Dubayda nə gördük?

Ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin şəhəri Dubayda keçirilən, media və kommunikasiya məsələlərinə həsr olunmuş “International Trends and Issues Communication & Media Conference” adlı beynəlxalq konfransda iştirak etdik. Ötən saylarımızda da xəbər verildiyi kimi, konfransdaDünya kontekstində Azərbaycanda yeni medianın sosioloji problemləri” mövzusunda məruzə və məqalə ilə çıxış etdik.

Onu da bildirmişdik ki, dünyanın bütün qitələrini təmsil edən ölkələrdən, o cümlədən inkişaf etmiş Qərb ölkələrindən mütəxəssis və elm adamlarının qatıldığı beynəlxalq konfrans olduqca məhsuldar və maraqlı keçdi. Konfransda yeni media, sosial şəbəkələr, kommunikasiya və televiziya məsələləri ilə bağlı baxışlar, problemlər elmi səviyyədə müzakirə edildi. Beynəlxalq konfrans Türkiyənin bir çox məşhur universitetləri - Anadolu, Sakarya, Selcuq, İstanbul və sair tərəfindən təşkil olunmuşdu

Konfransa qatılmaqla bərabər, Birləşmiş Ərəb Əmirliklərinin hər əmirliyini olmasa da, Şarjah və Dubayı gəzmək, görmək imkanımız oldu. Bu baxımdan oxucular üçün maraqlı olacağını düşünüb, təəssüratlarımızı paylaşmaq istərdik…

Öncə Dubay və Şarjahın görünüşü və insanların həyatı barəsində. Şarjah Dubaya bitişik, amma inzibati baxımdan ayrı olan vilayət və ya əmirlikdir. Şarjah təbii ki, dəbdəbə və məşhurluq baxımından Dubayla müqayisə edilə bilməz. Həmçinin ənənəvilik və konservativlik baxımından da Şarjah “irəlidədir”. Amma burada da çox müasir binalar, otellər və sair yerləşir. Əsl dəbdəbə isə Dubayda özünü göstərir. Müasir və hündür binalar, dəbdəbəli həyat tərzi, bahalı maşınlar, əsrarəngiz əyləncəli yerlər, dünya brendi sayılan otellər, səliqəli küçələr, məşhur ticarət mərkəzləri və sairAmma təbii ki, bu dəbdəbə orada yaşayan hər kəsə müyəssər olan xoşbəxtlik deyil. Belə ki, yüksək sosial təminat yalnız BƏƏ-nin yerli sakinləri olan ərəblərə şamil oluna bilər. Qalanları - digər ölkələrdən gələn ərəblər, pakistanlılar, hindistanlılar və sairləri isə yüksək sosial təminat imtiyazlarından məhrumdurlar. Yəqin ki çoxları bu imtiyazlar - yeni doğulan uşaqların, yeni evlənənlərin və sair kateqoriyadan olanların hesabına minlərlə dollar yatırılmasından, digər təminat növlərindən xəbərdardır. Onu da qeyd edək ki, Dubayda və Şarjahda yerli ərəblər demək olar ki, gözə dəymirlər. Onları öncə hava limanında pasport nəzarətçiləri qismində(görünür, bu cür məsələlərdə yalnız özlərinə etibar edirlər - İ.A.), ya da sakitcə hansısa əyləncə yerlərinə, şəhər mərkəzinə gedəndə görmək olar. Ümumiyyətlə, onlar yalnız böyük ofis və vəzifələrdə çalışırlar. Ölkənin digər qalan işləri - otel biznesindən tutmuş, süpürgəçilərə qədər qalan bütün işlər isə əcnəbilərə həvalə edilib. Bu baxımdan, hara baxsan, ən çox pakistanlıları, hindistanlıları, eləcə də İndoneziya və Filippin kimi ölkələrdən gələnləri, habelə digər ərəb ölkələrindən olan miqrantları, həmçinin postsovet ölkələrinin sakinlərini və sair görmək olar. Olduqca böyük sayda miqrant və turist axınına görə də BƏƏ olduqca rəngarəng görünür. Miqrantların böyük əksəriyyəti kirayələrdə yaşayır. Hətta daha çox pul qazanan və ev almaq arzusunda olanları da ev ala bilmirlər. Çünki orada evlər olduqca bahalıdır. Buna baxmayaraq, Dubayda böyük biznes və imkanları kütləvi miqrant axınına səbəb olub. Həmçinin vergi tətbiq edilməməsi qazanmaq baxımından olduqca əlverişli fürsətlər yaradıb. Buraya ildən-ilə daha böyük investisiyalar cəlb edilir. İnvestisiya cəlb etmək üçün əsas stimullaşdırıcı qaydalardan biri investorun məxfiliyinin qorunmasına tam təminat verilməsidir. Məsələn, hər hansı bir otelə investisiya yatıranın kimliyinin onun istəyi ilə gizli saxlanmasına tam təminat verilir. Əgər işçilərdən kimsə investorun kimliyi ilə bağlı məlumatları harasa ötürərsə, onu Dubay qanunlarına əsasən ən ağır cəza - edam gözləyir. Müqayisə üçün deyək ki, məsələn, İsveçrə bankları pul yatırmış insan barədə məlumatları açıqlayırlar. Amma Dubaya yatırım qoyanlar barədə bu cür açıqlamalar ola bilməz və bu da investorlara, xüsusən də dünyanın bütün yerlərindən olan və kimliyinin gizli saxlanmasını istəyən sərmayəçilərə göydəndüşmə bir fürsətdir. Dubayda investisiyaları şişirdən əsas səbəblərdən biri də budur...

