“Fəaliyyətimizdə dəyərlər və insan amili birincidir

“AtaHolding” ASC İdarə Heyəti sədrinin müavini Rəşad Rəsullu:

“Mənfəət əldə etmək çox önəmlidir, amma bu mənfəətin hansı yolla əldə edilməsi ondan daha vacibdir”

“Palitra”nın 2013-cü ilin əlamətdar iqtisadi hadisələri ilə bağlı müsahibiAtaHolding” ASC İdarə Heyəti sədrinin müavini Rəşad Rəsulludur.

-2013-cü il iqtisadi baxımdan hansı hadisələrlə əlamətdar oldu və yadda qaldı?

-Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə nəzər salsaq, görünür ki, Azərbaycan ötən il də öz dinamik iqtisadi inkişafını uğurla davam etdirib. Ümumi daxili məhsul təxminən 6 faiz artıb, qeyri-neft sektorunun artımı 9,8 faiz təşkil edib. Qeyri-neft sektorunun bu templə artımı çox sevindiricidir. Bu onu göstərir ki, Azərbaycanda neft amilindən asılılıq getdikcə azalmağa doğru gedir. Azərbaycan iqtisadiyyatında bu vacib və müsbət tendensiya neçə ildir ki, uğurla və artan xətlə davam edir. Çox əlamətdar məqamlardan biri də Azərbaycan iqtisadiyyatına rekord həcmdə investisiyaların qoyulmasıdır. Bunun da çoxunu daxili investisiyalar təşkil edir. Artıq son illərdə daxili investisiyalar xarici investisiyaları üstələyir. Azərbaycanın özünün imkanlarının artması, daxili investisiyaların yüksəlməsinə və intensivliyinə gətirib çıxarıb. Davos İqtisadi Forumunun iqtisadi rəqabətlilik indeksinə görə, Azərbaycanın MDB ölkələri arasında birinci yerdə olması da önəmli nəticədir. Kənd təsərrüfatı sahəsindəki inkişaf da göz önündədir - bu sahədə 5 faiz artım olub. Ölkə rəhbərliyi ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox effektiv siyasət həyata keçirir. Kənd təsərrüfatının, aqrar sektorda emal sənayesinin inkişaf etdirilməsi, bu sahədə idxalın azaldılması ilə bağlı tədbirlər uğurla reallaşdırılır. Sahibkarlığın İnkişafına Kömək Fondunun ayırdığı kreditlərin böyük bir qismi məhz aqrar emal sənayesinin inkişafına yönəldilib. Çox önəmli hadisələrdən biri - dekabrın 17-də “Şahdəniz -2” yatağı ilə bağlı investisiya layihəsinin imzalanmasıdır. İnvestisiya sazişinin imzalanması nəticəsində təxminən 45-50 milyard dollara yaxın investisiyanın qoyulması gözlənilir. Bu investisiya da iqtisadiyyatımızın inkişafına önəmli təkan verəcəkdir. Həmçinin onu da bildirim ki, Prezident İlham Əliyevin ötənilki seçkidə də uğurla və qəti qələbə çalması ölkəmizin sürətli və optimal iqtisadi inkişaf kursunun davam etdirilməsini təmin etmiş oldu. Ümumilikdə iqtisadi baxımdan bu seçkilərin nəticəsi Azərbaycan üçün əlahiddə əhəmiyyət kəsb edir.

-2013-cü ilAtaHoldingüçün hansı əlamətdar hadisələrlə yaddaqalan oldu?

