Reza Siami: “Qarabağ mövzusunda sənədli film hazırlamaq istəyirəm”

Ərdəbil şəhərini gəzsəniz, ərdəbillidən çox Azərbaycandan gələn qardaşlarımızı görərsiniz”

Müsahibimiz kinorejissor Reza Siamidir:

- Rezaəllim, kino dünyasına gəlişiniz necə oldu?

- Mən gənc yaşlarımdan kinoya həvəs göstərirdim. Orta məktəbi bitirdikdən sonra bir illik kino hazırlıqları üzrə kurs keçdim. 20 yaşımda Ərdəbil şəhərində qısametrajlı filmlər çəkməyə başladım. Bir ildən sonra Tehran şəhərində kinorejissorluq sahəsi üzrə universitetə qəbul oldum. Universiteti bitirdikdən sonra, Ərdəbilə döndüm və televiziyada çalışmağa başladım. Həmçinin kurs yaratdım ki, gənclərə kino sahəsi üzrə dərs deyim. Demək olar ki, üç-dörd ilə qədər Ərdəbildə fəaliyyət göstərdim, sənədli və bədii filmlər çəkdim. Ərdəbildə kino və televiziya işlərimin imkanları zəif olduğu üçün Tehranda şirkət qurdum və orada çalışmağa başladım.

İlk teleserial işim 1997-ci ildəVüsal günlərioldu. Serial Azərbaycan dilində çəkildi, ancaq fars dilində dublyaj olunub, İranın I kanalında yayımlandı. Həm də Azərbaycan dilində Təbriz, Ərdəbil kanallarında yayımlandı. Serialın bəstəkarı Oqtay Rəcəbov, mahnılarının ifaçısı Xalq artisti Mübariz Tağıyev, baş rolun ifaçısı mərhum sənətkarımız, Xalq artisti Həsən Məmmədov idi. Bu serial mənim ilk işimdir.

Daha sonra sənədli filmlər hazırlamağa başladım. Müştərək ədəbi irsimizadlı sənədli film isə İranın IV kanalında yayımlandı.

2001-ci ildə isəŞeyx Şamiladlı bədii film çəkildi. Filmin çox hissəsi dekorasiya ilə əlaqədar olaraq İranda çəkildi. Filmin az bir hissəsi isə Bakıda çəkildi. Şeyx Şamil obrazını isə İranlı aktyor Səid Nikpur canlandırdı. Filmdə azərbaycanlı aktrisa Elmira Şabanova da çəkilib. Filmin bəstəkarı Mobil Babayev, mahnıların ifaçısı isə Azər Zeynalovdur.

Şeyx Şamilfilmi Azərbaycanla əlaqədar teleserialdır ki, 3 ölkədə - Azərbaycan, İran və Gürcüstanda çəkilib. Serialın aktyor kadrlarının çoxu Azərbaycan aktyorlarıdır. Serialın Azərbaycan telekanallarında da yayımlanmasını istəyirəm. Bundan sonra Ərdəbil şəhərində bir neçə serial çəkdim.

2011-ci ildə Azərbaycanda keçirilən “III Muğam müsabiqəsihaqqında sənədli film də hazırladım.

Son illərdə işlərimin çoxu Türkiyədə olur. Yeni bitirdiyim işim Şimali Kipr Türk Cümhuriyyəti haqqında olan sənədli filmdir. Bundan əlavə, Türkiyə və İran arasında müştərək serial hazırlanacaq. Ssenarini yenicə bitirmişəm. Bu üzərində çalışıram. Allah qoysa, İnşallah, Qarabağ haqqında sənədli film hazırlamaq istəyirəm.

- “Ayrılıqmahnısı əsasında Cənubi Azərbaycan və Şimali Azərbaycan tarixi haqqında sənədli film çəkmək fikriniz varmı?

- Bu mahnının çox qədim bir tarixi var. Mahnını mərhum təbrizli bəstəkar Əli Səlimi bəstələyib. Mahnının ilk ifaçısı böyük sənətkarımız Rəşid Behbudov olub. Lakin sovet hakimiyyəti bu mahnını Rəşid Behbudovun oxumağına icazə vermədi. Daha sonra bu mahnını hər kəsin yaxşı tanıdığı, Cənubi Azərbaycandan olan müğənni Ququş oxudu. Bu mahnı o zamanlar sevgi mahnısı kimi tanınırdı. Sovet dövləti dağıldıqdan sonra bir çox müğənnilər bu mahnını ifa etdilər. Ancaq Yaqub Zurufçu bu mahnını ifa etdiyi zaman klip çəkildi.

Çox istəyirəm ki, belə işlərim olsun. Təəssüf ki, bəzi tarixi mövzularda müştərək görmək bir az çətindir.

