Mədəniyyətə aid
bütün mövzularda
gənclərin maarifləndirilməsi mənəvi inkişafda aktuallıq kəsb edir
Son dövrlərdə Azərbaycan mədəniyyəti
yüksək inkişaf dövrünü
keçirir. Azərbaycan qlobal
mədəniyyət müstəvisində ciddi
və beynəlxalq səviyyəli uğurlara
imza atır. Eyni zamanda mədəniyyətin müxtəlif sahələrinin
inkişafı ilə bağlı məqsədyönlü
dövlət tədbirləri həyata keçirilir.
Bununla bərabər, cəmiyyət
daxilində mədəniyyətin inkişaf
etdirilməsi ilə əlaqədar proseslərə aid maarifləndirmə işinin
təşkili ilə bağlı müxtəlif tərəfləri
səfərbər etmək aktuallıq kəsb edir.
Belə ki, dövlətin həyata keçirdiyi mədəniyyət siyasətinə ictimai dəstəyin verilməsi, KİV-in və QHT-lərin bu yöndə təşəbbüslərlə çıxış etməsi çox məqsədəuyğundur.
Belə ki, cəmiyyətin
aktual məsələlərindən biri Azərbaycan mədəniyyəti, dəyərləri,
mənəvi-kulturoloji məsələlər barəsində
gəncləri ciddi, mütəmadi və əhatəli
maariflənmək imkanını tam
reallaşdırmamasıdır. Bu
marifləndirmə gənclərin mənəvi və intellektual inkişafında çox
mühüm rol
oynayır. Amma KİV bu
mövzuda olan məsələlərə
kifayət qədər dərindən diqqət yetirmir.
Mədəniyyət, sivilizasiya tarixi, müasir kulturoloji yanaşmalar və
sivil-etik davranış qaydaları
baxımından gənc vətəndaşlarımızın
yetərincə maarifləndirilməsinə ehtiyac
var. Məlumdur ki, Azərbaycan
qədim sivilizasiyaya, mədəniyyətə
və tarixə malikdir. Həmçinin
ölkənin müasir mədəniyyət
sahəsində əldə etdiyi nailiyyətlər,
dövlətin bu sahəyə göstərdiyi
mütəmadi qayğı sayəsində qazanılan qlobal mədəniyyət uğurları gənclərin
ümumi mədəni-kulturoloji dünyagörüşünü,
savadını artırmaq baxımından KİV tərəfindən
kifayət edəcək səviyyədə ictimaiyyətə təqdim
və izah edilməlidir. Ölkə KİV-ində
- telekanallarda, mətbuatda
və on-line mediada bu yöndə olan materiallar hələ də cüzi və epizodikdir. Bu mövzuya
aid maarifləndirici və
mütəmadi verilişlər,
rubrikalar, nəşrlər
demək olar ki, yox səviyyəsindədir.
Ölkəmizin mədəniyyəti
hazırda dünya səviyyəsində xeyli
müsbət bir imicə malik olduğu və geniş miqyasda tanındığı, təbliğ
edildiyi halda, Azərbaycan cəmiyyətinin
də bu baxımdan daxildən maariflənməyə, ümumi
kulturoloji-mədəni bilik
və dünyagörüşünün
artırılmasına çox
ciddi ehtiyac var. Xüsusilə formalaşmaqda
olan gənc nəslin Azərbaycan mədəniyyəti, dəyərləri,
milli kimliyi, kulturoloji biliklər baxımından ciddi maariflənməsi olduqca böyük önəm daşıyır. Bu, ilk növbədə
gənc nəslin milli ruhda, böyük
mədəniyyətin varisi
düşüncəsilə, kulturoloji biliklərə və buna uyğun
davranışlara yiyələnmiş
bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz
davranışlardan, mənfi
tendensiya və pis vərdişlərdən
xali bir şəkildə formalaşması
üçün çox
böyük əhəmiyyətə
malikdir. Sivil və müasir
cəmiyyət, dövlət
quruculuğu prosesində
kulturoloji biliklərə,
yüksək etik-əxlaqi
dəyər və davranışlara yiyələnmə
Azərbaycan vətəndaşlarının
yiyələnməli olduğu
əsas kriteriyalardandır.
Bu keyfiyyətlərin ölkə əhalisində
mükəmməl şəkildə
toplanması, təcəssüm
etməsi və formalaşması üçün
birinci növbədə
KİV məqsədyönlü fəaliyyətə keçməlidir.
Məsələn, nəzərə alınmalıdır ki, ölkəmiz “Eurovision - 2012” mahnı
müsabiqəsini çox
yüksək bir səviyyədə, bütün
dünyaya örnək
olacaq bir tərzdə keçirdi.
Xaricilər, beynəlxalq
aləmin, mədəniyyət
və musiqi dünyasının kütləvi
sayda nümayəndələri
ölkəmizdə oldular,
mədəniyyətimizlə tanış oldular. Bütün bunlar ölkəmizin
dünya səviyyəli
mədəniyyət mərkəzlərindən
biri olduğunu bir daha sübut
edir. Belə bir situasiyada
ölkəmizin vətəndaşlarının
mədəniyyət məsələləri
ilə daha geniş və hərtərəfli məlumatlandırılması,
maarifləndirilməsi və
bu sahədəki nailiyyətlərdən geniş
miqyasda agah olmaları çox məqsədəuyğundur.