- 2013-cü il holdinqimizin qurulmasının 10 ili tamam oldu. Eyni zamandaAtaBank” ASC-nin qurulmasının da 20 ili ötən il tamam oldu. Şirkətin öz fəaliyyətində iqtisadi nəticələr baxımından 2013-cü il ən uğurlu illərdən biri oldu. Bu barədə əldə etdiyimiz mənfəət və nailiyyətlərin göstəriciləri də bunu bariz şəkildə göstərir. Holdinqin və onun şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əyyən tədbirlər də reallaşdırdıq. Şirkətlərimizdə korporativ idarəetmə standartlarının daha təkmil tətbiq edilməsi üçün vacib işlər gördük. İnsan resursları və insan faktoruna önəm verməyimiz də vacib məsələlərdən biridir. Ümumiyyətlə, bizim fəaliyyətimizdə dəyərlər və insan amili birinci yerdə dayanır. İstənilən halda insan faktoru bizim fəaliyyətimizdə mərkəzi yerdə dayanır. Təbii ki, mənfəət əldə etmək çox önəmlidir, amma bu mənfəətin hansı yolla əldə edilməsi ondan daha vacibdir. İnsan amili deyərkən biz burada təkcə işçilərimizi nəzərdə tutmuruq. Biz Korporativ Sosial Məsuliyyəti və cəmiyyətə verdiyimiz dəyəri də nəzərdə tuturuq. Beləliklə, insan resurslarının idarə edilməsi sahəsində, maliyyə, marketinq və kommunikasiya idarəetmələri sahələrində, hüquq idarəetməsi sahəsində və sair sahələrdə holdinqdə funksional idarəetmə sistemi tətbiq olundu. Bununla bağlı layihələrimiz hələ də mərhələ-mərhələ davam edir. Burada məqsəd ondan ibarətdir ki, sadalanan sahələrdə holdinqin şirkətlərinin fəaliyyətinə dəstək təmin edilsin, onlar idarəetmənin daha yeni metodlarını tətbiq etsinlər. Əldə etdiyimiz konkret nəticələrə gəldikdə isə Şəmkir Quşçuluq əssisəmiz barədə misal çəkə bilərik. 2005-ci ildən fəaliyyət göstərən əssisəyə 2012-ci ildən investisiya qoyuluşunun ikinci fazası həyata keçirilməyə başlanıb. Yumurta istehsalı üzrə ixtisaslaşmış əssisəmiz istehsal gücünü bundan sonra 6-7 dəfə artırdı. Bu əssisə hazırda Azərbaycanda istehsal olunan yumurtanın 9-10 faizini istehsal edir. Bu sektorda fəaliyyətimizin əsas bir hissəsi də sosial amilə yönəlib. Belə ki, yumurtanın qiymətinin artmasının qarşısının alınması və sabit saxlanması üçün biz bu istehsala böyük diqqət yetiririk. Yumurta istehsalı həcmini artırmaq, qıtlığı aradan qaldırmaqla biz bu ə öz töhfəmizi vermiş oluruq. İlk yumurtanı biz təxminən 2013-cü ilin fevralında satışa çıxardıq. Qayəmiz odur ki, yumurta əsas, ilkin tələbat məhsullarından biridir və strateji məhsuldur, ona görə də onun istehsalına diqqət göstərmək zəruridir. Ölkə rəhbərliyinin də bu sahəyə həssas yanaşması öz məsuliyyətini dərk edən şirkətləri bu sahədə olduqca diqqətli olmağa səsləyir. Ona görə də biz qiymətlərin spekulyasiyasının qarşısını almaq üçün bundan sonra da bu sahədə prinsipial fəaliyyət göstərəcəyik. Biz işimizi düzgün quraraq bazar möhtəkirlərini, qiymətlərdən sui-istifadə etməyə çalışanları bazardan çıxarmağa nail oluruq. Çalışırıq ki, bazarlarda ədalətli qiymət olsun. AtaBankisə bank sektorunda özünün unikal layihələri ilə çıxış edir və fərqlənir. Nağdsız ödəmələr sahəsindəAtaBank”ın həyata keçirdiyi uğurlu layihələri bu baxımdan qeyd etmək olar. Bu məsələ bank sektorunda bu gün əsas məsələlərdən biri hesab edilir. AtaBanknağdsız ödənişlər sahəsində ən aktiv banklardan biridir. Həmçinin, şirkətlərimizdənAtaSığorta”nın fəaliyyətində olan dönüşü də vurğulamaq istərdim. Ötən il bu şirkət demək olar ki, öz biznesinin yenidən qurulmasını həyata keçirdi. Ötən iliAtaSığortabütün göstəriciləri üzrə rekord nəticə ilə bitirdi. Həm artım templərinə, həm də digər göstəricilərinə görəAtaSığortaşirkəti sığorta bazarında trend yaradan şirkətlərdən birinə çevrilib.

