“Azərbaycan hüququnu
dünya hüquq
arenasına çıxarmaq niyyətim var”
Ləman
Süleymanlı: “2013-cü ildə məzun olan
xarici tələbələr içində
azərbaycanlı tələbə birinci oldu. Bu, bizim
üçün uğurdur
Xaricdə təhsil alan tələbələrlə bağlı layihə çərçivəsində növbəti müsahibimiz Türkiyənin Kayseri şəhərində Erciyes Unversitetinin Hüquq fakültəsində magistratura təhsili alan, Zəngin Azərbaycan Mübarizə İçtimai Birliyinin Kayseri nümayəndəsi Ləman Süleymanlıdır:
- Mən 1983-cü ildə Sumqayıt şəhərində dünyaya gəlmişəm. Nəslim isə Zəngəzur mahalının Laçın rayonundandır. Hər nə qədər Sumqayıtda doğulsam da, özümü laçınlı hiss edirəm. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Təhsil aldığım müddətdə bir çox QHT-lərdə çalışmışam. 2003-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən Potensial Sumqayıt Mütəxəssislər Birliyində, daha sonra isə Qafqaz Araşdırmalar Mərkəzində, SİQMA kimi mərkəzlərdə sosioloq kimi çalışmışam. Son olaraq Zəngin Azərbaycan Mübarizə İctimai Birliyinin Kayseri nümayəndəsiyəm. 2013-cü ildə ailə həyatı qurdum və həyat yoldaşım Cənubi Azərbaycanın Təbriz şəhərindəndir.
Mən hər zaman xaricdə təhsilimi davam etdirmək istəmişdim. Amma həm maddi, həm də bir çox səbəblərdən bu alınmırdı. Bir gün həyat yoldaşım mənə Türkiyə Cümhuriyyətinin təqaüd proqramından danışdı. Özü bu proqram vasitəsilə Türkiyədə doktorantura təhsili alırdı və mənə də özünü sına dedi. Məndə sənədlərimi toplayaraq internet vasitəsilə sənədlərimi göndərdim. Proqramı qazanaraq Türkiyənin Kayseri şəhərində Erciyes Unversitetinin Hüquq fakültəsində magistraturaya davam edirəm. Burada olmaqdan çox məmnunam. Başqa ölkədə təhsil almaq nə qədər maraqlı olsa da, eyni zamanda çox məsuliyyətlidir. Çünki sən artıq bir fərd olmaqdan çıxıb ölkəni təmsil edirsən.
- Bakıda hüquq ixtisası üzrə təhsil
almısınız. Türkiyədə bu
sahədə təhsil almaq çətindirmi?
- Təhsil aldığım ixtisas
üzrə Hüquq fakültəsində
tək azərbaycanlıyam. Buna bir tərəfdən məyus olsam
da bir tərəfdən
də sevinirəm. Azərbaycandan gələn tələbələr
Hüquq fakültəsini seçmirlər.
Səbəbisə bizim hüquqla
türk hüququ ziddir. Mən də bu
ziddilikdən bir az əziyyət
çəkirəm. Amma çox
xoşbəxtəm. Mən ölkənin birinciləriylə,
hakimləriylə, vəkilləriylə bir
sinifdəyəm. Müəllimlərimlə şagird
-tələbə kimi yox,
dost kimiyəm. Azərbaycanda müəllimlə
danışa bilmirsən. Çox sərhəd
saxlayırlar. Burada isə fərqlidir.
Müəllimlərim hətta mənim üçün
iş axtarırlar. Burada
qalıb işləməyimi istəyirlər. Mən isə hələ
ki, tələbəliyin dadını
çıxarmaq istəyirəm. Oxuduğum
universitet Türkiyənin ən
yaxşı 10 ali məktəb
siyahısına daxildir. Universitetin çox zəngin kitabxanası var. Burda tələbələr hər
hansı problem yaşamır. Elektron kitabxanaya
hər kəs baş vura bilir.
Universitetin kitabxanası səhər
8- dən axşam saat 10-a kimi açıq olur. Tələbəyə bundan başqa
nə lazımdır?
Erciyes Unversitetinin
75 azərbaycanlı tələbə,
20-yə yaxın müəllimi
var. Tələbələrin hamısını desəm
yalan olar, amma əksəriyyəti ilə görüşürəm. Müəllimlərin hamısı məni yaxşı tanıyır.
Burada azərbaycanlı tələbələr
iki aydan bir toplaşırıq.
Bir-birimizə yardımçı olmağa çalışırıq.
Azərbaycanla bağlı tədbirlərdə
bir oluruq. Qısa bir müddətdə AZErderin Kayseride qız təmsilçisi oldum. Daha sonra dərs
ağırlığı ilə
bağlı təmsilçilikdən
uzaqlaşmalı oldum.
