“Biz xaricdə Azərbaycanın
simasıyıq”
Hacettepe
Universitetinin doktorantı
Elvin Ağayev:
“Gənclərimiz bilməlidir
ki, onlar ölkəmizin sərhədlərindən
çıxdıqdan sonra
sadəcə özlərini
deyil, Azərbaycanı
da təmsil edirlər”
Təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində minlərlə
gəncimiz müxtəlif
xarici ölkələrdə
təhsil alır. Onlar yalnız
təhsil almaqla kifayətlənmir, eyni zamanda həm fərdi, həm də müxtəlif tələbə təşkilatları,
birliklər çərçivəsində
ictimai fəaliyyətlərini
davam etdirirlər.
Bu, ölkəmizlə bağlı reallıqların
dünyaya çatdırılmasında
çox önəmlidir.
Hazırda xaricdə fəaliyyət
göstərən belə
birliklərdən biri
də qardaş Türkiyədə azərbaycanlı
tələbələr tərəfindən
qurulmuş olan Türkiyə Azərbaycan
Tələbə Birliyidir
(TATB). Müsahibimiz TATB-nin rəhbəri, Hacettepe Universitetinin doktorantı Elvin Ağayevdir:
-Mən Bakı Dövlət Universitetinin məzunuyam, Türkiyəyə
dövlət xətti
ilə keçirilən
imtahanda iştirak edib magistratura təhsili almaq məqsədilə gəlmişdim. Hazırda Türkiyənin
ən yaxşı universitetləri sırasında
olan Hacettepe Universiteti Mühəndislik
fakültəsində doktorantura
pilləsində təhsil
alıram. Hacettepede ixtisasımı
birinciliklə bitirmişəm.
Bir sıra mükafatlara layiq görülmüşəm.
Bunlara I Dünya Gənclər Forumunun təşkilatçılarından
biri və ən yaxşı nümayəndə mükafatını,
I Beynəlxalq Tələbə
İşləri Konqresinin
ən gənc panelisti mükafatını
və s. misal göstərə bilərəm.
Hacettepe Universitetində Beynəlxalq
Tələbə Assosiasiyasının
sədri və bu universitetin idarə heyətinin üzvüyəm.
- Belə bir birliyin
yaranma zərurəti ilə bağlı nə deyərdiniz?
- Bundan öncəki illərdə də Hacettepe Universitetində Beynəlxalq Tələbə
Assosiasiyasına rəhbərlik
edirdim. O zaman Ankarada təhsil alan tələbələrimiz
arasında uzaqlıq və pərakəndəliyi
müşahidə etdim.
Türkiyədəki təhsil müşavirimiz
dos. Nəcibə xanım Nəsibova
tələbələrimiz arasındakı
koordinasiya işlərini
bərpa etmək və canlandırmaq üçün məsuliyyəti
üzərimə götürməyi
təklif etdi. Mən də bu təklifi
qəbul etdim və tələbələrimizlə
keçirilən görüşdə
fikirlərimi və hədəfimi açıqca
vurğuladım. Sonra Ankaradakı
universitetlərə və
tələbə yataqxanalarına
gedərək oradakı
fəal tələbələrlə
görüşdüm. Getdiyim hər yerdən tam dəstək aldım və Türkiyə Azərbaycan Tələbə
Birliyini qurduq. Bu mənim yox,
bütün tələbələrimizin
birliyidir.
- Türkiyədə çoxsaylı
tələbə təşkilatları,
birliklər var. TATB-i digərlərindən fərqləndirən
xüsusiyyətlər hansılardır?
- Sualı cavablandırmadan öncə bir məsələyə münasibət
bildirmək istəyirəm.
Bəzən insanlar birliyimizi
topluluqla qarışdırırlar.
Sizin vasitənizlə demək istəyirəm ki, TATB bir topluluq deyil,
tələbə birliyidir.
Son 10 ildə Türkiyədə bir neçə təşkilat
qurulub və fəaliyyətinə davam
edə bilməmişdi.
“Ən uğurlu addımlarımızdan biri
də Qarabağ musiqi qrupunun qurulması oldu”
Qeyd edim ki, TATB öncəliklə heç bir siyasi fəaliyyət sahəsi olmayan bir birlikdir. Bizim birlik yalnız milli məsələlər və intellektual gənclik üçün çalışan bir birlikdir. TATB-nin idarə heyəti universitetlərdəki azərbaycanlı tələbələrin seçdiyi tələbə nümayəndələrindən təşkil olunur. Bu birlik hamımızın birliyidir. Biz hamımız burada Azərbaycanı təmsil edirik. Bir növ Azərbaycanın simasıyıq. Bu prinsipi özümüzə şüar etmişik və birliyimizdəki idarə heyəti də bu cür düşünən tələbələrdən ibarətdir. Bizi fərqləndirən ən önəmli xüsusiyyət tələbələrin öz səyləri ilə fəaliyyətinə davam etməsidir.
- Belə bir Birliyin yaranmasına tələbələrin münasibəti necə oldu?
