Heydər Əliyevin xatirəsinə həsr
olunmuş fotosərginin
açılışı olub
Azərbaycan
Muzey Mərkəzində bu
gün Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac),
Türkiyənin “Anadolu” Agentliyi
və Yunus Əmrə adına Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərginin
açılışı olub. Azərbaycan və Türkiyənin dövlət himnləri
ilə açılan sərgidə Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov,
AzərTAc-ın baş direktoru
Aslan Aslanov, TRT-nin rəhbəri Şenal
Göka, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı, Anadolu Agentliyinin müdir müavini Əbubəkr Şahin,
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi,
deputatlar və ictimai
xadimlər iştirak ediblər.Açılış
mərasimində çıxış edən Ə.Həsənov
sərginin təşkilatçılarına minnətdarlığını
bildirərək deyib ki,
Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata
keçirdiyi siyasət uğurla
davam etdirilir: “Bu gün
yaşadığımız və fəaliyyət göstərdiyimiz
müstəqil Azərbaycan dövləti ulu
öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər
Əliyev Azərbaycanın dövlətçilik tarixində
özünə əbədi yer tutub. Biz yaşadıqca,
Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi
yaşayacaq”.A.Aslanov bildirib ki, sərgidəki
fotoşəkillər iki qardaş
ölkənin milli informasiya
agentlikləri olan AzərTac və “Anadolu”nun arxivlərində
çox qiymətli sərvət kimi qorunub saxlanır: “Heydər
Əliyev çağdaş Azərbaycanın
tarixində təkrarolunmaz rəhbər, qüdrətli
dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət,
xalqının sevimli övladı kimi qalıb. Ulu öndərin
ən böyük xidmətlərindən
biri odur ki, bu gün
xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq
imkanı əldə edib, siyasi
və iqtisadi müstəqilliyə nail olub. Heydər
Əliyev həyatı boyu nə iş görübsə, orada
azərbaycançılıq məfkurəsi var.
Bu gün də onun layiqli
davamçısı İlham Əliyev
Heydər Əliyev ideyalarını uğurla
həyata keçirir”. Türkiyənin Azərbaycandakı
səfirliyinin müşaviri Meral Barlas Azərbaycanda
dövlət quruculuğunun əsasını
qoyan Heydər Əliyevi dünya
tarixində yeri olan
siyasətçi adlandırıb. Ş.Göka bildirib
ki, Heydər Əliyevin daima
səsləndirdiyi “Bir millət-iki
dövlət” şüarı iki ölkə
arasında qırılmaz möhkəm bağların
yaranmasına səbəb olub. Ə.Şahin isə deyib ki, “Anadolu” agentliyi
türk dünyasının
tanınmış oğlu Heydər
Əliyevin vəfat etməsinin ildönümünə
qatqı vermək üçün öz arxivindən ona məxsus
fotoları çıxarıb belə bir
sərgi keçirməklə qürur duyur. Daha sonra
tədbir fotosərgi ilə tanışlıqla davam edib. Sərgi üç gün davam edəcək.
Palitra.-2014.-12 dekabr.-S.4.