“Sənayedə innovasiya və onun tətbiqi başlıca şərtdir”
İsa Qasımov: “Sənaye ili”ndə qarşıya qoyduğumuz başlıca hədəf gənclər arasında təşəbbüskar yanaşmanı təşviq etməkdir”
“Sənaye
ili” ilə bağlı olaraq müsahibimiz Qafqaz Universiteti
Texnoparkının rəhbəri
İsa Qasımovdur.
-Texnoparkınızın
hazırkı fəaliyyəti
nə
yerdədir?
- Təqribən bir il əvvəl təsis edilmiş Qafqaz Universiteti Texnoparkı hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTexnoparkının fəaliyyəti istər kadr hazırlığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılması ilə sahibkarlığın inkişafı, eləcə də şirkətlərlə əməkdaşlığın daha da genişlənməsi yönündə səmərəlidir.
Hazırda texnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazidə müxtəlif şirkətlərə ayrılmış ofislərdə 10-dan çox layihənin inkişafına dəstək verir. Bu prosesdə şirkətlər universitetin professor-müəllim heyəti, həmçinin tələbə və elmi-tədqiqatçıları (magistrant və doktorantlar) ilə sıx əməkdaşlıq edirlər. Hazırda QUTexnoparkda ofis açaraq fəaliyyət göstrərən şirkətlər aşağıdakılardır: Azer.Net MMC, SENTRA MMC, MONtech MMC, AZEL ELEKTRONIK LTD, NEVO, ALEA JACTA Est, MilliByte MMC, Mina MMC, REFECTUM COMPANY MMC.
Hazırda şirkətlərin sayının artırılması, həmçinin layihə çalışmalarının inkişaf etdirilməsi üçün iş aparırıq. Yuxarıda qeyd olunan şirkətlərdən biri (AZEL ELEKTRONIK LTD) xarici firmadır. Texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün beynəlxalq təcrübə önəmlidir. Ona görə də xarici firmaların cəlb edilməsinə də ciddi əhəmiyyət veririk. Bu məqsədlə yenicə başqa bir xarici firmadan təklif almışıq. Həmin firmanın da iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqatlar müstəvisində maraqlı təklifləri var. Yəqin ki, biz onalara QUTexnoparkda yer verəcəyik. Burada qeyd etməliyəm ki, QUTexnoparkda ofis kirayələmək üçün şirkətlərə qoyulan başlıca şərtlərdən biri kimi, iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqatların aparılmasına yönəlmiş layihələrinin olmasıdır. Əks təqdirdə şirkətlərin texnoparkda ofis açmasının ciddi bir mənası olmur. QUTexnopark qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafına dəstək verilir.
Hazırda YFM 2013 layihəsinin qalib komandaları təklif etdikləri iş fikirlərinin şirkətləşdirilməsi üçün QUTexnoparkda qurulmuş İnkubasiya Mərkəzində onlar üçün təşkil edilmiş ofisdə fəaliyyətlərini davam etdirirlər. Sahibkarlığın inkişafına dəstəyi artırmaq üçün QUTexnoparkın həyata keçirdiyi digər bir layihə isə "Təşəbbüskarlıq seminarları"dır. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən proqramlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq seminar-müzakirələri təmin olunur. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.
Bütün bunlarla yanaşı, QUTexnoparkın işgüzar çevrəsinin inkişaf etdirilməsi üçün iş dünyasının dövlət və özəl sektora aid müəssisələri, eləcə də universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlığımızı inkişaf etdiririk.
- Texnoparkınızın əməkdaşlıq məsələləri ilə bağlı fikirlərinizi bilmək istərdik. Yəni şirkətlər və əgər xarici əməkdaşlıq varsa bunlar barəsində bildirin.
- Yuxarıda bu haqda məlumat
verdim. Ancaq qeyd etdiyim kimi ekosistemin səmərəli inkişafı
üçün beynəlxalq təcrübənin öyrənilməsi və
gətirilməsi önəmlidir.
Bu zaman yerli
biznes dəyərlərinin nəzərə alınması
mütləq
mənada
vacibdir. Yerli biznes
dəyərləri nəzərə
alınmadan beynəlxalq təcrübənin tətbiqi
uğursuz alına bilər.
Səmərəli əməkdaşlığın
inkişaf etdirilməsi üçün xarici firmaların dəvət
edilməsi
ilə
yanaşı, yüksək texnologiyaların gətirilməsi də
mühüm məsələlərdəndir. Burada
üzərində dayandığımız ən önəmli məqamlardan
biri innovasiyaların tətbiqində və
ya yenilikçi yanaşmanın formalaşmasında
rol alan
təlimlərin və
ya təcrübə mübadiləsinin
təşkil
edilməsidir.