Hazırda Yabancı Uyruklu
tələbələrin qız
təmsilçisiyəm.
-Azərbaycanlı
tələbə olaraq
orada ölkəmizin tanıdılması istiqamətində
hansı addımlar atırsınız? Azərbaycanlı tələbələr öz
təhsili ilə fərqlənə bilirlərmi?
- Ölkəmizin tanınmasına
ehtiyac olmasa da amma biz tələbələr
yenə də önəmli günlərimizdə
gözəl proqramlarla
müəllim və tələbələrin qarşısına
çıxırıq. 2014-cü
ildə univesitetimizdə
müəllimlərimlə birlikdə “Qarabağ gecəsi” hazırladıq.
Fərqli ölkələrdən olan tələbələr
Azərbaycan dilində
Azərbaycanın Milli
Qəhrəmanı İbad
Hüseynlinin qarşısında
şeirlər söylədilər.
Xocalı faciəsinin 22-ci ildönümündə dostlarımızla
birlikdə millət vəkili Aydın Mirzəzadəni dəvət
etdik. Gözəl bir konfrans oldu. Hazırda 31 Dekabr- Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
ilə bağlı gözəl bir gecə hazırlayırıq.
Görək necə olacaq...
- Azərbaycanlı
tələbələr öz
təhsili ilə fərqlənə bilirlərmi?
- Azərbaycanlı tələbələr
yaxşı oxumağa
çalışırlar. Hər fakültədə
demək olar ki, azərbaycanlı tələbə var. 2013-cü ildə
məzun olan xarici tələbələr
içində azərbaycanlı
tələbə birinci
oldu. Bu, bizim üçün uğurdur. Nə qədər fərqləndiyimizi
biz yox, müəllimlərimiz
deyə bilər.
-Dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
-Bəli, dövlətimiz gənclər üçün
imkanlar yaradır, ancaq daha çox
olursa daha yaxşı olar. Çünki gənclərimizin xaricdə hər zamandan çox diqqət və qayğıya ehtiyac var.
-Hazırda təhsilinizi davam etdirirsiniz. Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?
- Gələcəyə planlarım
çoxdur. Avropa və Amerikada
təhsilimi davam etdirmək istəyirəm.
Görək həyat nə
göstərir. Bir qadın
olaraq Hüquq fakültəsində oxumaq
və davam etdirmək çox qürurvericidir və eyni zamanda çətindir.
Amma olsun, mən çətinlikləri sevirəm.
Çətinliklə əldə etdiyin
hər şeyin insan qədrini daha çox bilir. Qarşıma qoyduğum əsas
məsələlərdən biri ölkəyə döndükdə sosioloji
layihələrdə çalışmaqdır.
Xüsusilə qız uşaqlarının
oxumasını və
onları erkən nikahdan yayındırmaqdır.
Çünki bir qız uşağının oxuması,
bir ailənin qazanması deməkdir.
Hansı
ölkə olursa-olsun,
ölkəm və millətim üçün
işlər görmək
istəyirəm.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Mən nə qədər də hüquqçu olsam da ədəbiyyata marağım çoxdur. Bir çox şeir gecəsində şeir oxumuşam. Buna misal olaraq Nurullah
Gənc və Hilmi Yavuzun şeir
gecələrini misal gətirə bilərəm.
Türkiyənin bir çox
şəhərlərində “erməni soyqırımı”yla
bağlı konfranslara
qatılmışam. 2013-cü
ildə Türkiyənin
Burdur şəhərində
Mehmet Ersoy Unversitetində azərbaycanlı
millət vəkili
Musa Qasımlı və
digər professorların
iştirakı ilə
konfransda iştirak etmişəm. Boş zamanımda
həyat yoldaşımla
Türkiyənin fərqli
şəhərlərinə gəzməyə gedirik.
Zamanımız varkən Türkiyəni
yaşayaraq tanımaq
istəyirik.
-Ümumiyyətlə,
gənclər ölkəmizin
inkişafına hansı
töhfələri verə
bilərlər?
- Gənclərin ölkəmizə
ən böyük töhfələri dərslərini
oxumaqdır. Fərqli dillər öyrənmək
və olduqları ölkənin mədəniyyətini
və inkişaflarını
öyrənmələri müasir
Azərbaycanımız üçün
faydalı olar. Ən əsası Vətənimizi
sevmək lazımdır.
Bir gənc torpağını,
millətini sevərsə
o ölkəyə zərər
yox, xeyir gələr. Hər şeyin
başlanğıcı sevgidir.
-Sizin təhsil aldığınız
sahə nə dərəcədə önəmlidir.
Sizcə,
bu sahədə çalışmaqla ölkəmizə
hansı töhfələr
verə bilərsiniz?
- Hər bir demokratik
ölkənin mənbəyi
hüquqdur. Qanunlar olmasa, o ölkənin
vəziyyəti necə
olar? Ölkədə xaos baş alıb gedər. Buna görə də
biz gənclər öz
haqq və hüquqlarımızı bilməliyik.
