“İstedadlı gənclərimiz var

 

 

Gənc rəssam Aysel Əmirova: “Əsas mövzum doğma Vətənimiz - Azərbaycanımızdır, onun gözəl, rəngarəng təbiəti, musiqisi- muğamı, havası, küləyidir”

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti onların fiziki-mənəvi baxımdan sağlam nəsil kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha dərindən mənimsəməsinə imkan verir. Bu gün gənclər idman yarışlarında çıxış edir, muğam müsabiqələrində iştirak edir, bir sıra rəsm sərgilərində öz əsərlərini təqdim edirlər. Bununla da belə müsabiqələrdə, yarışlarda iştirak etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır. Budəfəki müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Aysel Əmirovadır:

- Gənclərin mənəvi inkişafında incəsənətin böyük rolu var. Gənclərimiz fəaliyyət göstərdikləri sahələrdən, o cümlədən rəssamlıqdan da bəhrələnirlər. Tabloya köçürdükləri rəsmlərdə ilk olaraq Vətəni, onun gözəlliklərini, təbii sərvətlərini, qəhrəmanlarını təsvir edirlər ki, bu da gənclərimizin mənəvi inkişafında mühümdür. Ən əsası gənclərin dünyagörüşünün artmasına köməklik göstərir.

- Necə oldu ki, rəssam olmağa qərar verdiniz?

-Mən Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşamkiçik yaşlarımdan rəssamlığa böyük həvəs, maraq göstərdiyim üçün T.İsmayılov adına uşaq yaradıcılıq qalereyasında məşğul olmağa başladım. Beləliklə, mən rəssamlıq sənəti ilə 3 yaşından məşğul olmağa başlamışam, 6 yaşında isə artıq sərgilərdə iştirak etmişəm. İlk müəllimim memar -anam Elmira xanım olub. İlk uğurum isə 1998-ci ildə Respublika üzrə məktəblərarası “ Xocalı Soyqırımı”

sərgi müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülmüşəm. 1999-cu ildə isə 50 rəsm işlərindən ibarət ilk fərdi sərgim keçirilib. Dərnəkdə məşğul olduğum illər ərzində beynəlxalq sərgilərdə: ABŞ, Yaponiya, Rusiya, Gürcüstan, İranda keçirilən sərgi-müsabiqələrdə fəal iştirak edib, diplommükafatlara layiq görülmüşəm. 2000-ci ildə mənim “Mənim şəhərim” və “Şərq gözəli” adlı rəsmlərim bir çox əsərlər içindən CONOCO PHİLİPS neft şirkəti tərəfindən təbrik açıqcaları üçün seçilib. 1998-2003 - illər ərzində dəfələrlə beynəlxalq sərgilərdə çıxış etmişəm, 2001 -ci ildə Prezident İlham Əliyevlə görüş zamanı ona çəkdiyim portreti hədiyyə etmişəm. Bu sənətin sirlərini öyrənməyi, rəssamlıq yolunu davam etdirmək məqsədini isə ulu öndərimiz Heydər Əliyevlə sərgidə görüş zamanı qərara almışam və daha da böyük həvəslə 2003-cü ildə Ə.Əzimzadə adına Rəsssamlıq məktəbinə yüksək qiymətlərlə rəngkarlıq ixtisasına daxil oldum. 2003-2011-ci illərdə Ə.Əzimzadə adına İncəsənət Kollecini rəngkarlıq ixtisasını fərqlənmə ilə oxumuşam. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr pilləsini fərqlənmə ilə oxumuşam.

2011-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistraturada fərqlənmə diploma ilə oxumuşam. 2014-cü ildə Azərbayca Dövlət Rəssamlıq Akademiyasına dissertanturaya daxil olmuşam. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 2011-2012-ci illərdə rəssamlıqda qazandığım nailiyyətlərə görə Prezident təqaüdçüsü olmuşam.

2002-ci il noyabr ayında Azərbaycanın Londondakı səfirliyində və 2003-cü il iyun ayında Şotlandiyanın CONOCO PHILIPS neft şirkətinin ofisində təşkil olunmuş sərgi-satışlarda `` İçəri şəhər `` və `` Azərbaycan gözəli `` adlı tablolarım nümayiş olunub və ən yüksək müsbət rəy alıb. 2007-ci ilin oktyabr ayında Heydər Əliyev Fondunda Word Intellectual Property Organization təşkilatı tərəfindən rəssamlıqda yüksək nailiyyətlərinə görə qızıl medalla təltif olunmuşam. “Meyvələr” adlı kətan üzərində yağlı boya ilə işlənmiş tablosunu fonda hədiyyə etmişəm. 2009-cu ilin fevralın 26-da Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Ankarada keçirilən `` Xocalı soyqırımı `` sərgisində `` Şəhid anası `` adlı rəsmi ilə iştirak etmişəm.

