Vergi orqanları hər bir borclu vergi ödəyicisinə fərdi yanaşır”

 

Vergilər Nazirliyi Sumqayıtda «Açıq qapı günü» keçirdi

 

Dekabrın 17-də Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (ƏVD) KİV nümayəndələri üçün “Açıq qapı günükeçirildi. 2 saylı ƏVD-nin rəisi, baş vergi xidməti müşaviri Abbas İsmayılov mətbuat nümayəndələrini salamlayaraq, bu tədbirin vergi orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumat alma imkanlarının genişlənməsinə şərait yaratdığını qeyd etdi. Abbas İsmayılov 2 saylı Ərazi Vergilər Departamentini fəaliyyəti barədə məlumat verərək jurnalistləri vergi işçilərinin gündəlik sistemi ilə də tanış etdi, jurnalistlər isə departamentin inzibati binası, otaqları ilə yaxından tanış oldular. 2 saylı ƏVD-nin rəisi çıxışı zamanı xatırlatdı ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi müxtəlif sahələr üzrə “Açıq qapı günləri” təşkil edir.

Departamentin əsas fəaliyyət istiqamətləri, onun əhatə dairəsinə daxil olan vergi ödəyicilərinin sayı, ümumi vergi daxilolmalarında onların payı və s. haqqında “Açıq qapı” iştirakçılarına ətraflı məlumat verən Abbas İsmayılov KİV nümayəndələrinin bəzi suallarını da cavablandırdı.

Daha sonra Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Tural QuliyevVergi borclarının alınması” mövzusunda təqdimatla çıxış etdi. O, vergi borclarının tərkibi və borc məbləğlərinin dinamikası, borcun yaranma səbəbləri, vergi borclarının dövlət büdcəsinə alınması istiqamətində görülən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verdimövzu ilə bağlı slaydlar nümayiş olundu. Tural Quliyev çıxışı zamanı qeyd etdi ki, vergi orqanları hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmağa çalışır, yaranmış vergi borcu və təqdim edilməmiş bəyannamələrlə bağlı məlumatların vergi ödəyicilərinə operativ şəkildə çatdırılması məqsədilə, mütəmadi olaraq onların mobil telefonlarına yazılı mesajlar (SMS-lər) göndərilir.

O da bildirildi ki, son illər görülmüş tədbirlər nəticəsində borc məbləğləri ildən ilə azalır. Vergilər Nazirliyi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılmış və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilibdir. Bu cür təsnifləşdirmə vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, görülmüş və görüləcək işlərə nəzarətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir: “Belə ki, cari ilin ötən dövrü ərzində borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində 31,1 milyon manat məbləğində, əmlakın siyahıya alınması barədə açılmış qərarların icrası nəticəsində 60,3 milyon manat məbləğində və vergi ödəyicisinin borcunun təsisçisi olduğu hüquqi şəxsdəki payına yönəldilməsi nəticəsində 1,6 milyon manat məbləğində borc dövlət büdcəsinə ödənilib, 519 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub. Borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar vergi orqanları tərəfindən icra məmurlarına edilmiş müraciətlər və onların verdikləri təqdimatlar əsasında məhkəmələr 60 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib”. O da vurğulandı ki, cari ilin 11 ayı ərzində xeyliya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə 803 vergi ödəyicisi üzrə 30,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib, onlardan 172 üzrə 1 milyon 653,3 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmamış və ya başlanılmış cinayət işlərinə xitam verilib.

Çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Bələdiyyələrlə şöbəsinin rəisi Şükür Əhmədov Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verdi. O, qeyd etdi ki, 2014-cü ildə Bakı şəhərinin Binəqədi rayonunun 5 bələdiyyəsində, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilib. Bələdiyyələrdə elektron uçotun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında 5 altsistemdən ibarət “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Bələdiyyə vergilərinin ödəyicilərinin istifadəsi üçünİnternet Bələdiyyə İdarəsi” (www.e-belediyye.gov.az) yaradılıb və hazırda zəruri texniki tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri İnternet Bələdiyyə İdarəsinə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla, yaxud “ASAN imza” və mobil imzadan istifadə etməklə bələdiyyələrin onlara təqdim etdikləri elektron xidmətlərdən yararlana bilərlər. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Qanun qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması dayandırlacaq.

Çıxışlar bitdikdən sonra KİV nümayəndələri çoxsaylı sualları cavablandırıldı.

 

Tural Tağıyev

Palitra.-2014.-18 dekabr.-s.6.