Səlhət Abbasova: “Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi gəncləri idmana həvəsləndirir”

 

İdmanın gənclərin fiziki inkişafında mühüm rolu var. Bu gün idmançılarımız ölkəmizi müxtəlif yarışlarda layiqincə təmsil edirlər və ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir. Ölkə başçısı bildirib ki, idman yarışlarında gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir: “İdman hər bir cəmiyyətin ümumi inkişafını göstərir və idman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc, müstəqil dövlətdir, bizöz gücümüzü artırırıq və idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynayıb. Əlbəttə ki, məşqçilərin, idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti və idmançıların fədakarlığı bu ümumi inkişafa öz töhfəsini verib”. Müsahibimiz 25 ilə yaxın müddətdir idman sahəsində çalışan, biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri və nəhayət, ölkəmizdə keçiriləcək Bakı Avropa Oyunları Əməliyyat Komitəsində təmsil olunan idman mütəxəssisi Səlhət Abbasovadır:

 

-Gənclərin mənəvi inkişafında idmanın rolunu necə qiymətləndirirsiniz?

- İdmanın ümumiyyətlə, insanların mənəvi inkişafında rolu çox böyükdür. Gənclər isə cəmiyyətin həm fiziki, həm də sosial cəhətdən ən fəal və aparıcı kateqoriyasına aiddirlər. Gənclərin dünyagörüşünün formalaşmasında idmanın təsir sahələri çoxşaxəlidir. İlk növbədə sistemli fiziki tərbiyə prosesində bir çox iradifiziki keyfiyyətlərin inkişafı öz növbəsində insanın xarakterinin, yəni mənəvi keyfiyyətlərinin formalaşmasına birbaşa təsir edir. Məsələn, özünəinam hissi, səbir, dözümlülük, eləcə də mühüm qərarların qəbul edilməsi, maneələri dəf etmək, yoldaşlıq, komanda maraqlarını dəstəkləmək, səhvlərdən öyrənmək, özünü inkişafa səy göstərmək və s. xüsusiyyətlər idman fəaliyyəti zamanı inkişaf edə bilər. Özünün və başqalarının imkanlarını ədalətlə dəyərləndirə bilən, özünəinam hissinə malik olan, səbirlə özünü inkişafa səy göstərmək iqtidarında olan gənc başqalarına qarşı qeyri-ədalətli münasibət göstərməkdən çəkinir və cəmiyyətdə vicdanlılıq və insan şəxsiyyətinə hörmət hisslərini üstün tutur. Fəaliyyət sahəsindən asılı olmayaraq bu keyfiyyətlər cəmiyyət üçün çox vacibdir. İdman fəaliyyəti əsasən təşkil olunmuş bir fəaliyyətdir ki, bu fəaliyyətə cəlb olunanlar əsasən hər hansı bir quruma (idman klubus.) və ya qrupa daxil olur ki, burada ünsiyyət qurur və müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərir. Hətta qeyri-formal idman fəaliyyətində belə müəyyən yazılmamış qaydalar mövcud olur ki, (məsələn, digər məşğul olanlara, ictimai istifadədə olan idman qurğuları və ətraf mühitə hörmətlə yanaşmaqs.) bu da gənclərin ictimai məsuliyyətini artırır. İdman unikal bir vasitədir ki, qarşıdurma yaratmadan həm vətənpərvərlik, həm də beynəlmiləlçilik keyfiyyətlərini inkişaf etdirir. İdman vasitəsilə həm öz mədəniyyətini və mənsubluğunu təqdim etmək, həm də ümumbəşəri mədəniyyətin ayrılmaz bir hissəsi olduğunu dərk etmək imkanı yaranır. İdman insanlar və mədəniyyətlər arasında körpü yaradan və həyatı dəyişdirə biləcək qədər təsirli vasitədir. İdman bu fəaliyyətə yalnız birbaşa cəlb olunanlara deyil, dolayı olaraq cəlb olunmuşların belə (tamaşaçılar, idman fəaliyyəti ilə bağlı peşə fəaliyyətində olanlars.) mənəvi keyfiyyətlərinin formalaşdırmasına təsir edir. Seyrçilər idman yarışlarından mənəvi və estetik zövq alır. Bu istər idmançıların yarış boyu professional keyfiyyətləri, istər idmançı bədənin fiziki gözəlliyi, istərsə də yarış obyektinin və təşkili detallarının estetik dizaynı ola bilər. Bu kimi misalları çox göstərmək olar. Mən daha bir ən vacib faktorlardan biriniqeyd etmək istəyirəm. Bu idman tədbirlərinin təşkilinə cəlb olunmuş mütəxəssis və könüllülərin fəaliyyətindən irəli gələrək, vətəndaşlıq hisslərinin yüksəlməsidir. İdman yarışlarının təşkilində iştirak edən gənc ilk növbədə bu fəaliyyətin cəmiyyət üçün nə qədər faydalı olduğunu anlayır. O, başa düşür ki, idmanın təbliği ilə insanları sağlam həyat tərzinə cəlb etmək, müxtəlif xəstəliklərin qarşını almaq üçün onları maarifləndirməyə imkan yaratmaq, mənfi meyilləri azaltmaq, inteqrasiyaya zəif meyilli qrupların fəallığını artırmaq, ölkənin beynəlxalq səviyyədə layiqincə təmsil olunması üçün şəxsi töhfəsini vermək imkanı əldə edirbundan qürur duyur. İnsanın qavraması, anlaması haqqında çox gözəl bir deyim var: “Mənə söyləsən mən unudaram, əgər göstərərsənsə xatırlayaram, məni cəlb etsən (fəaliyyətə) mən anlayaram”. Odur ki, gənclərdə mənəvi keyfiyyətlərin, o cümlədən vətəndaşlıq hisslərinin yüksəldilməsi üçün onları bu hisslərin yaradılmasına imkan yaradan fəaliyyətlərə cəlb etmək vacibdir.

