Günel Qurban: “Almaniyada
tələbənin uğuru onun
çalışqanlığından asılıdır”
“Almaniyada mövcud hakimiyyətin siyasətinin yaratdığı problemlərdən, bürokratiyadan mən yetərincə yorulmuşam”
Almaniyanın Potsdam Universitetinin doktorantı
Günel Qurbanla müsahibəni
təqdim
edirik
-Günel xanım, mümkünsə oxucularımıza özünüzü
tanıdın.
-Mən,
Bakı şəhərində
anadan olmuşam. Alman dili biliklərimi təkmilləşdirmək və
Azərbaycanı
Almaniyada təmsil etmək
hüququnu ilk dəfə 15 yaşında
Alman Pedaqoji Mübadilə
Xidmətinin
təqaüd
proqramında iştirak
etməyimlə qazanmışam. Alman dilinə
və
alman xalqının mədəniyyətinə olan həvəs mənim
Azərbaycan
Dillər
Universitetində
təhsil
almağıma gətirib çıxardı. Alman dili
üzrə
Tərcümə fakültəsini
bitirdikdən
sonra bir müddət
öz ixtisasım üzrə
Azərbaycanda
işlədim.
Dilçilik üzrə
praktik və nəzəri biliklərimi məhz
Almaniyada akademik səviyyədə təkmilləşdirməyin düzgün yol olduğunu illər boyu bilsəm
də,
ailəmin
maddi imkanlarının
o qədər də
yüksək
olmamağı bu arzumun reallaşmasına
mane olurdu. Maddi problemlərimizi həll
etdikdən
sonra, 2011-ci ildə Almaniyaya arzu və
məqsədimi həyata
keçirməyə getdim. 2013-cü ilin noyabr ayında Potsdam Universitetinin Xarici Dil Linqvistikası ( alman və rus dilləri)
istiqaməti
üzrə
magistr pilləsinin məzunu
oldum. Potsdam Universitetində elə
həmin
ilin yayında, universiteti tam bitirməmiş qiymətlərimin yaxşı olmasından dolayı mənə
Fəlsəfə fakültəsinin doktorantura pilləsində
tədqiqat
işi aparmağım
üçün icazə verildi.
-Xaricdə təhsilin
hansı üstünlükləri var?
-Xaricdə
təhsilin,
mən
deyərdim
ölkədən asılı olaraq üstünlükləri
və
bununla bərabər
mənfi
tərəfləri də ola bilər. Dediyimiz üstünlükləri əldə etməkdən ötrü xaricdə təhsil
alan tələbələrin çoxu qərib mühitdə az və
ya çox miqdarda mənəvi sıxıntılar içərisində olurlar. Bunu qıraqdan duymaq
çox çətindir. Nailiyyətlər kiçik və ya böyük əziyyətlər hesabına
başa gəlir. Ən birinci nailiyyət getdikləri ölkənin
dilinə
mükəmməl yiyələnmə və dil daşıyıcıları
ilə
birbaşa ünsiyyət şanslarının olması,
ixtisasdan və seçdikləri
universitetdən
asılı olaraq, praktik və
ya nəzəri biliklərinin
artması, qaldıqları
ölkənin
xalqının mədəniyyətini
yaxından tanıma imkanlarından yararlanmalarıdır. Misal üçün,
Almaniya müxtəlif xalqların nümayəndələrinin
məskunlaşdığı
ölkə
olduğundan, multimədəniyyətə malik bir dövlətdir. Bu səbəbdən çoxmillətli ölkələrdə yaşama
zamanı daha çox xalqların mədəniyyətinin və
mentalitetinin özəlliklərini tanımış olursan.
Daha bir üstünlük isə
oxuduğun universitetin
və
ya ali
təhsil
ocağının zəngin kitabxanasından yararlanma imkanıdır. Digər ölkələrin universitetlərində bilmirəm,
amma Almaniyada yaşadığın şəhərdən
asılı olmayaraq, oxuduğun ali
təhsil
müəssisəsinin kitabxanasından ölkə daxilində
və
xaricində
yerləşən kitabxanalardan elmi və
ya mədəni əhəmiyyətə malik əsərləri qısa müddət
ərzində əldə edə
bilərsən. Belə ki, tələbə
və
ya oxucu, sifarişini edir, məsafədən asılı
olmayaraq istədiyi kitabı oxumaq imkanı qazanır.