Mən demirəm ki, hər kəs hüquqşünas olsun, yox. Amma ölkəmizin hüquqşünaslara
çox ehtiyacı
var. Mənim də bir hüquqşünas olaraq Azərbaycan hüququnu dünya hüquq arenasına çıxarmaq niyyətim
var.
-Bəzən qadınlar üçün
bu ixtisasın çətin olduğunu deyirlər. Sizin üçün bu sahədə çalışmaq
çətin deyilmi?
- Bu tip düşüncəyə hörmət
etmirəm. Qadın yalnız həkim
və müəllim olmaq üçün yaranmayıb. Heç bilirsiniz
Türkiyədə nə
qədər hakim və
prokuror qadın var? Ağlınıza gəlməyəcək qədər çoxdur.
Mən heç vəkilləri demirəm. Qadın- kişi ayrımı
etməyi sevmirəm. Məncə bu insandan asılıdır.
Mənim
ailəm hər zaman arxamda olublar.
Mən iki bacımdan fərqləndim. İstəyimi biləndə məndən
çox sevindilər.
21-ci əsrdə bu
tip düşüncələrin var olmasına çox təəssüflənirəm.
Qadın
memar, mühəndis, arxeoloq olmaq istəyirsə olsun, bu həyat onlarındı
və arzularının
arxasınca getsinlər.
- Yaşadığınız
ölkə, şəhər
sizdə hansı təəssüratlar oyadıb?
Hansı görməli
yerləri, abidələri,
mədəniyyət ocaqları
var?
- Türkiyə bir başqa ölkədir. Burda yaşayan bunu bilər. Amma onu deyə bilərəm ki, televiziyadan göründüyü kimi deyil. Hər tərəfi bir başqadır. Mənim yaşadığım şəhər- Kayseri Türkiyənin 7-ci böyük şəhəri siyahısına daxildir. Erciyes dağının ətəyində yerləşir. Bizim şəhər daha çox iqtisadi şəhərdir. Ticarətin mərkəzi sayılır. Şəhərdə 4 ali məktəb var. Cümhuriyyətin ilk zamanlarında Kayserini paytaxt olaraq təklif ediblər, amma sonradan Mustafa Kamal Atatürk Ankaranı paytaxt elan edib. Kayserinin əvvəllər adı Qeysəriyə olub, amma zamanla Kayseri olub. Qədim şəhərdir, Səlcuqluya aid çox az tarixi yerləri qalıb. Məşhur Memar Sinan bu şəhərdəndi. Bu şəhərdən olmasına baxmayaraq yalnız 1 məscid inşa edib.
- Tələbə
yoldaşlarınızı Bakıya dəvət etmisinizmi, onların Azərbaycanla bağlı
təəssüratları necədir?
- Mən dünyanın fərqli ölkələrində olan tələbələrlə təhsil alıram. Azərbaycan haqqında, inanın ki, eşitməyən tələbələr vardı. İlk vaxtlar bundan sonra məyus olsam da sonralar sevindim. Çünki tam doğru məlumatı mənim vasitəmlə öyrəndilər. Çünki dəqiq məlumat çatdırmaq çox önəmlidir. Bir də özünü sevdirmək çox önəmlidir. Səni sevdilərsə, səni yaxşı anlamda tanıdılarsa, ölkən də o cür tanınır. Yenə deyirəm, ölkədən çıxdınsa fərd olmaqdan çıxıb kiçik bir dövlət olursan. Bəlkə yaxınlarda Bakımıza bir tur təşkil etdik.
-Təhsil
aldığınız ali təhsil
ocağının hansı üstünlükləri var?
- Erciyes Unversitetində təhsilin
səviyyəsi çox gözəldir. Avropa təhsilindən heç
seçilmir. Kitabxanası qeyd
etdiyim kimi zəngindir.
İldə 4 dəfə imtahan var. Tələbələr oxumaqla
məşğuldur. Sosial layihələr çox olur. Tələbə
oturmur. Burada tələbə
olmaqla Azərbaycanda tələbə olmaq arasında böyük
fərq var. O ki
qaldı bizlərə qarşı münasibətə. O tələbənin
oxumağından, mədəniyyətindən çox
şey asılıdır. Hörmət
edirsənsə, hörmət görürsən. 20-30 min tələbənin içində nə dərəcədə
fərqləndiyimizi mən deyə bilmirəm. Bu
haqda məlumatı heç
vaxt tələbə işləriylə məşğul
olanlardan soruşmamışam. Amma onu deyə bilərəm
ki, oxuyurlar, çünki başqa
imkanları yoxdur. Oxumaq
tək çıxış yollarıdır.
Nigar Abdullayeva
Palitra.-2014.-26 dekabr.-S.5.