“Doğu Akdeniz Universitetində işğal olunmuş
rayonlarımızın təbliğatını aparırıq”
Vahab Dadaşlı: “Xaricdə təhsil alan biz gənclər dövlətin bizə olan etimadını doğrultmağa
çalışmalıyıq”
Qəzetimizin
xaricdə
təhsil
alan tələbələrlə
bağlı layihəsi çərçivəsində
növbəti müsahibimiz
Şimali Kipr Türk Respublikasının Doğu
Akdeniz Universitetinin İctimai əlaqələr
və
reklamçılıq fakültəsinin tələbəsi
Vahab Dadaşlıdır:
- Mən
1995-ci il noyabr
ayının 1-də
Bakı şəhərində anadan
olmuşam. Ailəmin
yeganə
övladıyam. Orta təhsilimi Bakının Səbail rayonunda
yerləşən Məmməd Rahim adına
7 saylı orta məktəbdə almışam. Müəllimlərimin sevimli
şagirdi idim. Tale elə
gətirdi ki, Şimali Kipr Türk
Respublikasının Doğu Akdeniz Universitetinin tələbəsi
oldum. Tək
uşaq olduğumdan anam mənim
Şimali Kiprə
gəlib təhsilimi burada davam etdirməyimə əvvəlcə razı
olmamışdı. Uşaq
yaşlarımdan bir çox
idman növü ilə məşğul olmuşam.
Kiçik yaşlarımdan kameraya, fotoqrafçılığa böyük həvəsim olub
və ailəmizdə
yığıncaqlar olanda çəkilişi, adətən mənə həvalə
ediblər. Ataların belə
bir məsəli
var. Deyir “Niyyətin hara, mənzilin
ora”. Bəlkə də
bu niyyətin nəticəsidir ki, hazırda İctimai əlaqələr və
reklamçılıq fakültəsində təhsil
alıram. Burada da özümə çoxlu
dost qazanmışam. Çox
sağ olsunlar, burada məndən əvvəl təhsil
alan azərbaycanlıların
köməyi
ilə
özümü ailəmdə hiss edirəm. Onu deyim ki, əmim oğlu da burada
təhsil
alır və biz ilk növbədə ailəmizi layiqincə
təmsil
etməyə çalışırıq. Doğu Akdeniz Universitetində təhsil
almağımın səbəblərindən biri də
məhz
əmim
oğlunun məndən əvvəl burada təhsil
alması idi. O, mənə və
ailəmə Şimali Kipr və
Doğu Akdeniz Universiteti barəsində
danışanda valeh olurduq. Xəyallarımda orada təhsil almağı düşündüm
və
Bakıda təhsil alarkən
bir anlıq Azərbaycanı
orada təmsil etdiyimi
xəyal
edirdim. Bu məqsədlə
də
araşdırmalar apardım,
xaricdə
təhsil
alan tələbələrlə sıx əlaqələr qurmağa çalışdım.
Ailəmin də
razılığı ilə böyük həvəslə Şimali Kiprin paytaxtı Lefkoşa şəhərinə yollandım. Təyyarənin enişi zamanı
çox böyük həyəcanla oxuyacağım universitetin
və
Kiprin necə bir ölkə
olduğunu səbirsizliklə gözləyirdim.
Mənim təhsil
alacağım universitet
isə
digər
şəhərdə - Famagusta şəhərində
yerləşir.
Kiprdə təhsil
mənə çox şey öyrətdi.
- Xaricdə təhsil
alan tələbə
kimi hansısa çətinliklərlə qarşılaşırsınızmı?
- Tələbəsi olduğum
Doğu Akdeniz Universiteti Azərbaycanda olduqca
məşhurdur
və
bu ali
təhsil
müəssisəsində oxumaq bir çox
gəncin
arzusudur. Universitetimizə gəlincə, burada tələbələrin
- istər
kitabxana, istər kompyuter otaqları və
ya laboratoriyalar olsun, tələbələrin
istifadəsindədir və
müəllimlərin də
diqqət
və
qayğısı ilə təhsilimizi
davam etdiririk. Düzdür,
bəzən çətinliklərlə də üzləşirik.
Etiraf edim ki, burada
kitabların qiymətləri, dərs vəsaitləri Azərbaycandan
daha bahadır və
bu büdcəyə təsirsiz ötüşmür. Məlum məsələdir ki, xaricdə
təhsil
alan bir
gənc
üçün kitabların
baha olması nə
deməkdir.
Lakin məqsəd oxumaqdırsa, deməli bu, problemləri də aradan qaldırmağı bacarmalıyıq. Bir tələbənin
ehtiyacı olacaq hər
bir şey kampus daxilində var. Universitet
tələbələrə dərsdən kənar
və
dərsə daxil olan məşğuliyyət də
verir. Bu da gənclərin təhsillə bərabər sosial həyata
da addımlamalarında
yardımçı olur.
- Orada təmsil
olunduğunuz Azərbaycan cəmiyyəti tərəfindən ölkəmizlə bağlı hansı tədbirlər təşkil
olunur?
- Universitet daxilində bir neçə cəmiyyət fəaliyyət göstərir.
