“Gənclər mütaliəni həyat tərzinə çevirməli və oxu vərdişlərinə yiyələnməlidirlər”

 

İradə Əlili: “Uşağımıza oyuncağın yanında kitab da alıb verə bilərik. Yaxud, onların otaqlarında kiçik bir rəf düzəldib, oyuncaqlarla bərabər iri hərflərlə olan kitablar yerləşdirə bilərik”

 

Müsahibimiz Bakı Dövlət Universitetinin Kitabxanaçılıq - İnformasiya fakültəsinin müəllimi, Səhiyyə Nazirliyinin Elmi Tibbi Kitabxanasının əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, ölkəmizin ictimai həyatında fəal iştirak edən jurnalist İradə Əlilidir:

 

İradə Əlili orta məktəbi Sabirabad şəhərində bitirdikdən sonra orta ixtisasını Bakıdakı Mədəni-Maarif Texnikumunun Kitabxanaçılıq şöbəsində, daha sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq - İnformasiya fakültəsində tamamlayıb. Təhsilini başa vurduqdan sonra həm kitabxanaçı, həm də jurnalist kimi fəaliyyətə başlayıb. “Günəş” jurnalı, “Savalan” qəzeti və digər mətbu orqanlarda iştirak edib. “Mənim sevgi dünyam” və “Dünya sevənlərindir” adlı şer kitabları işıq üzü görüb. “Mənim sevgi dünyam” kitabı Anadolu türkcəsinə çap olunaraq, Türkiyənin Ankaraİstanbul şəhərlərində təqdimat günü keçirilib. Daha sonra “Qarabağın Tutusu” adlı vətənpərvərlik mövzusunda kitabı dərc olunub.

 

- İradə xanım, bu gün cəmiyyətdə kitaba marağı necə qiymətləndirirsiniz?

- Təbii ki, cəmiyyətin inkişafı mütaliə etməkdən asılıdır. Kitab oxumaqöz üzərində çalışmaq mühitdə inkişafın təməlidir. Dahi Nizami Gəncəvinin bir fikrini demək istərdim: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.

Əlbəttə ki, hər bir işin, yaradıcı mühitin inkişafı elmdən başlayır.

Deyə bilərik ki, bu gün kitabxanalara çox az-az müraciət olunur. Kitabxanaların fəaliyyəti belə zəifləyib. Çünki, indi internet zamanıdır. Oxucu istədiyi vaxt, istədiyi informasiyanı internet vasitəsilə hər hansı bir sosial şəbəkədən ala bilər. Mənim düşüncəmlə isə oxucu əlinə kitabı alıb, onu kitabı hiss edərək, oxuduğu zaman, o, istədiyi məlumatı əldə edəcək.

Mənim üçün əsas odur ki, istər gənclər, istərsə də orta yaşlı və ya yaşlı nəsil mütaliə etsin. Çünki, cəmiyyətdə bir fərdin maraqlandığı informasiya sosial şəbəkələrdə, qəzet və jurnallarda, ən əsası kitablarda alına bilər. Ancaq, informasiya məkanı o qədər genişdir ki, yeni yayımlanan xəbəri, bir sonrakı yayımlanan xəbər köhnəldir. Bu qədər informasiya axını olan bir şəraitdə hər kəs özünə lazım olan məlumatı əldə edir. Şübhəsiz ki, indiki dövrdə cəmiyyətimizdə kitaba marağın az olduğunu görürük.

Əlbəttə ki, bu gün cəmiyyətimizi müşahidə etdiyimiz zaman elmə maraq göstərənləri daha çox görürük. Tədqiqat işləri, yaradıcılıq işləri göz qabağındadır.

Mən müəllim olaraq çox sevinirəm ki, tələbələrimin masalarının üzərində bədii ədəbiyyat görürəm. Deməli, tələbələrin mütaliələrə maraqları var. Əlbəttə ki, gənclərə və gəncliyimizə bu marağı da biz müəllimlər borcumuz olaraq yaratmalıyıq.