Mənim təhsil aldığım istiqamət üzrə
biliklərimin
artması daha çox öz çalışqanlığımdan və
daim yararlandığım
kitabxananın zənginliyindən düzgün istifadə etmə
qabiliyyətimdən irəli
gəlir. Almaniyada tələbələrə daha çox sərbəst
işləmə imkanı verildiyindən professorların bilik və
təcrübələrindən
gündəlik
yararlanmaq o qədər də asan deyil. Yəni, bir tələbənin
əldə edəcəyi uğur onun elmə
olan həvəsi,
çalışqanlığı və
kreativliyindən
daha çox asılıdır.
-Siz diaspor fəaliyyətinizdə yaşlı nəsil diaspor
nümayəndələrinin təcrübələrindən
nə
kimi yararlanırsınız?
-Mən
yaşlı nəsil diaspor nümayəndələrinin
təcrübələrindən
bu günə qədər yararlana
bilməmişəm, çünki kimsəyə bu yöndə
təəssüf
ki, müraciət etməmişəm. Amma Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin rəhbəri Samirə xanım Patzer-İsmayılovanın
gənclərə xüsusi
dəstəyinin və
onları diaspor fəaliyyəti istiqamətində həvəsləndirməyinin
dəfələrlə
şahidi olmuşam.
- Almaniyada
Azərbaycanın
təbliğ
olunması istiqamətində hansı işlər görürsünüz?
-Uğurlu işlərə müvəffəq olmaqdan ötrü mütləq müəyyən çevrə
və
ya kütlənin içində
olmaq gərəkdir.
İkinci olaraq isə
maddi tərəfdən yaranan baryerləri aşa
bilmək
imkanının olmasıdır
ki, bu da
öz şəxsi vəsaitləri hesabına təhsil alan tələbələr üçün
heç də asan deyil. Xırda
çevrədə öz dostlarımın və
ya professor heyətinin arasında Azərbaycanı təbliğ etmək
üçün alman
dilində
nəşr
edilmiş Azərbaycanın tarixi, mədəniyyəti haqqında kitabları hədiyyə edirəm
və
ya Azərbaycan mətbəxi ilə tanış edirəm.
İrimiqyaslı işlərə gəldikdə isə
2012-ci ildə
ATƏT-in baş katibi
Lamberto Zanyerə “Dağlıq Qarabağ Respublikası” adlandırılan
qondarma qurumda keçirilən
prezident seçkilərinə etiraz məktubum
olmuşdu. Bu, ilk təşəbbüsüm idi, imza toplamaq
lazım idi, yalnız bir neçə
tələbə öz imzaları ilə öz etirazlarını bildirdilər, təəssüflər olsun ki, ən böyük ağrımız
olan Qarabağ mövzusunda həssaslıq və birlik hiss etmədim.
Xarici mətbuatda Azərbaycanla
bağlı hansısa
qeyri-dəqiq
və
ya qərəzli xəbər gedəndə, dəfələrlə
etiraz etmişəm. 2012-ci ilin
sonunda isə SOCAR-ın
maliyyələşdirdiyi bir diaspor təşkilatının
maddi dəstəyi
ilə,
məqsədi Azərbaycanın
Avropa və Asiya arasında bir körpü rolunu oynadığını xarici
millətlərə və almanlara nümayiş etdirməkdən ibarət
olan bir tədbirin
təşkilatçılığını
Berlində
yaşayan həmyerlimizlə öz üzərimizə
götürdük və məncə, iki hissədən ibarət
tədbir
çox uğurlu da alındı, eyni zamanda ölkə mətbuatında
geniş işıqlandırıldı.
Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı
tədbirlərə azərbaycanlı olaraq qatılmaq, təhsil
aldığın universitetdə biliyin ilə
digər
tələbələrdən fərqlənməyin özü
elə,
Azərbaycanı
təmsil
edib, onu pozitiv tərəfdən təbliğ etməkdir.
- Almaniyada sizə
Azərbaycanı
daha çox nə
xatırladır?
-Ölkəmi
azərbaycanlıların
təşkil
etdikləri
tədbirlərdə başımızın
üstündən
asılan Azərbaycan bayrağı və Azərbaycanın
Berlindəki
səfirliyi
xatırladır.