Bu məqsədlə tez-tez layihələr həyata
keçiririk.
- Bildiyiniz kimi, Azərbaycanda
bu il
Prezident tərəfindən “Sənaye
ili” elan edilib. Bununla bağlı nə deyə
bilərsiniz?
Sənaye ilindən
gözləntiləriniz nədir?
- Bu, gözlənilən idi və
sevindirici məqamdır. Əgər davamlı inkişafa nail olmaq istəyiriksə, sənayeni
inkişaf etdirməliyik. Bu, istər
neft sektorunun, istərsə də
qeyri-neft sektorunun inkişafında önəmlidir. Təsəvvür edin ki, biz ixrac etdiyimiz nefti xammal şəklində deyil, emal edərək müxtəlif hazır məhsullar şəklində təmin
edə
bilsək,
gəlirlərimiz dəfələrlə
çox olar. Bu həm
də
əhalinin
işlə
təmin
olunmasında da ciddi rol oynaya
bilər.
Digər bir nümunə gətirək; biz qeyri-neft sektoruna aid məhsul
kimi almanı da ixrac edirik.
1 ton alma satdığımız
zaman ölkəyə daxil olan pulun miqdarı
bir neçə yüz ABŞ dolları təşkil
edir. Lakin idxal etdiyimiz
hər
hansı sənaye məhsulunun
1 tonuna görə ödədiyimiz
valyuta miqdarı daha çoxdur. Fikrimcə, biz sənayeni
inkişaf etdirməyə məcburuq. Bizim başqa yolumuz da yoxdur. Çünki biz inkişaf edərək güclü
olmalıyıq ki, qarşıya qoyduğumuz
hədəflərə
çataq.
Əlbəttə, sənayenin
inkişafı yüksək texnologiyalarının inkişafı
ilə
mümkün olacaq. Bu isə
innovativ yanaşmaları
ilə
fərqlənən yüksək təhsilli
insan gücü ilə
baş verəcək. Yüksək texnologiyaların inkişaf etdirilməsi işi arzu edilən yüksək
səviyyəli kadr hazırlığı,
həmçinin
iqtisadi inkişafa əsaslanan
elmi-tədqiqatlarla
paralel aparılmalı
olan prosesdir. Bu prosesdə
işin hərətərfli aparılması üçün
isə
universitetlərin
tərkibində formalaşdırılacaq texnoparkların
inkişaf etdirilməsi ən
önəmli
məsələlərdəndir. Burda diqqət
edilməli
digər
məqamlardan
biri də bu prosesin uzunmüddətli bir iş olmasıdır.
Mən
ümid edirəm ki, ölkə rəhbərliyi 2014-cü il “Sənaye ili” çərçivəsində davamlı iqtisadi inkişafı təmin edəcək qanunvericilik bazasını
formalaşdıracaq, texnoparkların
inkişafı üçün
zəruri
olan nizamlayıcı və
təşviqedici
hüquqi sənəd təmin ediləcək. Çevikliyi,
həmçinin
təşviqedici
yanaşmaları ilə sənayenin
inkişafına təkan verəcək qanunvericiliyin ortaya qoyulması ən önəmli məqamlardandır.
- “Sənaye ili” ilə
bağlı sizin texnoparkın hansı fəaliyyət planları var? Hansı fəaliyyətləri həyata keçirməyi
planlaşdırırsınız?
- Ölkə Prezidentinin “Sənaye ili”ndə qarşıya qoyduğu hədəflərə
çatmaq üçün,
universitet daxilində formalaşdırılmış ilk texnopark olaraq, öz töhfələrimizi
verməli
olduğumuzun fərqindəyik. “Sənaye
ili”ndə
qarşıya qoyduğumuz
ən
başlıca hədəfimiz gənclər arasında təşəbbüskar
yanaşmanı təşviq etməkdir.
Əlbəttə, üzərində çalışdığımız layihələrdən əldə etdiyimiz
səmərəli nəticələrin tətbiqi, QUTexnoparkda ekosistemin zənginləşdirilməsi, layihə
çalışmalarına daha çox insanın cəlb edilməsinin təmin
edilməsi,
investorlarla əməkdaşlığın inkişaf
etdirilməsi
kimi planlarımız başlıca məqamlardır.
- İnnovasiyaların
texnoparkda intensiv tətbiqi
üçün hansı
şərtlər lazımdır? Sizin
bu barədə
hansı təklifləriniz var?
