Psixoloji kurslar gənclərin inkişafında mühüm rol oynayır

 

Günel Hüseynli: “Orta təhsil müəssisələrində psixologiya dərslərinin müxtəlif təlimlərlə paralel keçirilməsi daha faydalıdır”

Son dövrlərdə Azərbaycanda psixologiya sahəsində inkişaf meyilləri nəzərə çarpır. Belə ki, yeni-yeni psixoloji konsultasiya mərkəzləri yaranır, həmçinin psixologiya fənni və ixtisası ali məktəblərdə tədris olunursair. Bu baxımdan son dövrlərdə Azərbaycanda müsbət mənada gözə çarpan irəliləmələr var. Nəzərə alsaq ki, bizdə bu sahə bir neçə ildir ki, təşəkkül tapıb, atılan addımları müsbət qiymətləndirmək olar. Xüsusən uşaq psixologiyası sahəsində ixtisaslaşmış psixoloqların fəaliyyət göstərməsi çox aktualdır. Çünki hazırda uşaqların mənəvi-psixoloji baxımdan inkişaf etdirilməsi çox aktualdır. Buna zəmin yaradan bir çox səbəblər var. Günümüzdə elmtexnika sürətlə inkişaf edir, sözsüz ki, on illər öncə tətbiq olunan metodlar öz aktullığını itirir. Yeni informasiyaların günümüzə adaptasiya olunması isə formalaşmaqda olan yeni nəslə psixoloji cəhətdən öz təsirini göstərir. Uşaq və gənclərin mənəvi-psixoloji inkişafı ilə bağlı gənclərin və gənc mütəxəssislərin fikirlərini öyrənmək də maraqlıdır. Bu baxımdan layihə çərçivəsində mövzu ilə bağlı müsahibimiz gənc psixoloq Günel Hüseynlidir.

 

-Siz gənclərin və yeniyetmələrin mənəvi-psixoloji inkişafı üçün hansı təlimləri keçirsinizkeçdiyiniz təlimlərə maraq hansı səviyyədəddir?

- Mən, əsasən təlim keçdiyim mövzuları gənclərin istəklərini nəzərə almaqla keçirəm. Bir çox mövzularda maariflənmə, erkən nikah, bədən dili, rəng psixologiyası, karyera planlaşması, qadın-kişi münasibətləri, düzgün ixtisas və peşə seçimisair.

Təlimlərə maraq ilk keçdiyim gündən etibarən çox yüksək olub. Ümumiyyətlə, gənclərin psixologiyaya, həmçinin psixoloji təlimlərə marağı yüksəkdir.

-Bu cür təlimlərdə daha nələrin reallaşmasını istərdiniz?

- Təlimlərdə gənclərin daha aktiv iştirakını, özlərini sərbəst şəkildə ifadə etmələrini, fikirlərini daha aydın dilə gətirmələrini istərdim. Düzdür, buna qismən nail olmuşam. Təlimlərə mütəmadi qatılan gənclərdə artıq komplekslər aradan qalxıb. Hətta onlarla birgə təlimlər də təşkil edir, onlara təlimçi kimi formalaşmaqda köməklik edirəm. Bəzən olur ki, təlim prosesində hansısa bir iştirakçı yeni bir təklif irəli sürür, bunu nəzə alıb qiymətləndirməyə çalışıram. Bununla bərabər özüm də davamlı təlimlərdə iştirak ediəm. Çalışıram ki, gördüyüm yenilikləri təlimlərdə tətbiq edim.

-Necə bilirsiniz, gənclər bu cür təlimlərlə özlərini yetərincə inkişaf etdirməyə qadirdirlərmi?

- Bəli, deyərdim ki, bu tamamilə mümkündür. Təlimlərdə bunun dəfələrlə şahidi olmuşam. Altı ay öncə təlimlərə qatılan bəzi gənclər vardı. Onlar olduqca utancaq, özlərindən əmin olmayan gənclər idi. Lakin mütəmadi təlimlərdə iştirak etməyə başladılar. İlk başda ünsiyyət qurmaqda və fikirlərini ifadə etmədə çətinlik çəkirdilər. Lakin zaman keçdikcə onlar belə desək, mühitə adaptasiya olunmağa başladılar. Hətta bu gün onlar bir çox kreativ ideyaların müəllifləridir. Bu səbəbdən, deyərdim ki, təlimlərdə iştirak etmək gənclərə böyük üstünlük qazandırır. Həm dərsdən əlavə səmərəli vaxt keçirir, həm də aktiv və faydalı bir gənc kimi formalaşır. Bununla bərabər beynəlxalq təlimlər də mütəmadi keçirilir ki, bu da gənclərə əlavə üstünlük deməkdir. Bu təlimlər gənclərin beynəlxalq arenada özlərinə nüfuz qazanmasına, öz dillərini inkşaf etdirməsinə, dünya dövlətlərinin təcrübələrinin canlı şahidi olmasına, müsbət və mənfi cəhətləri ayırd edib, özlərində fikir formalaşdırmasına gətirib çıxarır. Həmçinin beynəlxalq layihələrin verdiyi təcrübələrin ölkəmizdə tətbiqi də öz faydasını göstərir.

