Həqiqi istedad və şeirə vurğunluq nümunəsi

Ötəri həvəs və azacıq istedad hesabına çoxları şeir yazmağa qurşanır, ürəyindən keçənləri poeziya dili ilə izhar edir. Bu vəziyyət keçmişdə də mövcud olub, indi də belədir və heç şübhə yoxdur ki, gələcəkdə də təkrarlanacaqdır. Yəqin ki, buna görə heç kimi qınamaq da olmaz. Xüsusilə, bu gün ölkəmizdə söz, mətbuat azadlığının hökm sürdüyü bir şəraitdə...

Ancaq “Hər oxuyan Molla Pənah olmaz”,- deyən ariflərimiz ürəkdən gələn, həqiqi istedadın məhsulu olan poeziya nümunələrini seçib nəsildən-nəslə, gələcəyə ərməğan edir.

Yazıb-oxumaq təlimi ala bilməyən Aşıq Ələsgərin adi söhbətlərində, məclislərdə bədahətən söylədiyi şeirlər yaddaşlarda yaşayıb, neçə illər sonra toplanıb çap olunub və elmi tədqiqata cəlb edilib.

Haqqında hörmətli oxuculara söz açmaq istədiyimiz şair Asim Yadigar da anadangəlmə fitri istedada malik olan bir söz adamıdır. Akademik İsa Həbibbəyli onun istedadını və çoxlu şeir əzbər bilməsini yüksək qiymətləndirib və tədbirlərin birində deyib ki, kimin hansı şeri yadından çıxsa, çağırıb Asim Yadigardan soruşa bilər. Doğurdan da, Asiməllim özünün, demək olar ki, əksər şeirlərini əzbərləyə bilmişdir. Əlavə olaraq Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin yaradıcılığından da xeyli nümunə əzbər söyləmək imkanına malikdir.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan MR Ali Məclisinin deputatı Asim Yadigar (Əliyev Asim Yediyar oğlu)1954-cü ildə qədim Şərur elinin Püsyan kəndində dünyaya göz açıb, burada orta təhsil alıb.

Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra qonşu Qıvraq kənd orta məktəbinə ixtisası üzrəəllim göndəriləndə mən yaxınlıqdakı Qarabağlar kənd 1 nömrəli orta məktəbində çalışırdım. Asiməllim Novruz bayramı şənliyinə aid hazırladığı ədəbi-bədii tədbirə məni də dəvət etmişdi. Maraqlı keçən həmin tədbir və bir neçə il sonra nəşr etdirdiyi “Zirvə yolu” adlı ilk şeirlər kitabı haqqında qəzetlərdə yazı dərc etdirdim...

Asim Yadigar Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin rəhbəri Xalq yazıçısı Hüseyn İbrahimovun dəvəti ilə təşkilatda məsləhətçi vəzifəsinə götürülüb və uzun illər burada çalışıb. Elə burada qazandığı təcrübəsini nəzərə alaraq Muxtar Respublika rəhbərliyi onu 2007-ci ildə Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifəsinə seçib. O, vəzifəyə gələndən sonra işləri günün tələbləri səviyyəsində qurmağa başlayıb, gənc yazarlarla aparılan tədbirləri artırıb və yazarların yeni nəşr etdirdikləri kitabların təqdimetmə mərasimlərini keçirib.

Müstəqillik illərində Asim Yadigar “Şərq qapısı” və”İki sahil” qəzetlərində, Naxçıvan radio və televiziyasında çalışıb, yaradıcılığında publisistik yazılara da geniş yer verib. Bu illərdə onunOğul dağı” , “Unut bu sevdanı” , “Midiyanın süqutu” , “Kalba Musa çeşməsi” , “Bahar” , “Sənətinin vurğunu” və başqa kitabları nəşr olunub.

Günümüzün aktual mövzusu olan vətənpərvərlik və qəhrəmanlıq ruhlu əsərlər A.Yadigar yaradıcılığında da üstünlük təşkil edir. “Darıxan məzarlar” , “Hücum əmri ver mənə” , “Döyüş havaları çaldırmalıyıq” və başqaları kimi şeirləri gənc nəslin təlim-tərbiyəsinə xeyli köməklik göstərir.

Doğma Azərbaycan, onun ayrılmaz guşəsi Naxçıvan Asim Yadigarın ilham mənbəyidir. Ölkəmizin bugünkü inkişafından ruhlanan şair gələcəyə də nikbin baxır. Bu, ölkədə bərqərar olan Heydər Əliyev siyasi dəst-xəttinin sayəsində mümkün olacaqdır.

Yollarında min tufan,

yüz külək əssə belə,

Yağılar yolu üstə,

min silah düzsə belə,

Şərin qara əlləri, yolunu kəssə belə,

Onu Tanrı qoruyur, o,

zülməti boğacaq.

Azərbaycan dünyaya,

Günəş kimi doğacaq!

Qeyd etdik ki, A. Yadigar rəhbəri olduğu Naxçıvan Yazıçılar Birliyində işgüzarlıq göstərir. Bu sahədə Naxçıvan MR Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun yazıçılara olan diqqət və qayğısı da ona yardımçı olur. Məhz buna görədir ki, uşaq ədəbiyyatı nümunələrinin yaradılmasına yeni vüsət verilib və ayrıca almanax buraxılıb. Eyni bir yaddaqalan , tərcümə işi ilə bağlı yaradıcılıq sahəsində də baş verib.

Asim Yadigar istedadı həm də əmisi -tanınmış , istedadlı şair, Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş Əliyar Yusiflinin də xeyli təsiri ilə formalaşıb. O da Vətənimizi, onun bir parçası olan qədim Naxçıvanı atəşin bir məhəbbətlə tərənnüm edib. A.Yadigar şeirlərinin ən yaxşı nümunələri arasında doğma Naxçıvana aid olanlar xüsusi yer tutur. Şair “Naxçıvan” adlı şerində oxucusuna deyir:

Möminə xatınımın öz səsi,

öz nəğməsi,

Yusif Küseyir oğlu,

Qarabağlar türbəsi

Nuh peyğəmbər türbəsi,

Cavidin məqbərəsi

Torpağımda pozulmaz

naxışım, bəzəyimdi,

Hər abidə nəfəsim,

döyünən ürəyimdi.

Bu torpaq qəhrəmanlar,

cəngavərlər yurdudur,

Neçə-neçə dahilər,

igid ərlər yurdudur,

Bu torpaq Heydər kimi ulu

öndər yurdudur,

Tarixlər şahididir ulu,

qədim Naxçıvan,

Onun pərvanəsidir oğlu,

qızı hər zaman!

İstedadlı şair Asim Yadigarı altmış yaşının tamam olması münasibətilə tərik edir və ona daha məhsuldar yaradıcılıq, xoşbəxtlik və ailə səadəti arzulayıram.

Abbas Hacıyev

Filologiya üzrə fəlsəfə doktoru,

Naxçıvan Dövlət Universitetininəllimi

Palitra.-2014.-18 fevral.-S.13.