“Gənclərimiz dövlətçiliyimizi və adət- ənənələrimizi dərindən bilməlidirlər”

 

Faiq Ələkbərov: “Qərbin bəzi dairələrinin gənclərin şüurunda dövlətçilik ənənələrinin dağıdılmasına yönəlmiş siyasəti ciddiyə alınmalıdır”

Gənclərin mənəvi inkişafında və milli mənlikşüurunun inkişafında ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı biliklərinin zəngin olması az rol oynamır. Bu baxımdan qəzetimizə fikirlərini bildirən AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərov qeyd edir ki, böyük və şanlı tariximizi, möhtəşəm dövlətçilik ənənələrimizi bir kənara buraxmaqkiçik tarix” və ya bu gün ilə yaşamaq lazım deyil. Gənclər böyük dövlətçilik ənənələrimizi bu baxımdan yaxşı bilməlidirlər: “Azərbaycan Səvəfilərdən, Qacarlardan, Türkiyə Osmanlıdan, Orta Asiya Türk dövlətləri Altun Ordu, Teymurilərdən sonra yaranan dövlətlərini böyük zəfər, tarixi nailiyyət adlandırmaqla yanaşı, keçmişdəki böyüklüklərini kölgə altında qoymamalıdırlar. Xüsusilə gənc nəsil bu barədə bilgilərini zənginləşdirməlidir.

Eyni zamanda, dövlətçilik adət-ənənələrə münasibətdə bir çox hallarda lüzumsuz olaraq “qərbləşmə” yolu tutmuşuq. Bu xüsusilə bəzi gənclərə aiddir. Gənclərimizin qərbsayagı paltarlar geyinməsindən, yemək süfrəmizdən tutmuş ailədaxili əxlaqi dəyərlərədək “qərbləşməyimiz” ona gətirib çıxarıb ki, azərbaycanlı-türk keçmişimizlə fəxr etməkdənsə, “qərbləşməyə” qədərki bütün tarixdən, adət-ənənələrdən, az qala, imtina edirlər. Guya, yalnız “Qərb” arealına, ya da indiki anlamda Avropaya inteqrasiya olmaqla mədəni və sivil olmaq mümkün imiş. Bu anlamda, “qərbləşmək” üçün dövlətçilik şuürundan, adət-ənənələrimizin üstündən amansızcasına xətt çəkmək lazım deyil. “Qərbləşmə”yin ilk dönəmlərində zahirən, daha sonra mənəviyyat baxımından da onlara bənzəmək bir sıra nüanslar yaradır. Qərbsayağı müasirləşmə, modernləşmə, postmodernləşmə milli-dini mənəviyyatımızı zədələməməlidir. Geyimlərimizi və məişət həyatımızı qərbləşdirməklə sivil, mədəni və müasir insan olacağımızı zənn edərkən, dərin bir uçuruma yuvarlanmaq lazım deyil. Yad bir cəmiyyətin əxlaqı nə qədər parlaq olursa-olsun, o həmin toplum üçün keçərlidir. Əxlaq bir cəmiyyətdəki insan münasibətlərinin, yaşam tərzinin məhsuludur. Gənclərimiz öz dövlətçiliyini və adət-ənənələrini dərindən bilməlidirlər. Qərbləşmədən öncəki Azərbaycan-türk cəmiyyətində əhalinin böyük əksəriyyətinin həyat tərzini əks etdirən və fövqəladə ahəngli bir əxlaq və nizam vardı. Ancaq qərbləşmədən sonra vəziyyət xeyli dəyişib. Bununla da cəmiyyətin bir çox üzvlərində mədəniyyət səviyyəsi ilə mənəvi qiymətləri arasında böyük bir uzlaşmazlıq formalaşıb. Bu gün bəzi gənclərimiz də həmin uyğunsuzluğa meyillənib.