- Bilirsiniz, çoxillik təcrübələrimə əsasən bu prosesin çətin olacağını öncədən təxmin etmişdim. Çünki ağır və məsuliyyətli işə başlayanda normal olaraq ətrafınızda çox az insan olur. Mən tərəddüd edən bütün tələbələrimizi başa düşürəm, çünki TATB-nin nə məqsədlə qurulduğunu, nə edəcəyini bilmirdilər. Birlik fəaliyyətə başlayıb özünü doğruldandan sonra üzvlərinin sayı gün keçdikcə artdı. Tələbələrin ümumi münasibəti müsbətdir. Bir çox uğurlu tədbir təşkil etdik, yarışlar keçirdik. Biz fəaliyyətimizə fasilə vermədən davam edirik. Fürsətdən istifadə edib bütün tələbələrimizi bizə qoşulmağa və tədbirlərimizdə iştirak etməyə dəvət edirəm.
-TATB qurulduqdan sonra hansı işləri görüb və gələcəkdə hansı işləri görməyi planlaşdırır?
-
2014-cü ilin mart ayının
19-da TATB-ni qurduq. Daha öncə də
qeyd etdiyim kimi, əsas prinsiplərimizdən biri də intellektual gəncliyin yetişməsinə
töhfə verməkdir.
Aprel ayında universitetlər arasında “Nə, Harada, Nə zaman?” intellektual yarışını
təşkil etdik.
Yarışa maraq olduqca yüksək idi. May ayının 5-də Əhməd Cavadın doğumunun 122-ci illiyinə
həsr olunmuş tədbirimiz uğurlu keçdi. Ölkəmizin bir çox
mətbuat orqanlarında
tədbirimizlə bağlı
xəbərlər verildi.
Tədbirimizdə həmvətənlərimizlə
birlikdə Türkiyə,
Bolqarıstan, Albaniya kimi ölkələrdən
də qonaqlarımız
da iştirak etmişdi. May ayında
universitetlər arasında
“Nə, Harada, Nə zaman?” intellektual oyununun və şahmat yarışlarının
final mərhələlərini təşkil etdik. Noyabrın
9-da Bayraq Günü münasibətilə flashmob
keçirdik. Qısa müddətdə
bir neçə ildə görülməyən
işləri həyata
keçirdik. Ən uğurlu
addımlarımızdan biri
də Qarabağ musiqi qrupunun qurulması oldu. Bu il də
bir çox tədbir təşkil edəcəyik. Daha bir neçə
böyük layihəmiz
olacaq. Bu ili tələbələrimiz
üçün unudulmaz
edəcəyik.
- Siz həm də
Hacettepe Universitetində
Beynəlxalq Tələbə
Assosiasiyasına rəhbərlik
edirsiniz. Ölkəmizdən son zamanlarda Türkiyəyə
təhsil üçün
gələn gənclərin
sayı durmadan artır. Buna münasibətiniz necədir?
- Əvvəlcə oxucularımıza
daha aydın olması üçün
Hacettepe Universiteti Beynəlxalq Tələbə
Assosiasiyası haqqında
məlumat vermək istəyirəm. Hacettepe Universitetində 94 ölkədən 2 mindən
çox xarici tələbə təhsil
alır. Bu tələbələrin iştirakı
ilə keçirilən
seçkilərdə mən
xarici tələbə
nümayəndəsi seçildim
və assosiasiyanı qurdum. Bu assosiasiya
birbaşa rektorluğa
bağlıdır. Ölkəmizdən təhsil almaq üçün gələnlərin
sayının artmağı
müsbət haldır.
Ancaq son illərdə fərqli yollarla, Türkiyənin kiçik şəhərlərindəki
universitetlərə gələnlərin
sayı artıb.
Türkiyədə xarici tələbələrdən
alınan təhsil haqqının artması bəzi kiçik universitetlərin tələbə
qəbulunu ticarət kimi görməyinə səbəb oldu. Bu isə attestatla
qəbula gətirib çıxarır ki, bu halları qətiyyən qəbul etmirəm. Sözügedən yolla gələn
tələbələrin çoxu
dərslərində müvəffəqiyyət
qazana bilmirlər və əksəriyyəti
təhsilini yarımçıq
qoyur. Bunun ölkəmizin imicinə
mənfi təsir etdiyini düşünürəm.
- Türkiyədə doktorantura
təhsili alan
bir gənc kimi xaricdə təhsil almaq istəyən gənclərimizə
nəyi tövsiyə
edirsiniz?
- Gənclərimiz bilməlidirlər
ki, onlar ölkəmizin sərhədlərindən
çıxdıqdan sonra
sadəcə bir fərdi yox, Azərbaycanı təmsil
edirlər. Hər biri Azərbaycanın
o ölkədəki siması
olurlar. Fərqli ölkələrdən olan tələbələr
ölkəmizi onların
hərəkətlərinə, davranışlarına əsasən
qiymətləndirirlər. Xaricdə təhsil almaq bu baxımdan çox məsuliyyətli
işdir. Sonda amalı
və hədəfi bu cür olan
hər bir gəncimizə uğurlar arzu edirəm.
Nigar Abdullayeva
Palitra.- 2014.- 3 dekabr.- S.6.