Rəssam Könül İsmayılova: “İncəsənət gənclərin həyatına, mənəvi inkişafına böyük təsir göstərir”

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti onların fiziki-mənəvi baxımdan sağlam nəsil kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha dərindən mənimsəyə bilməsinə imkan verir. Bu gün gənclər idman yarışlarında çıxış edir, muğam müsabiqələrində iştirak edir, müxtəlif rəsm sərgilərində öz əsərlərini təqdim edirlər. Bununla belə, müsabiqələrdə, yarışlarda iştirak etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır. Budəfəki müsahibimiz məhz belə gənclərdən biri, rəssam Könül İsmayılovadır:

- Gənclərin mənəvi inkişafında incəsənətin rolunu necə dəyərləndirirsiniz?

- İncəsənət insanın öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə biləcək üsullardan biridir. Qədim dövrlərdən bəri incəsənət insanların həyatında çox böyük rol oynayıb. Bütün dövrlərdə və mədəniyyətlərdə insanlar incəsənətə maraq göstərib. Hər hansı dövrün tarixini həmin dövrün incəsənətinə nəzər salmadan təsvir etmək mümkün deyil. İncəsənət, fərdi özünüifadə üsulu və şəxslərarası ünsiyyətin üsuludur. Bu üsulu hələ başqa dəyərlərlə əvəz etmək mümkün olmayıb. İncəsənətin gənclərin həyatında mövcudluğu zərurəti çox böyükdür. İncəsənətdə insanın dünyaya münasibəti təzahür edir, o, insanların müxtəlif və dəyişən ehtiyaclarına uyğun gəlir. Hər bir insanın həyatında incəsənət böyük rol oynayır, lakin hər bir kəs onu başa düşə bilməz. Anadan olduğu andan ahıl yaşlarına kimi insan incəsənətin müxtəlif sahələri ilə təmasda olur. İncəsənət insanı vacib dəyərlərlə zənginləşdirir və bir çox təriflərə və xüsusiyyətlərə sahibdir. Amma hər insan onu özünəməxsus şəkildə təsəvvür edir. Mənim fikrimcə, incəsənət - reallığın obrazlı əksidir, onun əsas məqsədi insanın gözəl, duyğulu və maraqlı, bəzən isə anlaşılmaz və ziddiyyətli hadisələrdə iştirakını təmin etməkdir. Düşünürəm ki, kino, rəssamlıq, memarlıq və incəsənətin digər növləri insanların ürəyində tamamilə ziddiyyətli duyğulara səbəb ola bilər. İncəsənət həyatımızda böyük rol oynayır, o bizi vacib problemlər və ətrafımızda baş verən hadisələr barədə düşünməyə vadar edir. İncəsənət hələ də insanların fikirlərini narahat edirbizi laqeyd qoymur. Demək istəyirəm ki, incəsənət gənclərin həyatına, mənəvi inkişafına böyük təsir göstərir. İncəsənətsiz həyat darıxdırıcı, yeknəsəq və mənasız olardı. İncəsənət həyatımıza gözəl çalarlar daxil edir.

- Gənc rəssam kimi bu peşədə özünüzü necə görürsünüz? Necə oldu ki, bu sənəti seçdiniz?

- Mən 1983-cü ildə Bakıda anadan olmuşam. Körpəliyimdə uşaq serebral iflici keçirmişəm. 1-ci qrup əlilliyim var. 1990 ildə Bakı şəhərindəki 219 saylı evdə məktəbin birinci sinfinə daxil olmuşam. Uşaq vaxtlarımdan incəsənətlə, rəssamlıqla bədii tikmə ilə maraqlanmışam. Orta məktəbi bitirdikdən sonra ciddi surətdə bədii tikmə ilə məşğul olmağa başladım. 3 dekabr 2007-ci ildə ilk dəfə Beynəlxalq əlillər gününə həsr olunmuş sərgidə iştirak etdim. 2008-ci ildə Əlillik məsələləri üzrə mərkəzin dəstəyi iləMüstəqil həyatın fəlsəfəsiPeşə istiqaməti əmək məşğulluğuna hazırlıqadlı təlimlərin seminarların iştirakçısı oldum. 2008-ci ildəNovruzsərgisində iştirak etdim. 3 mart 2009-cu ildə sağlamlıq imkanları məhdud qızlar arasında gözəllik müsabiqəsində iştirak etmişəm. 21-23 avqust 2009-cu ildə Moskvada, Xalq Yaradıcılığı Beynəlxalq Festivalına qatılmışam. Festival Moskva Dövlət Sosial Humanitar İnstitutunda keçirilirdi. Bizi İnstitutun rektoru Vaqif Deyruşoç Bayramov qəbul edirdi. Mən tətbiqi incəsənət növü üzrə çıxış edirdim. Mənə Moskva Gənclər İdman Nazirliyinin diplomu xüsusi mükafatı təqdim edildi. 4-6 sentyabr 2009-cu ildə mənRamazanadlı xeyriyyə sərgisində iştirakçı olmuşam. 19-21 noyabr 2009-cu ildə ilk dəfə yeddinci Ümumrespublika yaradıcılıq sərgisində, 18-29 iyun 2010-cu ildə mədəniyyət incəsənət sahəsində təcrübə mübadiləsi üzrə Beynəlxalq yaradıcılıq proqramında iştirak etmişəm. Yaradıcılıq proqramı üç şəhərdə-Varşavada, Betskoçda Torunda keçirilirdi. Layihədə dörd ölkənin- Azərbaycanın, Polşanın, Rusiyanın Latviyanın nümayəndələri çıxış edirdi.