- Son illər ölkəmiz beynəlxalq yarışların keçirildiyi bir ölkəyə çevrilir. Siz bir idmançı mütəxəssis kimi bunu dəyərləndirirsiniz?

- Bəli, ölkəmizin son illər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi çox fərəhləndirici bir haldır. Dövlətimizin idmanın inkişafına böyük dəstək verməsi və idmanın qüdrətindən cəmiyyətimiz üçün səmərəli istifadə etmək siyasəti çox müdrik yanaşmadır. Bir idmançı və idman mütəxəssisi kimi onu qeydə bilərəm ki, beynəlxalq idman tədbirlərin ölkəmizdə keçirilməsi gəncləri idmanla məşğul olmağa həvəsləndirir, daha çox idmançı və idman mütəxəssisinin yarışları əyani şəkildə görmək, dünya təcrübəsini öyrənmək və inkişaf etmək imkanı yaradır.

- Belə tədbirlərdən biri kimi Bakıda I Avropa Oyunlarının keçirilməsi gənclərimiz üçün hansı imkanları yaradır?

- Birinci Avropa Oyunlarının ölkəmizdə təşkili həm ümumən ölkəmiz və xalqımız üçün həqiqətən çox böyük inkişaf imkanları yaradır. Avropa Oyunlarının ölkəmizdə qoyacağı irs həm maddi (idman qurğuları, mehmanxanalar, nəqliyyat və s. infrastrukturunun təkmilləşdirilməsi), həm də qeyri-maddi olacaq. Qeyri-maddi irs dedikdə əhalinin belə böyük tədbirin təşkili üçün bilik və bacarıqlarının inkişaf etdirilməsi, mütəxəssislərin təkmilləşməsi, əhalidə yüksək əhval-ruhiyyə, sağlam həyat tərzinə həvəs, ölkəmizin potensialına inam və fəxr hissi, xalqımızın tarix və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə ötürülməsi, beynəlxalq əlaqələrin və turizmin inkişafına böyük təkan və s. başa düşülə bilər.

Bir idman mütəxəssisi olaraq ölkəmizdə təşkil olunacaq ilk Avropa Oyunlarının hazırlıq işinə cəlb olunmaqdan böyük qürur hissi duyuram. Statistik məlumat olaraq bildirim ki, 17 gün davam edəcək yarışlarda 20 idman növü üzrə 6 mindən artıq idmançı iştirak edəcək. Ölkəmiz haqqında yayılmış geniş informasiya və qısamüddətli səfərlərinin ölkəmizdə olması xarici vətəndaşların Azərbaycana gələcəkdə bir turist olaraq gəlmək niyyətini də yüksəldir. Tədbirin keçirilməsi dövründə inkişaf etdirilmiş infrastruktur isə hələ neçə illər xalqımıza xidmət edəcək.

 

Nigar Abdullayeva

Palitra.-2014.-11 dekabr.-S.11.