“Biz gənclər öz yurdumuza sahib çıxırıq”
Tural Nəbiyev: “İşğal
günlərinin, faciəvi günlərimizin qeyd
edilməsi bizlərdə düşmənə nifrət hissini artırır”
Artıq 21 ildir ki, Füzuli
rayonu işğal
altındadır. Rayon əhalisinin əksəriyyəti
Horadizdə məskunlaşıb. Amma buna baxmayaraq əhalidə,
xüsusən gənclərdə sabaha inam hissi və ictimai-siyasi aktivlik yüksək
səviyyədədir. Elə YAP Füzuli
rayon təşkilatının Gənclər
Birliyinin sədri Tural
Nəbiyevlə söhbətimizdə də, bunu
hiss etdik. Qeyd edək ki, T.Nəbiyev
eyni zamanda YAP Füzuli rayon təşkilatında
Aparat rəhbəridir.
-Bir
füzulili gənc kimi
rayonunuzun işğal
günlərini necə xatırlayırsınız?
- Mən o zaman 5-ci sinifdə oxuyurdum. Ermənilər Horadizə atəş
açdılar. Biz ailəmizlə bir yerdə İran yolu ilə İmişli
rayonu ərazisinə getdik və vaqonda məskunlaşdıq.
Vaqonda yaşadığımıza görə,
hətta, bizə “Vaqon uşaqları” da deyirdilər.
- Sizcə, Füzuli işğal olunmaya bilərdimi?
- Füzuli işğal olunmaya bilərdi. Əgər əhaliyə silah versəydilər, onlar elə özləri döyüşərdilər. Bu gün biz Horadizdə
yaşayırıq. Horadiz və
ətraf kəndlər
ulu öndərin formalaşdırdığı ordunun düşmənə
gücünü göstərdiyi
ilk və sonuncu yerdir. Məhz bir hücumla
22 yaşayış məntəqəsi
işğaldan azad olunduğuna görə düşmən atəşkəs
sazişini imzaladı.
- Hər halda bir gənc olaraq
hər il
işğal günlərinin
qeyd edilməsi sizin üçün də xoş deyil...
- Bir Füzuli-Qarabağ
gənci olaraq işğal günlərinin,
faciəvi günlərimizin
qeyd edilməsi bizlərdə düşmənə
nifrət hissini artırır və biz düşməndən qisas
alacağımız günü
səbirsizliklə gözləyirik.
- Dövlətin apardığı gənclər
siyasəti füzulili
gənclərdə öz
təzahürünü necə
göstərir?
- Bu gün dövlətimizin gənclərlə bağlı
qəbul etdiyi hər bir fərman
və sərəncam yüksək səviyyədə
icra olunur, gənclərə yüksək
qayğı var. Bundan
başqa, gənclərimiz
hər bir sahədə irəli çəkilir və işlə təmin olunur. Füzuli Rayon İcra Hakimiyyətində
işləyənlərin əksəriyyətini
gənclər təşkil
edir. Füzuli rayonu əhalisinin
30 min nəfərdən artığını
gənclər təşkil
edir. YAP rayon təşkilatının
üzvlərinin 2200-dən çoxu gənclərdir.
Bu gün ölkəmizdəki
sürətli inkişaf
Füzuli rayonunun hər bir yaşayış
məntəqəsində də
özünü göstərir.
Yollar salınır, müasir işıq sistemi quraşdırılır, yaşıllıqlar,
yeni-yeni xidmət obyektləri istifadəyə
verilir. Gənclərin boş vaxtlarını
səmərəli keçirmələri
üçün tikilən
Heydər parkı, Heydər Əliyev Mərkəzi, Mədəniyyət
sarayı, Gənclər
evi, Şahmat məktəbi və başqa tikililər bizi çox sevindirir. Heydər Əliyev Fondunun
köməkliyi ilə
Horadiz şəhərində
tikilən 180 yerlik məktəb, Gənclər
Mərkəzini Mehriban
xanım Əliyevanın
füzulililərə böyük
diqqət və qayğısı hesab edirik.
- Cəbhə bölgəsində yaşayırsız.
Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?
- Cəbhə bölgəsində
yaşayan gənclərin
əhvali-ruhiyyəsi yüksək
səviyyədədir. Belə ki,
son zamanlar cəbhədə
baş verənlər
hamı kimi biz gənclərin də hiddətinə səbəb
olur. Gənclərimiz Ali Baş Komandanın
siyasətini bəyənir
və bir nəfər kimi yeri gələrsə, torpaqlarımızın azadlığı
uğrunda canlarından
keçməyə hazırdırlar.
- YAP Füzuli təşkilatı Gənclər
Birliyi olaraq gənclərlə bağlı
hansı tədbirlər
keçirirsiz?
- YAP Füzuli təşkilatı
Gənclər Birliyi olaraq daim gənclərimizlə
görüşlər, dəyirmi
masalar keçiririk. Bu tədbirlərimizdə əsas məsələ gənclərimizin milli-mənəvi
dəyərlərimizə hörmətlə
yanaşması, hərbi-vətənpərvərlik
hisslərinin yüksəldilməsi,
doğma yurd yerlərimizin düşməndən
azad olunması üçün daim hazır olmaları üçün söhbətlər
aparırıq.
- Orada gənclərin ictimai-siyasi
aktivliyi necədir?
- Şükürlər olsun ki, cəbhə
bölgəsində yaşamağımıza
baxmayaraq gənclərimiz
hər bir sahədə aktivdirlər. İstər
ali məktəbə
qəbul olanların sayında hər il artımın olması, istər silahlı qüvvələrimizdə
müddətdən artıq
hərbi xidmət keçmək istəyən
gənclərimizin sayında
artım olması, istərsə də dövlət qulluğu və müvafiq sahələrdə gənclərimizin
işə qəbul olunmasındakı say artımı
buna misal ola bilər.
- Maraqlıdır,
Füzulidə doğulmayan
körpə və yeniyetmələr Füzuli
haqda nə düşünürlər?
- Füzulinin işğalı
zamanı anadan olmuş və yaxud da ondan
sonra anadan olmuş uşaqların bu gün 21 yaşı tamam olur. Təbii ki, onlar Füzuli haqqında kitablardan, solmuş video lentlərdən, ata-babalarından
məlumat alırlar.
Amma bütün bunlara baxmayaraq biz gənclər öz yurdumuza sahib çıxırıq
və inanırıq ki, ölkə başçımızın qətiyyətli
siyasəti nəticəsində
istər sülh, istərsə də müharibə yolu ilə Qarabağımızın
hər qarış torpağını düşməndən
azad edəcəyik və bütün məcburi köçkünlərimiz
öz ata-baba yurdlarına qayıdacaqlar!
O gün uzaqda deyil!
Fuad Hüseynzadə
Palitra.-2014.-23 avqust.-S.5.