1 fevral 2010-cu ildə 2009-cu il üzrə ən yaxşı gənclərin mükafatlandırılması mərasimində iştirak edibMoskvada keçirilən Beynəlxalq festivalda iştirakıma görə, 2009-cu ilin ən yaxşı gəncləri sırasına daxil edilmişəm. 2010-cu ildə sağlamlıq imkanları məhdud gənclərin problemləri üzrə Koordinator təyin edilmişəm. 2010-cu ildə Rusiya Müasir İnnovasiya Humanitar Akademiyasının Sənətşünaslıq fakültəsinə daxil olmuşam. 2 mart 2011-ci ildə xalq yaradıcılığı festivalında, tətbiqi incəsənət nominasiyası üzrə iştirak edibdiploma layiq görülmüşəm. Festival Azərbaycan Respublikasının Dirçəlişinin iyirmi illiyinə və Beynəlxalq gənclər ilinə həsr edilmişdi. 7-11 dekabr 2011-ci ildə “Buta Palace”də xeyriyyə festivalında iştirakçı oldum. 6 mart 2012-ci ildə ikinci respublika xalq yaradıcılığı festivalında tətbiqi incəsənət nominasiyası üzrə iştirak edibdiploma layiq görülmüşəm. 2012-ci ilin aprel ayında “Terrorçuluqmövzusuna həsr edilmiş təlimlərə qatılmışam. 14-15 iyul 2012-ci ildə “Ramazan” xeyriyyə sərgisində, 11 sentyabrda Azərbaycan Respublikasının və Amerikanın Əlil Təşkilatlar İttifaqının keçirdiyi konfransda iştirak etmişəm. Bundan başqa 29-30 noyabrdaBaku Expo Center” 4-cü respublika sərgisində iştirak etmişəm. 29 noyabr-1 dekabr tarixlərində isə səkkizinci Ümumrespublika yaradıcılıq sərgisində iştirak etdim ki, bu sərgi İncəsənət Qalereyasında təşkil edilmişdi. 2 dekabrda xeyriyyə sərgisində oldum. 30 yanvar 2013-cü ildə xeyriyyə sərgisində təmsil olunmuşam. 7 mart tarixdə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə keçirilən sərgi-konfransda iştirak etdim ki, bu tədbir 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmişdi.

18 mart 2013-cü ildə açıq səma altında “Novruz” sərgisində iştirak etmişəm. 15 may tarixində isə Əlil Qadınlar Cəmiyyətinin ictimai əlaqələr şöbəsinin sədri təyin edilmişəm. 11-14 iyun 2013-cü ildə Konvensiyaya və əlillərin hüquqlarına həsr edilmiş konfrans-monitorinqdə iştirak etmişəm ki, bu konfrans Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə təşkil edilmişdi. 28 iyun tarixdə isə “Rəssamlıq və tətbiqi incəsənət” sərgisində iştirak etmişəm. Sərgi “World Vision”, Azərbaycan Humanitar Təşkilatı və ARAZ.FM tərəfindən təşkil edilmişdi. 25 iyulda əlil qadınların sosial müdafiəsinin gücləndirilməsinə həsr edilmiş konfransda iştirak etdim. Proqramın təşkilatçısı Azərbaycan Əlil Qadınlar Cəmiyyəti idi. 2013-cü ilin avqust ayında Emin Qəhrəmanovun Təsviri İncəsənət Art Studiyasında rəssamlıq dərsləri almağa başlamışam. 27 sentyabrda əlillərin əmək məşğulluğu üzrə problemlərlə bağlı seminarda iştirak etdim. ABA CEELI-nin dəstəyi ilə təşkil edilən seminarı Elnur Eyvazov, “ADA”-nın məruzəçisi aparırdı. 31 oktyabrda EmArt Studio-nunHallowen Art Exhibition” sərgisində, 20-22 noyabrdaDamla” xeyriyyə təşkilatının keçirdiyi xeyriyyə sərgisində iştirak etmişəm. 21 noyabrdaKitablar Dünyası Rəssamın Gözü ilə” sərgisində iştirak etdim ki, bu sərgidə 1-ci yerin sahibi olmuşam. Sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Akademiyakitab mərkəzi və “Emin Qəhrəmanovun Art Studiyası” tərəfindən təşkil edilmişdi. Sərgi “Akademiyakitab mərkəzində keçirilirdi.

 

Nigar Abdullayeva

Palitra.-2014.-23 dekabr.-S.11.