Məşhur rəssamın “Sözlər” adlı fərdi sərgisi açılacaq
Fevralın
21-də Müasir İncəsənət Muzeyində məşhur Azərbaycan rəssamı, insan təxəyyülünü öz
ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi instalyasiyaların müəllifi Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılacaq.
“YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib.
O, 2007-ci ildə
Azərbaycanı
52-ci Beynəlxalq Venesiya Biennalesində
təmsil edib. Ötən ilin yazında isə
rəssamın
“Lost in translation. This too shall pass” (“İtmiş. Bu da keçəcək”)
adlı əsəri
Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət
Məkanının
pavilyonunda (genişmiqyaslı
“Sev məni, sevmə məni”
nümayişi çərçivəsində) nümayiş etdirilib.
Ən istedadlı gənc və tanınmış rəssamların daimi nümayiş platformasına çevrilən Bakının “YAY!” qalereyası
bir ildən artıqdır
ki, Rəşad Ələkbərovun Azərbaycan və onun xaricində maraqlarını
təmsil
edir.
Rəssamın sənət işləri
bundan əvvəl Almaniya, Fransa, İtaliya, İsveçrə,
Polşa, Avstriya, Türkiyə
və
Birləşmiş
Ərəb Əmirliklərində nümayiş etdirilib.
Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi
sərgisi
martın 20-dək davam edəcək.
Təhminə
Palitra.-2014.-18
fevral.-S.13.