Bu gün uşaqlarımız Qərb nəğmələri ilə dünyaya göz açır, Amerikanın film “qəhrəmanları” ilə həyacanlanırlar. Bununla da, Qərbin təsiri altına düşürük. Çünki bir çoxlarında milli yaddaşımızı qeyri-milli, kosmopolit yaddaş əvəz edib. İfrat kosmopolit yaddaşda isə milli-dini dəyərlərin yerini mücərrəd “dünya vətəni” və “dünya insanı” tutur. Bu anlamda Makedoniyalı İskəndəri, fransız Napaleonu, amerikalı Avram Linkolnu, ingilis Çörçili, hətta “hörümçək adamı” belə çox önəmli saymalı olmuşuq. Çünki artıq bizə analarımız, nənələrimiz laylalarında, beşiyimiz başında Azərbaycan türkünün şərəfli keçmişindən, dövlətçilik ənənələrindən bəhs etmir. Övladlarımız Atillanı, Dədə Qorqudu, Mövlanəni, Əmir Teymuru, Nəsimini və digərlərini ya tanımırlar, ya da Qərbin düşüncə tərzində tanıyırlar”.

Alimin fikrincə, Qərb düşüncəsinə görə də türklərin tarixi qılınc və atdan ibarətdir, onların elm, sənət və ticarətdən xəbərləri yoxdur: “Qərbin bu düşüncəsni ehkam kimi qəbul edən bir çox aydınlarımız da istər Türkiyədə, istərsə də Azərbaycan və Türküstanda olsun - iddia edirlər ki, milli tariximizmilli mədəniyyətimiz “qərbləşmə”dən sonra yaranıb. Qərbin şüurlarımızı yenməsi nəticəsində “biz adam olmarıq” qənaətinə gələn “inqilabçı” ziyalılarımıza görə, türklərin-müsəlmanların yenidən qalxması, tərəqqisi belə, üfüqlərdə çox zor görünür.

Halbuki bugünkü Qərbin modern insanı yalnız özünü düşünən haldadır. Qərb insanı dövlətçilikdən çox uzaqlaşıb. Onlar üçün nə ailə, nə millət, nə din, nə də dövlət maraqlıdır. Modern qərbli insan üçün yalnız maddi marağı və şəxsi təhlükəsizliyi üçün problemlər olanda bu anlayışların bir anlamı olur. Əgər bir toplumda ailənin, millətin, vətənin, dinin, dövlətin heç bir dəyəri qalmayıbsa, yaxud da onlar yalnız maddi maraq və şəxsi təhlükəsizlik naminə bir dəyər daşıyırsa, artıq bu “qiyamət günü”nə bir şey qalmayıb” deməkdir. Bu baxımdan insan anlamalıdır ki, dünyada hər şeyazad və bərabər” olmaqla ölçülmür. Sadəcə, “azadlıq və bərabər”lik insanlar, onların üzvləri olduğu toplumlar üçün “kölə və qeyri-bərabər”liyə qarşı bir əkslikdir. Burada orta yolun olması yetərlidir. Əgər “azad və bərabər”lik məsələsində orta yoldan sapılb ifrata varılarsa Qərbdə olduğu kimi, o zaman yenidən “kölə və qeyri­bərabər”liyə qayıdılmış olacaq.

Bu anlamda Qərbin bəzi dairələrinin bizim gənclərin şüurunda dövlətçilik ənənələrinin dağıdılmasına yönəlmiş siyasəti ciddiyə alınmalıdır. Artıq qərblilər özlərini inandırıblar ki, onlar dünyada azad, bərabər və öz-özünə sahib-taysız bir cəmiyyət qurublar. Guya, belə cəmiyyətdə, yəni vətəndaş cəmiyyətində dövlətin rolu azdır və ya yoxdur. Bir sözlə, süni mədəni-sivil davranış qaydaları, qeyri-müəyyən həyat tərzi, aşırı dərəcədə praqmatistlik - bu günə bağlılıq “qərblilər”in ruhi-mənəvi dünyasını alt-üst edib. Bu gün qarşımızda ailədə dədələrinə, valideynlərinə, məktəbdə müəllimlərinə, cəmiyyət içində digərlərinə heç bir dəyər verməyən, davranışlarını tənzimləməyən “azad və bərabər” düşüncəli “modern Qərb insanı” var. Üstəlik, “modern Qərb insanı” özündən hesab etdiyi yurddaşlarına “sivil” davrandığı halda, qeyri-qərblilərə münasibətdə aşağılayıcı mövqe tutur. Bu isə ona gətirib çıxarır ki, qərblilər dünyanın sivil təmsilçiləri iddiasında ikən, özlərindən kənarda qalanları aşağılamış olurlar.

