Yeni filmlərin nümayişi davam edir

Nizami Kino Mərkəzi dünənədən etibarən Amerika rejissorları Skott Derriksonun ekranlaşdırdığı “Bizi şeytandan xilas etvə Lyuk QrinfildinPolis kimifilmlərinin nümayişinə başlayıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, dəhşət, triller, kriminal janrında çəkilmiş “Bizi şeytandan xilas etfilmi həyəcanlı məqamları ilə trillersevərlərin yadında qalacaq.
Nyu-York polisi təhlükə və müəmma dolu silsilə cinayətlərin araşdırılması ilə məşğuldur. Şəhəri şeytan əməllərindən xilas etmək məqsədilə zabitlərdən biri kömək üçün ekzorsizm üzrə mütəxəssisə müraciət edir.
Rolları Erik Bana, Edgar Ramires, Oliviya Mann, Kris Koy, Dorian Missik başqaları oynayıb.
“Polis kimifilmi komediya döyüş janrında çəkilib.
Maskarad gecəsinə dəvət almış iki dost ora polis qiyafəsində getməyi qərara alırlar. Lakin real kriminal hadisənin içinə düşən Ryan Castin əsl polis rolunu oynamağa məcbur olurlar.
Filmdə baş rollarda Ceyk Conson Nina Dobrev çəkilib.
Digər rolları aktyorlar Deymon Vayans, Ancela Kereç, Endi Qarsiya, Ceyms D`Arsi, Rob Riqql, Nataşa Leqqero oynayıblar.

 

Palitra. -2014. -29 avqust. S.2.