- İnovasiyaların tətbiqi texnoparkdakı fəaliyyətlərin əsasıdır. Üzərində iş aparılan layihələrdə innovasiya
yoxdursa, deməli həmin
layihələrin nəticələrindən
yüksək
texnologiyaların istehsalını
düşünməyin
mənası
yoxdur. Deməli, innovasiya və onun tətbiqi
başlıca şərtdir. İnnovasiyanın ortaya çıxarılması
və
inkişafı isə təşəbbüskar yanaşan gənclərin,
həmçinin
ixtisaslı insan gücünün varlığından
asılıdır. Fikrimcə, orta məktəb təhsilindən başlayaraq, universitetlərdə daha genişləndirilmiş
formada təşəbbüskar
yanaşma təmin edilməlidir.
Təhsilin səmərəli nəticələrinin əldə olunması,
birbaşa olaraq, təşəbbüskar yanaşma ilə mümkün
olacaq.
İstənilən təhsil
müəssisəsinin güclənməsi və
inkişaf səviyyəsi oradakı təşəbbüskar
yanaşma ilə birbaşa bağlıdır. Təşəbbüskar tələbə və müəllimlərə sahib olan
universitetlər
daha səmərəli iş sərgiləyə biləcəklər.
Dünya
təcrübəsindən bunu müşahidə edə
bilərik.
İstənilən güclü universitetin
fəaliyyət fəlsəfəsində
təşəbbüskar yanaşma var. Texnoparkdakı
imkanlar təşəbbüskar
gənclərə, həmçinin müəllimlərə öz fikirləri
əsasında
şəxsi
bizneslərinin
formalaşmasında, həmçinin patentləşdirmə prosesində
ciddi imkanlar verir.
- “Sənaye ili” ilə
bağlı hansı təklifləriniz var?
- Təkliflərim belə
ola bilər: Nizamlayıcı və təşviqedici
hüquqi bazanın formalaşdırılması lazımdır.
İdxalın azaldılması
üçün daxili
istehlakın təmin olunması istiqamətində regional sənayeləşmənin təmin
edilməsi
üçün: beynəlxalq təcrübədən faydalanaraq,
yerli ehtiyac və
potensiala əsasən "kopyalama"
üsulu ilə sənayenin
inkişaf etdirilməsi. Bu zaman qarşıya
qoyulan hədəflər planlı şəkildə yüksək
texnologiyaların istehsalına
keçidi təmin etməlidir.
Toxum sənayesi
inkişaf etdirilməli, regional inkişafda yüngül və
yeyinti sənayesinin inkişafını
təmin
edərkən, problemə
kompleks yanaşılmalı,
turizm və rekreasiya
potensialı nəzərə
alınmalı, yerli və
ya milli dəyərləri əks etdirən
potensialdan səmərəli
istifadə
edərək (bu innovasiya ilə mümkün olacaq), həmçinin
idxalın azaldılması
hesabına yerli istehsalın inkişafına
dəstək verilməlidir.
İxrac
potensialının artırılmasına
yönələn elm tutumlu sənaye
sahələrinin inkişaf etdirilməsi üçün innovativ yanaşmalardan istifadə edərək yeni təsərrüfat sahələrinin inkişafı təmin edilməlidir
dedik. Məsələn, Azərbaycanın
əksər rayonlarında gülçülük
inkişaf etdirilə bilər.
Gülçülük potensialından istifadə edərək ətir
istehsalı sənayesini inkişaf etdirmək mümkündür. Bu sahə
valyuta gətirən
sahələrdəndir. Aqrar sahənin tədarük
etdiyi məhsullarının avrostandartlar əsasında emalı
və
ixracı təmin olunmalı, təbii sərvətlərin
xammal və ya konsentratlar formasında ixracı zamanla məhdudlaşdırılmalı,
emal və məhsul istehsalı ön plana çəkilməlidir.
İstər yerli istehlakın
təmin
olunmasında, istərsə də ixrac potensialının artırılmasında yüksək texnologiyalar istehsalında əhəmiyyətli olan texnoparkların inkişaf etdirilməsi üçün universitetlərdə təşəbbüskar yanaşma mühiti inkişaf etdirilməlidir. Həmçinin, Beynəlxalq
təcrübə öyrənilməli və
yerli biznes dəyərləri nəzərə
alınaraq tətbiq edilməlidir.
Beynəlxalq təcrübənin öyrənilməsi üçün müşahidə qrupları işləməli və yerli biznes etikası
nəzərə alınaraq
səmərəli təkliflər hazırlanmalı, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi işində
ölkə
xaricindən
müvafiq qaydada təlimçilər dəvət olunmalıdır. Şirkətlər sosial-iqtisadi inkişafa
səbəb olacaq elmi-tədqiqat işlərinə (ArGe) təşviq
edilməlidir.
Universitetlərdə formalaşdırılmış
texnoparklarda Texnoloji
Transfer Ofislərin
formalaşdırılması və
inkişaf etdirilməsi dəstəklənməlidir.
İlkin Ağayev
Palitra.-2014.-7 fevral.-S.10.