İslamda mənəvi dəyərlər və müasirlik

 

Prezident İlham Əliyev müsahibələrindən birində belə deyir: “Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir”. Lakin mənəvi dəyərlər sistemi olan islamı siyasiləşdirmə, radikalizmə istiqamətlənmə, dindən təzyiq vasitəsi kimi istifadə meyilləri də günümüzdə görülməkdədir. Suriyaİraqda hətta müsəlmanları kafir adı altında qətl edən İŞİD reallığı, Pakistanda hətta uşaqları belə kütləvi qətl etməkdən çəkinməyən Taliban nümunəsi islamın mənəvi dəyərlər sistemini yanlış əks etdirən nümunələr kimi qarşımızda durur.

Həqiqətən də günümüzün ən aktual ictimai-siyasi problemlərindən biri olan radikalizmin, dini münaqişələrin həlli yolu çoxlarını düşündürür. Bu münaqişələri bir çoxlarının güman etdiyi kimi, sadəcə, hərbi və təhlükəsizlik metodları ilə həll etməyin mümkünsüzlüyü artıq real bir gerçəklik olaraq qarşımızdadır. Qarşılarında gənc Azərbaycan dövlətinin çiçəklənməsi uğrunda mübarizə imkanları varkən, öz güclərini xarici ölkələrdə baş verən dini münaqişələrdə sərf edən, hətta bu yolda ölən bəzi Azərbaycan gənclərinin mövcudluğu cəmiyyətimizin və ziyalılarımızın üzərində düşünməsi gərək olan acı faktlardır. Təxminən 70 illik Sovet hakimiyyətinin antiislam siyasətinin nəticəsi olaraq günümüzdə islamın təhrif edilmiş formada bəzi radikal, ekstremist təşkilatların əlində alətə çevrilməsi, ümumbəşəri dəyərlərə qarşı silah rolunu oynaması reallığı ilə qarşı-qarşıyayıq.

Hörmətli akademik Ramiz Mehdiyev özünün müsahibələrindən birində deyir: “Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. .... “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.” Bu kimi problemlərin həlli yolu öncəliklə dini maarifçilik, dini islahatçılıq metodlarının tətbiqi ilə reallaşa bilər. İlahiyyat fakültəsi məzunları kimi həm dini ilk qaynağından öyrənən, həm də milli dövlətçilik prinsiplərinə sadiq gənclərdən bu sahədə istifadə məsələnin həlli istiqamətində mühüm addım olardı. “Qurani-Kərim”in ehkamı əvvəldən axıradək bizləri ittihadittifaqa, birliyə çağırır” deyən Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi kimi milli din xadimlərimizin tədqiqi və təbliği gənclərimizin islamla doğru bir şəkildə tanış olmasına vəsilə olardı. Bu sahədə əl-Bakuvinin azərbaycanca ilkQuran” təfsiri olanKəşfül-həqayiq” əsərinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Ə.Fərhadov tərəfindən ərəb əlifbasından latın əlifbasına transliterasiya edilərək, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən nəşr edilməsi də müsbət addımdır. Aydındır ki, dinin ilk qaynağından, Azərbaycanın dövlətçilik prinsiplərinə sadiq ziyalı din mütəxəssisləri tərəfindən tədqiq və təlim edilməsi gənclərimizi milli dövlətçilik prinsiplərimizə qarşı qaldırmağa çalışan, bunun üçündini prinsipləri öz maraqları çərçivəsində təhrif və təqdim edən xarici təşkilatların qərəzli mövqelərinə qarşı güclü bir cavab olardı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bildirdiyi kimi - “Allahu əkbər” sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Hörmətli Şeyxülislam A.Paşazadə deyir: “Axı Allahın hökmü, Peyğəmbərin (s.ə.s.) buyuruğu var ki, bir insan “Lailahəilləllah, Muhəmməd Rəsulullah” deyirsə, onun qanı digər müsəlmana haramdır. Onu öldürmək olmaz! .... Bu, İslama sığmayan, İslama yaxın gəlməyən bir haldır. Bax, İslamı belə məhv edirlər. İndi biz xaricə gedəndə, müsəlman kimi hansısa avropalının qarşısına çıxanda onun ağlına ilk növbədə İŞİD gəlir, ölmək, baş kəsmək, dağıtmaq gəlir”. Bu, dinin, siyasətin əlində qeyri-milli qüvvələrin qərəzli niyyətlərinə xidmət etdiyininözünün ümumbəşəri mənəvi dəyərlərindən məhrum edilməyə çalışıldığının göstəricisidir.