Dubayın, eləcə də Şarjahın küçələrində təmizlik, səliqə var. Xüsusilə də yol hərəkəti qaydalarına diqqət və məsuliyyətlə əməl edilir. Bu baxımdan bizdəki sürücülərin onlardan öyrənməli olduğu çox şeylər var… Hətta, ən mənsəbli ərəblərin belə, harınlıqdan uzaq olduğunu və piyadalara qarşı həddindən artıq həssas və məsuliyyətli olduqlarını müşahidə etdik… Həmçinin Dubayda taksi sistemi də təkmildir. Amma nəbadə, orada taksi xidməti təklif edən adi sürücülərə etibar edəsiniz. Hava limanından çıxan kimi belə birinin - uzun saqqallı, ənənəvi uzunətək paltar geyinmiş və özünü mömin kimi qələmə verən bir pakistanlının sürücü xidmətindən yararlandıqdan sonar buna əmin olduq. Belə ki, bizi otelə qədər 30 dollara aparacağına söz verən adam otelə çatanda əlavə 10 dollar da tələb etdi. Üstəlik, mobil telefonu onun köhnə maşınında unutduqdan sonra, düz səfərin sonuna qədər bizi intizarda saxladı. Adam telefonu qaytarmaq istəmirdi vəuzaqda olduğunu” bəhanə gətirirdi. Son gün Bakıya qayıtmağa 3 saat şalmış, polisin gücü ilə onu hava limanına gəlməyə vadar etdik. Amma “halallıq olsun” deyə, 20 dollar da hava limanına gəldiyinə görə ona verməli olduq. Oteldə isə demişdilər ki, ümumiyyətlə, bu cür “taksi”lərin xidmətindən istifadə etmək tövziyə edilmir. İstər təhlükəsizlik, istərsə də qiymət baxımından rəsmən taksi olanların xidmətindən yararlanmaq lazımdır.

