar ləhcəsiz və qüsursuz bu dillərdə danışırlar.

- Ümumiyyətlə, Küveytdə Azərbaycan necə tanınır?

- Azərbaycan demək olar ki, Küveytdə indi-indi tanınır. Biz səfirliyin dəstəyi ilə orada sərgilər açmışdıq. Xüsusən Xocalı faciəsi ilə bağlı sərgilərə gün ərzində yüzlərlə insan tamaşa edirdi. Sərgilər Küveyt ictimaiyyəti kütləvi informasiya vasitələrinin, eyni zamanda Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olurdu. Küveytlilər özləri bizim adət-ənənələrimiz, tariximiz, kitablarımız, mətbəx milli geyimlərimizlə maraqlanırdılar. Onlar deyirdilər ki, Küveytlə Azərbaycanın tarix mədəniyyət baxımından oxşarlığı çoxdur. Doğrudan da, bizim adət-ənənələrimizin haradasa Küveytlə bənzərliyi var. Bizim xalqla Küveyt xalqının qonaqpərvərliyində çox oxşarlıq var. Buna görə onlar bizi haradasa öz milləti kimi qəbul edirlər. Onların birinci sualı o olur ki, “dinimiz nədir?” Dinimizin İslam olduğunu biləndə bizə daha çox yaxınlıq göstərirlər. Ümumiyyətlə, küveytlilərin Azərbaycana qarşı münasibətləri çox yaxşıdır. Fərdi münasibətdən başqa onların bizə iqtisadi turizm maraqları da çoxdur. Biz turizm baxımından sərgilər keçiririk. Orada əvvəllər heç bilmirdilər ki, Azərbaycan necə ölkədir. Son iki ildə tez-tez tədbirlər keçirildi Küveyt rəsmiləri, eləcə ictimaiyyət bu tədbirlərdə iştirak etdilər. Bir neçə sərgi keçirəndən sonra indi hamısı maraqlanırlar. Azərbaycan haqqında, o cümlədən Xocalı faciəsi ilə bağlı ərəbcə kitabların nəşr olunması filmlərin göstərilməsinin bu baxımdan köməyi oldu. Bir tarixi baxımdan bu xalqlar eyni faciəni yaşayıblar. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində İraq tərəfindən Küveytin torpaqları işğal olunmuşdu. Eyni vaxtlarda ermənilər Dağlıq Qarabağ torpaqlarını zəbt ediblər. Sevindirici haldır ki, Küveyt rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir.

- Küveytdə azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar?

- Azərbaycanlılardan orada neft sahəsində çalışanlar var. Bundan başqa müəllimlər, ofis işçiləri, biznesmenlər yaşayırlar. Bir yaxşıdır ki, Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimdir. Tədbirlər keçirdikdə hər bir azərbaycanlı gücü çatdığı dəstəyi göstərir.

- Küveytdəki səfirliyimiz sizin hər hansı problemlərinizin həll olunmasına kimi köməklik göstərir?

- Xaricdəki hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkədə ilk növbədə öz səfirinə, sonra isə diaspor rəhbərinə güvənir. Səfirlik orada azərbaycanlıların hüquqlarını qoruyan orqandır. Allaha şükür, heç bir problemimiz yoxdur. Küveytdəki fövqəladə səlahiyyətli səfirimiz çox gözəl insandır. Hər bir sahədə bizə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, səfirlik işçilərinin hamısı öz köməkliklərini bizdən əsirgəmirlər.

- Bəs, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir?

- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz çox yaxşıdır. İnşallah, münasibətlərimiz bundan sonra daha da dərinləşəcək.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-22 avqust.-S.7.