“Layihələrimiz gənclərin sosial aktivliyini artırır”

 

Yəhya Babanlı: “Onların liderlik keyfiyyətləri və ölkəyə bağlılıqları da artır”.

 

Gənclərin mənəvi inkişafında onların ictimai şüurunun inkişaf etdirilməsi, ictimaimilli maraqlar uğrunda təşkilatlandırılması da əsas məsələlərdən sayılır. Bu baxımdan layihə çərçivəsində müsahibimiz “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlıdır.

 

-Bu gün gənclərlə gənclər təşkilatlarının və gənclərlə bağlı dövlət qurumlarının əsas fəaliyyətini təşkil edir. Bu gənclərin inkişafına necə təsir edir?

- Qeyd edim ki, ölkədə gənclərlə dövlət siyasətinin önəmli bir hissəsini təşkil edir. Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktivliyi ilə seçilirictimai, siyasi, sosial, iqtisadisair tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu zümrə əsas qüvvəyə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, intellektual potensiallarını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir. Bu gün dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclərimiz ictimaisiyasi baxımdan olduqca fəaldır. Bu, istər dövlət, istər özəl, istərsə də QHT sektorunda özünü aydın göstərir. Gənclərimiz prezident, parlament və bələdiyyə seçkilərində ən aktiv təbəqə hesab olunur. Hazırda gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunurmilli dövlətçiliyimizin inkişafına öz töhfələrini verirlər. Gənclərimiz mühüm əhəmiyyət kəsb edən tribunalarda öz sözlərini sərbəst ifadə edə bilirlər. İstər yerli, istər regional, istərsə də beynəlxalq tədbirlərdə respublikamızı layiqincə təmsil və təbliğ edirlər. Onların cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin özlərini ifadə etmələrinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə institusional və təşkilati quruculuq işləri reallaşdırılıb.

- Gənclərin beynəlxalq tədbirlərdə iştirakçılıq və təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, gənclərimiz bu sahədə xeyli püxtələşiblər və təcrübə qazanıblar. Məsələn, bu il Bakı şəhərində Gənc alimlərin Beynəlxalq forumunun, Gənclər siyasəti üzrə Birinci Qlobal forumunKompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi də respublikamızın dünyanın gənclər mərkəzlərindən birinə çevrildiyini aydın göstərir. Bu cür tədbirlərdə elm, dünyagörüşüintellekt bir araya gəlir. Belə tədbirlər gənclərin inteqrasiyasında mühüm rol oynayır.

-Milli dəyərlərin qorunmasında və ölkəmizin maraqlarının müdafiəsində gənclərimizin iştirakı hansı səviyyədədir?

- Bu sahədə də gənclər xeyli aktivləşib. Çünki onlara bu sahədə xeyli biliklər aşılanır, onlar bu barədə layihələr çərçivəsində və ya KİV vasitəsilə maariflənirlər. Milli mənliyi və kimliyi məlum olan üçün milli maraq şəxsi mənafedən üstün tutulmalıdır. Bunun üçün atılan hər bir addım da dəstəklənməlidir. 2014-cü ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalaması təqdirəlayiqdir. Bu, sırf ictimai və dövləti maraqlardan irəli gəlib. Gənclər təşkilatı kimi biz bunu müstəqil dövlətimizin milli dövlətçilik maraqlarına xidmət etdiyini düşünürük.