Mən deyərdim ki, kitaba maraq uşaq yaşlarından aşılanmalıdır. Yəni, ailədən qaynaqlanmalıdır. Valideyn düşünməlidir ki, mənim övladım gələcək cəmiyyət üçün bir fərddir, ali insandır. Ali insanı da valideyn yetişdirib, cəmiyyətə təhvil verir. Bunu da valideyn düşünməlidir ki, hansı sahədə təsir edə bilər.

Məsələn, təbii ki, azyaşlı uşağa oyuncaq versən, oyuncağa həvəs göstərəcək. Kitab versən, kitaba marağı olacaq. Biz bilirik ki, uşağın 6 yaşına qədər mənəviyyatı formalaşır. 6 yaşından sonra isə xarakteri formalaşır. Düşünsək ki, uşağın 6 yaşında mənəviyyatı formalaşanda onun kitaba sevgisini yarada bilərik. Yəni ki, uşağımıza oyuncağın yanında kitab da alıb verə bilərik. Yaxud, onların otaqlarında kiçik bir rəf düzəldib, oyuncaqlarla bərabər iri hərflərlə olan kitablar yerləşdirə bilərik. Çünki, uşaq gözünü açdıqda ancaq onu görəcək. İstər-istəməz özü-özlüyündə fikirləşəcək ki, kitab yaxşı bir şeydir ki, o mənim otağımda var. Ən əsası da odur ki, valideyn özü kitabı oxumasa belə kitaba baxmalıdır ki, uşaq validyinin bu hərəkətini görür mənimsəyir, nümunə götütür. Çünki, biz bilirik ki, uşaq kiçik yaşlarından ata və anasının xasiyyətlərini mənimsəyir. Uşaq mənimsədiyi zaman görəcək ki, ata-ana kitab oxuyur. Uşağın məktəbə qədər formalaşması ailədən və bağçadan asılıdır. İlk növbədə ailədən, sonra bağçadandaha sonra məktəbdə bu cür formalaşma olarsa, təbii ki, uşağda kitaba maraqsevgi yaranar.

İnsanın dünyaya baxışında, söz ehtiyatının çoxluğunda, zövqünün formalaşmasında kitabın və mütaliənin rolu çox böyükdür. Biz bilirik ki, həyatın bütün yollarında kitabın rolu çox böyükdür.

Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, bu gün kitab cəmiyyətimizə havasu kimi lazımdır. Cəmiyyətin inkişafı kitabsız, mütaliəsiz mümkün deyil.

- İnteqrasiyaya can atan gənclərimizin kitaba münasibətində hansı dəyişiklik baş verib?

- Aydın şəkildə görünür ki, gənclərin çox zaman mütaliəyə həvəsi olmur. Gənclərin əksəriyyəti kitab oxuyaraq öyrənmək həvəsində deyillər. Amma demək olmaz ki, Azərbaycan cəmiyyətində gənclərin bugünkü günü kitaba, mütaliəyə marağı yoxdur. Təbii ki, gəncləri bu sahədə də yönləndirmək lazımdır. Təkcə, bədii ədəbiyyatla hər şey tamamlanmır. Ədəbi kitabla bərabər, elmi-kütləvi nəşrlər ilə də maraqlanmaq və müəyyən yeniliklərdən agah olmaq, bir gəncin ensiklopedik biliyə malik olmasına səbəb olur. Müəyyən dərəcədə də dünyagörüşünə malik olmaqla, yaşıdlarının yanında öz sözünü deyə bilir. Bu gün bir gənc ona lazım olan ədəbiyyatı oxumasa, bilməsə, yaşıdları ilə birgə diskusiya zamanı danışmağa sözü olmaz. Bununla da cəmiyyətdə sanki, təcrid olunmuş vəziyyətdə qalar. Bugünkü cəmiyyətlə ayaqlaşmaq üçün gənclər mütləq bir şəkildə elmlə, kitabla, mütaliə etməklə məşğul olmalıdırlar və mütaliəni həyat tərzinə çevirməli və oxu vərdişlərinə yiyələnməlidirlər.

