Kəlağayı sənəti
Bolqarıstan ictimaiyyətini valeh edib
Bolqarıstan paytaxtında Azərbaycan səfirliyinin və bu ölkənin xarici işlər nazirliyi yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatı olub.
Mərasimdə Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında məlumat verilib. Sofiya Şəhəri İcra Hakimiyyəti başçısının müavini Mariya Boyadjiyska, Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova tədbirin təşkilini bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olması baxımından yüksək dəyərləndiriblər. Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova bu tarixi hadisəni Prezidentin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına böyük dəstəyinin parlaq nəticəsi kimi qiymətləndirib. Sonda kəlağayı sənəti barədə film nümayiş etdirilib, tədbir iştirakçılarına broşürlər paylanılıb.
Palitra.- 2014.- 5 dekabr.-
S.16.