Onu da qeyd edim ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevinİkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsi yeni dünya nizamında ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizin təhlükəsizliyi ilə bağlı xalqımızın mövqeyini bir daha ortaya qoydu. Azərbaycan gənc dövlət olsa da, yetərincə güclüdinamikdir. Biz dünya birliyinin aktoruyuq, beynəlxalq təşkilatlarda öz mövqeyimiz var. Vətəndaş cəmiyyəti də bunu dərk etməli və addım atanda bunları düşünməlidir. Vətəndaş cəmiyyəti və burada təmsil olunan gənclər bütün bu məsələlərdə milli maraqlardan çıxış edirlər. Amma bu gün özlərini “beşinci kolon” adlandıran bəziləri çox gülünc vəziyyətə düşüblər. Onlar xarici dairələrin havasına oynadıqlarına, onların ciblərinə baxdıqlarına görə ictimaiyyət və gənclər ordusu tərəfindən boykot olunurlar. Çünki gənclər yaxşı bilir ki, vətəndaş cəmiyyəti vətənə-cəmiyyətə xidmət etməlidir, “quyruqrolunu oynamamalıdır.

Tarixən Azərbaycan insanı özünün yüksək potensialı ilə seçilib. Azərbaycan gənci çox xoşbəxt və şanslıdır ki, bu xalq öz şəxsiyyətləri, ictimai-siyasi xadimlərinin sayı və sanbalı ilə dünyada özünəməxsus yerə malikdir. Onların bu fəaliyyətdə nümunə götürəcək idealları var. Bu gün gənclərimiz onları özlərinə örnək kimi qəbul edirlər. Azərbaycan gənci ictimai-siyasi aktivliyi, mübarizliyimüdrikliyi Uzun Həsən, Sara Xatun, Şah İsmayıl, Nadir şah Əfşar, Hacı Zeynalabdin Tağıyev, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov və müasir Azərbaycanın qurucusu Heydər Əliyev fəlsəfəsindən öyrənir. Bu nəsillərin davamçısı olan gənclərimiz də bir bədənin əzası kimi öz savadı, dünyagörüşü və müsbət keyfiyyətləri ilə seçilir. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edir, regionlarımıza xas xüsusiyyətlərin, sağlam keyfiyyətlərin qorunması, saxlanılması və gələcək nəslə ötürülməsində körpü rolunu oynayırlar.

İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda yaşayan sağlam, məsuliyyətli, vətənini sevən, təbliğ və təmsil edən gənclərdən ibarət ordumuz formalaşıb. Bizim zəngin tarixi, milli xüsusiyyətlərimiz gənclərimizi ikiqat məsuliyyətli olmağa sövq edir. Hər bir gənc tarixi şəxsiyyətlərə malik bir xalqın nümayəndəsi oduğunun məsuliyyətini anlamalı və Tusi, Nizami, Nəsimi, Natəvan, Heyran xanım, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə və başqalarından ilham almalıdırlar. Gənclər anlamalıdır ki, onların ölkəsi zəngin və müzəffər keçmişə malik olmaqla yanaşı, keşməkeşli tarixə, əlverişli coğrafi vəziyyətilə yanaşı, həssas məkana, çoxtərkibli mədəniyyətlə yanaşı, mürəkkəb sivilizasiyaların qovuşduğu bir əraziyə sahibdir. Bu, onlarda məsuliyyət hissini daha da gücləndirməli, daha da çalışqan, inamlı və iradəli olmağa sövq etməlidir.

- Sədri olduğunuz qurumun gənclərin inkişafı yönündə fəaliyyəti barədə bildirərdiniz...

- Öncə deyim ki, təkcə dövlət proqramı çərçivəsində indiyədək 100-lərlə azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələrdə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Bu da bizim savadlı, dünyagörüşlü gənclər ordumuzun formalaşması ilə yanaşı, milli missionerlərimiz, diasporlobbi potensialımıza yeni bir nəfəsdir.

Həmçinin, 2011-ci ildə Prezident tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb. Bu cür tədbirlərlə Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Sözügedən dövlət proqramında qoyulan ən əsas fəaliyyət gənclərin maarifləndirilməsinə dəstək məsələsidir. Əminəm ki, bu proqramın icrası nəticəsində müvafiq sahədə böyük nailiyyətlər əldə olunmaqdadır.

