“Bu gün
Azərbaycan gəncliyi rifah və inkişaf dövrünü
yaşayır”
Anar Sarıyev: “Azərbaycan gəncliyi
ölkəmizin fəal sosial
bazasını təşkil edir”
Bu gün Azərbaycan
gənclərinin fəaliyyəti hər bir
sahədə olduğu kimi,
QHT sektorunda da diqqəti
çəkir. Azərbaycan gəncləri öz
intellektini, potensialını üzə
çıxararaq vətəndaş cəmiyyəti işində
aktivlik göstərirlər. Gənclərin
dövlətin və cəmiyyətin inkişafı üçün bu
addımları müsbət amildir. Bütün bunlar Azərbaycan
gənclərinin mənəvi inkişafının hansı səviyyədə
olduğunu bir daha nümayiş etdirir. Elə Korrupsiyaya
Qarşı Mübarizə Mərkəzinin sədri Anar Sarıyevlə də söhbətimiz bu mövzuda oldu.
-Gənclərimizin
mənəvi inkişaf səviyyəsini
necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan gəncliyi sözün əsl mənasında rifah və inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir sahəsində olduğu kimi gənclərində milli-mənəvi inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi şərait yaradılıb, müvafiq hüquqi sənədlər əsasında öz əksini taparaq hökumət qurumları tərəfindən icrası həyata keçirilib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin milli-mənəvi dəyərlərə əsaslanan inkişafına təminat yaradır.
- Gənclərimizin
ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumunun yaradılması, həmçinin beynəlxalq hüquqi normativ bazanın formalaşdırılması, qəbul edilmiş dövlət proqramları gənclərimizin ictimai-siyasi aktivliyinin formalaşdırılması istiqamətində yüksək səviyyəli ifrastruktur bazasını təşkil edir. Azərbaycan gəncliyi daima ölkəmizin inkişafında müxtəlif sferalarda aktivlik nümayiş etdirir və uğurların əldə olunmasında fəallıq göstərir.
- Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilə bilibmi?
- Bəli, bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial bazasını təşkil edir. Paytaxt və regionlarda “Gənclər mərkəzi”, “Gənclər Evi”nin yaradılması bu sosial bazanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamına əsasən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin iştirakı, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas müddəaları da gənclərimizin cəmiyyətin ictimai sosial həyatında aktivliyini özündə əks etdirir. Bu da öz növbəsində cəmiyyətimizin dinamik kütləsi olan gənclərə yeni inkişaf imkanları yaratmış olur.
- Demək
olarmı, gənclərimiz demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi
və inkişafı prosesində yaxından iştirak
edirlər?
- Tam əminliklə söyləyə bilərik ki, gənclərimiz demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi istiqamətində yaxından iştirak edirlər. Müasir dövrün çağırışları ilə səsləşirlər. Ölkədə çox sayda gənclər təşkilatlarının fəaliyyət göstərməsi onların vətəndaş cəmiyyəti institutlarının inkişafındakı rolunun artması, demokratik cəmiyyətin formalaşmasında gənclərin rolu və çəkisinin göstəricisidir. Demokratikləşmə istiqamətində həyata keçirilən mütərəqqi addımlar gənclərin fəaliyyətində öz əksini tapır və yeni inkişaf perspektivləri yaradır.
- Gənclərin
mənəvi inkişafında könüllülük
fəaliyyətinin nə kimi rolu var?
- Könüllülük prinsipi gənclərə sosial məsuliyyət anlayışı aşılayır, onların gələcək fəaliyyətlərində lazımi bilik və bacarıqların əldə olunmasında əvəzsiz imkanlar yaradır . Beynəlxalq təcrübəyə əsaslansaq görərik ki, gənclər öz metodik bilik və bacarıqlarını könüllülük proqramlarında praktik inkişaf etdirir və yeni təcrübə imkanları əldə edirlər. Hazırda ölkəmizdə bir neçə maraqlı könüllülük proqramları həyata keçirilir. Xüsusi ilə Birinci Avropa Oyunları ilə əlaqədar aparılan könüllülük proqramı gənclər üçün yeni təcrübə imkanları əldə etmələrinə şərait yaradır. Bununla yanaşı, qeyd etmək istərdim ki, gənclərin sosial aktivliyinin artırılması istiqamətində və iş təcrübələrini əldə etmələrində ASAN Könüllüləri Gənclər Təşkilatının fəaliyyəti əvəzsizdir.