Bunlardan biri də
Azərbaycanlı
tələbələrin
cəmiyyətidir. Düzdür,
burada tələbələrin əksəriyyəti
türkiyəli
olduğuna görə, ümummilli lider Heydər
Əliyevin - “Bir millət, iki dövlət” kəlamı öz əksini
tapır. Amma buna
arxayın olmaq da olmaz. Biz də
azərbaycanlı
tələbələrin
cəmiyyəti vasitəsilə xarici tələbələrlə dərsdənkənar əlaqələr qurur, dəyirmi
masalar, konfranslar keçirir, milli bayramlarımızı, müxtəlif fotosərgilər təşkil
edirik. Ötən ildən
başlayaraq, cəmiyyətimiz Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin dəstəyi
ilə
işğal olunmuş
rayonlarımızın təbliğatını
aparıb və “Mən
Şuşayam”, “Mən Xocalıyam”, “Mən Laçınam” başlıqlı
videoçarxlar çəkib ərsəyə gətirib.
Bundan əlavə, müxtəlif
zamanlarda Azərbaycan Respublikasının Milli Məclisinin
deputatları da universitetimizin qonağı
olub və azərbaycanlı gənclərin suallarını cavablandırıblar.
Bu işlər
qarşıdakı illərdə də davam edəcək və
əminəm ki, Odlar yurdu
Azərbaycanı
layiqincə
təmsil
edə
biləcəyik.
Azərbaycan müstəqillik əldə etdikdən
sonra dövlətin qarşısında duran əsas vəzifələrdən
biri də xarici ölkələrdə yaşayan
azərbaycanlıların
təşkilatlanması,
onların ölkəmizin ümumi maraqlarının
müdafiəsi
işinə
cəlb
edilməsi
olub. 1993-cü ildə ümummilli lider Heydər
Əliyevin dəstəyi ilə diaspor quruculuğu işində
əsaslı
dönüş yarandı.
“Bu gün ölkə gəncliyinə olan diqqət
və
qayğı qızıl
dövrünü yaşayır
və
düşünürəm
ki, bu, hələ uzun illər
artan templə davam edəcək”
Bu siyasətin
məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək,
soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub
saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha
etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası
əlaqələri genişləndirmək, onların mədəni-siyasi
hüquqlarını müdafiə etməkdən ibarətdir. Düşünürəm ki, Şimali
Kiprdə
fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatının da hədəfində azərbaycanlıları
bir araya gətirmək, onların birliyini təmin
etmək
və
daim yardımçı
olmaq dayanır. Biz gənclər də
məhz
diaspor təşkilatına güvənərək, təşkilatın
əməkdaşlarını
özümüzə
hami bilərək,
burada təhsilimizlə
yanaşı, ölkəmizi təbliğ
etmək
istiqamətində fəaliyyət göstəririk.
- Yerli əhalinin Azərbaycana qarşı münasibəti necədir?
- Yerli əhali ilə asanlıqla
razılığa gəlmək olur. Biləndə ki, Azərbaycan vətəndaşlarıyıq,
bizə
“kardeş ülke” deyə
müraciət
edirlər.
Onu da deyim ki,
bizi varlı, imkanlı kimi tanıyırlar. Bu isə
Azərbaycanın
son illər
dünyada artan nüfuzu, ölkə rəhbərliyinin həyata
keçirdiyi düzgün
xarici siyasət ilə
olduqca bağlıdır.
Bu da bizi
əlbəttə, sevindirir.
-Bu gün gənclərə göstərilən diqqət
və
qayğı gənclərimiz qarşısında hansı
vəzifələr qoyur?
- Bu gün ölkə gəncliyinə olan diqqət
və
qayğı özünün
ən qızıl dövrünü
yaşayır və düşünürəm
ki, bu, hələ uzun illər
artan templə davam edəcək. Çünki bu diqqət və
qayğının başında
ölkə
Prezidenti cənab İlham Əliyev gəlir.
Ölkə başçısının gənclərə olan inamı bizi daha məsuliyyətli edir və
qarşımıza mühüm
vəzifələr qoyur.
Azərbaycandan kənarda
təhsil
olan, işləyən, yaşayan
hər
bir azərbaycanlı ölkəmizin siması, səfiridir. Məhz buna görə də
çalışmalıyıq ki, bizə
olan etimadı layiqincə
doğruldaq. Hər il minlərlə gəncin dövlət
hesabına xaricdə təhsil
alması, gənc alimlərin
elmi işlərinin Avropanın aparıcı universitetlərində müzakirəyə verilməsi,
Azərbaycan
gənclərinin beynəlxalq
arenalarda çıxışları
və
s. - bütün bunlar
dövlət
gənclər siyasətinin
məntiqi
nəticəsidir. Ağac o zaman bar verir, ucalır ki, o, münbit torpaqda becərilir
və
daim diqqət göstərilir. Azərbaycan gəncliyi
də
bar verən
ağac kimidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizlərə olan sonsuz diqqəti köklərimizin
daha dərinləşməsinə, başımızın daha
yüksəklərə ucalmasına,
barımızın daha
məhsuldar
olmasına gətirib çıxarır. Əminəm ki, bu siyasət
gələcəkdə
də
davam edəcək
və
bu günün gəncliyi
sabaha daha möhkəm
addımlarla keçid
edəcək.
Nigar Abdullayeva
Palitra.-2014.-13 fevral.-s.7.