Biz, gənclərin maarifləndirilməsinə xidmət edən bir təşkilat kimi bu sahəyə yönəlik layihələr reallaşdırmağı qarşımıza məqsəd və vəzifə qoymuşuq. Bununla əlaqədar bir sıra layihələr gerçəkləşdirmişik. “Region gənclərinin ictimai fəallığının artırılması” layihəsi bunun bariz nümunəsidir. Hal-hazırda bu prinsiplərə yönəlik “Həmrəy”in Təhsil Mərkəzi təsis etdik. Hazırda “Həmrəy: şagirdlərin təhsilinə dəstək” layihəsini həyata keçiririk. Burada ödənişsiz Azərbaycan dili, ingilis dili, riyaziyyatkompüter dərsləri keçirilir. Sadalanan layihəyə maraq çoxdur. Belə tədbirlərdə gənclər aktiv iştirak edir. Ən sevindiricisi odur ki, gənclərimiz belə tədbirlərə böyük maraq göstərir, fəal iştirak edir və maariflənməyə, bilik və bacarıqlarını artırmağa can atırlar. Bu da oların inkişafında mühüm amildir. Bu layihəni mütəmadi keçirməyi qərarlaşdırmışıq.

Ümumiyyətlə, əsas məqsədimiz Azərbaycanın müstəqilliyi naminə gənclərin birliyinə, həmrəyliyinə nail olmaqdır. Bizim başlıca missiyamız gənclərin savadlı, dünyagörüşlü, müasir düşüncəli və yüksək intellektli aparıcı qüvvəyə çevrilməsinə, onlarda vətənpərvərlik ruhunda inkişafına, onlarda humanizm və tolerantlıq, ləyaqətlilik və mübarizlik kimi vicdani və əxlaqi keyfiyyətlərin formalaşmasına töhfə verməkdir. Buna nail olmaq üçün gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək verir, gənclərin bilik və bacarıqlarının artırılmasına yardım edir, onlara milli mənəvi dəyərləri aşılayır, sağlam həyat tərzini təbliğ edirik. Təbii ki, bu məqsəd və vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri addımların atılması mütləqdir. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyilə “Təmiz ekologiya-Sağlam həyat” devizi adı altında ekoloji aksiya reallaşdırılıb. Xəzər Universitetilə xüsusi layihələr, Bakı Ali Neft Məktəbi ilə birgə təşkilatçılıq əsasında abituriyentlərin psixoloji hazırlığına dair tədbir, Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar “Naxçıvan: tarix, müasirlik və gənclik” mövzusunda geniş simpozium həyata keçirilib. Təbii ki, hər bir tədbir öz mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Keçirilən tədbirlərin sosial şəbəkələrdə yayılmasına və fikir mübadiləsi aparılmasına səy göstəririk. Bütün tədbirlər maarifləndirici xarakter daşıyır. Tədbirlərimiz davamlıdır. Prezident yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsi çərçivəsində “Vətənimizin inkişafı üçün ictimai fəallıq” adlı layihə gerçəkləşdirdik. Layihə iki mərhələdə reallaşdırıldı. Birinci mərhələ Siyəzən, Xızı, Şabran, ikinci mərhələ isə Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan gəncləri əhatə etdi. İcra planına uyğun olaraq, layihənin cari ilin iyul ayının 9-da Siyəzən, 10-da Xızı, 11-də Şabran, 16-17-18-də isə Quba, Qusar, Xaçmaz rayonlarında həyata keçirdik. 100-dən çox gəncin iştirakı ilə baş tutan ilk tədbirdə Rayon İcra Hakimiyyətlərinin, Gənclər və İdman İdarələrinin və rayon ictimaiyyətinin nümayəndələri də qatılmışdı. Belə layihələr gənclərin sosial aktivliyinə öz töhfəsini verir, onların liderlik keyfiyyətlərini və ölkəyə bağlılığını, həmçinin digər keyfiyyətlərini daha da artırır.

 

İlkin AĞAYEV

Palitra.-2014.-17 dekabr.-S.11.