“İlk Avropa Oyunlarının bizdə keçirilməsi
həm də gənclərin fəallığının uğurudur”
Sərdar Yusifoğlu: “Prezident
yanında Gənclər Fondunun layihələrə dəstək
verməsi gənclərə böyük dayaqdır”
Gənclərin ictimai aktivliyi cəmiyyətin
inkişafında müsbət amildir. Son illər gənclərin bu
baxımdan fəallığında Prezident
yanında Gənclər Fondunun xüsusi rolu var. Fond gənclərin, eləcə
də gənclər təşkilatlarının nəinki
ölkə daxilində, həmçinin xaricdə də keçirdiyi layihələrə dəstək
verir. Elə Gəncliyin Elmi-Mədəni
İnkişafı İctimai Birliyi də fondun dəstəyi
ilə həm ölkəmizdə, həm də xaricdə layihələr
həyata keçirib. Təşkilatın
sədri Sərdar Yusifoğlu ilə bu və digər mövzularda
söhbət etdik.
-Gənclərin builki ictimai fəaliyyətini
necə qiymətləndirirsiz?
- 2014-cü il Azərbaycan üçün çox faydalı və məhsuldar il olub. Ümumiyyətlə, bu ili öncəki illərdən fərqləndirən bir çox özəlliklər var. Bildiyimiz kimi, bu il qərar verildi ki, artıq İlk Avropa Oyunları Azərbaycanda keçirilsin. Təbii ki, bu, bizim dövlət başçımızın səmərəli fəaliyyətinin, eyni zamanda gənclərimizin 2014-cü ildə həm ölkəmizdə, həm də xaricdə yüksək fəallığının uğurudur. Həmçinin bu il gənclərin öz aktivlikləri ilə fərqlənməsini müşahidə etdik. Eyni zamanda mətbuatda və sosial şəbəkələrdə müsbət mənada fərqləndiyini hiss edirik. Ümid edirik ki, 2015-ci ildə bu fəaliyyət daha da yüksək səviyyədə və peşəkarcasına həyata keçiriləcək.
Bu gün Gənclər və İdman Nazirliyinin, eyni zamanda bu günlərdə 3 yaşını qeyd etdiyimiz Prezident yanında Gənclər Fondunun layihələrə dəstək verməsi də gənclərə böyük dayaqlardan biridir.
-GEMİ olaraq Prezident yanında Gənclər
Fondunun dəstəyi ilə hansı layihələr
həyata keçiribsiz?
- Prezident yanında Gənclər Fondu gənclərin və gənclər təşkilatlarının 1865 layihəsinə dəstək verib. Prezident yanında Gənclər Fondunun dəstək verdiyi bir neçə layihəmizi xatırlatmaq istərdim. Bunlardan biri “Region gəncləri üçün müasir bilik akademiyası” layihəsidir. Bu layihə çərçivəsində regionlardan gəlib Bakıda təhsil alan tələbələrə peşəkar mütəxəssislər tərəfindən ingilis və rus dilləri öyrədilib.
Fondun dəstək verdiyi digər layihəmiz "Bakı-Abşeron gəncləri üçün müasir marketinq məktəbi" adlanır. Bu layihədə 50-ə yaxın gənc iştirak edib. Layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi, bununla da onların peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstəyin göstərilməsi idi. Həqiqətən də, bu layihə çərçivəsində gənclər aldığı biliklərdən özlərini daha da inkişaf etdirir və öz bilikləri vasitəsi ilə daha yaxşı gəlir əldə etməyi bacararaq cəmiyyətimizə, eləcə də öz ailə üzvlərinə yaxşı töhfə verə bilirlər. Qeyd edim ki, bu layihə fond tərəfindən yüksək qiymətləndirilib və yenidən davam etdirilməsi istənilib.
Bildiyiniz kimi, bizim xaricdə təhsil alan tələbəmiz Taleh İbadovun "UniCup I Univesitetlərarası futbol kuboku" layihəsi həyata keçirilib. Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncliyin Elmi-Mədəni İnkişafı İB-nin təşkilatçılığı ilə baş tutan çempionatda 8 ali məktəbin tələbə komandaları iştirak edib. Məqsəd gənclərin futbola olan marağını artırmaq, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək göstərməkdir. Bu layihə bitib. Taleh İbadovun təhsili ilə bağlı olaraq çempionatın qaliblərinə kubok, medal və sertifikatlar gələn il təqdim olunacaq.
Daha bir layihəmiz GEMİ-nin üzvü olan Əli İskəndərov tərəfindən icra olunub. “Azərbaycanda gənclərin turizm bacarıqlarının artırılması” adlı layihə Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənib. Layihənin icrası yekunlaşmaq üzrədir. Bu layihənin icrasından turizm sahəsində çalışan gənclər böyük təcrübə əldə ediblər.
