Bizim nəhəng bəstəkarlıq məktəbimiz olub

Cəlal Abbasov: “Gənc ifaçılar Azərbaycan

musiqisini ifa etmək üçün can atırlar”

Bəstəkar Cəlal Əşrəf oğlu Abbasov 8 may 1957-ci ildə Bakı şəhərində anadan olub. Görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun oğludur. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi), 1984-cü ildə bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunu (rəhbəri - F.Qarayev) bitirib. 1981-ci ildən SSRİ Bəstəkarlar İttifaqının üzvüdür.

Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru vəzifəsində çalışır.

Müxtəlif janrlarda bəstələnən və geniş kütlə arasında tanınan bir çox musiqi əsərlərinin müəllifidir. Əsərləri ABŞ, Almaniya, Fransa, Avstriya, İndoneziya, Koreya, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və s. ölkələrdə ifa olunub rəğbət qazanıb. 2002-ci ildə Cənubi Koreyada keçirilən Ümumasiya Bəstəkarları Birliyinin Forumunda (“Münacat-I” əsəri ilə) postsovet məkanından yeganəəllif olub.

Musiqisi “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Studiə Novoy Muzıki” və “Ansamblğ Marka Pekarskoqo” (Rusiya), “Ensemble Reconsil Wien” (Avstriya), eləcə də Azərbaycan Dövlət kollektivləri və solistlər tərəfindən ifa olunub.

Əsərləri “Music Fabrik” (Fransa), “Sovetskiy Kompozitor” (Rusiya), “İşıqvə başqa nəşriyyatlar tərəfindən nəşr edilib.

Azərbaycan xalq musiqisinin toplanma və təhlili prosesində fəaliyyət göstərir. Naxçıvan, Qarabağ, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyaların iştirakçısıdır. Elmi məqalələrin və mətbuatda çıxışların əllifidir.

1998-ci ildə IV simfoniyasına görə BMT mükafatına, 1990-cı ildə III simfoniya vəBahar mərasimikontatasına görə Azərbaycan Gənclər İttifaqı mükafatına layiq görülüb.

Bir sıra respublika müsabiqələrinin laureatı və qalibidir.

2000-ci ildəYüksək səviyyəli şagird hazırladığına görəBakı şəhəri Mədəniyyət şöbəsinin Fəxri Fərmanı ilə təltif olunub.

2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.

 

 

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovdur.

- Cəlal əllim, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Bəstəkarlar İttifaqı katibliyinin yeni tərkibi 2012-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Düşünürəm ki, Firəngiz xanım Əlizadənin 2007-ci ildə Bəstəkarlar İttifaqının VIII qurultayında sədr vəzifəsinə seçilməsi Azərbaycan musiqi sənətinin inkişafına bir təkan oldu. Möhtərəm Prezidentimizin fərmanı ilə, Azərbaycan Bəstəkarlar İttifaqının ənənəvi binası əsaslı təmirdən sonra özümüzə qaytarıldı. İttifaqın fəaliyyətində canlanma başlandı: konsertlər, pleniumlar, konfranslar, müxtəlif tədbirlər biri-birini əvəzləyir. Bölmələrin işi də bərpa edilib. Mən VIII-IX qurultaylararası zamanıGənclərlə bölməsinin həmsədri kimi çalışırdım. Biz mütəmadi olaraq yenicə bəstələnmiş əsərləri dinləyib, yeni-yeni gənc istedadları İttifaqa cəlb edib, onların seçmə əsərlərindən qurulmuş plenumlar keçirməyə başladıq. Yeri gəlmişkən, gənc bəstəkarların yaradıcılığına həsr olunan növbəti tədbir keçən ilin iyul ayında keçirildi. İki günlük konsert, dinləmələr və dəyirmi masadan ibarət olan plenumda təkcə Azərbaycanda deyil, Rusiyada, İranda, Türkiyədə yaşayan azərbaycanlı bəstəkarlar da iştirak etmişdi.

Yeni layihələrə gəldikdə isə məşhur Polşa bəstəkarı Vitold Lütoslavskinin 100 illiyinə həsr olunmuş tədbiri qeyd etmək istərdim. Konsertdə Azərbaycan musiqiçilərinin ifasında Lütoslavskinin müxtəlif kamera əsərləri səsləndi və onun həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirildi. Filmin Azərbaycan dilinə tərcüməsi və nümayişə hazırlanmasında bəstəkarımız Rüfət Xəlilov və onun həyat yoldaşı Günay xanımın əməyini qeyd etmək istərdim. Bu konsert-təqdimat müvəffəqiyyətlə həyata keçirildi və tədbirdə iştirak edən Polşa səfirliyi nümayəndələrinin böyük marağına səbəb oldu.

Bizdə elə bir həftə olmur ki, tədbir keçirilməsin. Məsələn, keçən ay 20 Yanvara həsr olunmuş tədbir keçirildi. Bu tədbirdə həm yeni əsərlər ifa olundu, həm də video-çarxlar izlənildi. Bu günlərdə Q.Qarayevin ad günü ilə bağlı gecə keçirildi.