-2013-cü il üçün elan etdiyiniz hədəflərə çata bildinizmi?

- Təbii ki, biz elan edilmiş hədəflərə çatdıq. Bütün şirkətlər büdcə proqnozlarını artıqlaması ilə yerinə yetirdilər. İkinci hədəf isəAtaHolding”in imicini daha da yüksəltməkdir ki, buna da nail olduq. Pul qazanmağın müxtəlif yolları var. Siz elə yollarla pul qazana bilərsiniz ki, bu zaman heç imicə fikir verməmək də olar. Amma bizim şirkət üçün bizneslə məşğul olarkən imicimizi qorumaq, dəyərlərə prinsipial diqqət yetirmək öndə gəlir. Şirkət rəhbərliyi tərəfindən də qarşımıza qoyulan əsas vəzifə bundan ibarətdir. Bu baxımdan, ötən il qarşıya qoyduğumuz hədəflərə nail olmaqla bərabər, həm də dəyərlərin qorunub saxlanılması, onların əldə rəhbər tutulması ilə biznesimizi daha da inkişaf etdirmişik.

-Korporativ Sosial Məsuliyyət sahəsindəAtaHoldingbir müddətdir müxtəlif maraqlı layihələr həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik

- Əlbəttə ki, “AtaHoldingbu sahəyə böyük diqqət yetirir və bu sahədə yeni təşəbbüslərlə çıxış edir. "AtaHolding" Korporativ Sosial Məsuliyyəti tam məsuliyyətilə dərk edir. Holdinq sosialyönümlü proqramlarda, xeyriyyə tədbirlərində innovativ təşəbbüslərlə çıxış edir, bu təşəbbüsləri eyni uğurla da reallaşdırır. Mədəniyyət, incəsənət, təhsil, sosial dəstək, aztəminatlıların faydalanması üçün xüsusi aksiyalar və sair layihələrlə aktiv çıxış edirik. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alanfilminin bərpası və rənglənməsi “AtaHoldingASC-nin həyata keçirdiyi ən sonuncu layihəsidir. “Arşın mal alanfilmi dünya kino sənayesinin əsas mərkəzi olan Los-Ancelesdə, yəni “Hollywoodda bərpa edildi və rəngləndi. Layihə 9 ay ərzində həyata keçirildi. Layihənin üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışdı. Ümumiyyətlə, “AtaHoldingKorporativ Sosial Məsuliyyətə fəaliyyətinin əsas hissələrindən biri kimi yanaşır. Bütün layihələrdə məqsədimiz sosial problemlərin həll olunmasına yardımçı olmaq, insanların rifah halının daha da yüksəldilməsinə töhfə verməkdir. Onu da qeyd edim ki, “AtaHolding” 2008-ci ildə sosial məsuliyyət sahəsində BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulub. 2007-ci ildən Beynəlxalq Hokkey Federasiyasının sponsorudur və 2013-2017-ci illər dövründə Beynəlxalq Güləş Federasiyasının baş sponsoru olması haqqında müqavilələr imzalayıb. Hazırda “AtaSportklubu holdinqin himayəçiliyi ilə fəaliyyət göstərir. “AtaHolding” ölkədə idmanın inkişaf etdirilməsinə yardım etmək və Azərbaycanın adını beynəlxalq səviyyədə daha da tanıtmaq məqsədilə beynəlxalq yarışların keçirilməsinə sponsorluq edir.

İlkin AĞAYEV

Palitra.-2014.-5 fevral.-S.10.