-Azərbaycan
xalqının hansı
cəhəti almanlar üçün nümunə
ola bilər?
-Bu suala məntiqli
cavabı mən iki ildir axtarıram.
Düşünürəm
ki, azərbaycanlıların qonaqpərvərliyi, yardımsevərliyi , tolerantlığı, millətçi
olmamaları digər xalqlar üçün nümunə
ola bilər.
-Azərbaycanlı gənclər diaspor quruculuğu işində,
eləcə də
diaspor tədbirlərində fəal
iştirak edirlərmi?
-Səmimi
münasibətimi
bilmək
istəyirsinizsə deyərdim
ki, əyləncə olan tədbirlərə böyük
maraqla qatılırlar.
Təbii ki, hər kəsə şamil etmək olmaz.
Mən özüm də diaspor tədbirlərinə son ildə
demək
olar ki, qatılmayan insanlardanam.
Bunun da bir sıra
səbəbləri var. İnsanlar
arasındakı siyasi
baxışların, dünyagörüşlərinin fərqliliyi
istər-istəməz onların
bir araya tez-tez gəlməsinə imkan vermir. Məcburiyyət qarşısında bir araya gəlsələr
də,
ikinci dəfə
oxşar tədbirlərdə iştirak
etmək
istəmirlər. Mən onu deyə bilərəm ki, dövlət səviyyəsində diaspor təşkilatlarına
böyük maddi dəstək var, yalnız azərbaycanlıların
“bir-birinin ayağının
altını qazma” xüsusiyyəti
daha böyük nəticələrin və uğurların əldə olunmasına
kifayət
qədər əngəllər törədir.
- Dünya
Azərbaycanlı
Gənclər
Birliyinin gənc diasporumuzun
birləşməsində
və
aktivləşməsində
nə
kimi rolu var?
-DAGB qısa müddətdə yaranmasına baxmayaraq, qarşısında mühüm vəzifə və öhdəlikləri olan Azərbaycan Respublikasındakı gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirən təşkilatdır. Bu yolda onlara uğurlar arzulayıram!
-Sizin
fikirlərinizin
alt qatına vardıqda, sanki
Almaniyada yaşamağınızdan peşman kimi görünürsüz?
-Hər hansı bir xarici ölkəyə istər turist kimi, istərsə də başqa məqsədlərlə qısamüddətli getdiyində uzunmüddətli yaşayış zamanı qarşına çıxan qayğılardan, problemlərdən xəbərsiz olursan. Bu səbəbdən də bəzi azərbaycanlıların hələ də düşüncəsində “Avropada yaşayırsa, bəxtəvər adamdır” fikirləri mövcuddur. Təəssüf doğuran məqam isə budur ki, bunu iddia edən insanların çoxu bir dəfə də olsun Almaniyada olmayan insanlar və yaxud da Almaniyada yaşayarkən heç bir maddi problemi olmayan şəxslərdir. Maddi problemi olmayan insan işləmək haqqında düşünmür, ona iş də gərəkmir , iş axtarmaq da. İşləyərkən qarşılarına çıxa biləcək bir sıra neqativ hallardan xəbərsiz olurlar. Bu cür hallar kifayət qədərdir. Qısası, yaşadığın ölkədə hər cür, həlli çətin olan vəziyyətlərə düşmədən nə o dövlətin siyasətinin, nə də millətinin hansı xüsusiyyətlərə malik olduğunu anlaya bilərsən.
Mənim
peşmançılığıma gəldikdə isə, düzgün
müşahidə etmisiniz, tərəzidə ölçsək, peşman
olduğum məqamlar
daha ağır gələr, amma
elm istiqamətində daha
çox biliklər
əldə etdiyimə görə,
özüm-özümə
təskinlik verirəm. Bəzən dostlarım və ya
ətrafımda olanlar mənim
öncələr dediklərimi və
yazdıqlarımı çaşdırırlar, mən almanın mənəvi-əxlaqi
xüsusiyyətlərini nümunə gətirə
bilərəm, amma
bu o demək deyil
ki, mən
Almaniyada siyasi sistemi tərifləməliyəm.
Almaniyada mövcud
hakimiyyətin siyasətinin
yaratdığı problemlərdən, bürokratiyadan
mən yetərincə yorulmuşam.
Fuad Hüseynzadə
Palitra.-2014.-5
fevral.-S.7.