Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağı
açılıb
Pakistanın Milli Kitab Fondunda Nizami
Gəncəvi otağının açılış mərasimi
keçirilib. Azərbaycanın
Pakistandakı səfirliyinin yaydığı məlumata
görə, tədbirdə Pakistanın Nazirlər Kabinetinin Əlaqələndirmə Naziri Babar Yaqub
Fateh, Milli Kitab Fondunun icraçı
direktoru İnam ul Haqq Caved,
Pakistanın tanınmış ziyalıları, ictimai- siyasi xadimləri,
Türkiyə, Özbəkistan, Tacikistan və
digər ölkələrin səfirləri iştirak
ediblər.
Mərasim iştirakçıları qarşısında çıxış edən Pakistan Milli Kitab Fondunun icraçı direktoru professor İnam ul Haqq Caved Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb. O, deyib ki, Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Pakistan Milli Fondu haqqında danışan natiq bu təşkilatın Kəraşi, Peşəvar, Lahor, Kvetta və Multnan şəhərlərində filiallarının olduğunu, fondun nəzdində 23 kitabxana və muzeyin fəaliyyət göstərdiyini vurğulayıb. Milli Fondun direktoru İnam ul Haqq bildirib ki, Pakistan Kitab Fondu Nizami Gəncəvinin əsərlərin urdu dilinə tərcümə etməsi haqqında qərar qəbul edib. Azərbaycan-Pakistan gənclər forumunun Prezidenti, “Kitab Səfiri” Məhəmməd Asif və sülh və demokratiya institunun direktoru Farhat Nur isə öz çıxışlarında Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapdığını qeyd edib. Vurğulayıb ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olmuş, İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Tədbir
iştirakçıları qarşısında
çıxış edən Azərbaycanın Pakistandakı
səfiri Daşqın Şikarov Pakistan Hökuməti, Milli
Kitab Fonduna Azərbaycanın
dahi şairinin
adını daşıyan otağın
açılışına dair qərar
verdiklərinə görə dərin minnətdarlığını
bildirib. Nizami Gəncəvi
yaradıcılığından danışan səfir, şairin bütün
yaradıcılığı boyu
yazmış lirik şerlərdə
mütərəqqi ictimai-fəlsəfi fikirlərini ifadə etdiyini vurğulayıb. D.Şikarov,
Nizaminin Gəncəvinin dünya
ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı
5 poemadan ibarət "Xəmsə"
müəllifi kimi daxil
olduğunu bildirib.
Nizamı Gəncəvinin dünya ədəbiyyatına
etdiyi töhfələrdən
danışan səfir, şairin eyni zamanda böyük
vətənpərvər olduğunu xüsusi vurğulayıb, öz
şerlərində əsasən haqq-ədaləti təlqin edib. Bildirib ki, Nizami Gəncəvi, təsvir
etdiyi bütün
hadisələri Azərbaycanla əlaqələndirməyə,
vətənin keçmiş günlərini
tərənnüm etməyə çalışıb. Nizami Gəncəvi
yaradıcılığında vətən məhəbbəti
doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə
birləşir. Tədbirdə ali
qonaq qismində iştirak
edən Pakistanın Nazirlər Kabinetinin
Əlaqələndirmə Naziri Babar Yaqub Fateh,
Nizami Gəncəvinin
yaradıcılığının humanizm,
yüksək sənətkarlığı ilə Şərq
xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərdiyi, dünya mədəniyyəti xəzinəsinə
daxil olduğunu qeyd edib. Həyatın
bütün sahələrində iki qardaş xalq arasında yüksək dinamizmlə inkişaf etdiyini bildirən
nazir, Nizami Gəncəvi
otağının açılışının mədəniyyət
sahəsində əlaqələrinin inkişafına töhfə
verəcəyini vurğulayıb. Rəmzi
qırmızı lent kəsildikdən sonra qonaqlar Nizami Gəncəvi otağı ilə
tanış olublar. Səfirliyin
dəstəyi ilə təmir edilmiş
Nizamı Gəncəvi otağında şairin
portreti, ingilis və
azərbaycan dillərində kitabları, eyni
zamanda Məhəmməd Fizuli,
Xəqani, İmaməddin Nəsimi, Şah
İsmayıl Xətai, Mirzə Ələkbər Sabir və Azərbaycanın digər şair və yazıçılarının
də portretləri yerləşdirilib. Bununla
yanaşı otaqda, Azərbaycanın zəngin
mədəniyyətini əks etdirən çoxsaylı eksponatlar da yerləşdirilib.
Tural
Palitra.-2014.-10 dekabr.-S.12.