Qeyd etdiyimiz kimi, Dubay özünün ticarət mərkəzləri ilə də məşhurdur. Burada ən məşhur ticarət mərkəzi nisbətən yeni istifadəyə verilmiş məşhur “Dubay Malldur. Məşhur “Bürc Xəlifə” adlı binanın yaxınlığında olanDubay Mallbir neçə mərtəbədən ibarət, olduqca yaraşıqlı, dəbdəbəli, original dizaynlıdır, çeşidli malların satıldığı bir mərkəzdir. Amma bizə görə, buradakı qiymətlər dəətli dərəcədə yüksəkdir. Burada dəətli bahalıq olduğunu demək olar. Xüsusilə də geyim növləri Azərbaycana görə, olduqca bahalıdır. Doğrudur, bizdə də buradakı xarici brendlər bahadır, amma hər halda, bunu kompensasiya edən daha əlverişli və ucuz türk brendləri var. “Dubay Mallda isə məsələn, bir uşaq kostyumu aşağısı 600 dollar civarındadır. Ümumiyyətlə, azərbaycanlı turist üçün Dubaydan geyim almağa dəyməz. Orası yalnız texniki vasitələr - televizor, telefon və bir də ətriyyat almaq üçün yararlıdır. Dubayda alış-veriş üçün nisbətən əlverişli olanDairy Centeri qeyd etmək olar. Buradakı qiymətlər “Dubay Malla nisbətən ucuzdur. Bu baxımdan bizim turistlərə Dubayda olarkən “Dairy Center”dən alış-veriş etməyi məsləhət görmək olar.

Ən hündür bina sayılan “Bürc Xəlifə” şəhərin ən görməli yerində yerləşir. Uzunluğu 900 metrə yaxındır. Demək, Səudiyyə Ərəbistanı bununla bəhsə girişərək yaxın zamanda bundan da uca bina tikdirməyi planlaşdırır. Deyilənə görə, bu, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun xoşuna gəlməyib. O, bunu qüruruna sığışdırmayaraq dərhal bildirib ki, Səudiyyə Ərəbistanı bundan böyüyünü tikərsə, o, daha da böyüyünü ucaldacaq... Beləcə, "Min bir gecə" nağılları davam edir hələ də... Bundan başqa, Dubayın Fars körfəzi sahilində palma şəklində salınmış 3 şəhər massivi də olduqca məşhurdur. Buradakı ofis və evlər olduqca bahalı qiymətə satılır. Birincipalma” layihəsi uğurlu alındıqdan sonra ikinci və üçüncüsünə investisiya yatırmağa tələsənərin sayı çox olub. Bununla belə, bu dəbdəbə əslində təbiətə qarşıdır - körfəzi zəbt edən “palmalar balıqların, faunanın miqrasiyası və artımına böyük əngəllər yaradıb…

Təəssüratlardan biri də budur ki, Dubayın hazırkı siması və müasir dizaynı sanki hansısa pərdəarxası qüvvələrin gözəgörünməz idarəçiliyi ilə ərsəyə gəlib. Vaxtının çoxunu əyləncə və ovlarda keçirən buradakı ərəblərin bu cür müasir şəhərsalma və idarəçilik sistemi yarada bildiklərinə bir qədər şübhə ilə yanaşırsan. Yaxud təsadüfi deyil və eləcə də maraqlıdır ki, dünyada önəminə və miqyasına görə Olimpiadaya bərabər tutulan “EXPO - 2020” də məhz Dubayda keçiriləcək. Türkiyənin İzmir şəhəri və sair modern, iddialı şəhərlərin də bununla bağlı qatıldığı yarışdan məhz Dubay qalib ayrılıb. Özü də məhz ingilislərin, o cümlədən Böyük Britaniya baş naziri Devid Kemeronun birbaşa səyləri və lobbiçiliyi nəticəsində

Bu barədə onu da qeyd etməyə dəyər ki, Dubay əmiri, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmmədin bir neçə kitabı çap olunub. Ölkənin inkişafı və həyata baxışlarını əks etdirir. İngiliscə olan kitablardan biri ilə oteldə tanış olmaq imkanı qazandıq. Təxminən belə başlayır: Ceyran düşünür ki, meşədə ən sürətlə qaçanı odur, aslansa düşünür ki, ən sürətlə qaçıb ov edəni məhz odur…” Və sair və ilaxır… Kitab yenə dəMin bir gecə” nağıllarındakı təmsilləri və ya “Kəlilə və Dimnə”ni xatırladan “annotasiya” ilə başlayır…

İlkin AĞAYEV

Palitra.-2014.-13 fevral.-S.7.