Qərbin psixoloji-əxlaqi durumunda, özəlliklə irqçilik və ailə bütünlüyündə problemlərin olmasını, bu anlamda onun təhlükəli bir hala gəlməsini bir çox Qərb aydınları da görürlər və önləməyə çalışırlar”.

Alimin fikrincə, gənclər məhz bu istiqamətdə daha çox maariflənməlidir: “Qərbin ən mənfi cəhəti odur ki, oradakı dairələr bir yandan irqçiliyi-faşizmi, dini düşmənçiliyi tənqid etdiyi halda, digər tərəfdən özü “mədəni” və “sivilformada irqçiliyidini düşmənçiliyi həyata keçirir. Artıq Qərbdə günü-gündən çoxalan bir Qərb irqçiliyi baş qaldırıb. Belə ki, Qərb ağa-kölə münasibətlərini aradan qaldırıb “azad və bərabər” cəmiyyət yaratdığını bəyan etdiyi halda, yeni bir ağa-kölə dönəminə başlayıb. Bu almanların, italiyanların faşizminin, ingilislərin və fransızların imperializminin yeni bir formasıdır. Qərb irqçiliyi vüsət aldıqca qərblilərin “panislamizm”, “islamofobiya” deyə tənqid etdikləri İslam-türk sivilizasiyasının oyanışı daha da sürətlənəcək. Çünki Qərb istismarından, Qərb irqçiliyindən qaçanlar Şərqə sığınmaqdan başqa yol tapmayacaqdır ki, bu da müsəlmanları ümidləndirəcək. Bunu, Toynbi, Fukuyama, U.Eko da başqa Qərb aydınları da yaxşı anlayırlar.

Bunu anladıqları üçünöz anlamlarında “panislamizm”, “pantürkizm”, “islamofobiyadan qurtulmağın yollarını axtarırılar. Bir sözlə, ötən əsrin 1-ci yarısında İslam dünyasını “panislamizm” adı altında tənqid edən Qərb aydınları indi də “islamofobiyaoyununu ortaya atıblar. Məsələn, 20-ci əsrin ortalarında ingilis aydını Arnold Toynbi yazırdı: “Panislamizm yuxudadır, nə var ki, qərbliləşmiş dünyanın proletar qələbəliyi Qərb hökmranlığına qarşı ayaqlanıb antiqərb bir hərəkat yaradarsa, yatan divin oyana biləcəyini hesaba almaq zorundayıq”.

Qərb üçün İslam-türk sivilizasiyası əsas təhlükə mənbəyidir. Onu oyatmamaq üçün müsəlman xalqlarını inandırmaq lazımdır ki, qeyri-qərblilərin xoşbəxt gələcəyi “qərbləşmə” yolunu tutmaqla bağlıdır. Bu isə Qərbin öz üstünlüyünün ömrünü uzatmasından başqa bir işə xidmət etmir. Toynbinin vaxtilə dediklərini U.Eko eynilə təkrarlayaraq “islamofobiyaya qarşı mübarizə üçün xaç yürüşlərinin vacibliyindən bəhs edir. 21-ci əsrin əvvəllərində bu cür xaç yürüşləri isə əslində dəfələrlə reallaşdırılmışdır, hətta davam etməkdədir.

Çox təəssüf ki, belə bir prosesin hələ də davam etməsində qərblilərlə yanaşı “qərbləşmək”, Avropaya inteqrasiya yolu tutmuş bir sıra qeyri-qərb ölkələri, o cümlədən müsəlman dövlətləri, sözdə “islam fanatikləri” də maraqlıdırlar.

 

İlkin AĞAYEV

Palitra.-2014.-26 dekabr.-S.11.