Gələcəkdə “Xudafərin” gömrük-keçid məntəqəsi
açıla bilər
Azərbaycan İran ilə sərhəddə yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Əsgər Abdullayev deyib.
“Xüsusilə Biləsuvar rayonu ərazisində gömrük-keçid məntəqəsinin açılmasında zərurət var. Bu istiqamətdə danışıqlar aparılır və demək olar ki, razılıq əldə olunub. Bundan başqa, İran tərəfi Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saatlıq iş rejimində işləməsi üçün razılıq verib. Bilirsiniz ki, orada intensivlik müşahidə olunur. Həmin məntəqənin 24 saatlıq iş rejiminə keçməsi Naxçıvana aparılan yüklərin sutka ərzində muxtar respublika ərazisinə çatması baxımından vacibdir”, - deyə Ə. Abdullayev bildirib.
Komitə sədrinin müavini
bildirib ki, Azərbaycan
tərəfi gələcəkdə “Xudafərin” gömrük-keçid məntəqəsinin
açılmasında da maraqlıdır.
Tural
Palitra.-2014.-13 dekabr.-S.10.