- İctimai həyatınızda cəmiyyətin hansı problemləri ilə tez-tez qarşılaşırsınız?

- Biz ictimai mühitdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını önə çəkməliyik. İctimai yerlərdə olan insanlar daha çox ünsiyyətdə olmalıdır. Təbii ki, ictimai mühitdə problemlər çoxdur. Məsələn, cəmiyyətdə müəyyən problemi olan insanlar var. Məsələn, erkən nikahlarla bağlı olan problemlər, müəyyən uyuşdurucu maddə qəbul edən insanların problemləri, xəstə, aztəminatlı, kimsəsiz uşaqlarla bağlı problemlərin həllinə gücümüz çatdığı qədər kömək etməliyik. Təbii ki, biz bunu etdiyimiz zaman dövlətimizə köməklik etmiş oluruq. İctimai həyatda işləmək, dövlətə ziyalı əməyi ilə kömək etməkdir. Dövlətin müəyyən işlərində ən əsası dövlətçiliyimizin inkişafında kiçik əməyimizlə cəmiyyətdə iştirak etmək istəyirik.

Problemlər çoxdur. Problemsiz həyat yoxdur. İnkişaf varsa, orada problem var. Problemsiz inkişaf olmaz, inkişafsız problem. İctimai mühitdə, ictimaiyyət arasında çətinlik olduğu zaman biz ziyalılar bir araya toplaşırıq. Təbii ki, böyük problemləri biz həll edə bilmərik. Lakin, çalışırıq ki, kiçik problemlərin az da olsa həllini tapaq. Məsələn, gənclərlə, uşaqlarla görüşümüzdə bütün aspektlərdən yanaşırıq. Əsasən vətənpərvərlik, torpaq sevgisi, şəhidlik zirvəsi mövzuları görüşlərimizin əsas pirioritet məsələləridir.

- Tədris apardığınız Kitabxanaçılıq-informasiya fakültəsində tələbələriniz kitabxana anlayışını necə dərk edirlər?

- Artıq 2 ildir ki, Kitabxanaçılıq fakültəsində dərs deyirəm. Təbii ki, kitabxanaçılıq sahəsi çox çətin bir sahədir. Bu gün kitabxanalarda çalışan kitabxana işçiləri oxucu kütləsinin az olmasından şikayətlənirlər. Şübhəsiz ki, onların da bu sahədə çalışmağa həvəsləri var. Ancaq, onlar da bugünkü gün oxucuların olmamasından narahat olurlar.

Bir məsələni demək istərdim. Tələbələrimiz bal sistemi ilə ali məktəbə qəbul olduqları üçün jurnalistika filalogiya fakültəsinə balı çatmayan bəzi tələbələr Kitabxanaçılərinə - informasıya fakültəsində təhsilini davam etdirməyə üstünlük veririlər. Lakin, biz müəllimlərin üzərinə böyük bir düşür. Kitabxanaçılıq sənətini, peşəsini gənc nəslə sevdirmək aşılamaq. Bilirik ki, filologiya da, jurnalistika da yaxın sahələrdir bu sahələri sevən insan təbii ki, kitablarla işləməyi sevəcək. Bu sevgini tələbələrdə yaratmaqda, onlara bu peşəni sevdirməkdə fakültədə yüksək pedaqoji fəaliyyəti olan alim müəllimlərin böyük zəhməti vardır.

- Elmi yaradıcılığınızı hansı üzrə aparırsınız?