Həmçinin istisna edilmir ki, gələcəkdə
də bizdə bu cür qlobal
mədəniyyət tədbirləri
tez-tez keçiriləcək,
bu isə daha kütləvi sayda əcnəbilərin ölkəmizi ziyarət etmələrini təmin edəcək. Bu cür
mədəniyyət tədbirləri
eyni zamanda bir sıra məqamlarla
bağlı daha yüksək mədəni-kulturoloji
maarifləndirmələrin aktuallığını önə
çəkir. Eyni
zamanda, biz şüurlu
olaraq ümumiyyətlə,
insanlarımızın mədəni-intellektual
və sivil davranış səviyyəsini
daha da yüksəltmək
yönündə daim
iş aparmalıyıq.
Biz - yəni KİV bu
işdə bütün
səylərini birləşdirməlidir.
Daha bir məqam var - unudulmamalıdır ki, mədəniyyət - hər
bir ölkənin pasportu olmaqla yanaşı, indiki halda həm də bizim üçün
informasiya savaşında
ən kəsərli silahdır. Azərbaycan həqiqətlərinin yayılmasında, dünyada
qəbul edilməsində
əsas işi isə vətəndaşlarımız,
cəmiyyətin hər
bir üzvü yerinə yetirməyə mənəvi borc daşıyır. Bunun üçün
isə birinci növbədə mədəniyyətimizi,
tariximizi və milli-mədəni kimliyimizi
dərindən bilməli,
bunu digər soydaşlarımıza da mükəmməl bir şəkildə aşılamağı
bacarmalıyıq. Bu baxımdan yenə də əsas vəzifə KİV-in üzərinə
düşmüş olur.
Bütün bunları nəzərə
alaraq, Azərbaycan mədəniyyəti ilə
bağlı gənclərin
kulturoloji maarifləndirilməsi
vacibdir. Bu mövzuda
intensiv layihələr
həyata keçirilməlidir.
Azərbaycan mətbuatında,
eləcə də bütün KİV-də dünya mədəniyyəti
kontekstində Azərbaycan
mədəniyyəti, dəyərləri
və dövlətçilik
tarixi, milli əxlaqi keyfiyyətləri,
dövlətin məıdəniyyətlə
bağlı həyata
keçirdiyi siyasət,
müasir kulturoloji və sivil-etik davranış məsələləri,
gənc nəslin bu yöndə tərbiyəsi kimi vacib bir istiqamətdə
əhalinin effektiv maarifləndirilməsinə, bu
sahədə intensivləşməsinə,
ekspert və alimlərin bu sahədə müzakirə
və təkliflərinin
geniş işıqlandırılmasına,
bu sahədə xüsusi ənənə formalaşdırılmasına və
cəmiyyətdə mədəniyyət,
kulturoloji biliklər məsələləri ilə
bağlı informasiya
qıtlığının aradan qaldırılmasına
nail olmaq lazımdır.
Yuxarıda da qeyd edildiyi kimi,
mədəniyyət və mədəni-kulturoloji maariflənmə
məsələləri çox aktual və vacib olduğu üçün
bir daha bu mövzuya müraciət
etmək qərarına gəldik. Qeyd edək ki,
adıçəkilən mövzuda layihələrin
həyata keçirilməsi Azərbaycan mətbuatında, eləcə
də bütün KİV-də dünya mədəniyyəti kontekstində Azərbaycan
mədəniyyəti, dəyərləri və tarixi, milli əxlaqi keyfiyyətləri,
müasir kulturoloji və
sivil-etik davranış məsələləri,
gənc nəslin bu yöndə tərbiyəsi
kimi vacib bir istiqamətdə əhalinin effektiv
maarifləndirilməsinə ciddi töhfə
ola bilər. Bu sahədə
KİV-də müsbət ənənə formalaşacaq.
Qəzetlərdə mədəniyyət və kulturoloji
maariflənmə məsələləri və problemləri
ilə bağlı xüsusi rubrikalar ortaya
çıxa bilər. Həmçinin bu mövzuya elmi-nəzəri yanaşma
ilə bağlı müxtəlif janrlı yazılar
yazılması da jurnalistlərin peşəkarlıq
və vərdişlərinin artmasına təkan verəcək.
Mədəniyyət, dəyərlər, kulturoloji biliklər barədə cəmiyyətə
dolğun və intensiv
informasiyaların çatdırılması, dünyada
mədəniyyət, dəyərlər, sivilizasiya
məsələləri və nailiyyətləri ilə
bağlı baş verən proseslərin,
yeniliklərin və elmi problemlərin mətbuatda geniş
işıqlandırılması, Azərbaycan alimlərinin, ekspertlərin,
ziyalıların mədəniyyət və kulturoloji
biliklərlə bağlı fikir və təkliflərinin
mətbuatda geniş şəkildə
işıqlandırılması, qəzetdə mədəniyyət,
dəyərlər, kulturoloji maarifləndirmə
ilə bağlı müzakirə rubrikası açmaqla
mətbuatda bu sahəyə
aid xüsusi
rubrikaların yaranması ənənəsinin
formalaşmasına nail olunması, mədəniyyət,
dəyərlər, kulturoloji maariflənmə
ilə bağlı müxtəlif elmi
istiqamətlərə aid alimlərin və
ekspertlərin öz sahələrindəki
problemlərlə bağlı fikir və
təkliflərinin əhatəli şəkildə öyrənilməsi
və işıqlandırılması məqsədəuyğun
olardı.
İlkin AĞAYEV
Palitra.-2014.-23 avqust.-S.11.