İslam dəyərlərinin ana qaynağı olanQuran” və hədislərin elmi şəkildə təbliği qeyd etdiyimiz bəşəri cinayətləri din ilə əlaqələndirənlərin arqumentlərinə əsl tutarlı cavab olardini savada malik gənclərimizin onların əlinə düşməsinə mane olardı. Məsələn, peyğəmbərin -“Mən, insanlarla onlar “Lailahəilləllah” deyincəyə qədər savaşmaqla əmr olundum. Bunu dedilərmi, onların qanı və malları mənə haram olar” hədisini dərk edən bir müsəlman digər bir müsəlmanı öldürmənin necə ağır bir cinayət və islami dəyərlərə zidd olduğunu anlayarbuna görə yaşayardı. Bir müsəlmanın digər bir müsəlmana və insana qarşı haqsız qəsdi cinayət olduğu kimi İŞİD nümunəsində gördüyümüz kimi xristianlara edilən təzyiqlər, onların qətl edilməsi, kilsələrinin dağıdılması nümunəsi də islam məntiqinə və “Qurana, hədislərə ziddir.Quran” müsəlmanlar kimi olmayan xristianları əhli-kitab adı ilə qəbul edironlar haqqında “...Möminlərə sevgicə ən yaxın olanları dabiz xristianlarıq” deyənləri görərsən” ayəsi ilə müsəlmanların xristianlara necə baxmalı olduqlarını göstərir. Eyni zamanda İslam peyğəmbərinin əhli-kitab mənsublarının cənazə mərasimlərinə hörmət göstərməsi də müsəlmanlar üçün bir nümunə olmalıdır.

İŞİD kimi təşkilatların özlərinin hərbi zorakılıq fəaliyyətlərini cihad adı ilə təqdim etməsi və bu zaman Quranda, hədislərdə keçən “kafirlərlə savaş” əmrini nümunə göstərmələri isə əslində islam məntiqi ilə ziddiyyət təşkil edir.

Yaxud “Mədinə vəsiqəsi” nümunəsində olduğu kimi, İslam peyğəmbərinin müsəlmanlarla sülh içində yaşayan yəhudi qəbilələrinə və xristianlara qarşılıqlı hörmət prinsipi içində yanaşması ilə də İŞİD-in xristianları qətl etməsi arasında necə uyğunluq görə bilərik? Cənab Prezident İlham Əliyevin göstərdiyi kimi, “İslam sülh dinidir. Bizim millidini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir”. Aydındır ki, islamın “terrorçu” formasında təqdim edilməsi müəyyən xarici qüvvələrin də marağına və islam dünyasının təriqətlər, məzhəblər savaşı burulğanında qərq olunması məqsədinə xidmət edir. Bununla həm ideoloji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən mübarizə isə gənc Azərbaycan dövlətinin və ziyalıların əsas prioritetlərindən biri olmalıdır. Bunun yolu isə dini maarifçilikdən keçir. Cənab İlham Əliyevin göstərdiyi kimi, “Təhsil radikalizmə qarşı başlıca qarantdır”.

Əli Fərhadov

al304f@yahoo.com

Türkiyə Universitetləri Məzunları” İctimai BirliyininDini Araşdırmalar və Tədqiqatlar Mərkəzi”nin rəhbəri

Palitra.-2014.-19 dekabr.-S.11.