“Rusiyanın hər yerində ən azı bir Azərbaycan təşkilatı var

 

Mahnur Səfiyeva: “Azərbaycanın səsi zirvələrdən gələndə çox sevinirqürur duyuram

 

Xaricdəki gənclərin həmrəyliyi, onların ölkəmizin təbliği istiqamətində işlər görməsi vacib amildir. Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) da bu baxımdan aktivdir. Fondun nəzdində fəaliyyət göstərən “İdrak” təhsil mərkəzi gəncləri bir araya gətirir, eyni zamanda gənclərə müxtəlif dilləri, tariximizi öyrədir. Müsahibimiz Mahnur Səfiyeva AMİİ-nin təhsil layihələrinin, eləcə də “İdrak”ın koordinatorudur. O, həmçinin Moskvanın Sokol rayonun İcra Hakimiyyətində çalışır. Qeyd edək ki, müsahibimiz 1991-ci ildə Qarabağda - Füzuli rayonun Horadiz kəndində dünyaya gəlib. 2008-ci ildə orta məktəbi bitiribŞoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Jurnalistika fakültəsini qırmızı diplomla bitirib.

 

- Sizvaxtdanİdrakda çalışırsız?

- Tələbə olanda bir dostumdan eşitmişdim ki, Moskvada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu adlanan bir təşkilat var ki, paytaxta oxuyan azərbaycanlı tələbələrə təqaüd verir, amma təbii ki, bir şərtlə - semestri yalnız “əla” qiymətlə bitirməlisən. Əlaçı olduğuma görə sənədlərimi toplayıb getdim. Demək olar ki, həmin o anda hər şey başladı.

Mən elə bir insanam ki, hara getsəm, insanların davranışına çox üstünlük verirəm. Mənim üçün çox önəmlidir ki, ətrafımda, olduğum yerdə insanlar mehriban, gülərüz və səmimi olsunlar. Belə gözəl, mehriban davranış görəndə qalmaq istədim, kömək təklif etdim və bacardığım qədər kömək etməyə çalışdım.

Bir necə ay sonraİdraklayihəsi yarandı. Təqaüdü hər bir insan ala bilmir, təbii ki, məlum olan şərtlər var. Amma kurslara yazılmaq üçün heç bir şey tələb olunmur.

- “İdrakolaraq gənclərə əsasən hansı sahədə təhsil verirsiz?

- Bizdə əsasən dil kurslarıdır. İngilis, ərəb, rus, təzəlikcə ispan dili. Sözsüz ki, öndə gedən elə öz dilimizdir Azərbaycan tarixidir. Azərbaycanlı olaraq dil tarixi, yəni olduğunubilməmək, məncə, çox böyük bir itkidir.

Həmin bu kurslar tamamilə pulsuzdur yetərincə maraq yaradıb. Artıq, demək olar ki, sırf azərbaycanlılar yox, ayrı millətin təmsilçiləri maraqlanır gəlirlər. Xüsusilə Azərbaycan dilinə gələndə biz çox qürur duyuruq.

- “İdrakuşaqların mənəvi inkişafı istiqamətində hansı işlər görür?

- Rus məktəblərində dostluq dərsləri təşkil edirik. Yeni ilə yaxın uşaq evinə gedirik. Mədəniyyət tarix üzrə dərslər keçirilir. Kinoklubumuz var, yəni bir yerə yığışıb köhnə-klassik Azərbaycan kinolarına baxırıq.

- Xaricdə təhsilin tələbələr üçün hansı özəlliyi var?

- Biz əsl təhsildən danışırıqsa, məncə, çox fərq etmir, çünki təhsil alan tələbə, çalışıb-oxuyan insan fərq etmir, dünyanın hansı tərəfində olursa olsun, oxuyacaq. Vacib olan bilikləri özü üçün yığacaq.

Özəlliyə gəldikdə, məncə, bizim uşaqlar elə özləri özəldirlər, çox istedadlıdırlar, çünki adi tələbələr bir, uzaq başı iki dil bilən yerdə, bizim uşaqlar ən azı üç dil bilirlər. Yarışmalarda iştirak edib çox vaxt birinci yerə layiq görülürlər.

- Azərbaycanlı tələbələr Rusiyada ictimai olaraq aktivdirlərmi?

- Rusiyanın hər yerində ən azı bir Azərbaycan təşkilatı var. Dediyim kimi, çox aktivdirlər. İnşallah, səsimiz lap zirvələrdən gəlsin.

- Xaricdəki gənclərimizin Vətən sevgisi hansı səviyyədədir?

- Dininə, dilinə, torpağına, mədəniyyətinə hörmət edən gəncin Vətən sevgisinə şübhə ilə yanaşmaq olmaz. Əlbəttə, ideallaşdırmaq da düzgün deyil, çünki dünyada qədər insan var, bir o qədər fikir var. Təbii ki, kimsə mənimlə razılaşmaya bilər. Amma indiyə qədər mənim qarşıma çıxan gənclərin çoxu vətənpərvərdir, bunu əminliklə deyə bilərəm. Buna çox sevinirəm.

- Xaricdəki gənclərin fiziki inkişafı üçün hansı tədbirlər həyata keçirirsiz?

- İdman yarışları keçiririk. Məsələn, bu yay voleybol, şahmat, futbol s. yarışlar keçirmişik. FondunVətənfutbol klubu var. Ümumiyyətlə, çalışırıq gənclərin sağlam inkişaf etməsi üçün maraqlı tədbirlər keçirək.

- Sizin özünüzün Vətənlə əlaqələriniz necədir?

- Mən uşaqlıq, məktəb tələbəlik illərimi Moskvada keçirmişəm. Burda yaşayan əksər azərbaycanlı uşaqlar kimi mən yay tətilində Vətənimə gedirdim. Amma təəssüflər olsun ki, 3 yaşımdan bəri Qarabağa həsrət qalmışam.

Amma buna baxmayaraq çalışıram hər yay tətilində Vətənə gələm. Qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onlar üçün, Vətən üçün darıxıram .

- Azərbaycanda baş verənlər sizin üçün dərəcədə maraqlıdır?

- Bir azərbaycanlı olaraq ölkədə baş verənlər mənim üçün çox vacibdir. Azərbaycan iri addımlarla inkişaf edir bu, böyük bir nailiyyətdir. Əlbəttə, Azərbaycanın səsi zirvələrdən gələndə çox sevinir qürur duyuram. Əminəm ki, gözəl gələcəyimiz var.

- Sizcə, professional jurnalist olmaq üçün insandan əsas tələb olunur?

- Əlbəttə, professional baxımdan jurnalist sözün ustası, operativ, uzaqgörən və müxtəlif biliklərin sahibi olmalıdır. Amma əsl jurnalist bunlardan əlavə, insanlığını itirməməlidir.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-17 dekabr.-S.7.