- Ədəbi tariximizlə əlaqədar filmlərin çəkilməsi üzrə layihələr hazırlanır?

- Ola bilər. Məsələn, İranda dahi Məhəmməd Füzuli haqqında bir serial çəkildi. Serial zəif olduğu üçün efirlərdə yayımlanmadı. Qeyd etdiyim kimi çətinliklər var. Bəlkə də ola bilər. Lakin bu üzrə cəhdlər edilməyib.

Bugünkü gündə müasir gündəmdə olan mövzularda da işləmək olar. AncaqTərsinə çevrilmiş dünyabədii filmini qeyd etmək istəyirəm ki, bu, müştərək bir film adlandırılırdı. Lakin film, əsasən Azərbaycan tərəfindən çəkilirdi. Vaxtında çox çalışdıq ki, ortaq işlər görək. Amma alınmadı. Fərqli düşüncələr mövcud olduğu üçün mədəniyyət əlaqələri üzərində görmək çox çətindir.

- Cənubi Azərbaycanda teatr sahəsində və kino aləmində klassik əsərlərimizə müraciət olunurmu?

- Bəzi klassik əsərlərimizdən olanMəşədi İbad”, “Arşın mal alantamaşaları Ərdəbil və Təbriz şəhərlərində səhnəyə qoyulub. Qeyd edə bilərəm ki, İranın kino tarixində bu əsərlər təxminən 60 il əvvəl ekranlaşdırılıb. Azərbaycan müstəqil olduqdan sonra belə işlər hələ görülməyib. Lakin çox istərdim ki, Ərdəbildə Azərbaycanla əlaqədar yaradıcılıq işləri daha da qüvvətlənsin. İstər kino, istərsə də teatr sahəsi üzrə olsun.

- Reza əllim, Ərdəbilin ab-havasından danışardınız

- Xoşbəxtlikdən, sərhədlər açıldıqdan sonra gediş-gəliş daha da asanlaşıb. Səhər vaxtı Ərdəbil şəhərini gəzsəniz, ərdəbillidən çox Azərbaycandan gələn qardaşlarımızı görərsiniz. Ərdəbildə otellərin çoxunda azərbaycanlılar qalır. Son vaxtlar şahidi oluram ki, aptek və marketlərin adları Azərbaycan dilində yazılır. Bilirsiniz ki, İranda bütün yazılar fars dilində yazılır. Ancaq indi Ərdəbildə bütün yazılara diqqət olunur. Yazılar farsca yazılıbsa, yanında Azərbaycan dilində mənası qeyd olunur.

Keçmişə əsasən Ərdəbil son vaxtlar çox inkişaf edib. Universitetlər açılıb və İranın hər tərəfindən gənclər gəlib orada təhsil alırlar. İstər tibb, istərsə də mühəndislik sahəsi olsun. Ancaq kino sahəsi üzrə Ərdəbildə hələ də imkanlar genişlənməyib. Gənclərin bu sahə üzrə təhsil almaları üçün Tehrana getmələri lazımdır. Ərdəbildə kino sahəsi üzrə işləmək istəyənlər də məcburən Tehrana getməlidir. Ərdəbilin 24 saat yayımlananSavalanteleviziya kanalı var. Həmin kanalın proqramlarının 60%-i Azərbaycan dilində, 40%-i fars dilində yayımlanır. Azərbaycan dilində xəbərlər və bir çox seriallar efirə verilir. Bunların hamısı son 7-8 ildə həyata keçirilir. Teatr sahəsində həm fars, həm də Azərbaycan dilində tamaşalar səhnəyə qoyulur. Azərbaycan dövlət teatrları ilə Ərdəbil teatrı arasında qastrol səfərlər olur. Son zamanlar konsert proqramları keçirilir. Ərdəbildə, Təbrizdə və Tehranda konsert proqramları təşkil olunub. Elə zaman olurdu ki, konsert proqramlarına biletlər belə tapılmırdı. İki il əvvəl Tehranda Azərbaycan Mədəniyyət Günləri keçirildi. Təəssüf ki, belə günlər Ərdəbildə hələ keçirilməyib.

- Gələcək yaradıcılıq planlarınızda hansı layihələr həyata keçirəcəksiniz?

- Böyük arzumdur ki, Azərbaycanla ortaq bir görək. Hazırda Türkiyə-Azərbaycan arasında bir üzərində çalışıram. Daha sonra İran-Türkiyə arasında yeni bir layihəni həyata keçirəcəyəm. Hər halda bu baş tutsa, İran-Azərbaycan-Türkiyə arasında müştərək yarana bilər. Ən əsası, yaradıcılıq planlarımdan biri də Qarabağ mövzusunda sənədli film hazırlamaqdır.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-14 fevral.-S.13.