Bununla bərabər gənclərə faydalı olan təlimlərdən biri də peşə sahəsi ilə bağlı təlimlərdir. Qeyd edim ki, əksər gənclər yüksək savadla ali təhsil almalarına və bir neçə xarici dildə sərbəst danışmaqlarına rəğmən tapmaqda çətinlik çəkir. Bu zəmindən keçirilən təlimlər çox faydalıdır. Gənclərə düzgün təhsillə bərabər, peşə sahəsində uğur qazanmağın yolları aşılanır.

-Regionlarda keçirilən bu cür təlimlər intensivarzuolunan səviyyədədirmi? Bu sahədə hansı təklifləri verərdiniz?

- Böyük şəhərlərə nisbətən təəssüflər olsun ki, bölgələrimizdə təlimlər qismən az keçirilir. Bu da region gənclərinin sürətli inkişafında bir qədər geriliyə səbəb olur. Deyək ki, şəhərlərdə keçirilən təlimlər həftəlik, mütəmadi olaraq keçirilirsə, bu bölgələrdə ayda bir dəfə bəzən isə üçya altı aydan bir keçirilir. Bu təlimlərin sayını artrmaqregion gəncləri ilə mütəmadi olaraq görüşlər keçmək daha yaxşı nəticələr qazandırar.

Bu sahədə istərdim ki, regionlarda təlimləri davamlı təşkil edək. Xüsusən maarif, peşə yönümlü, erkən nikah problemlərini əhatə edən təlimlər ön planda olmalıdır.

-Təhsil müəssisələrində keçirilən psixologiya dərslərinin gənclərin inkişafında rolunu necə görürsünüz?

- Psixologiya dərsləri günümüzdə təhsilin ayrılmaz hissəsidir. Xüsusən, orta təhsil müəssisələrində bu dərslərin müxtəlif təlimlərlə paralel keçirilməsi daha faydalıdır. Müəllim psixoloqların mütəmadi olaraq yeniyetmələrlə görüşməsi, onlarla psixoloji söhbətlər aparması faydalıdır. Psixoloji dərslər həm orta, həm də ali təhsil müəssisələrində aparıcı dərs kimi önəm daşıyır. Məktəb illəri dönəmində gənclərin psixoloji dərslərə cəlb olunması daha önəmlidir. Bu mərhələdə onlar bəzi qərarları verməkdə müəyyən çətinliklər çəkirlər. Bəzən düzgün olmayan dost seçimi, ailə ilə övlad arasında anlaşılmazlıqlar gənclərin sinir sistemini daha da həssaslaşdırır. Bu dönəmdə məktəb psixoloqları gənclər ilə fərdi və qrup şəklində söhbətlər aparır, onlarla dərs müddətində müxtəlif psixoloji testlər işləyir və əgər müəyyən mənfi stuatsiyalar varsa, onu aradan qaldırmağa çalışır. Yeniyetmələr bu dərslikdə yazılan mövzularda öz həyat axınının bir növ eynisi ilə rastlaşır. Həm də oxşar hadisələr, dərslikdə qoyulan mövzular və çətinliklərin necə aradan qalxması onları bu dərslərdən nəticə çıxarmağa vadar edir. Həmçinin ali təhsil müəssisələrində də qeyri-ixtisas fənni psixologiya olsa da universitetin ilk dərs pilləsində tələbələrə psxilogiya dərsləri keçilir. Bu, sözsüz ki, tələbələr üçün çox vacibdir. Onlar elə, təhsilin ilk pilləsində psixoloqlarla tanış olur, onların dərslərində iştirak edir. Bu da onların təhsilin sonrakı pillələrində rastlaşa biləcəkləri çətinliklərin daha rahat həllinə səbəb olur.

- Psixoloji kurslarda gənclərə praktiki baxımdan vərdişlər necə aşılanır?

- Son dövrlərdə bildiyimiz kimi psixoloji kurslara maraq artıb. Gənclərin bu kurslara maraq göstərməsinin başlıca səbəbi psixoloji kurslarda özləri üçün praktika imkanlarının olmasıdır. Psixoloji kurslarda günümüzdə tələbatı olan mövzular müzakirə olunur. Bunlara misal olaraq özgüvən, uğurlu karyeraya necə başlamalı, bədən dili kimi aktual mövuları göstərmək olar. Və ən əsası, bunlar əyani şəkildə müxtəlif metodlarla göstərilir. Gənclər bu kurslarda özgüvən qazanır, öz səhvlərini və öz uğurlarını görür. Ətrafı, dostları, mühitində necə davranmalı olduğunu öyrənir.

Psixoloji kursların bir digər əhəmiyyəti burda keçirilən mövzuların sistemli, ardıcıl olmasıdır. Yəni bir növ gənclər həm də sistemli çalışmağın yollarını öyrənir, keçirilən mövzuları, həm əyani, həm praktik dərk edir. Özlüyündə olan mənfi vərdişləri kurs boyunca aradan qaldırır, səhvlərini özləri tərəfdən görməyi bacarırlar. Kurslarda keçirilən müxtəlif təlim mövzularında fəallıq göstərir, yeni tətbiq metodları ilə tanış olur, qazandığı uğurları və bilikləri yeni işlərində uğurla tətbiq edirlər.

İlkin AĞAYEV

Palitra.-2014.-6 dekabr.-S.11.