-Bu yaxınlarda Ukrayna və Türkiyədə səfərdə olubsuz. Səfər təəssüratlarınızı bölüşmənizi istərdik…
- Müxtəlif xarici ölkələrə səfərlərimizdə dövlətimizi təmsil edirik. Son səfərim Ukrayna və Türkiyəyə oldu. Bu ölkələrdə təhsil alan Azərbaycan gəncləri ilə görüşdüm. Bu il biz artıq görürük ki, Ukraynada təhsil alan tələbələrimiz daha çox mədəni təbliğatla məşğuldurlar. Bunları görmək bizi çox sevindirir. Həqiqətən, gənclərimiz ictimai olaraq yüksək fəaliyyət göstərirlər. Bu gün artıq görürük ki, xaricdəki tələbələrimiz təşkilatlanırlar. Azərbaycanla bağlı mədəniyyət günləri keçirirlər. Xüsusilə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı müxtəlif universitetlərdə tədbirlər hazırlayırlar. Bu tədbirlərdə Ukrayna gənclərinə ölkəmiz haqqında ətraflı məlumat verirlər.
Gənclərin bu aktivliyini Türkiyədə də müşahidə etmək mümkündür. Türkiyədəki müşahidələrim onu deməyə əsas verir artıq burda da bizim tələbələr təşkilatlanır. Gənclərimiz də adət-ənənəmizi Türkiyədə layiqincə təbliğ edirlər. Ona görə yox ki, Türkiyə xalqı bizim adət-ənənədən bixəbərdir. Bildiyiniz kimi, Türkiyə universitetlərində 50-dən çox xalqın nümayəndəsi olan tələbə təhsil alır. Buna görə də bizim mədəniyyətin Türkiyədə də təbliği səmərəli işdir.
-Gənclərin
xaricdə təhsilinin ölkəmiz üçün
hansı perspektivi var?
-Bilirsiniz, virtual aləm insanları bir-birindən uzaqlaşdırıb. Bəzən insanların
özlərindən başqa
şeyə maraq göstərməsinə maraq
qalmır. Ona görə
gənclərin xaricə
getməsi, eləcə
də ölkəmizə
xarici tələbələrin
gəlməsi lazımdır.
Bu baxımdan insanların bir-birini
internet üzərindən deyil,
birbaşa tanıması
lazımdır.
Bir çox
sahələr var ki, xaricdə daha yüksək səviyyədə tədris
olunur. Gənclərimizin
bu sahələr üzrə öyrəndiklərini
gəlib ölkəmizdə
tətbiq etməsi, Azərbaycanın elmi, texniki, iqtisadi və s. sahələrdə
inkişafına böyük
təkan vermiş olacaq.
Gənclərin xaricdə təhsil almalarının bir faydası da ölkəmizin xaricdə təbliği və tanınmasıdır. Cənab Prezidentin dediyi kimi, xaricdə təhsil alan
nümunəvi tələbələrimiz
bizim orada səlahiyyətli səfirimizdir.
Onu da deyim ki,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"nın vaxtı gələn il bitir. Hazırda Təhsil Nazirliyi
tərəfindən 2015-2020-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə yeni Dövlət Proqramı hazırlanır. Ümid edirik
ki, növbəti proqramın icrası gənclərin xaricdə təhsil alması üçün daha böyük şanslar verəcək.
-Perspektivdə hansı layihələriniz
var?
-Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Baltik regionunda mədəni əməkdaşlıq”
layihəsinin icrasına
başlamışıq. Belə ki,
biz mart ayında Litvanın
paytaxtı Vilnüs şəhərində açıq
səma altında böyük bir auditoriyada Azərbaycanın
milli-mənəvi dəyərlərini
təbliğ edəcəyik.
Bu tədbirə Latviya və Estoniyadan da çoxlu qonaqlar dəvət edəcəyik.
Qeyd edim ki, digər
Avropa ölkələrində
də bu tip təbdirlər edəcəyik.
Biz Bakıda keçiriləcək
İlk Avropa Oyunlarına hazırlaşırıq. Bizim təşkilatın
könüllüləri artıq
bununla bağlı işlər görürlər.
İnşallah, uğurlar qarşıdadır.
Sonda fürsətdən
istifadə edib Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il münasibəti
ilə bütün Azərbaycan xalqını,
o cümlədən gənclərimizi
təbrik edirəm. Onlara uğurlarının bol olmasını diləyirəm
və Azərbaycanın
inkişafında daha da mühüm rol oynamalarını arzulayıram.
Fuad Hüseynzadə
Palitra.-2014.-25 dekabr.-S.7.