- Təbii kitabxanaçı peşəsini çox sevirəm və mən bu sahə üzrə elmi araşdırma aparmaq üçün mövzu götürmək məqədilə, 2011- ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etdim. Beləliklə, mövzum təyin olundu və təsdiq edildi. İlk əvvəl mövzu ilə tanış olan zaman tərəddüd etdimçox həyacanlandım. Mövzunun adı “Müasir dövr Azərbaycanda ekoloji problemlərin bibioqrafik informasiya təminatı” idi. Yəni, ekologiya üzrə çap olunan əsərlərin, informasiyanın təminatı və onun tədqiqi. Öncə düşündüm ki, axı mən ekoloq deyiləm? Düzdür, ekologiya mövzusu bugünkü gündə müasir mövzudur. Ancaq, bu mövzuda çalışmaq məni çox düşündürürdüdeyim ki, çox maraqlı mövzudur. Bu mövzunu işlədiyim zaman məni 2012-ci ildə Türkiyənin Qaziantep şəhərində ekoloji konfransa çağırdılar. Mən bu konfransda iştirak etdiyim zaman tədqiqat apardığım sahənin əsasən, aktual və maraqlı sahə olduğundan agah oldum. Artıq beşinci ildir ki, bu mövzu üzrə tədqiqat işi aparıram. İnşallah, yaxın zamanlarda müdafiə edəcəyəm. Türkiyədə, Dağıstanda, Serbiyada, Rusiyada elmi məqalələrim qəzet və jurnallarda çap olunub. Onu da qeyd edim ki, Dağıstan Pedaqoji Universiteti hər il elmi - praktiki konfrans təşkil edir. Bu konfransa Azərbaycandan alim müəllim heyəti dəvət edilir mən onlarla bərabər bu konfrasda iştirak edirəm. 40-dan çox tezisin elmi məqalərin müəllifiyəm.

Yeni Yazarlar, Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilovun zəhməti sayəsindəAzərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya tərəfləriadlı elmi məqalələr toplusu, “Mənim sevgi dünyam”, “Dünya sevənlərindirşeir kitabları Qarabağın Tutusuadlı hərbi-vətənpərvərlik mövzusunda olan kitablarım elektron nəşr halında Yeni Yazarlar Sənətçilər QurumununGənc elektron elm - Virtual İnternet resurs mərkəziinnovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanıb yayımlanıb. Buradan layihənin təşkilatçılarına təşəkkür edirəm.

- Gələcəkdə hansı sahədə elmi araşdırmalar aparmaq istərdiniz?

- Ekologiya üzrə çap axını çap kütləsi haqqında ətraflı araşdırmalar aparmaq istəyirəm. Çünki, indi müasir dövrdə ekoloji problemlər daha çoxdur. İstərdim ki, namizədlik işimi bitirdikdən sonra ömür vəfa edərsə, sonarkı araşdırmalarımın davamını da ekoloji ədəbiyyata dair mövzu üzrə aparım.

- Gənclərin müasir dövrdə mütaliəsi hansı səviyyədədir?

- İngilis filosofu Herbert Spenser deyib ki, “hər bir insanın dəyəri, onun oxuduğu kitablarla ölçülür”. Təbii ki, mütaliənin insan həyatında rolu çox böyükdür. Geniş, xoşməramlı informasiyaya malik olmaq dərin dünyagörüşünə, mədəniyyətə, intelektual səviyyəyə sahib olmaq deməkdir. Bu həmçinin, cəmiyyətdə özünü təsdiq etmək deməkdir. Demək olmaz ki, bugünkü gənclik mütaliə etmir. Amma qənaətbəxşdə deyil. Ədəbiyyata, kitaba qədər maraq göstərsələr, cəmiyyətdə intellektual səviyyəli gənclik yetişmiş olacaq.

- Sənət həyatınızda arzularınız...

- Arzular çoxdur. Arzularımın ən başlıcası Vətənimin torpaqlarının yadelli işğalçılardan azad olunmasıdır. Xəyalə xanım, sizin redaksiyaya sizə çox təşəkkür edirəm. Bizləri unutmursunuz, işıqlandırısınız.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-24 dekbar.S.13.