Ötən ilin maraqlı layihələrdən biri dəAzərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatındaadlanır. Ümumiyyətlə, gənc ifaçılar dedikdə, musiqi məktəblərinin yuxarı sinif şagirdlərini, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin, Konservatoriyanın və Musiqi Akademiyasının tələbələrini, həmçinin, həmin tədris ocaqlarını yenicə bitirmiş musiqiçiləri nəzərdə tuturuq. Adətən, tədris proqramında daha çox dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri üstünlük təşkil edir. Müasir musiqi isə nisbətən az ifa olunur. Biz yaşlı və ya dünyasını dəyişən bəstəkarların da əsərlərini ifa etməliyik. Unutmamalıyıq ki, bizim nəhəng bəstəkarlıq məktəbimiz olub. Digər tərəfdən isə, daha gənc bəstəkarların əsərlərini bu prosesə qatmaq yaxşı olardı. əllimlər vasitəsilə uşaqlara bu əsərləri təqdim edək ki, onlar bu əsərləri öyrənib, konsertlərdə ifa etsinlər. Yəni biz, klassik əsərlərlə yanaşı, yeni əsərlərə də müraciət edirik. Layihənin Yeni il ərəfəsində keçirilən ilk konsertində ölməz sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Tofiq Quliyev, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Zakir Bağırovun, eləcə də müasirlərimiz Musa Mirzəyev, Arif Məlikov, Firəngiz Əlizadə, Sərdar Fərəcov, Nərminə Nağıyeva və digərlərinin əsərləri də ifa olundu. Hesab edirəm ki, bu çox maraqlı bir layihədir və biz bunu mütəmadi olaraq davam etdirməyə çalışacağıq.

- Pleniumlarda, konsertlər zamanı gənc ifaçılar üzə çıxır və tanınır. Gənc ifaçılar arasında əsasən şagirdlər daha çox üstünlük təşkil edir, yoxsa tələbələr?

- Hər iki tərəf öz bacarıqlarını göstərməyə çalışır. Əsasən musiqi məktəblərində oxuyan şagirdləri xüsusilə vurğulamaq istəyirəm. Onlar üçün Azərbaycan Bəstəkarlar İttifaqının salonunda çıxış etmək böyük stimuldur. İstər musiqi kolleclərinin, istərsə də musiqi məktəblərinin əllimləri çalışqan şagirdlərini bizə təqdim edirlər. Biz də fürsət olduqda imkanlar yaradırıq.

- Qısaca da olsa, son yaradıcılıq uğurlarınız və yeni planlarınız haqqında söz açardınız.

- Yaradıcılığımdan danışsaq, deyərdim ki, keçən il mənim üçün nisbətən uğurlu il oldu. Aprel ayında Kiyevdə təşkil olunmuşAzərbaycan musiqisi günlərifestivalı çərçivəsində Ukrayna Dövlət Simfonik Orkestrinin ifasında (dirijor - Fəxrəddin Kərimov) mənim “Where are you, Ulysses? (“Sən haradasan, Uliss?”) adlı əsərim səsləndi. Bu, simfonik orkestr üçün bəstələdiyim on dəqiqəlik əsərdir. Bildiyiniz kimi, Uliss, və ya Odissey kimi tanınan klassik personaj daim axtarışda olduğu üçün mən də çalışdım ki, o axtarışları əsərdə əks etdirim.

Daha sonra isə, Qara Qarayev adına beynəlxalq festivalda orqan üçün yazdığımQara Qarayevin xatirəsinə Postlüdiyaadlı əsərim tanınmış musiqiçi Marianna Vısotskayanın ifasında səsləndi.

Bundan başqa, Mustafayev adına İncəsənət Muzeyində keçirilən konsertdə gənc ifaçı Cavad Cavadzadənin təqdimatında solo kontrabas üçünMünacat I” adlı əsərim səsləndi. Bu əsər ilk dəfə 2002-ci ildə Cənubi Koreyada keçirilənAsiya bəstəkarları liqası”nın festivalında ifa olunub. “Münacat”lar silsilə şəklindədir və hələ ki üç əsərdən ibarətdir. Hər əsər müxtəlif solo alətlər üçün bəstələnib. Münacat”ın mənası insanın daxilində edilən dua səsidir.

Keçən ilin uğurlarından söhbət açanda təbii ki, tələbələrimin nailiyyətlərindən danışardım. Burada, ilk növbədə Fərid Fətullayevin Respublika Gənclər Mükafatına layiq görülməsini qeyd etməliyəm. Eyni zamanda, Fəridlə bərabər digər tələbə və məzunlarım - Zəminə Əliyeva, Kamran Nəsirov və Sevinc Əliyevanın Bəstəkarlar İttifaqının tədbirlərində fəal və uğurlu çıxışlarına sevinməyə bilmərəm.

2014-cü il Azərbaycan mədəniyyəti üçün əlamətdar bir tarixdir: bu il Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi keçiriləcək. Bununla əlaqədar, İttifaqın sədri Firəngiz xanım Əlizadənin təşəbbüsü ilə Katiblik və İdarə heyətinin xüsusi iclasları keçirilib, bu iclaslarda Yubileyə həsr olunmuş tədbirlər planı müzakirə edilib. Əminəm ki, bu şanlı tarixi Azərbaycan bəstəkarları və musiqişünasları yeni nailiyyətlərlə qarşılayacaqlar.         

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-11 fevral.-S.13.