Həmin ilin avqustun 20-23-də Moskva şəhərində keçirilən MDB ölkələri arasında sağlamlıq imkanları məhdud olan gənclərin beynəlxalq xalq yaradıcılığı festivalında `` Xəyallarda `` və `` Güllərim `` adlı işləri ilə 2-ci yerə Laureat mükafatına layiq görülmüşəm. Gənclər və İdman nazirliyi tərəfindən 1 fevral 2010-cu ildə Laureat mükafatı və Gənclər günü münasibətilə `` Gənclər mükafatı `` ilə təltif olunmuşam.

- Hansı sənətkarların əsərlərini dəyərləndirirsiniz və bu, sizin üçün bir məktəb rolunu oynayıb?

- Bizim xalq rəssamımız Ömər Eldarov, Toğrul Nərimanbəyov, Ağaəli İbrahimov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, müəllimlərimin simasında Namiq Məmmədov, Fərman Qulamov, Cəlil Hüseynov, Mayis Ağabəyov, Səlhab Məmmədov, Bağman Məmmədov, Oktay Şixaliyevs. görkəmli rəssamlarımızın əsərlərinə doymadan, saatlarca baxıb zövq alıram, əsərləri Azərbaycanımızın zəngin, təkrarolunmaz tarixinin sübutudur.

- Əsərlərinizdə daha çox hansı amillərə üstünlük verirsiniz?

- Sözsüz ki, əsas mövzum doğma Vətənimiz -Azərbaycanımızdır, onun gözəl, rəngarəng təbiəti, musiqisi- muğamı, havası, küləyidir. Həm klassik, həm də müasir üslubda bir neçə işlərim vardaima rənglər, ətrafda baş verən dəyişiklər məni çox həvəsləndirir ki, yeni-yeni əsərlər yaradım.

- Bu gün gənclərin incəsənətə, o cümlədən rəssamlığa marağını necə qiymətləndirirsiniz? İstedadlı gənclərimiz varmı və onlar bu keyfiyyətlərindən nə dərəcədə yararlanır?

- Bəli, istər rəssamlıqda, istərsə də musiqi, idman sahəsində bizim çox istedadlı gənclərimiz var, olimpiya çempionlarımız var, bu da məni çox sevindirir. Azərbaycanımız beynəlxalq arenada iqtisadi inkişafla yanaşı, həm də qalib gənclərimizlə və istedadları ilə də tanınır. Vətənimizin böyük gələcəyi var!

- Bu gün ölkəmizdə rəssamlıq sənətinin inkişafı ilə bağlı problemlər varmı?

- Əgər yaşayırıqsa, fərqi yoxdur, hər hansı bir işdə özünəməxsus kiçikolsa belə problemlər var. Gənc rəssam kimi deyə bilərəm ki, emalatxana çox önəmli məsələlərimizdən biridir və gənc rəssamların bir tərəfə yığışıb işləyib yaratmaq üçün bir məkan - emalatxana mütləq vacibdir.

- Sizcə, gənclərin bu kimi peşələrə yiyələnməsi üçün hansı təkliflər irəli sürmək olar?

- Mənim fikrimcə, gənclər asudə vaxtlarını boş keçirməsinlər, öz işlərinə daha da həvəslə, ciddi yanaşsınlar. Əgər həqiqətən bu peşəni sevərlərsə, onunla davamlı məşğul olarlarsa gözəl nəticələrini də görəcəklər. Məşhur rəssamlarımızdan, sənətkarlarımızdan örnək götürsünlər. Onlar kimi tanınmış, seçilən sənətkar olmaq istəyirlərsə, həqiqətən də bu sənəti sevməlidirlər.

- Rəssamlıq dərnəyinin fəaliyyəti ilə bağlı nə deyərdiniz?

- Nizami rayonu Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlıq dərnəyimiz artıq 2 ildir ki, sakinlərə təmənnasız fəaliyyət göstərir. 2012-ci ilin sentyabr ayında ölkə başçısı, Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən dərnəyimizin açılışı oldu. Dərnəyimizdə rəssamlıq, xalçaçılıq, heykəltəraşlıq kursları fəaliyyət göstərir. Bu 2 il ərzində müxtəlif sərgilər, tədbirlər keçirmişik. Məktəblilər, uşaqlar çox böyük həvəslə yorulmadan işləyirlər. Dərnəkdə uşaqların əl işləri, rəsmləri nümayiş olunur.

- Gələcək planlarınız nədir?

- Gələcəkdə planlarım çoxdur. Ancaq əsas odur ki, bu planları çox uğurlu şəkildə həyata keçirə bilim. Bu baxımdan ilk növbədə fərdi sərgimi keçirməyi düşünürəm.

 

Nigar Abdullayeva

Palitra.- 2014.- 2 dekabr.- S.11.