- Bu
gün gənclərin hansı mövzulu kitablara daha çox marağı var?
- Gənclərin ədəbi zövqlərini müəyyən etmək bir qədər mürəkkəb məsələdir. Lakin ümumi müşahidələr əsasında qeyd etmək olar ki, gənclərimiz müxtəlif janrlara müraciət edirlər, xüsusi ilə buraya detektiv janrı və modern üslubda yazan yazarların əsərlərin aid etmək olar.
- Gənclər təşkilatları bu işə kreativ yanaşırlarmı?
- Ölkədə fəaliyyət göstərən hər bir gənclər təşkilatı öz fəaliyyət istiqamətində kreativ yanaşmanı prioritet məsələ kimi qarşıya qoyub. Çağdaş dünyanın müasir imkanları gənclərə öz fəaliyyətində novatorçuluq və kreativ ideyaların tətbiqinə şərait yaradır. Bu günün müasir Azərbaycan gəncliyi bu cür kreativ yanaşma tərzini duyur və ondan bəhrələnir. Düşünürəm ki, gənclər təşkilatları öz fəaliyyətində kreativ yanaşma istiqamətini çox doğru müəyyən edib və düzgün şəkildə tətbiq etməyə çalışmaqdadır.
- Gənclərimiz
nə dərəcədə yeni biliklər
əldə etməyə maraqlıdır?
- Müasir informasiya cəmiyyətinin bir parçası olan bugünkü gəncliyimiz yeni çağdaş dəyərlər əsasında biliklər əldə etməyə maraqlıdır. Onlar daima öz bilik və bacarıqlarını artırır, yeni inkişaf istiqamətləri üzrə fəaliyyətini genişləndirirlər. Müasir Azərbaycan gəncliyi yaradılmış imkanlarda maksimum istifadə edirlər. Dövlətimizin prioritet məsələ kimi qarşıya qoyduğu neft kapitalının insan kapitalına çevirməsində mühüm amil gənclərimizin daha savadlı, daha bacarıqlı olmaları istiqamətində ciddi şəkildə çalışmalarıdır.
- Məktəblərimiz
gənclərə lazımi tədris verə bilirmi?
- Cəmiyyəti təşkil edən fərdlərin təhsil səviyyəsi cəmiyyətin inkişafının ölçü meyarlarında ən önəmlisidir. Savadlı və bacarıqlı gənclərimiz gələcəkdə cəmiyyətimizin inkişafında daha səmərəli fəaliyyət göstərəcəklər. Məktəblərimiz gənclərimizin öz bilik və bacarıqlarının artırılmasında onların mənəvi inkişafında çox önəmli rola malikdir. Bu gün ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafına diqqət və qayğı böyükdür. Müasir təhsil infrastrukturunun yaradılması, yeni məktəb binalarının inşası bu qayğının əyani göstəricisidir. Qeyd etmək istərdim ki, son zamanlar məktəblərimizdə yeni müasir tədris elementlərinin tətbiqi şagirdlərə daha keyfiyyətli təhsil almaq imkanları yaradıb. Bütün bu inkişaf tendensiyaları gələcəyə nikbin yanaşmağa imkan yaradır.
- Gənclərimizin
bilikli, savadlı olmasında valideynlərin
nə kimi rolu var?
- Qeyd etmək istərdim ki, ailə institutu
anlayışı cəmiyyətimizin inkişafında mühüm məsələdir. Belə ki, Vətənə sevgi,
vətəndaşlıq, təəssübkeşlik
anlayışları məhz ailədə təlim və tərbiyə
olunur. Müasir cəmiyyət yeni qloballaşma tendensiyaları ilə getsə də,
düşünürəm ki, bizim milli-mənəvi dəyərlərə əsaslanan
ailə institutu anlayışı bu dəyərlərə daha
da möhkəm mənəvi tellərlə
bağlanmalıdır. Öncədən qeyd
etdiklərimlə paralellər apararaq vurğulamaq istərdim ki,
valideynlər övladlarının bilik və
bacarıqlarının artırılmasında məsuliyyət
daşıyırlar. Daima
övladlarının təhsildə əldə etdiyi nəticələrlə maraqlanmalı,
onların bilik və
bacarıqlarını düzgün istiqamətləndirməlidirlər.
Bu amillərin düzgün
formada tətbiq edilməsi gənclərin
daha böyük
nailiyyətlər əldə etməsinə imkanlar
yaratmış olacaq.
Fuad Hüseynzadə
Palitra.-2014.-13 dekabr.-S.11.